Məhkəmə qərarları › İş №2-1(103)-2640/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2640/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2640/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X21 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X29, X22, X23, X12, X13, X25, X14, X15, X30) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-ci il tarixli, 446xx-xx/2023 saylı imtinasının əsassız hesab edilərək xx.xx.1961-ci il təvəllüdlü X16, xx.xx.1979-cu il təvəllüdlü X2,xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü X3,xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2004-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxardılması öhdəliyinin Yasamal Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki iddiaçı ailə üzvləri ilə (X18 xx.xx.2007; X9 xx.xx.2012; X6 xx.xx.1990; X10 xx.xx.1981; X26 xx.xx.2015; X1 xx.xx.1959) birlikdə ünvan 1 ünvanında yaşayır. Qeyd edilən mənzilə dair heç bir sənəd mövcud deyildir. 3-cü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1979-cu il təvəllüdlü X13, xx.xx.1967-ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X22, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1986-cı il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X30 və xx.xx.2004cü il təvəllüdlü X20 bu günə kimi iddiaçının mənzilində qeydiyyatda olsalar da, bunun hansı əsasla olduğu iddiaçıya aydın deyil. İddiaçı qeyd edir ki, üçüncü şəxslərin özlərinə məxsus evləri mövcuddur və iddiaçıya məxsus ünvanla heç bir əlaqələri yoxdur. Üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1979-cu il təvəllüdlü X13, xx.xx.1967-ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X22, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1986-cı il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X30 və xx.xx.2004cü il təvəllüdlü X15 bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışdırlar. İddiaçı Yasamal Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X16, xx.xx.1979-cu il təvəllüdlü X2, xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2004-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında xx.xx.1996-cı il tarixli Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin, 1 ci bəndində göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri kimi onun yaşayış yerini dəyişməsidir. Hazırkı iş üzrə cavabdehlərin yaşayış yerlərini dəyişərək həmin evdə yaşamaması faktı bəs edir ki, hazırkı iddia mümkün sayılıb mahiyyəti üzrə baxılsın. Qeyd edilən Qanunun 9-cu maddəsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, qeydiyyadan çıxarılma barədə iddia ərizəsinə Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin məzmunu baxımından inzibati icraat qaydasında baxılmalıdır. İddiaçının mülkiyyət hüququnun olmaması onun cavabdehlərlə eyni statusda olması anlamına gələ bilməz, iddiaçının cavabdehlərdən fərqi odur ki, o mənzilin sahibidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan digər tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X29 (xx.xx.1961-ci il təvəllüdlü), X22 (xx.xx.1966-cı il təvəllüdlü), X23 (xx.xx.1967-ci il təvəllüdlü), X12 (xx.xx.1996-cı il təvəllüdlü), X13 (xx.xx.1979-cu il təvəllüdlü), X25 (xx.xx.1986-cı il təvəllüdlü), X14 (xx.xx.1996-cı il təvəllüdlü), X15 (xx.xx.2004-cü il təvəllüdlü) və X30 (xx.xx.2006-cı il təvəllüdlü) Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi, 129/110, ev 29 qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etdiyi evə dair hazırda mülkiyyət hüququ mövcud deyil. Həmin mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda Kollegiya iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmadığı qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar