Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-264/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1982-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-AZ1001, ünvan 3il Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)- 963/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 13.05.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 30.04.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində iddiaçı Elmir Həşimovun cavabdeh Təhsil Nazirliyinə qarşı ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi tələbinə dair inzibati işə baxılarkən Nazirlik adından çıxış edən nümayəndə X3 19.12.2018 və 20.11.2018-ci il tarixli iki etibarnamə təqdim edərək cavabdeh inzibati orqanı məhkəmədə təmsil etmişdir. Təqdim edilmiş 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin mötəbərliyi şübhə doğurduğundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tərəflərindən sorğu göndərilmiş və sözügedən etibarnamənin müvafiq kitabda qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Anar Cəfərovun 30 aprel 2019-cu il tarixdə ona ünvanladığı 18-18-409/10 saylı cavab məktubunda sorğunun icrasından imtina edilmişdir. Cavab onunla əsaslandırılır ki: “sorğunuz İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığından icrasından imtina edilmişdir.” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2-1(82)- 2126/2019 saylı qərardadı ilə (hakim R.Daşdəmirov) iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2516/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2126/2018 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3498/2019 saylı 17.12.2019- cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, A.Hüseynov, R.Nəbizadə) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2516/2019 saylı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-712/2020 saylı, 28.02.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2126/2018 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-963/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, cavabdehin 30.04.2019-cu il tarixli imtinası əsassız hesab edilir, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Elmir Həşimovun cavabdeh Təhsil Nazirliyinə qarşı “diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi tələbinə dair” inzibati işə baxarkən Nazirlik adından çıxış edən nümayəndə X3 19.12.2018-ci il və 20.11.2018-ci il tarixli 2 etibarnamə təqdim edərək cavabdeh inzibati orqanı təmsil etmişdir. Təqdim edilmiş 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin mötəbərliyi şübhə doğurduğundan cavabdehə sorğu göndərilmiş və həmin etibarnamənin müvafiq kitabda qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Təhsil Nazirliyinin 30.04.2019-cu il tarixli, 18-18-409/10 saylı cavab məktubu ilə sorğunun icrasından imtina edilmişdir. Təhsil Nazirliyinin imtinasını əsassız hesab edən iddiaçı “cavabdehin 30.04.2019- cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində sənədlərin tədqiqi zamanı mübahisələdirilən 20.11.2018-ci il tarixli, 01-18-64/12 nömrəli etibarnamənin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəflərindən təqdim olunmuş sənədə hüquqi qiymət verməmiş, yalnız iddiaçı tərəfindən sübut kimi təqdim edilən mübahisələndirilən etibarnamənin surətini əsas götürərək, tələbi təmin etmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən etibarnamə kserosurət olduğundan onun nömrəsi 01-18-64/12 kimi deyil, "01-18-64/” nömrə kimi düşmüşdür. Bildiririk ki, məhkəmənin istinad etdiyi bu nömrəli etibarnamə ümumiyyətlə mövcud deyildir. Belə ki, Elmir Həşimovun iddiası ilə bağlı iş materiallarından etibarnamənin surətini çıxararkən onun nömrəsinin tam (12 rəqəminin) düşməməsinə əhəmiyyət verməmiş və həmin nömrəli etibarnaməni mübahisələndirmişdir. Təhsil Nazirliyi tərəfindən 01-18-64/ nömrəli etibarnamə heç kimin adına verilməmişdir. Elmir Həşimovun işi ilə bağlı Bəhruz Müslümovun adına verilən etibarnamə 20.11.2018-ci il tarixli, 01-18- 64/12-qeydiyyat nömrəlidir. Bu etibarnamənin əsli isə Elmir Həşimovun iddiası ilə bağlı məhkəməyə təqdim edilmiş və hazırda iş materiallarındadır. Məhkəmə qərarından göründüyü kimi, məhkəmə mövcud olmayan etibarnamənin kitabdakı qeydiyyatı ilə bağlı məlumatın iddiaçıya verilməsini təmin edərkən, yuxarıda qeyd edilən məsələlərə əhəmiyyət verməmişdir. 25.01.2022-ci il tarixdə daxil olmuş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-963/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellaysiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2- 1(112)-963/2021 nömrəli qərarı ləğv edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək nümayəndəsi olduğu Elmir Həşimovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20.11.2018-ci il tarixli, 01- 18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi isə özünün 30 aprel 2019-cu il tarixli, 18-18-409/10 saylı məktubu ilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığını bildirməklə sorğunun icrasından imtina etmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “məhkəmə cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab olaraq təqdim edilən “çıxış sənədlərinin qeydiyyat vərəqəsi” ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının barəsində məlumat tələb etdiyi etibarnamənin nömrəsi “01-18- 64” olduğu halda, cavabdehin təqdim etdiyi çıxış sənədlərinin qeydiyyat vərəqəsində etibarnamənin nömrəsi “01-18-64/12” göstərilmişdir. Odur ki, məhkəmə həmin “çıxış sənədlərinin qeydiyyat vərəqəsi”ni hazırkı iş üzrə cavablandırılması tələb edilən informasiya sorğusuna cavab kimi qəbul edilə bilməz.” Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, cavabdeh inzibati orqanın dəlillərinə qiymət verilməmiş, müvafiq etibarnamənin nömrəsinin “01-18- 64” yoxsa “01-18-64/12” olması müəyyən edilməmiş və əsassız olaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş Bakı Apellyasiya Məhkəməsinin arxivindən tələb edilərək, işə baxış keçirilmişdir. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 24 aprel 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin diplomun ölkə ərazisində tanınmasından imtina etməsi əsassız hesab edilməklə, ona Rusiya Federasiyasının Şimali-Qafqaz Federal Universiteti tərəfindən iddiaçıya verilmiş 06.07.2015-ci il tarixli, 102624 ******* nömrəli (qeydiyyat nömrəsi 17-483), hüquqşünaslıq ixtisası üzrə ali təhsil diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)- 2332/18 saylı iş) 21 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Rusiya Federasiyasının Şimali-Qafqaz Federal Universiteti tərəfindən iddiaçıya verilmiş 06.07.2015-ci il tarixli, 102624 ******* nömrəli (qeydiyyat nömrəsi 17-483) bakalavr diplomu üzrə ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər H.Həmidov, E.Nağıyeva və V.Baxışova) 20 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2332/2018 saylı iş üzrə 21 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı daha sonra qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2141/2019 saylı, 23.07.2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə,A.Hüseynov, K.Bədəlov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-576/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nümayəndə X1 verilmiş 20.11.2018-ci il tarixli etibarnamənin nömrəsi 01-18-64/12 olmuş, iddiaçı tərəfindən qeyd edilən 01-18-64 nömrəli etibarnamə isə ümumiyyətlə iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən müvafiq işlə bağlı 20.11.2018-ci il tarixli etibarnamənin nömrəsi 01- 18-64/12 olduğundan və “01-18-64” nömrəli etibarnamə mövcud olmadığından cavabdeh inzibati orqan haqlı olaraq 20.11.2018-ci il tarixli, 01-18-64/12 nömrəli etibarnamənin qeydə alındığı "çıxış sənədlərinin qeydiyyat vərəqəsi”nin təsdiq olunmuş surəti hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasında təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 20.11.2018-ci il tarixli, 01-18-64/12 nömrəli etibarnamə ilə bağlı məlumat verildiyindən (etibarnamə məhkəmə icraatı zamanı təqdim edildiyindən) tərəflər arasında artıq mübahisə mövcud olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-963/2021 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-963/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “cavabdehin 30.04.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-264/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-264/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver