Məhkəmə qərarları › İş №2-1(103)-2633/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2633/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2633/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında yerləşən iddiaçıya məxsus qarajın bazar qiymətini və bazar qiymətinə əlavə olunan 20% satınalma qiymətini təşkil edən 19.200 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında 19.2 kv.m ölçüdə qarajın sökülməsi ilə əlaqədar 13.920 manat (on üç min doqquz yüz iyirmi manat) vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin elektron kabinetində yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı cavabdeh tərəfindən hər hansısa sübut təqdim edilmədiyindən mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti 10 may 2024-cü il tarixdə poçt vasitəsi ilə verilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 09 aprel 2024cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 2 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən buraxılmışdır. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 10 may 2024-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ona məxsus olan elektron kabinetindən çıxarışdakı məlumatlara gəldikdə isə (məhkəmə qərarının guya xx.xx.2024cü il tarixdə elektron kabinetə yerləşdirilməsi barədə) qeyd olunmalıdır ki, həmin çıxarışdakı məlumatlar qərarın məhz xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilməsini deyil, işin materiallarında olan xx.xx.2024-cü il tarixli göndəriş məktubunun sistemdə yerləşdirildiyini göstərir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar