Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2637/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Səttər oğlunun Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı Səttər oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 38 saylı qərarına əsasən N969-cu il təvəllüdlü X5 ”Sol bud sümüyünün yuxarı 3/N nahiyəsinin yumşaq toxumalarını dəlib keçən odlu silah yaralanması” diaqnozu hərbi travmadır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 60N nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müqavilə yolu ilə gəlmiş, tuşlayıcı, çavuş X6 N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli NN5 №-li əmrilə (əsas: §4, sıra-N; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) şəxsi heyətin siyahısına daxii edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli NN8 №-li əmrilə (əsas: §2, sıra-7; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) tuşlayıcı, çavuş X6 xx.xx.N992-ci il tarixdən Ağdərə rayonuna ezamiyyətə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N52 №-li əmrilə (əsas: §2, sıra-4; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi, “çavuş” yazılmışdır) tuşlayıcı, çavuş X6 xx.xx.N992-ci il tarixdən Ağdərə döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab edilərək, qazan təminatına qoyulmuşdur. Müqaviləni pozduğuna görə ehtiyata tərxis olunmuş, tuşlayıcı, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N8N №-li əmrilə (əsas: §2, sıra-N, səh.-30; qeyd: əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Xətai RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən, kiçik gizir X7 N №-li hərbi hissə komandirinin N8 mart N994-cü il tarixli 49 №-li əmrilə (əsas: §N, bənd-3, səh.-30; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) xx.xx.N994- cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək, N6-cı batareyanın “baş texniki” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N9 iyul N994-cü il tarixli N50 №-li əmrilə (əsas: §2, sıra-5, səh.-36; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səfər”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməyib) 6-cı Haubitsa artilleriya divizionunun N6-cı batareyasının hərbi qulluqçusu, gizir X8 qazan təminatından çıxarılaraq, ərzaq attestatı ilə təmin edilmişdir. N №-li hərbi hissə komandirinin 2N oktyabr N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §N, bənd-5, sıra-N2, səh.-20; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməyib) gizir X6 xx.xx.N994-cü il tarixdən Bakı şəhərinə daimi dislokasiya yerinə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən, kiçik gizir X7 N Nə-li hərbi hissə komandirinin N iyun N995-ci il tarixli N65 №-li əmrilə (əsas: §NN, sıra-N6, səh.-N4; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmış, vəzifəsi göstərilməyib, adının qarşısında “xx.xx.N995” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən noyabr N992-ci ildən mart N994-cü ilədək xidməti olmadığına görə və xx.xx.N992-ci il tarixdə müqavilə şərtlərini pozduğu üçün ehtiyata buraxılmağını nəzərə alaraq ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur.
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müqavilə yolu ilə gəlmiş, çavuş X6 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 №-li əmrilə (əsas: §-4, sıra- N,əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN8 №-li əmrində (əsas: §2, sıra-7, əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən Ağdərə rayonuna ezamiyyətə getmiş hesab edilərək, qazan təminatından çıxarılmış hərbi qulluqçuların siyahısında, tuşlayıcı vəzifəsində, çavuş X5 adı qeyd olunmuşdur. N №li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N52 №-li əmrilə (əsas: §2, sıra-4, əmrdə adı “Mədət”, hərbi rütbəsi, “çavuş” yazılmışdır) Ağdərə döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilərək, xx.xx.N992-ci il tarixdən qazan təminatına qoyulan hərbi qulluqçuların siyahısında, tuşlayıcı vəzifəsində, çavuş X5 adı qeyd olunmuşdur. Tuşlayıcı, çavuş İddiaçı müqavilə şərtlərini pozduğuna görə, ehtiyata tərxis olunduğundan, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N8N №-li əmrilə (əsas: §-2, sıra-N, səh-30, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Xətai RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 068 gm №-li əmrində (əsas: səh-2N5, sıra-N, əmrdə atasının adı “Səttər” yazılmışdır) xx.xx.N969-cu il təvəllüdlü, N993-cü il tarixdə Azərbaycan Texniki Universitetini bitirmiş, ehtiyatda olan kiçik çavuş İddiaçı Səttər oğluna “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, “kiçik gizir” hərbi rütbəsinin verilməsi və N №-li hərbi hissədə X2 Haubitsalı Artilleriya batareyasının baş texniki vəzifəsinə təyin olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 068 gm №-li əmrinə əsasən, kiçik gizir X7 N6-cı batareyanın “baş texniki” vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 49 Nə-li əmrilə (əsas: §-N, bənd-3, səh-30, əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq işinin və vəzifəsinin qəbuluna buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N50 №-li əmrilə (əsas: §-2, sıra-5, səh-36, əmrdə adı “Mədət”, atasının adı “Səfər”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi qeyd olunmamışdır, əsas kimi “Raport” göstərilmişdir, qazan təminatından çıxarılma səbəbi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 6- cı QADN N6-cı batareyasının hərbi qulluqçusu, gizir X8 qazan təminatından çıxarılaraq, ərzaq attestatı ilə təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §-N, bənd-5, sıra-N2, səh-20, əmrdə adı “Mədət”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməmişdir) gizir X6 xx.xx.N994-cü il tarixdən Bakı şəhərinə daimi dislokasiya yerinə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli 092 gm №-li əmrinə əsasən, kiçik gizir X7 N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N65 №-li əmrilə (əsas: §NN, sıra-N6, səh-N4, əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmış, vəzifəsi göstərilməmişdir, adının qarşısında “xx.xx.N995” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N2 aprel N992-ci ildə könüllü olaraq N nömrəli hərbi hissənin artelerya divizyonuna tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin dislokasiya yeri Fizuli rayonu olmuşdur. xx.xx.N992-ci ilə qədər həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N992-ci ildə hərbi hissənin siyahısından çıxarılmaqla ehtiyata buraxılmışdır. xx.xx.N992-ci ildə təkrar ölkənin çətin vəziyyətdə olmasını nəzərə alaraq, N saylı hərbi hissəyə müraciət etmiş və həmin tarixdən N saylı hərbi hissəyə tuşlayıcı təyin olunmuş, bütün növ təminatla təmin olunmaqla, hərbi hissənin siyahısına daxil edilmişdir. xx.xx.N992-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Ağdərə rayonuna ezam olunmuş, xx.xx.N992-ci il tarixə qədər Ağdərə rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N992-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.N992-ci ildə Daxili İşlər Nazirliyinin Astara Gömrük polisi bölməsinə polis nəfəri kimi qəbul olunmuş, 03 yanvar tarixində polis əməkdaşı kimi təkrar döyüş bölgəsi olan Ağdərə rayonuna ezam olunmuşdur. xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə güllə yarası almışdır. Yaralandıqdan sonra Gəncə şəhərində yerləşən hərbi hospitala gətirilmişdir. Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən hospitala köçürülmüşdür. xx.xx.N993-cü ilə qədər həmin hospitalda müalicə almış, xx.xx.N993-cü ilədə ştatların ixtisarına görə DİN orqanlarından buraxılmışdır. xx.xx.N994-cü il tarixdə təkrar N saylı hərbi hissənin kiçik gizir rütbəsində baş texnik vəzifəsinə təyin olunmuşdur. xx.xx.N994-cü ildə döyüş əməliyyatlarında iştirak etmək üçün Goranboya ezam olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N995-ci ildə şəxsi heyyəti siyahısında çıxarılmış və ehtiyata buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
7. Cavabdeh məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 3N70 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlarla salınmagla tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirakına dair məlumatlar aşkar olunmamışdır. Belə ki, qeyd olunan arxiv məktubunda iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdərə rayonuna ezamiyyətdə olması qeyd olunsa da onun ezam olunduğu hərbi hissə və ezam olunma məgsədi arxiv arayışında öz əksini tapmamış və belə olan halda iddiaçının Ağdərə döyüş əməliyyatları bölgəsinə ezam olunması döyüş əməliyyatlarında iştirak etməsinə əsas deyildir. Bu qanunun tələblərindən görünür ki, həmin şəxslərə o şərtlə müharibə veteranı adı və vəsiqəsi verilir ki, onlar döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsunlar.Arxiv arayışından da göründüyü kimi iddiaçının ezam olunduğu hərbi hissə və ezam olunma səbəbi barədə (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı) sübut yoxdur. Bu da iddiaçının döyüş əməliyyatlarında iştirakına sübut kimi əsas ola bilməz.
8. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Səttər oğlunun iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər siyahısından çıxarılmış və iddia tələbi dəqiqləşdirilmiş şəkildə “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd edilən hərbi hissədə xidmət keçməsi faktı mübahisəsiz olsa da, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrün yalnız müəyyən bir hissəsində onun bu hərbi hissədə xidmət etməsi, lakin məhz bu müddət ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş bölgələrinə ezam olunması barədə hüquqi əhəmiyyət kəsb edən təkzibedilməz dəlillərin mövcud olmaması, həmçinin müqavilə öhdəliklərini pozması əsası ilə hərbi hissənin şəxsi heyətindən çıxarılması onun “Müharibə veteranı” adını və vəsiqəsini almaq hüququnun yaranmasını istisna edir. Bununla əlaqədar olaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsinin təsdiqinə dair irəli sürdüyü iddia tələbinin təmin olunmasını istisna edən şərtlər iş materialları ilə müəyyən edilir.
12. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 3493/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası üzrə inzibati işə heç də, qərəzsiz yanaşılmamış, onun iddiası əsassız və qanunsuz olaraq rədd edilmişdir. Bu baxımdan göstərilənlərə əsasən, müharibə vaxtı döyüşlərdə iştirak etməsinə baxmayaraq Bakı inzibati Məhkəməsi göz yummuşdur. Hesab edir ki, müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas olaraq hərbi biletində qeyd edilən Hərbi Hissədə döyüşlərdə iştirak etməyini nədənsə nəzərə almayan məhkəmə tərəfindən kobud şəkildə qanun pozuntusu olmaqla iddiası rədd edilmişdir. Belə ki, insan və vətəndaş olan iddiaçı olaraq hüquq və azadlıqlarını gözləmək və qorumaq məhkəmənin borcu olduğu halda, məhkəmə, iddiaçının hüquqlarını “heçə almışdır”! Təəssüf ki, iddiaçı tərəfin Hərbi biletində möhürlə təsdiq edilməsinə baxmayaraq və həmçinin birinci instansiya məhkəməsinin sərəncamına əsasən iddiaçının həqiqi hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməsi təsdiq olunmasına baxmayaraq qanundan kənar iddia tələbi təmin edilməmişdir.. Bildirir ki, iddiaçı tərəfindən yetərincə sübut məhkəməyə təqdim edilmiş və həqiqi hərbi xidmətdə iştark edilməsi və müharibə vaxti Hərbi hissələrdən döyüşlərdə olması barədə məhkəmə sorğusuna cavab verilmişdir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
21. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.6cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.N. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.N. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.N. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.N Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Məhkəmə Kollegiyası qeyd edir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
27. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir.
28. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPMnin 33.N-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir.
30. Hüquqi perspektiv baxımından nəzərə alınmalıdır ki, iddiaçı xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır.
31. Hazırkı mübahisə kontekstində “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün tətbiq edilən normativ-hüquqi aktlarla müəyyən edilmiş dispozitiv tələblərin iddiaçı tərəfindən təmin edildiyi iş materialları ilə təsdiqini tapmır. Belə ki, nə iddiaçının təqdim etdiyi sübutlar, nə də məhkəmə araşdırması çərçivəsində əldə olunmuş dəlillər onun N992- ci ilin noyabr ayından N994-cü ilin mart ayınadək fasiləsiz və döyüş əməliyyatlarına cəlb edilməklə hərbi xidmətdə olduğunu təsdiqləyən hüquqi əsas yaradır.
32. İş materiallarından aydın olur ki, iddiaçı xx.xx.N992-ci il tarixində müqavilə öhdəliklərini pozduğuna görə hərbi hissənin şəxsi heyət tərkibindən xaric edilmiş, yalnız xx.xx.N994-cü il tarixində N nömrəli hərbi hissənin X2 XN baş texniki vəzifəyə təyin olunmuşdur. Digər tərəfdən, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi yalnız xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan dövrü əhatə etmişdir. İddiaçının hərbi xidmətinin isə məhz N994-cü ilin fevral ayından etibarən həmin hərbi hissədə bərpa olunduğu nəzərə alınarsa, onun bu dövrdə birbaşa döyüş əməliyyatlarında iştirakı və ya döyüş bölgələrinə ezam olunması ilə bağlı konkret sübutlara əsaslanan hüquqi fakt müəyyən edilməmişdir.
33. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən hərbi hissədə xidmət keçməsi faktı mübahisəsiz olsa da, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrün yalnız müəyyən bir hissəsində onun bu hərbi hissədə xidmət etməsi, lakin məhz bu müddət ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş bölgələrinə ezam olunması barədə hüquqi əhəmiyyət kəsb edən təkzibedilməz dəlillərin mövcud olmaması, həmçinin müqavilə öhdəliklərini pozması əsası ilə hərbi hissənin şəxsi heyətindən çıxarılması onun “Müharibə veteranı” adını və vəsiqəsini almaq hüququnun yaranmasını istisna edir. Bununla əlaqədar olaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsinin təsdiqinə dair irəli sürdüyü iddia tələbinin təmin olunmasını istisna edən şərtlər iş materialları ilə müəyyən edilir.
34. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası üzrə inzibati işə heç də, qərəzsiz yanaşılmamış, onun iddiası əsassız və qanunsuz olaraq rədd edilmişdir. Bu baxımdan göstərilənlərə əsasən, müharibə vaxtı döyüşlərdə iştirak etməsinə baxmayaraq Bakı inzibati Məhkəməsi göz yummuşdur. Hesab edir ki, müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas olaraq hərbi biletində qeyd edilən Hərbi Hissədə döyüşlərdə iştirak etməyini nədənsə nəzərə almayan məhkəmə tərəfindən kobud şəkildə qanun pozuntusu olmaqla iddiası rədd edilmişdir. Belə ki, insan və vətəndaş olan iddiaçı olaraq hüquq və azadlıqlarını gözləmək və qorumaq məhkəmənin borcu olduğu halda, məhkəmə, iddiaçının hüquqlarını “heçə almışdır”.Təəssüf ki, iddiaçı tərəfin Hərbi biletində möhürlə təsdiq edilməsinə baxmayaraq və həmçinin birinci instansiya məhkəməsinin sərəncamına əsasən iddiaçının həqiqi hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməsi təsdiq olunmasına baxmayaraq qanundan kənar iddia tələbi təmin edilməmişdir.. Bildirir ki, iddiaçı tərəfindən yetərincə sübut məhkəməyə təqdim edilmiş və həqiqi hərbi xidmətdə iştirak edilməsi və müharibə vaxti Hərbi hissələrdən döyüşlərdə olması barədə məhkəmə sorğusuna cavab verilmişdir.
35. Bununla bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının qeyd edilən hərbi hissədə xidmət keçməsi faktı mübahisəsiz olsa da, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrün yalnız müəyyən bir hissəsində onun bu hərbi hissədə xidmət etməsi, lakin məhz bu müddət ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş bölgələrinə ezam olunması barədə hüquqi əhəmiyyət kəsb edən təkzibedilməz dəlillərin mövcud olmaması, həmçinin müqavilə öhdəliklərini pozması əsası ilə hərbi hissənin şəxsi heyətindən çıxarılması onun “Müharibə veteranı” adını və vəsiqəsini almaq hüququnun yaranmasını istisna edir.
36. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
38. İnzibati Prosessual Məcəllənin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz
40. Odur ki, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.N-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.N.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.