Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2634/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra mətndə - AQTA) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional əməkdaşları tərəfindən əsassız olaraq müsadirə edilmiş ət məhsullarına görə 1700 (min yeddi yüz) manat, nəqliyyat xərclərinə görə 500 (beş yüz) manat, dörd ay ərzində məcburən fəaliyyətində yaranmış məhdudiyyətə görə 5000 (beş min) manat maddi ziyanın, azadlığının məhdudlaşdırılması nəticəsində çəkdiyi mənəvipsixoloji iztirablara və əziyyətə görə 20.000 (iyirmi min) manat mənəvi ziyanının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının qüvvədə məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 iyun 2021-ci il tarixli 8/19-370 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı iddiaçının aidiyyəti üzrə müraciəti əsasında Agentliyin mütəxəssisi 8 yanvar 2020-ci il tarixli 003441 nömrəli baytarlıq şəhadətnaməsini ona təqdim etdiyi məlum olmuşdur. Həmçinin sözügedən baytarlıq şəhadətnaməsinin müvafiq bəndlərində bir baş inəyin (aşağı köklükdə) və bir baş camışın (sağ arxa ayağı qırılmış vəziyyətdə) **-BN-*** dövlət qeydiyyat nişanlı “FORD” markalı avtomobildə Bərdə rayonunda Ağcabədi rayonuna daşınması ilə bağlı qeydlər aparılmışdır. Bununla yanaşı araşdırma zamanı sözügedən baytarlıq şəhadətnaməsində heyvanların Ağcabədi rayonunda yerləşən 2 saylı kəsim məntəqəsinə yollanması ilə bağlı qeydlərin olunmasına baxmayaraq, həmin heyvanlar Ağcabədi rayonunda yerləşən "xxxx" MMC-də kəsildiyi müəyyən edilmişdir. Müraciəti ilə bağlı iddiaçıya verilən baytarlıq şəhadətnaməsi Forma 1 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na 2 saylı əlavə ilə tənzimlənir. Belə ki, adıçəkilən baytarlıq şəhadətnaməsi dövlət baytarlıq orqanı müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvanlara və quşlara yalnız ölkə ərazisində daşınması üçün verilir. Forma 1 baytarlıq şəhadətnaməsi bu və ya digər məqsədlər üçün daşınan heyvanların (quşların) hərəkət marşurutlarının müəyyən edilməsi ilə əlaqədar verilən sənəddir. Bundan başqa müraciətə Bərdə regional bölməsinin rəisi ilə bağlı iddiası araşdırılan zaman məlum olmuşdur ki, Agentlik mütəxəssislərinin iddiaçıya məxsus olan heyvan cəmdəklərinə, habelə onların daxili orqanlarına baxışı zamanı əsaslı şübhələri olmuş və iştirakı ilə müvafiq qaydada nümunələr götürülərək 8 yanvar 2020-ci il tarixli məhsul nümunələrinin götürülməsi aktı tərtib edilmişdir. Nümunələr müayinə edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və nümunələrin sınaq nəticələri məlum olanadək sözügedən heyvan cəmdəkləri qanunla nəzərdə tutulmuş qaydada müvəqqəti saxlanca qoyulmuşdur. Eyni zamanda yuxarıda qeyd edilən hallarla bağlı iddiaçının iştirak və imzası ilə 8 yanvar 2020- ci il tarixli akt tərtib edildiyi məlum olmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasının 15 yanvar 2020-ci il tarixli 0019 nömrəli sınaq protokoluna əsasən iddiaçıya məxsus heyvan cəmdəklərindən (inək və camış) götürülmüş nümunələrdə Cİ.Perfringens bakteriyalarının aşkar edilməsi və ətin təzəliyinin təyini analizinin mənfi nəticələri (turşuluğun azalması, çöküntünün əmələ gəlməsi, peroksidaza ədədinin təyini zamanı müsbət nəticə) səbəbi ilə belə ət və subməhsulların insan istehlakı üçün istifadəsinin yolverilməzliyi və bu məhsulların baytarlıq qanunvericiliyinə uyğun şəkildə zərərsizləşdirilməsi müvafiq qanunvericiliyin tələbidir; Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasının 15 yanvar 2020-ci il tarixli 0019 nömrəli sınaq protokolunun surətindən görünür ki, İddiaçı məxsus iri buynuzlu heyvanın (inək) bud əti, iri buynuzlu heyvanın (camış) bud əti, iri buynuzlu heyvanın (camış) limfa vəzisi, iri buynuzlu heyvanın (inək) daxili orqanları, iri buynuzlu heyvanın (camış) daxili orqanlarından götürülmüş nümunələrdə aparılmış mikroskopik və bakterioloji müayinələr nəticəsində camışın limfa vəzifəsində, inək və camışın bud ətində, həmçinin daxili orqanlarında AnaerobCİ.Perfringens bakteriyaları, 1 (bir) ədəd nümunədə (inəyin bud ətində) turşuluğun təyini zamanı pH-nın yüksəlməsi və ətin təzəliyinin təyini zamanı bulanıq pambıqvari çöküntünün yaranması və 1 (bir) ədəd nümunədə (camışın bud ətində) peroksidaza ədədinin təyini reaksiyasında rəngin göyümtül yaşıldan tədricən tünd qəhvəyiyə dəyişməsi aşkar edilmişdir; Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin 05 fevral 2020-ci il tarixli 002 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı məxsus ümumi çəkisi 346 kq olan İBH ətlərində (inək və camış) aparılmış mikroskopik və bakterioloji müayinələr nəticəsində camışın limfa vəzifəsində, inək və camışın bud ətində, həmçinin daxili orqanlarında Clostridium Perfringens bakteriyaları, eyni zamanda 1 (bir) ədəd nümunədə (inəyin bud ətində) turşuluğun təyini zamanı pH-nın yüksəlməsi və ətin təzəliyinin təyini zamanı bulanıq pambıqvari çöküntünün yaranması və 1 (bir) ədəd nümunədə isə (camışın bud ətində) peroksidaza ədədinin təyini reaksiyasında rəngin göyümtül yaşıldan tədricən tünd qəhvəyiyə dəyişməsi aşkar edildiyindən İBH ətləri sınaqnəticələrinə əsasən texniki normativ aktların tələblərinə uyğun olmadığı üçün Agentliyin Bərdə regional bölməsinin əməkdaşlarının iştirakı ilə məhv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə k, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının aidiyyəti üzrə müraciəti əsasında 08 yanvar 2020-ci il tarixli 003441 nömrəli baytarlıq şəhadətnaməsi verilmiş, həmin şəhadətnamədə bir baş inəyin (aşağı köklükdə) və bir baş camışın (sağ arxa ayağı qırılmış vəziyyətdə) **-BN-*** dövlət qeydiyyat nişanlı “FORD” markalı avtomobildə Bərdə rayonunda Ağcabədi rayonuna daşınması, həmçinin heyvanların Ağcabədi rayonunda yerləşən 2 saylı kəsim məntəqəsinə yollanması ilə bağlı qeydlər aparılmışdır. Lakin heyvanların razılaşdırılmış təyinat nöqtəsinə deyil, digər məntəqəyə aparılması və sağlamlıq vəziyyətinin şübhə doğurması səbəbindən sözügedən heyvanlar kəsildikdən sonra AQTA-nın Bərdə regional bölməsinin əməkdaşları tərəfindən müvafiq nümunələr götürülmüşdür. Götürülmüş nümunələrin laborator müayinəsi zamanı həmin ətin insan istehlakı üçün yararsız olması və məhv edilməsinin zəruriliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli, 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olanyüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın 2.2-ci bəndinə əsasən, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış (yük rayon-şəhər ərazisindən kənara çıxarılmadıqda, 1 nömrəli əlavə) və ya şəhadətnamə (ölkə ərazisində daşınması üçün, 2 və 3 nömrəli əlavələr) verildikdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bütün növ kənd təsərrüfatı, vəhşi heyvan (insan qidası üçün yararlı olan), o cümlədən quş əti və ət məhsullarının baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir. 2.2-ci bəndinə əsasən, ... Oval baytarlıq damğası ət və ət məhsullarının tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçdiyini və məhsulun ərzaq məqsədi üçün məhdudiyyətsiz olaraq buraxılmasını təsdiq edir; 3.7-ci bəndinə əsasən, saxlanma, yaxud daşınma şəraitinin pozulması nəticəsində keyfiyyətini dəyişmiş ət və ət məhsulları təkrarən baytarlıq-sanitariya ekspertizasına cəlb edilir, ilkin oval damğa forması ləğv edilərək, bu Qaydaların 2.4-cü və 3.1-ci bəndlərinə uyğun olaraq baytarlıq ştampı vurulur. “ Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. (birinci, üçüncü və dördüncü hissələr) Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida X1”nin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır; 3-cü bəndinə əsasən, qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək (3.0.17); qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək (3.0.19); heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək (3.0.33-4) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifəsidir . Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır . Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2634/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2634/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver