Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2639/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində Cavabdeh2 və digəriləri cəlb olunmaqla) iş üzrə (Açar sözlər: yaşayış sahəsindən qeydiyyatdan çıxarılma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Üçüncü şəxs Cavabdeh10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 cəlb olunmaqla) “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-8001/2023 saylı qərarından üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu RPİ-yə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı onunla Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, 4-cü döngədə yerləşən 7 saylı evi müvafiq məbləğdə pul vəsaiti müqabilində almışdır. Həmin müqavilənin 13-cü bəndində satıcı öhdəlik götürmüşdür ki, 15 fevral 2023-cü il tarixədək həmin mənzildə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxacaqlar. Lakin həmin şəxslər mənzildən qeydiyyatdan çıxmamışlar və bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmişdir. Lakin RPİ 11 mart 2023-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və məsələnin onun səlahiyyətinə aid olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin imtinası əsassızdır və qeyri-qanunidir. Göstərilənlərə əsaslanaraq, Cavabdeh2 və onuna birlikdə digərlərinin iddiaçının satın aldığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, 4-cü döngədə yerləşən 7 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulması məhkəmədən xahiş olunur.
3. İddiaçı tərəf sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16n və Cavabdeh17 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalarını, iddia tələbinin «üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Cavabdeh2 və digərləri onların cavabdeh qismində prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.
4. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-8001/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Cavabdeh11 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1909 saylı qətnaməsi ilə 2005-ci ilin avqust ayından, digər ərizəçi isə, bundan sonra Cavabdeh11 ailə üzvü kimi ünvan 3 ünvanında yaşamaqla qeydiyyatdadırlar. Həmin vaxtdan bu ünvanda yerləşən mənzildən istifadə edərək kommunal xərclər ödəyiblər. Ərizəçilər və onların ailə üzvləri hazırda ünvan 3 ünvanındakı mənzildə yaşamaqda davam edirlər. Həmçinin ərizəçinin daha bir neçə ailə üzvü də həmin mənzilə qeydiyyatdadır. Məhkəmə iş üçün əhəmiyyət daşıyan bu halları nəzərə alaraq ərizəçiləri qeyd edilən ünvandakı mənzildən qeydiyyatdan çıxarmamalı idi. Bundan əlavə ərizəçilərin qeyd edilən ünvandakı mənzilin alqı-satqısı üzrə 15 noyabr 2022-ci il tarixli AN- İ ******* nömrəli alqı-satqı müqaviləsindən və bu müqavilədəki “mənzilin satılmasından sonra qeydiyyatdan çıxma” şərtindən də məlumatları olmayıb. Ərizəçilərdən sadəcə olaraq təkidlə xahiş edilib ki, adıçəkilən ünvandakı mənzilin satılmağına sadəcə razılıq vermək lazımdır və bu, onların qeydiyyatdan çıxarılmasına gətirib çıxarmaycaq. Beləliklə də, qeyd edilən ünvandakı yaşayış evinin satılması ilə bağlı ərizəçilər aldadılaraq iradələrinə zidd hərəkət etmələrinə məcbur edib.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər proses iştirakçılarının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında notarial qaydada 15 noyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır və həmin müqavilənin müddəalarına görə satıcı müvafiq məbləğdə pul vəsaiti müqabilində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi. Q.Vəzirov küçəsi, 4-cü döngə, 7 saylı evi alıcının mülkiyyətinə vermişdir.
11. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 1 dekabr 2022-ci il) surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, 7 saylı evə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 4 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə alınmış 59566092 nömrəli 28 dekabr 2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ünvan 1 ünvanında qeydiyyatdadır.
13. Bakı şəhəri Sabunçu RPİ-nin İddiaçı ünvanlanmış 11 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, müvafiq müraciətdə adları göstərilən şəxslər Cavabdeh2 və digərlərinin ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMBnin səlahiyyətləri daxilində deyildir. Məsələ ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət olunması məqsədəmüvafiq hesab olunur.
14. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 13 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, sorğuda qeyd olunan fiziki şəxslərin (Cavabdeh2 və digərləri) ünvan 5ə mülkiyyət və istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sözügedən fərdi yaşayış evi hazırda İddiaçı mülkiyyətindədir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2005-ci il tarixli 2-1909 saylı qətnaməsi ilə Cavabdeh11 həyat yoldaşı X3, uşaqları X1, Cavabdeh10 və X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4-də yerləşən 7 saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir.
16. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış 04 iyul 2024-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, 7 saylı evin – İddiaçı qeydiyyat ünvanı ilə Cavabdeh11 və Cavabdeh10 yaşadığı evlər ayrı olsalar da, qeydiyyat ünvanları üst-üstə düşüb.
17. İş materiallarında olan "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-nin qəbzlərindən müəyyən olunur ki, Cavabdeh11 tərəfindən kommunal xərclər ödənilməklə, sayğaclar onun istifadə və sahibliyindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-8001/2023 saylı qərarı qismən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 münasibətdə rədd edilməlidir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı“
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”
22. Beləliklə, iş materiallarından müəyyən edilir ki, üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1909 saylı qətnaməsi ilə 2005ci ilin avqust ayından, ünvan 9 ünvanında yaşamaqla qeydiyyatdadırlar. Həmin vaxtdan bu ünvanda yerləşən mənzidən istifadə edərək kommunal xərclər ödəyiblər. Üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 və onların ailə üzvləri hazırda da ünvan 10 ünvanındakı mənzildə yaşamaqda davam edirlər. Belə ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı 04 iyul 2024-cü il tarixli məktubunda da qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, 7 saylı evin – İddiaçı qeydiyyat ünvanı ilə Cavabdeh11 və Cavabdeh10 yaşadığı evlər ayrı olsalar da, qeydiyyat ünvanları üst-üstə düşüb. Bakı İnzibati Məhkəməsinin 2-l(112)-8001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına görə isə üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 faktiki olaraq ünvan 9 ünvanında yaşamırlar və yaşayış sahəsindən istifadə etmirlər. Əslində isə, onlar ailə üzvləri ilə birlikdə 2005-ci ilin avqust ayından hal-hazıradək bu ünvanda faktiki olaraq yaşayırlar və yaşayış sahəsindən istifadə edirlər. Həmin vaxtdan indiyədək mənzilin kommunal xərclərini və digər ödənişləri ödəyirlər. Lakin onlar birinci instansiya məhkəməsinin prosesində iştirak etmədiklərindən işin bu halları məhkəmə tərəfindən araşdırılmamışdır və iş üzrə üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 barəsində düzgün nəticəyə gəlinməmişdir. Odur ki, üçüncü şəxslərin məhz iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Bundan əlavə, üçüncü şəxslər A.Həzrətuliyev və Cavabdeh10 qeyd edilən ünvandakı mənzilin alqı-satqısı üzrə 15 noyabr 2022-ci il tarixli AN-11096249 nömrəli alqı-satqı müqaviləsindən və bu müqavilədəki "mənzilin satılmasından sonra qeydiyyatdan çıxma" şərtindən də məlumatları olmayıb. Belə ki, onlardan xahiş olunmuşdur ki, adıçəkilən ünvandakı mənzilin satılmağına sadəcə razılıq vermək lazımdır və bu, onların qeydiyyatdan çıxarılmasına gətirib çıxarmayacaq. Beləliklə də, onlar qeyd edilən ünvandakı yaşayış evinin yalnız satılması ilə bağlı razılıq vermişlər (alqı-satqıya dair notariat işi iş materiallarına əlavə edilmişdir ).
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mübahisə ilə bağlı məsələni birinci instansiya məhkəməsi lazımi qaydada araşdırmamışdır. Beləliklə, məhkəmə kollegiyası ətraflı araşdırma aparmaqla haqlı olaraq bu nəticəyə gəlir ki, üçüncü şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki, üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmiş, iddiaçının mülkiyyətində olan evdə deyil, onlara aid evdə hal-hazırda yaşayırlar, iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmasını tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda, bu imkandan istifadə etməməsi üçüncü şəxslərin 2005-ci il tarixdən məhkəmə qətnaməsinə əsasən yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda, bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Odur ki, üçüncü şəxslərin hazırkı halda sözügedən ünvanda qeydiyyatda qalmaları və cavabdehin üçüncü şəxsləri (Cavabdeh11 və Cavabdeh10) həmin ünvandan qeydiyyatdan çıxarmaqdan imtinası qanunazidd sayıla bilməz.
24. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(112)-8001/2023 saylı qərarı qismən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 münasibətdə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Üçüncü şəxslər Cavabdeh11 və Cavabdeh10 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərarı qismən ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərarı qismən, Cavabdeh10 və Cavabdeh11, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov