Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2637/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə X1 qızının katibliyi ilə İddiaçı1 cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı Ali Məhkəmənin qərarının ira edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7011/2021 saylı, 13 iyul 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı1 cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı cavabdehlərin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının icra edilməsinə məcbur edilməsinə, cavabdeh şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin tərkib hissəsi olan əməllərə qiymət verilməsi, cavabdehin məhkəmə qərarının tələblərini icra etməmələri ilə bağlı hərəkəsizliklərinə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7011/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apelyasiya şikayətinin verilməsinə dair tələblərdən bəhs edən 85.2-ci maddəsinə əsasən Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apelyasiya instansiyası məhkəməsinə verilməlidir. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir (maddə 85.3). İş materiallarında olan apelyasiya şikayətinin üzərinə vurulmuş Bakı İnzibati Мəhkəməsinə daxilolma ştampından görünür ki, iddiaçının apelyasiya şikayəti 30 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin tarixdən qanunla nəzərdə tutulmuş 30 gündən çox müddət keçməsinə baxmayaraq apelyasiya şikayətinin əsaslandırılması məhkəməyə təqdim olunmamışdır. Bununla əlaqədar apelyasiya icraatı zamanı iddiaçıya ünvanlanmış 29 sentyabr 2021-ci il tarixli bildirişdə apelyasiya şikayətinin əsaslandırılmış şəkildə təqdim edilməsi ilə bağlı məlumatlandırılsa da iddiaçı məhkəməyə əsaslandırılmış (işin faktiki halları, birinci instansiya məhkəməsinin qərardadından narazı qalması əsasları, bununla bağlı şikayət verənin dəlilləri, eləcə də hüquqi əsaslar və s. şəkildə əsaslandırılmış) apelyasiya şikayətini təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7011/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7011/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti mümkün sayılmasın və apelyasiya şikayətinin qbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2637/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2637/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver