Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2634/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə (bundan sonra mətndə Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə 0688-22 UQQ AL №-li qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 29 yanvar 2015-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 05 aprel 2015-ci il tarixində Cavabdehndən 3 (üç) il etibarlılıq müddəti olan “Akkreditasiya Attestatı” alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditasiya olunmuş və Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC Azərbaycanda rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikasında ilk yaradılmış orqandır. Növbəti dəfə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Cavabdehnə müraciət edib təkrarən 05 aprel 2018-ci il tarixində № AZ 02.0299.01.18 saylı “Akkreditasiya Attestatı” alaraq, AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunmuş və Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətlərini davam etdirmişdir. Fəaliyyətləri dövründə 05 aprel 2015-ci il, 05 aprel 2018-ci il və 05 aprel 2021-ci illərdə müəssisədə Cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq 4 dəfə inspeksiya nəzarəti qaydasında yoxlamalar həyata keçirilmişdir və həmin yoxlamalar dövründə fəaliyyətləri ilə bağlı heç bir nöqsan aşkar edilməmişdir. İddiaçı MMC-nin adına verilmiş 05 aprel 2018-ci il tarixli, № AZ 02.0299.01.18 saylı “Akkreditasiya Attestatı”nın qüvvədə olma müddətinin 05 aprel 2021-ci il tarixində bitməsini nəzərə alaraq 2 ay öncədən, 15 fevral 2021-ci il tarixində təkrar akkreditasiyanın keçirilməsi məqsədi ilə Cavabdehnə müaciət edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”nın 3.2. bəndində qeyd edilmiş sənədləri həmin inzibati orqana təqdim etmişdirlər. Cavabdeh 14 iyul 2021-ci il tarixində, ona müraciət etdikləri gündən 150 (bir yüz əlli) gün sonra özünün “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə Qərar № 0688-2 lUQQA”nı qəbul etmiş və İddiaçı MMC-nin “Əsasnamə”sini təsdiq edərək müəssisənin adına 14 iyul 2021-ci il tarixli, № AZ 02.0567.01.21 saylı “Akkreditasiya Attestatı”nı rəsmiləşdirmişdir. Buna baxmayaraq Cavabdeh tərəflərindən 07 aprel 2021-ci il tarixli AR/052 №-li məktubla ona təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət “Akkreditasiya sahəsinin layihəsi”ni qəsdən təsdiq etməmiş və onu özünün internet saytında yerləşdirməmişdir. Cəmiyyət tərəfindən dəfələrlə müraciətlər olunduqdan sonra cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə köhnə tarixlə təsdiq edilmiş “Akkredaditasiya sahəsi” internet saytında yerləşdirilmişdir. “Akkredaditasiya sahəsi” ilə tanış olduqda cavabdeh tərəfindən ona təqdim olunmuş “Akkredaditasiya sahəsinin layihəsi” təsdiq olunmadığı, layihədə nəzərdə tutulmamış sahələr artırılmaqla, çox sahələr ümumiyyətlə qeyd olunmamışdır. Sonradan cavabdeh inzibati orqan tərəfindən dəfələrlə cəmiyyətə müraciətlər olunaraq (məktublar ünvanlanaraq) cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlər tələb olunmuş, daha sonra isə mübahisələndirilən qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən qəbul edilmiş və hazırkı məhkəmə işində tərəflərindən mübahisələndirilən 27 may 2022-ci il tarixli, “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə Qərar №0688-22 UQQ AL”-ın əsaslandırıcı hissəsində göstərilir: “İddiaçıMMC-nin fəaliyyətə başladığı dövrdən hazıradək uyğunluq sertifikatları ilə bağlı təqdim etdiyi aylıq hesabatlara baxış keçirən zaman müəyyən edilmişdir ki, İddiaçıMMC-nin verdiyi sertifikatlarda onun akkreditasiya sahəsində göstərilməyən standartlara istinad etməklə sahədən kənara çıxmalar, həmçinin ölkəmizdə qüvvədə olmayan Avropa direktivlərinə, X4 üzv dövlətlərinin Gömrük İttifaqının texniki reqlament-lərinə, xarici dövlətlərin texniki şərtlərinə birbaşa istinadlar olmuş və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunun 10. və 13. maddələrinin tələbləri nəzərə alındıqda məlum olur ki, xarici ölkələrin texniki reqlamentlərinə əsasən istehsal olunan məhsulların xarici sənədlərinin tərəflərindən verilən uyğunluq sertifikatlarında yazılması heç bir Qərar və ya Qanun ilə qadağan edilmir. Birinci instansiya məhkəməsi işin bu faktiki hallarını nəzərə almamaqla maddi hüquq normalarını pozmuşdur. Mübahisələndirilən qərarda göstərilir: “Eyni zamanda qeyd edilməlidir ki, aylıq hesabatlarda həmin dövr üzrə olan blankların qeydiyyat nömrələri barədə məlumatlarda natamamlıqlar müəyyən edilmişdir.” Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, qanunvericilik aktlarına əsasən nə qeydiyyat blanklarının, nə də verilən sertifikatların nəzarətini Cavabdeh deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 saylı“Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Qərarın 2.1. bəndinə əsasən əsasən tərəflərindən verilən sertifikatların, sertifikatın verilməsi üçün sənəd və məlumatların reyestri Azərbaycan Respublikasının İqtsadiyyat Nazirliyi tərəfindən aparılır. Həmin qərarın 2.5-ci bəndinə əsasən Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının (bundan sonra– sertifikat) verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın 3.1-3.5-ci bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir. İddiaçı də qeyd olunan qanunvericilik aktına uyğun olaraq tərəflərindən verilmiş müvafiq uyğunluq sertifikatları və blankları mütəmadi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişdir. Daha sonra mübahisələndirilən qərarda göstərilir: “İddiaçıMMC tərəfindən veriimiş sertifikatlarda çox ciddi, aşkar edilməsi və bunların davamlı Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətinin müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC 29 yanvar 2015-ci il tarixdə Azərbaycan Respulikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeyiyyat nömrəsi ilə qeydə alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə ünvan 1lunmuşdur. Nizamnamənin 3.1.1-ci bəndinə əsasən məişət, mebel, rabitə və yüngül sənaye məhsullarının sertifikatlaşdırılması və uyğunluq sertifikatlarının verilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərinə daxil edilmişdir. Cavabdehi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli AAM- 635/11/21 nömrəli, 02 dekabr 2021-ci il tarixli AAM-657/12/21 nömrəli və 13 dekabr 2021ci il tarixli AAM- 682/12/21 nömrəli məktublardan müəyyən olunur ki, cavabdehə xx.xx.2021-ci il tarixli, AR/158 nömrəli məktubla təqdim edilən uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatların təqdim olunması xahiş olunmuş, lakin, iddiaçı tərəfindən sənədlərin təqdim edilməsindən imtina edilmişdir. Cavabdehinin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumun akreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə” xx.xx.2021-ci il tarixli 0688-21 AAQMD nömrəli qərarın surətindən müəyyən olunur ki, iddiaçının akkreditasiya attestatının qüvvəsi qismən - Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının (Attestat № AZ 02.0567.01.21) akkreditasiya attestatının qüvvəsi qismən - Kompüter, elektron və optik məmulatlar (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 26-cı bölməyə daxil olan bütün kodlar) və Elektrik avadanlıqları (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 27-ci bölməyə daxil olan bütün kodlar) sahələri üzrə (dayandırma qərarı qismən həmin sahələr üzrə olmasına səbəb tələb olunan sənədlərin əksəriyyətində istinad edilən məhsulların təsnifat kodunun 26 və 27 sahələrə aid olmasıdır) xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək dayandırılmışdır. Həmin qərarın 2-ci bəndinə əsasən, iddiaçının uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatları xx.xx.2022-ci il tarixinədək cavabdehə təqdim etməsi bildirilmiş, həmçinin 3-cü bənddə müəyyən edilmiş müddət ərzində həmin sənəd və məlumatları Mərkəzə təqdim etmədiyi təqdirdə akkreditasiya sahəsinin müvafiq sertifikatların verildiyi sahələr üzrə məhdudlaşdırılacağı nəzərinə çatdırılmışdır. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumun akreditasiya attestatının qüvvəsinin müvəqqəti məhdudlaşdırılması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 ASM nömrəli qərarın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixədək iddiaçının akkreditasiya sahəsi qismən (26 və 27 sahələr üzrə) məhdudlaşdırılmışdır. Həmin qərarda müəyyən edilmiş müddət ərzində də sənədləri təqdim etmədiyi təqdirdə iddiaçının akkreditasiya sahəsinin qeyd olunan sahələr üzrə sənəd və məlumatlar təqdim edilənədək məhdudlaşdırılması barədə qərar qəbul ediləcəyi göstərilmişdir. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumun akreditasiya attestatının qüvvəsinin müvəqqəti məhdudlaşdırılması barədə” cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 0688-22 ASM nömrəli Qərarın surətindən müəyyən olunur ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli 0688-21 AAQMD nömrəli qərarı ilə istənilən uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatlar təqdim edilənədək qeyd edilən sahələr üzrə akkreditasiya sahəsi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cavabdehi tərəfindəhn İddiaçı MMC-yə ünvanlanmış 18 may 2022-ci il tarixli, AzAK- 04/01-3/245 nömrəli məktubun surətindən müəyyən olunur ki, cavabdeh inzibati orqan sonuncu xəbərdarlıq edilməklə iddiaçıya müraciət etmiş, sertifikatlar və blankların qeydiyyat nömrələri barədə ətraflı məlumatların 3 (üç) iş günü ərzində cavabdehə təqdim edilməsi təklif olunmuşdur. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumun akreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə” xx.xx.2022-ci il tarixli 0688-22 AAQMD saylı Qərarın surətindən müəyyən olunur ki, iddiaçının akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılmışdır. Qərarda iddiaçının cavabdehin 18 may 2022-ci il tarixli, AzAK-04/01-3/245 nömrəli məktubunda qeyd edilən sənəd və məlumatların, habelə pozuntular aşkar edilmiş sertifikatlarla bağlı düzəldici hərəkətlərin edilməsi barədə məlumatların 27 may 2022-ci il tarixinədək təqdim etməsi bildirilmiş, həmin müddətdə təqdim edilmədiyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Daha sonra isə cavabdeh tərəfindən Cavabdehnin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” xx.xx.2022-ci il tarixli 0688-22 UQQ AL №li Qərar qəbul edilmişdir. İşin hallarından məlumdur ki, iddiaçı cavabdehin qeyd edilən qərarı ilə razı deyildir. İddiaçı hesab edir ki, ona verilmiş səlahiyyətləri aşaraq müxtəlif əsassız səbəblər göstərərək onlardan fəaliyyətləri ilə bağlı sənədləri tələb etmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. 1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. 1.0.3. uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. 1.0.4. akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. 1.0.5. akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. 1.0.6. akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. 5.1. Akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır. 5.2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir: 5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti; 5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi; 5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi. 6.1. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. 6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. 10.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. 10.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). 10.3. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Qeyd edilən normalardan da görünür ki, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin nöqsanlar aradan qaldırılmadıqda isə bu akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “Texniki reqlamentlər haqqında” Qanunun 10 və 13-cü maddəsinin tələbləri nəzərə alındıqda məlum olur ki, xarici ölkələrin texniki reqlamentlərinə əsasən istehsal olunan məhsulların xarici sənədlərinin tərəflərindən verilən uyğunluq sertifkatlarında yazılması qadağa olunmamışdır. Kollegiya İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirir ki, İddiaçının qeyd etdiyi qanunun 10.1-ci maddəsində qeyd edilmişdir ki, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda və müvafiq sahə üzrə milli texniki reqlament mövcud olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)) qərarı ilə milli texniki reqlamentlər kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilər. Digər tərəfdən İddiaçının göstərdiyi qanunun 13-cü maddəsində xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici uyğunluq sənədinin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tanınır. Göründüyü kimi, qanunvericiliklə beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin ölkəmizdə tətbiqini, eləcə də xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınmasını bir sıra hallarla şərtləndirmişdir ki, xarici dövlətlərin texniki reqlamentin tətbiqi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bununla bağlı qərarı, xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaolsun. Lakin, hal-hazırda belə bir qərarın və qaydanın olması müəyyən edilmir. Apellyasiya şikayətinin digər dəlillərindən biri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 10.1-ci maddəsi ilə bağlıdır. Belə ki, həmin maddəyə əsasən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun faəliyyəti barədə şikayət daxil olduğu hallarda keçirilir. Kollegiya bildirir ki, qanunvericilik həmin normada yoxlamanın minumum neçə dəfə keçirilməli olduğunu bildirmişdir. Başqa sözlə, tərəflər arasında hər hansı razılaşma varsa əgər, qanun həmin razılaşmaya əsasən yoxlamanın 1 və ya daha artıq keçirilməsini qadağan etmir. Tərəflər arasında Müqavilənin 2.4.2-ci yarımbəndinə əsasən, Cavabdehin akkreditasiya fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən, İddiaçının təqdim etdiyi sənədlərdə olan məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması üçün zəruri olan əlavə məlumatları ondan tələb etmək hüququ göstərilmiş, habelə bu sənədlərin təqdim edilməsi İddiaçının vəzifəsi kimi qeyd edilmişdir. Lakin, buna baxmayaraq İddiaçı müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Qeyd edilənlərdən əlavə, İddiaçı məhkəməyə təqdim etdiyi mülahizəsində qeyd etmişdir ki, Cavabdehtərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərarın əsaslandırma hissəsində AZSERTCENTER MMC-nin fəaliyyəti zamanı akkreditasiya sahəsində olmayan standartlara istinad etdiyi göstərilmişdir. Lakin, Cavabdehinin rəsmi internet səhifəsində yerləşdirilən Akkreditasiya bazasında yerləşdirilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” X8inə təqdim edilən akkreditasiya sahəsi sənədində ümumiyyətlə hər hansı standartlar nəzərdə tutulmamış, ümumi formada müvafiq sənəd toplularına istinad edilə bilməsi göstərilmişdir. İddiaçının qeyd etdiklərinə münasibətdə Cavabdeh bildirmişdir ki, adıçəkilən qurumun akkreditasiya sahəsi spesifik sahə olan farmakopeya sahəsidir və bu sahəni tənzimləyən beynəlxalq, eləcə də yerli standartlar olmadığından qurumun akkreditasiya sahəsində farmakopeya sahəsində beynəlxalq və regional, o cümlədən dövlətlər tərəfindən qəbul edilmiş və dərc edilmiş farmakopeyaya aid nəşrlər əsas götürülmüşdür. Məhz həmin nəşrlərdə farmakopeya ilə bağlı məhsullara dair tələblər göstərilmişdir. Bundan başqa, İddiaçının akkreditasiya sahəsində normativ sənədlər bölməsində standartların olmaması ilə bağlı iddiaçı tərəfin dediklərinə münasibətdə Cavabdeh bildirmişdir ki, avropa direktivləri, texniki reqlamentlər, xarici dövlətlərin texniki şərtləri Azərbaycan Respublikası ərazisində qüvvədə olmadığından, eyni zamanda telekommunikasiya vasitə və qurğuların sertifikatlaşdırılması zamanı Elektromaqnit (EMC) və radiotezlik (RF) uzlaşmasının müəyyən edilməsi ilə bağlı işlərdə müvafiq laboratoriyanın sınaq nəticələri tələb olunduğundan və iddiaçının bununla bağlı laboratoriyası olmadığından həmin standartlar əks olunmamışdır. Qeyd edilənlərdən əlavə iddiaçının mübahisələndirdiyi qərardan görünür ki, aylıq hesabatlarda həmin dövr üzrə olan blankların qeydiyyat nömrələri barədə məlumatlarda natamamlıqlar müəyyən edilmişdir. İddiaçı qərarda qeyd edilən bu halla razılaşmayaraq apellyasiya şikayətində bildirmişdir ki, qanunvericilik aktlarına əsasən, nə qeydiyyat blanklarının, nə də verilən sertifikatların nəzarətini Cavabdeh deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Qeyd edilənlərə münasibətdə Kollegiya bildirir ki, İddiaçının qeyd etdikləri tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir. İddiaçı özlərinin təsdiqləyərək bağladığı müqavilənin qanunvericiliyə zidd olduğunu bildirsə də, qanunla belə qadağa nəzərdə tutulmamışdır. Həmçinin, Cavabdeh haqlı olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndininə əsasən Dövlət Xidməti öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Nəzərə alınsa ki akkreditasiya sahəsində fəaliyyətin tənzimlənməsi və bu sahədə siyasətin formalaşması işləri Cavabdehin fəaliyyətinə aid edilir, deməli bu istiqamətdə də işlərin Cavabdeh tərəfindən görülməsi qəbulolunandır. İddiaçının dəlillərindən biri də mübahisələndirilən qərarın uzun müddətə (150 gün sonra) qəbul edilməsi ilə bağlıdır. Bu dəlillə bağlı qeyd edilməlidir ki, Cavabdeh tərəfindən “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərar birdən birə qəbul edilməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraat zamanı İddiaçının ilkin müraciətindən sonra təqdim edilən sənədlər araşdırılaraq çatışmamazlıqların aradan qaldırılmadığı üçün müddət axımının dayandırılması barədə qərar qəbul edilmiş, İddiaçıya onların aradan qaldırılması üçün müddət təyin edilmişdir. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarının Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyqun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 (altmış) iş günündən çox ola bilməz. Göründüyü kimi, Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət (10 iş günü), çatışmayan sənədləı təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti (20 iş günü), həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmamazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 (altmış) iş günü müddətinə daxil deyildir. Qeyd edilənlərdən əlavə olaraq, Kollegiya vurğulamağı zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı, xüsusilə məhkəmə iclaslarında tərəflərin izahatlarından məlum olmuşdur ki, İddiaçı akkreditasiya attestatını aldıqdan sonrakı bütün müddət ərzində Cavabdehin təsdiq etdiyi akkreditasiya sahəsi üzrə deyil, özünün müəyyən etdiyi sahə əsasında fəaliyyət göstərmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarına əsasən: 1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir. 1.2.2 Bu Qaydalar uyğunluğu qiymətləndirən malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlara şamil olunur. 4.1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra komissiya) yaradılması haqqında qərar qəbul edilir. 4.5. Komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. 4.6. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. 4.7. Qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. 4.8. Akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır. 5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 5.5. Aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir: 5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; 5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; 5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. 8.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Qedy edilənləri nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri İddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən qərar maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2634/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2634/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver