Məhkəmə qərarları › İş №2-1(103)-2640/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2640/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2640/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1rşı (üçüncü şəxslər X8 və Bakı "xxxx" Müəssisəsi) “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3/2015 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli, 2-1(81)-7/2014 nömrəli qərardada əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3/2015 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə mümükün sayılmamışdır. Qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi ümumi sahə 522.2 kv.m 85% pay X5 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, qalan 15% hissə 44 nəfərin (37-ci şəxs Maraqlı şəxs) adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.05.20 17-ci il tarixli, **********67 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 15%dən bir hissəsi xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-78/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı tərəfimizdən xx.xx.2014-cü il tarixdə icra olunaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı tərəfimizdən xx.xx.2014-cü il tarixdə icra olunaraq ünvan 2 ünvanında yerləşən sahəsi 522.2 kv.m. olan qeyri-yaşayış sahəsi üzərinə qadağa qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-297/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı tərəfimizdən xx.xx.2014-cü il tarixdə icra olunaraq vətəndaş X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsi üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8036/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı tərəfimizdən xx.xx.2017-ci il tarixdə icra olunaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X4 məxsus 15%-dən bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsinin mülkiyyətçisidir. Maraqlı şəxs qeyd edilən əmlakın paylı mülkiyyətçilərindən biri olmaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)7/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı ilə həmin əmlak üzərinə qoyulmuş qadağanın götürülməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 nömrəli inzibati iş üzrə materiallarından görünür ki: - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İcarə "xxxx" Müəssisəsinin xx.xx.2012-ci il tarixdə 550 kv.m sahəsinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi; onun İddiaçı Bakı İcarə "xxxx" Müəssisəsinin 550 kv.m sahəsinin özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərracda iştirakının təmin edilməsi barədə qərar çıxarılması; Bakı İcarə "xxxx" Müəssisəsinin xx.xx.2012-ci il tarixdə 550 kv.m sahəsinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın nəticələrinə əsas hesab edilmiş sənədlərin təsdiq olunmuş surətinin cavabdeh AR ƏMDK-dən tələb edilməsi barədə qərardad qəbul edilməsi; məhkəmə işə baxarkən, cavabdehin hərəkətlərində özəlləşdirilmə cinayətlərinin əlamətlərini aşkara çıxararsa, bu barədə AR MPM-in 265.4cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 nömrəli, 02 may 2014cü il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2012-ci il tarixdə keçirilən hərracda 12/01 saylı protokola əsasən xx.xx.2012-ci il tarixdə bağlanmış 2414 saylı alqı-satqı müqaviləsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X3 ünvan 4 ünvanda yerləşən «Bakı İcarə Ticarət Evi»nin (ümumi sahəsi- 522.2 kv.m) özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qadağan edilmiş, ünvan 4 ünvanında yerləşən «Bakı İcarə Ticarət Evi»nin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-997/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 saylı, 02 may 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1019/14 nömrəli, 01 oktyabr 2014-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-997/14 saylı, xx.xx.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3/2015 nömrəli, 04 mart 2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “özələşdirilmə ilə bağlı hərracın nəticəsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan üçüncü şəxs X8 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-966/15 nömrəli, 11 iyun 2015-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3/2015 saylı, 04 mart 2015ci il tarixli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmayaraq qəbulundan imtina edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İcarə "xxxx" Müəssisəsinin xx.xx.2012-ci il tarixdə 550 kv.m sahəsinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etmiş, həmin iddia tələbi üzrə inzibati məhkəmə icraatı gedişində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 nömrəli, 02 may 2014-cü il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən «Bakı İcarə Ticarət Evi»nin (ümumi sahə 522.2 kv.m) özgəninkiləşdirilməsi qadağan edilmiş, həmin əmlak üzərinə həbs qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3/2015 nömrəli, 04 mart 2015-ci il tarixli qərarı ilə əsas iddia üzrə iddia tələbi rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Hazırkı halda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-7/2014 nömrəli, 02 may 2014-cü il tarixli qərardadı ilə iddia predmeti olan əmlak üzərinə qoyulmuş qadağa götürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Məhkəmə kolleiyası qeyd edir ki, əsas iddia gedişində iddiaya xidmət edən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təmin edilmiş olsa da İPM-in 44.4-cü maddəsinin ikinci cümləsinə əsasən qoyulmuş müvəqqəti xarakterli müdafiə tədbiri iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş hesab olunur. Qeyd edilən 44.4-cü maddənin tələblərini hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəlir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin xidmət etdiyi əsas iddia məhkəmənin 2-1(81)-3/2015 nömrəli, 04 mart 2015-ci il tarixli qərarı ilə rədd edildiyindən və bu qərar qanuni qüvvəyə mindiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-7/2014 nömrəli, 02 may 2014-cü il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri qismində qoyulmuş qadağa da öz hüquqi qüvvəsini itirmiş hesab olunur. Belə olan halda sözügedən qadağanın müstəqil qaydada məhkəmə qərardadı ilə götürülməsinə və ya ləğv edilməsinə hüquqi zərurət yoxdur. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Maraqlı şəxs 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)- 7/2014 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə ərizəsi mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3/2015 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar