Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2637/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X7 üçüncü şəxs) “orderin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X10 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X7 üçüncü şəxs) “orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3863/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1977 saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş 1 nömrəli orderə əsasən X4 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmışdır.
2. xx.xx.2019-cu il tarixdə qeyd olunan bağ sahəsinə dair cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarış verilmişdir.
3. İddiaçının təqdim etdiyi Bakı ŞİH Başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, R-175-112 nömrəli arxiv arayışına əsasən, Bakı ŞİH-nin xx.xx.1997-ci il tarixli, 233 saylı sərəncamına əsasən İddiaçı Ləhiş Bağlarında 5832 saylı bağ sahəsi ayrılmış və onunla 31814 saylı, xx.xx.2003-cü il tarixli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmasına dair verilmiş 1 saylı orderin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməklə, orderin verilməsinə əsas olan sərəncamın mübahisələndirilməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli ,1977 saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş 1 nömrəli orderə əsasən X4 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmışdır. xx.xx.2019-cu il tarixdə qeyd olunan bağ sahəsinə dair cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Bakı ŞİH Başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, R-175-112 nömrəli arxiv arayışına əsasən, Bakı ŞİH-nin xx.xx.1997-ci il tarixli, 233 saylı sərəncamına əsasən İddiaçı Ləhiş Bağlarında 5832 saylı bağ sahəsi ayrılmış və onunla 31814 saylı, xx.xx.2003-cü il tarixli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. X3 adına verilmiş olan xx.xx.1992-ci il tarixli, 1 nömrəli order qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən orderin əsli hal-hazırda mövcud deyildir. Orderin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada iki dəfə müraciət etmiş, lakin mahiyyəti üzrə cavablar verilməmişdir. Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-2003-cü illərə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 və xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş Zülfüqarlı Yeganə adı çəkilən İdarə tərəfindən xx.xx.2018ci il tarixli, **********46 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişlə idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair başqa şəxsin adına order mövcud olduğu və həmin ərazi ilə bağlı müraciətinin daxil olduğu, bundan başqa 5830, 5831 və 5832 nömrəli bağ sahələrinin ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və mərzçəkmə işlərinin tam aparılmadığı müəyyən olunmuşdur.
7. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim olunmamışdır.
8. Üçüncü şəxs tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan bağ sahəsinə iddia edir və həmin bağ sahəsinin ona ayrıldığını sübut edəcək iki sənəd məhkəməyə təqdim etmişdir: 1) Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Abadlaşdırma və X9 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 31814 saylı icarə müqaviləsi, 2) X16 İdarəsinin Ləhiş bağları üzrə mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli akt. İddiaçı qeyd edilən sənədlər əsasında hesab edir ki, 5832 №-li bağ sahəsi ona məxsusdur və cavabdeh inzibati orqan onun qanunla qorunan hüquq və mənafelərini pozaraq adıçəkilən bağ sahəsinə dair X3 mülkiyyət hüquqlarını reyestrdə qeydə almışdır. İlk növbədə qaldırılmış iddia tələbi düzgün deyil. Belə ki, iddia tələbi verilmiş orderin etibarsız hesab edilməsindən ibarətdir. “İnzibati icraat haqqında'' Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız sayılmasının 5 əsası mövcuddur. Mübahisə predmeti olan order Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən inzibati akt kimi deyil, texniki bir sənəd kimi qəbul edilmişdir. Bu əsasdan iddia tələbinin düzgün şəkildə irəli sürülmədiyi aşkardır. Çünki hazırkı vəziyyətdə orderin etibarsızlığı üçün qanunvercilikdə nəzərdə tutulmuş 5 şərtin heç biri mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd edilən bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1977 saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş 1 nömrəli orderə əsasən Zülfüqarlı Yeganəyə məxsus olmuş və qeyd edilən sənədlər əsasında cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə Zülfüqarlı Yeganənin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə bir dəfə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Belə ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh X4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X7 tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı iddia tələbinin rədd edilməsi, habelə İddiaçı ilə Azərbycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X9 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 05 avqust 2003-cü il tarixli müqavilənin, həmçinin 27 oktyabr 2001-ci il tarixli aktın etibarsız hesab edilməsinə, eyni zamanda mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsaiti hesabına sökülərək çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151 /2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X19-lətif qızına qarşı Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və X3 adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X9 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə və xx.xx.2001-ci il tarixli akt X4 aid hissədə etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən ilk iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra adıçəkilən qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3401/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9691/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın xx.xx.2003-cü il tarixli müqavilənin, həmçinin xx.xx.2001-ci il tarixli aktın X17-lətif qızına aid hissədə etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 ha sahəsi olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə ilk iddia tələbi və qarşılıqlı iddianın xx.xx.2001-ci il tarixli aktın X4 aid hissədə etibarsız hesab edilməsi tələbi hissəsində iş üzrə icraata xitam verilmiş, qarşılıqlı iddia İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X9 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş və qətnamə qalan hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi hissəsində, dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən məhkəmə qərarının 68 və 69-cu bəndləri ilə hazırda mübahisə predmeti olan bağ sahəsinin Yeganə Zülfüqarlının mülkiyyətində olması öz təsdiqini tapmışdır. Digər irəli sürülən sübutla bağlı qeyd olunmalıdır ki, təqdim edilmiş 31814 saylı, xx.xx.2003-cü il tarixli müqavilədə bağlanma tarixi xx.xx.2003-cü il göstərilsə də, istifadəçi İddiaçı şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2004-cü il olaraq qeyd edilmişdir. Bu halda xx.xx.2003-cü il tarixli müqaviləyə xx.xx.2004-cü il tarixdə, yəni bir il sonra verilmiş şəxsiyyət vəsiqəsinin qeyd edilməsi həmin müqavilənin mötəbərliyini şübhə altına alır və qeyd edilən sübut haqqında şübhələrin yaranmasına əsas verməklə, mötəbər olmadığı müəyyən edilir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3863/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim N.Abıyev) iş üzrə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3863/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1977 saylı sərəncamı ilə mübahisəli torpaq sahəsinə 1 saylı order verilmişdir. Həmin order məhz Bakı şəhər icra hakimiyyəti tərəfindən verilmiş əsas sənəddir və işi mahiyyəti üzrə həll edir. Çünki müvafiq sərəncam əsasında bir yox, bir neçə torpaq sahəsinə order verilmişdir. Məhkəmə bu halları nəzərə almamışdır.
12. Məhkəmə işə baxan zaman işi tam və hərtərəfli araşdırmamış, Bakı şəhər icra hakimiyyətinin nümayəndəsinin fikrini şifahi məhkəmə iclasında dinləməmişdir. Üçüncü şəxs də iddia tələbinin mümkün sayılmaması barədə hər-hansı bir tutarlı sübut irəli sürməmişdir.
13. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1977 saylı sərəncamının yox, həmin sərəncam əsasında verilmiş 1 saylı orderin etibarsız hesab edilməsi tələbi heç də iddia tələbinin mümkün sayılmaması üçün əsas ola bilməz. İşə mahiyyəti üzrə baxılıb həll edilməlidir. Qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış sərəncam əsasında deyil, order əsasında verilir. Məhkəmə iddia tələbini mümkün saymamaqla qeyd etdiyi prosessual hüquq normasını pozmuşdur.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X5 verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlarında “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölməsinə dair (bağ məsələləri üzrə komissiya yığıncağının 25 noyabr 1992-ci il tarixli, 45 №-li protokolu) xx.xx.1992-ci il tarixli 1977 №-li sərəncam (çıxarış) vardır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li, Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən X6 Ləhic, BTK 25 nəzdində bağ sahəsi ayrılmışdır.
25. Hazırda iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 25 nömrəli Ləhiş Bağlar Tikinti X1 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmasına dair verilmiş 1 saylı orderin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür.
26. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməklə, orderin verilməsinə əsas olan sərəncamın mübahisələndirilməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir.
27. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd)
28. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri).
30. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun.
31. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Ləhiş Bağlar Tikinti X1 5832 saylı 0,12 ha bağ sahəsinin ayrılmasına dair 1 saylı orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamının etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi iş üzrə materiallardan müəyyən olunmur.
32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
33. Hazırki iş üzrə order inzibati akt əsasında verildiyindən və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.
34. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.
35. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-1(112)-3863/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov