Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2632/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Sadykhov Valehin, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “fakol başlanğıclı tutmaları ilə müşahidə olunan lokaliozasiya olunmuş (fokal) idiopatik epilepsiya və epileptik sindromları. Gicgah epilepsiyası İİ-li generalizasiya ilə münasib parsiool teztez tutmaları tonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopataloji simptomatik ilə üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi, F06,6 F06,7 ilə MMSE-24 diaqnozu ilə onun orqanizminin funksiyalarının tamamilə pozulması nəzərə alınaraq ona 2-ci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı 1 il müddətinə İİİ dərəcə əlilliyin təyin olunması barədə xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi və ona 65-80 faizlə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il tarixində doğulmuşdur. Doğulduğu vaxtdan müəyyən xəstəlikləri olduğundan o zaman, elə başa düşmüşlər ki, böyüdükcə onda olan xəstəliklər tədricən keçib gedəcəkdir. O zaman qoyulmuş diaqnozla uzun müddət həkimlərin nəzarəti altında ona təyin olunmuş dərmalarla müalicə olunmuşdur. Belə ki, xx.xx.2014-cü ildə “Medera Hospital”da professor Ağakişi Yahyayev tərəfində keçirilmiş müayinə zamanı nəticə olaraq “Sağ hipokampal girusun həcmi sağa nisbətən azalmışdır, u səviyyədə qeyd edilən girus səviyyəsində minimal siqnal artımı da mövcuddur. Bu dəyişikliklər mezotemporal skleroza lehinədir” göstərilmişdir. Respublika dioqnaz mərkəzində xx.xx.2014-cü ildə keçirilmiş müayinə zamanı “Klinikani baş beyini MRT müayinəsi və EEQ-in nəzərə alaraq xəstəyə Dz : Gicgah epilepsiyası” diaqnozu qoyulub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti 6 saylı Tibbi – Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik əsasında, 0 % li əmək qabiliyyətinin itirməsi ilə ‘"Epilepsiya, mürəkkəb porsial tutmalarla” 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Eyni zaman da yüngül oturaq işlərdə işləyə bilməsi göstərilməklə “ixtisaslaşmış müalicə” müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışa əsasən İddiaçı xx.xx.2019-cü ilində müayinə edilmiş 27 nömrəli Şəhər Poliklinikasının göndərişi ilə “G40.0 Fokal başlanğıclı qıcolma tutumaları ilə müşahidə olunan lokoliza olunmuş (fokal) (pasial) idiopetik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ” diaqnozu ilə 2.2. ikinci dərəcəli əlillik => 2.2.11 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) Əlillik qrupu ümumi xəstəlik əsasında 5 il müddətinə 2-ci qrup əlillik müəyyən edilmişdir. xx.xx.2022-ci ildə "xxxx" MMC -də ümumi müayinə olunmuşdur və onda “Sağ hipokampus artofik olub, həcmi kiçilib və minimal qliozisə bağı FLAİR hiperritens siqnal dəyişiklik qeyd e dilir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 88 saylı Forma arayışa əsasən İddiaçı xx.xx.2024-cü il tarixində müayinə keçirilmiş orqanizm funksiyasının 50 %-nin pozulması halı müəyyən edilməklə “Fokal başlanğıclı tutmalar ilə müşahidə olunan lokolizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası İİ-li generalizasiya ilə münasib parsiool tez-tez tutmaları tonik klonik qıcolmalarla (ayda 4 dəfə çox ) orta dərəcəli psixopatoloji simptomatika ilə” 50 % orqanizmin funksiyasının pozulması ilə 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. 2 nömrəli Klinik psixiatriya xəstəxanasının Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 2395 №li rəyində “Üzvi emosional-labil pozuntusu , noqutu funksiyaları enməsi F06 .6 , F 06.7 MMSE -24 , Yan: Gicgah epilepsiyası -G40.- G40.9” diaqnozu qoyulmuşdur. Tibbi Ərazi Bölməsnin İdarəetmə Birliyində xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi müalicə almışdır. xx.xx.2024-cü ildə sonuncu müayinə zamanı “Fakol başlanğıclı tutmalatı ilə müşahidə olunan lokalozasiya olunmuş (fokal) idiopatik epilepsiya və epileptik sndromları. Gicgah epilepsiyası İİ-li generalizasiya ilə münasib parsiol tez-tez tutmaları tonik klonik qıcolmarla (ayda 4dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatik ilə Üzvi emosional labil pozuntu koqniv funksiyaların enməsi ilə MMSE-24 “ diqanozu qoyulmuşdur. Ona 2-ci dərəcəli əlillik verilməsindən imtina edilib və səbəb olaraq “Əlavə müalicəyə ehtiyacının olması. Ətraflı ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi məsələhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələr reyestrində yoxdur” göstərilmişdir. Butamamilə əsassızdır. Belə ki, onun İxtisaslaşdırılmış Polklinikada uçotda durması və dövlət tərəfindən ona təyin edilmiş dərmanların alınaraq müalicə olunması barədə Bakı şəhəri Binəqədi rayonu, 27 №li şəhər poliklinikasından xx.xx.2024-cü il tarixli 136 №li arayş alınmış və həmin arayışda 2022-ci ildən 2024-cü ilə kimi alınan dərmanlarn syahısı göstərilmişdir. Göstərilən dərmanları qəbul edən şəxs 3-cü dərəcəli əlillik deyil 2-ci dərəcəlik əlillik siyahısına daxildir. Hazırda bütün müalicə müəssisələri, xəstaxanalarında onun psixi xəstəliyi təsdiq olunduğu və ona qoyulmuş diaqnoz təsdiq edildiyi halda, cavabdehin ona 3-cü dərəcəli əlillik təyin etməklə, əlavə müalicə olunmasını bildirməsi tam qanunsuzdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, X2 cavabdeh Agentliyə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbi əsassızdır. Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Binəqədi rayon sakini X5 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rnu, M.Ə.Rəsulzadə ünvanında qeydiyyatda olan X2 (FİNxxxxxxx) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin M00207189HXD nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyac olması” qərarı verilmişdir. Ətraflı səbəb: “İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmudur ki, səhiyyə müəssisəsinin M00207189HXD nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” barədə doğru qərar verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X2 hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamaları tonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.7.1 bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə 1 (bir) il müddətinə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə əsas xəstəlik kimi müəyyən olunan EPİLEPSİYA diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya əsasnamənin 6.7.1-ci bəndinə uyğun olaraq əlillik təyin etməyə əsas vermişdir. Həmin bəndə uyğun Əsasnamədə OFP faizi 35-60, müddət isə 1 il göstərilmişdir. Yanakı xəstəlik və ağırlaşmalar əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilmədiyinə görə 60 faizdən yuxarı səviyyədə orqanizm funksiyası pozuntusunu təsdiqləmək mümkün olmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, məhkəmə tibbi ekspertiza təyin etsə də, ekspert rəyində əlilliyin dərəcəsinin dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən məqamlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə orqanizm funksiyasının hansı səviyyədə pozulması ilə bağlı dəqiqləşdirilmiş fikir ifadə edilməmişdir. Natamam ekspert rəyi verilməsinə baxmayaraq məhkəmə əlavə ekspertizanın keçirilməsi ilə bağlı qərardad qəbul etməmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kolelgiyası diqqətə çatdırır ki, əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, hazırda əlillliyi müəyyən edilmiş şəxs kimi iddiaçı əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi) ilə razılaşmamaqla onun dəyişdirilməsi barədə inzibati orqana müraciət etmiş və son olaraq məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda onun barəsində əlilliyin müəyyən edilməsinə dair inzibati akt mövcud olsa da bu iddiaçı üçün əlverişsiz inzibati akt olduğundan, onun ləğv edilməsi, həmçinin inzibati orqan üzərinə onun barəsində əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı barəsində əlverişsiz inzibati akt xx.xx.2024-cü il tarixli olsa da inzibati orqan tərəfindən həmin inzibati aktın vətəndaşa nə zaman çatdırılması barədə sübutlar təqdim edilmədiyinə görə məhkəmədə xx.xx.2024-cü il tarixdə qaldırılmış hazırki iddia müddət ötürülməməklə verilmiş hesab edilir. Məhkəmə Kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: ... 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı.
Apellyasiya şikayətlərin dəlillərinə münasibət:
İnzibati işin hallarından görünür ki, iddiaçıya 2016-cı il tarixdən 5 il müddətinə “epilepsiya, mürəkkəb porsial tutmaları” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə xx.xx.2019-cu il tarixdə 5 il müddətinə “G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə eyni diaqnoz - Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamaları tonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə diaqnoz ilə İİ dərəcəli əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçıya orqanizmin pozulmasının 35-60 faiz meyarı ilə 1 il müddətinə əlillik dərəcəsi təyin etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə əsas xəstəlik kimi müəyyən olunan EPİLEPSİYA diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya əsasnamənin 6.7.1-ci bəndinə uyğun olaraq əlillik təyin etməyə əsas vermişdir. Həmin bəndə uyğun Əsasnamədə OFP faizi 35-60, müdddət isə 1 il göstərilmişdir. Yanakı xəstəlik və ağırlaşmalar əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilmədiyinə görə 60 faizdən yuxarı səviyyədə orqanizm funksiyası pozuntusunu təsdiqləmək mümkün olmamışdır. İddiaçının hazırki iş üzrə hüquqi marağı ona 1 il müddətinə təyin edilmiş İİİ dərəcə əlilliyin təyini barədə qərarın ləğv edilməsi və İİ dərəcə əlilliyin təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. Başqa sözlə, cavabdeh orqanın şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı halda cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələbləri pozulmuşdur. Birincisi, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. İş materiallarında olan imtina qərarından müəyyən olunur ki, diaqnozun İİ əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya İİİ dərəcə əlilik təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, müəyyən prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. İkincisi, inzibati orqan tərəfindən “Etimad hüququnun qorunması prinsipi”nin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iş materiallarına nəzər yetirir: - xx.xx.2015-ci il tarixli, № xxxxxxx0001 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya qıcolma tutmaları ilə. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - xx.xx.2016-cı il tarixli, № xxxxxxx0002 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya, mürəkkəb porsial tutmaları; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40- G40.9); Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: xx.xx.2021. - xx.xx.2019-cu il tarixli, № xxxxxxx0005 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1:Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: xx.xx.2024 - xx.xx.2024-cu il tarixli, № xxxxxxx0006 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox)orta dərəcəli psixopatoloji simptomatika ilə Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur. -xx.xx.2024-cu il tarixli, № xxxxxxx0007 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə; Meyar: 6.Sinir sistemi xəstəlikləri=> Epizodik və paroksizmal pozğunluqlar= > Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar=>epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) 35 - təzahür edən, həyat fəaliyyətinin əsas 60 sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən); Müddət: 1 il; OFP yekun faizi: 50% (İİİ dərəcə) Növbəti qiymətləndirmənin tarixi: xx.xx.2025. xx.xx.2024-cu il tarixli, № xxxxxxx0007 saylı göndərişdən görünür ki: Əsas diaqnoz –G40.0; Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar,Gicgah epilepsiya ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmaları tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə Ağırlaşma-F06.6; Üzvi mənşəli emosional labil astentik pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24 Ağırlaşma- R41.8; Qavrama və dərkettmə qabiliyyətinə aid olan digər və yaddaş pozuntusu və davranış pozulmaları Status Localis -Özünü uşaqlıqdan xəstə hesab edir. Xəstəliyinin səbəbini heç nə ilə əlaqələndirmir.Tutmaları hətfədə 3-4 dəfə (bir gündə iki dəfə) Dili ağzında şişib nitqi dəyişir,başı sola doğru əyilir, yıxılır. Bütün bədəni silkələnir, ağzından kğpük gəlir.,xırıldayır qeyri iradi sidik ifrazı olur. Bu vəziyyət 3 dəq çəkir. Başı kəskin ağrıyır.2 ayda 1 dəfə böyük tutma olur. Əlillik müddəti bitdiyi üçün forma 088 yazılır və TSEK-ə göndərilir. xx.xx.2024-cü il tarixdə “Əyani müayinə aktı”nda göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Binəqədi rayon sakini X5 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə ünvanında qeydiyyatda olan X2 əlillik vəziyyəti Səhiyyə müəssisəsinin M00207189HXD nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyyac olması” qərarı verilmişdir. Ətraflı səbəb: “İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki,səhiyyə müəssisəsinin M00207189HXD nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyyacın olması” barədə doğru qərar verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X2 hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.7.1 bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə 1 (bir) il müddətinə əlillik təyinatı aparılmışdır Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı təyin edilmiş məhkəmətibbi ekspertiza rəyindən görünür ki, vətəndaş İddiaçı 16.04-xx.xx.2024-cü il tarixlərdə “Ə.D.Məlikov adına X9”ndə “G40.0-gicgah epilepsiyası, ikincili generalizasiya ilə mürəkkəb parsial, tez-tez təkrarlanan tonik-klonik tutmalarla (ayda 3 dəfə), G93.2- beyindaxili hipertenziya, G44, R41.8, F64, F06.6-kranialgiya, yaddaş zəifliyi və davranış pozulmaları, üzvi mənşəli emosional labil həyəcan pozuntusu, R29.9, H52.1, H43.3. L70.9, H81.1, dəqiqləşdirilməmiş qastroduodenit, OU-miopiya, şüşəyəbənzər cismin digər bulanmaları, xroniki xolesistit...” diaqnozu ilə müayinə və müalicədə olmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkməsi qənaətinə gəlmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında İİ dərəcəli əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2024-cü il tarixdə təkrar əlilliyin müəyyən olunması zamanı ona 65-80 faizlə İİ dərəcəli əlilliyin təyin edilməsindən imtina etmişdir. Bununla bağlı Məhkəmə kollegiyası “Əlilliyin müəyyən olunması meyarları”nı diqqətə çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 6.7. Epilepsiya (G40) Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Apellyasiya icraatı zamanı “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 27 nömrəli şəhər poliklinikasına göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Ona görə ki, o, 27 saylı Şəhər poliklinikasında Dispanser qeydiyyatındadır. Xəstə uşaqlıqdan epilepsiya xəstəsidir. xx.xx.2016-cı ildən əlildir. Daimi olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmayaraq xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmur. Xəstədə ayda 4-5 dəfədən artıq tutmalar olur.Xəstə daimi olaraq Finlepsal,Epineks,Depakin xrono dərmanlarını qəbul edir.Xəstədə panik atak olduğuna görə tək qala bilmir.Xəstənin kənar şəxsin köməyinə ehtiyacı var. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2024-cu il tarixli, № xxxxxxx0007 saylı Forma 88 arayışına əsasən əsas diaqnoz kimi “ G40.0; Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar,Gicgah epilepsiya ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmaları tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə “ göstərilmişdir. Həmin əsasla da xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya 2ci dərəcəli əllilik təyin edilmişdir. Həm iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cu il tarixli, № xxxxxxx0007 saylı Forma 88 arayışından, həmçinin hazırda “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 27 nömrəli şəhər poliklinikasının məktubundan aydın olur ki, iddiaçıda olan tutmaların sayı ayda hətta 4-5 dəfədən artıq olur. Cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona İİ dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinin) təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər Günel Abbasova Elvin Əliyev