Məhkəmə qərarları › İş №2-1(103)-2640/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2640/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2640/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC və "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndələri Nümayəndə3 və X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12534/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərardan görünür ki, sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsinə əsaslanaraq 2023-cü il mənfəət vergisi üzrə vergi məbləği hesablanmışdır.

2. 07 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən və ona əlavə qiymətin razılaşdırma protokolunda və malların təhvil-qəbulu aktında qeyd edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında malın alqı-satqısına dair müqavilə bağlanılmış, alqı-satqının predmetini təşkil edən malların qiymət və digər rekvizitləri müəyyən edilmiş, alınan mallar alıcıya təhvil verilmişdir.

3. 21 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən və ona əlavə qiymətin razılaşdırma protokolunda və malların təhvil-qəbulu aktında qeyd edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında malın alqı-satqısına dair müqavilə bağlanılmış, alqısatqının predmetini təşkil edən malların qiymət və digər rekvizitləri müəyyən edilmiş, alınan mallar alıcıya təhvil verilmişdir.

4. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********373800 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

5. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********417800 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

6. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edildiyindən 07 dekabr 2023-cü il tarixli iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi elektron qaimə fakturalar əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan verginin əvəzləşdirilməsinə əsas vermir.

7. Digər bir xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC 16 fevral 2024-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edildiyindən 21 dekabr 2023-cü il tarixli iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi elektron qaimə faktura əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan verginin əvəzləşdirilməsinə əsas vermir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə "xxxx" MMC və "xxxx" üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”xx.xx.2024- cü il tarixli 3-21-2-3/2- 41344/2024 nömrəli Qərara əsasən 2023-cü ilin mənfəət vergisi üzrə 315,225.61 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “Sair: Təqdim etdiyiniz bəyannamənin "Xammal və materiallar", "Malın dəyəri", " Hüquqi şəxslər üzrə icarə", "Enerji xərcləri", "Qaz xərcləri", "Yanacaq xərcləri", "Su və kanalizasiya xərcləri", "Rabitə xərcləri", "Mühafizə xərcləri", "Reklam xərcləri", "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər", "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər", "Nəqliyyat xərcləri", "Digər xərclər", "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində "Əsas vəsaitlərin dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), "Kapitallaşdırma üçün aktivlərin dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə " Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş eqaiməfakturaların (1 514 394.52 manat riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən "Hesabat dövrünün sonuna" ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 1.576.128,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 41344/2024 nömrəli qərarı qanunsuz və əsassız hesab edirik: Qeyd edim ki, vergi orqanının göndərdiyi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubundan məlum olmuşdur ki, kameral vergi yoxlaması məhz cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış satınalma müqaviləsi çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615385 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615396 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615444 nömrəli və "xxxx" MMC arasında bağlanmış satınalma müqaviləsi çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EBDV seriyalı 623961 nömrəli elektron qaimə-fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərc sənədi kimi nəzərə alınmadığından yaranmış kənarlaşmaya münasibətdə həyata keçirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş əməliyyatlar əmtəəsiz əməliyyatlar olmuşdur. İddiaçı MMC fəaliyyəti ilə bağlı olaraq lazımlı malları xx.xx.2023-cü il tarixli SM-14/01 nömrəli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMCdən (VÖEN **********) və xx.xx.2023-cü il tarixli 12/10 nömrəli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən (VÖEN **********) almışdır. Qeyd olunan müqavilənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615385 nömrəli (əsas dəyəri 336,600 manat, ƏDV məbləği 60,588 manat), xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615396 nömrəli (əsas dəyəri 120,700 manat, ƏDV məbləği 21,726 manat), xx.xx.2023-cü il tarixli EBDU seriyalı 615444 nömrəli (əsas dəyəri 271,940.5 manat, ƏDV məbləği 48,949.29 manat) və "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDV seriyalı 623961 nömrəli (əsas dəyəri 785,154.02 manat, ƏDV məbləği 141,327.72 manat) elektron qaimə-fakturalar göndərilmiş və qaimələrdə göstərilmiş malların əsas dəyəri və ƏDV məbləğləri qanunla müəyyən edilmiş qaydada alıcı İddiaçı MMC tərəfindən satıcılar "xxxx" MMC-yə və "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, faktiki olaraq mal aldığımız və həmin alqı-satqı əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdiyimiz halda, vergi orqanı həmin əməliyyatlar əsasında tərtib olunmuş e-qaimə fakturaları əmtəəsiz əməliyyat çərçivəsində əsassız sənədlər hesab edərək xərc sənədləri kimi tanımamış və beləliklə kənarlaşma yaranmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırım ki, satıcılar "xxxx" MMC və "xxxx" MMC əməliyyat aparılan tarixlərdə riskli vergi ödəyicisi olmamış, lakin daha sonra vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə **********373800 nömrəli qərara, digəri isə xx.xx.2024-cü il tarixli **********417800 nömrəli qərara əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, araşdırma zamanı əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 1.514.394,52 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, təqdim olunmuş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, "Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", "Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (1.514.394,52 manat riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 1.576.128,07 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********774700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 315 225,61 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 41344/2024 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-41344/2024 nömrəli qərar qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Daha sonra cavabdeh tərəfindən yazılı etiraza əlavə təqdim edilmişdir. Əlavə yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü və 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi və aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə qeyd edilən hal riskli əməliyyat olaraq qiymətləndirilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023- xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 1 514 394,52 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaiməfakturalar "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir. Vergi orqanı tərəfindən keçirilmiş monitorinq zamanı "xxxx" MMC-nin rəhbəri ilə əlaqə saxlanılmış, danışıq zamanı müəssisənin vergi orqanında qeydiyyata qoyulduğundan, fəaliyyətindən, obyektinin olmasından məlumatının olmadığını və adına aldadılaraq müəssisə açıldığını, bu barədə vergi orqanına müraciət edildiyi bildirilmişdir. Qeyd olunan hal da iddiaçının həmin müəssisə apardığı əməliyyatların əmtəəsiz olmasına əsas verir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12534/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21- 2-3/2-41344/2024 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.

14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında baş vermiş əməliyyatları subyektiv əsaslarla qiymətləndirməli deyildi. Belə ki, obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə adı çəkilən MMC-lərin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. Eyni zamanda iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin rəhbərinin müəssisənin fəaliyyətindən məlumatının olmaması və adına aladadılaraq müəssisə açılması barədə cavabdeh tərəfindən təqdim olunmuş sübut nəzərə alınmamış, əmtəəsiz əməliyyatın aparılmasına əsas olan hal kimi qeyd olunan məsələlər araşdırılmamış və digər sübutlarla yanaşı qiymətləndirilməmişdir. Eyni zamanda məhkəmə elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlara münasibət bildirilməmiş, dəlil kimi yalnız elektron qaimə fakturaların tərtib edildiyi 2023-cü il tarixi üzrə dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamasını, hüquqi şəxslərin 2024-cü il tarixli qərarlar əsasında riskli vergi ödəyicisi hesab edilməsini əsas götürməklə kifayətlənmiş, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün tədbirlər görülməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının elektron qaimə-faktura əsasında aldığı malların satıcı "xxxx" MMC və "xxxx" MMC-nin alış və ya idxalında olmaması ilə kifayətlənərək, həmin e-qaimələri riskli qaimələr kimi qiymətləndirmişdir. Halbuki, satılan malın satıcının rəsmi olaraq alışında və ya idxalında olmaması həmin malın satışına dair elektron qaimə fakturanın riskli qaimə, əməliyyatın isə əmtəəsiz olmasına birbaşa dəlalət etmir. Hazırki işin hallarından da aydın olduğu kimi, iddiaçı müxtəlif vergi ödəyicilərindən, o cümlədən "xxxx" MMC və "xxxx" MMC adlı vergi ödəyicilərindən mal almış, aldığı mallar ilə bağlı satıcılar tərəfindən iddiaçıya elektron qaimə-faktura göndərilmiş, iddiaçı isə bunun müqabilində satıcılara malın dəyərini və ƏDV məbləğini qanunla müəyyən edilmiş qaydada ödəmişdir. Cavabdeh vergi orqanı isə iddiaçının aldığı malların satıcıların alışında və ya idxalında olmadığını əsas gətirərək həmin satış əməliyyatlarını əmtəəsiz hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçı müxtəlif satıcılardan, eləcə də "xxxx" MMC və "xxxx" MMC-dən mallar almış, bununla bağlı elektron qaimə-faktura, malların təhvil-təslim aktı, müqavilə tərtib edilmiş, eləcə də alınmış malların dəyəri satıcıların bank hesabına, ƏDV məbləği isə ƏDV sub-uçot hesabına ödənilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş əməliyyatların əmtəəsiz olduğunu, yəni faktiki olaraq baş tutmadığına dair konkret sübuta malik olmadığı halda, sadəcə olaraq satılmış malların satıcıların mülkiyyətində olmadığını əsas gətirərək, iddiaçının xərclərini tanımaqdan imtina etmişdir. Cavabdehin ikinci – “"xxxx" MMC-nin rəhbərinin müəssisənin fəaliyyətindən məlumatının olmaması və adına aladadılaraq müəssisə açılması barədə cavabdeh tərəfindən təqdim olunmuş sübutun nəzərə alınmaması, əmtəəsiz əməliyyatın aparılmasına əsas olan hal kimi qeyd olunan məsələlərin araşdırılmaması və digər sübutlarla yanaşı qiymətləndirilməməsi” barədə dəlilinə münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixli arayışa əsasən vergi orqanının əməkdaşı nəzarət tədbiri zamanı müəssisənin rəhbəri ilə əlaqə saxlamış, həmin şəxs isə müəssisənin fəaliyyətindən xəbərdar olmadığını və aldadılaraq adına şirkət açıldığını qeyd etmişdir. İkincisi, cavabdeh vergi orqanı Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 873/2025 nömrəli qərarını təqdim etmişdir. Qeyd olunan qərara əsasən iddiaçı "xxxx" MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********373800 saylı qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bununla bağlı qeyd edim ki, eyni məzmunlu işlərlə bağlı məhkəmə təcrübəsi göstərir ki, cavabdeh vergi orqanı bir qayda olaraq satıcıların riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş dəlilləri məhkəməyə təqdim edərək, həmin satıcılardan mal almış şəxslərin əmtəəsiz əməliyyat apardığını sübuta yetirməyə çalışır. Halbuki, qeyd olunan dəlillər sadəcə satıcının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan haldır. Başqa sözlə desək, satıcı hətta haqlı olaraq riskli vergi ödəyicisi hesab edilsə belə, bu hal həmin satıcılardan mal alan şəxslərin əmtəəsiz əməliyyat apardığına dəlalət etmir. Başqa sözlə desək, hər hansı vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilmiş üçüncü şəxslərlə qarşılıqlı əməliyyat apara, onlardan mal və ya xidmət ala bilər və bu halda həmin əməliyyat əmtəəsiz əməliyyat hesab edilə bilməz. Həmçinin, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında əməliyyatın baş tutduğu dövrdə (2023-cü ildə) qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının mal aldığı şəxslərin riskli vergi ödəyicisi siyahısında olmasını araşdırmaqdan başqa vəzifəsi mövcud olmamışdır. Məhz bu səbəbdən də iddiaçı qeyd olunan 2 müəssisənin riskli vergi ödəyicisi siyahısında olduğunu araşdırmış və həmin şəxslər riskli vergi ödəyicisi olmadığından, alqı-satqı əməliyyatlarını həyata keçirmişdir. Başqa sözlə desək, cavabdehin hazırda "xxxx" MMC və "xxxx" MMC ilə bağlı məhkəməyə təqdim etdiyi halları (satılan malların onların mülkiyyətində olmaması, faktiki rəhbərin başqa şəxs olması və s) iddiaçının müəyyən etmək hüququ və imkanı olmamışdır.

c) Proses iştirakçılarının izahatları

17. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin rədd olunaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndələri apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əsasən riskli vergi ödəyicisi –riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 175.1-ci maddəsinin xx.xx.2024-cü ilə qədər qüvvədə olan redaksiyasında göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.3. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir 175.11-ci maddəsinin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərarın ləğv edilməsini tələb edir.

27. Cavabdeh orqan isə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilmiş şirkətlərlə əməliyyatların aparılmasını əsas gətirərək həmin şirkətlərlə aparılan əməliyyatlar üzrə sənədləri xərc sənədləri kimi qəbul etmir.

28. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.

29. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC ilə "xxxx" MMC və "xxxx" MMC arasında əməliyyatlar 2023-cü ildə həyata keçirilmişdir.

30. Vergi orqanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 1 514 394,52 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatları riskli hesab etmiş və əvəzləşdirməyə əsas olmamasını göstərərək kənarlaşma yaranması əsası ilə iddiaçıya əlavə vergi məbləğlərinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli Qərar qəbul etmişdir.

31. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********417800 nömrəli Qərarına əsasən, "xxxx" MMC isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********373800 nömrəli Qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmiş, yəni iddiaçı həmin müəssisələrlə əməliyyat apararkən həmin müəssisələr riskli vergi ödəyicisi olmamışdırlar.

32. Belə ki, iddiaçının əməliyyat apardığı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişlər. İddiaçının həmin müəssisələrlə əməliyyatları isə 2023-cü ilə təsadüf edir. Yəni qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinə əsasən, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3) Vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 83-cu maddələrində müəyyən edilmişdir. İnzibati orqan olan cavabdeh qanunun, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya kameral qaydada vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 83-cu maddələrinin iddiaçının elektron qaimə fakturalarla əməliyyatlar aparan zaman qüvvədə olan redaksiyasının tələblərinə uyğun hesablamamış, bununla da həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur. Belə olan halda məhkəmə kolleqiyası hesab edir ki, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərarı qanuna uyğun qəbul edilməmişdir.

33. Bundan başqa, məhkəmə kolleqiyası onuda qeyd edir ki, cavabdeh vergi orqanı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 873/2025 nömrəli qərarına istinad edərək belə bir dəlil irəli sürür ki, "xxxx" MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********373800 saylı qərarı məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qüvvədə saxlanılmış və eləcə də "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarı mübahisələndirməmişdir ki, bu da iddiaçı ilə onlar arasında baş tutmuş əməliyyatların əmtəəsiz olduğunu göstərir.

34. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin satıcıların riskli vergi ödəyicisi olmasına, eləcə də onların riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarların qüvvədə olmasına istinad edərək, iddiaçı ilə onlar arasında baş tutmuş əməliyyatların əmtəəsiz olması barədə dəlilini əsassız hesab edir.

35. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin tələblərinə əsasən hər hansı əməliyyat (malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi) o halda əmtəəsiz əməliyyat hesab edilir ki, elektron qaiməfaktura və ya hər hansı digər ilkin uçot sənədi ilə rəsmiləşdirilən əməliyyat, yəni malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi faktiki olaraq baş tutmasın.

36. Hazırkı işdə cavabdeh vergi orqanı iddiaçı ilə satıcılar "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş əməliyyatları ona görə əmtəəsiz əməliyyat hesab edir ki, iddiaçıya təqdim edilən mallar həmin hüquqi şəxslərin alış və idxalında olmamışdır.

37. Məhkəmə kollegiyası cavabdehin bucür qiymətləndirməsi ilə razılaşmayaraq qeyd edir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilən istənilən digər vergi ödəyicisi ilə əməliyyat həyata keçirə bilər və vergi ödəyicisinin alış və ya idxalının rəsmiləşdirilməməsi həmin vergi ödəyicisi tərəfindən təqdim edilən malların əmtəəsiz əməliyyat çerçivəsində təqdim edilmiş mal kimi qiymətləndirilməsinə dəlalət etmir.

38. Belə ki, satıcı malların alışını və ya idxalını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməmişdirsə, bu o şəxsdən mal alan vergi ödəyicilərinin deyil, məhz satıcının vergi məsuliyyətinə cəlb edilməsinə və ya riskli vergi ödəyicisi hesab edilməsinə əsas ola bilər.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 2.1.2-ci bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs riskli vergi ödəyicisi hesab olunur.

40. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən əldə olunan malların təqdim edilməsi həmin malları təqdim edən şəxsin riskli vergi ödəyicisi hesab olunmasına əsasdır.

41. Qeyd olunan əsasla riskli vergi ödəyicisi hesab edilən şəxslərlə əməliyyat aparan digər vergi ödəyicilərinə (alıcılara) münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, istər Vergi Məcəlləsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”ndə riskli vergi ödəyiciləri ilə əməliyyat aparan şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi və ya həmin şəxslərlə aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsinə dair hər hansı norma mövcud deyil.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, satıcının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan halların mövcud olması, həmin şəxsin müvafiq qərar əsasında riskli vergi ödəyicisi siyahısına salınması yalnız həmin şəxsə münasibətdə hüquqi nəticə yaradır və belə bir qərarın mövcudluğu qeyd olunan vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına əsas ola bilməz.

43. Belə olan halda, vergi orqanı sadəcə satıcının riskli vergi ödəyicisi olduğuna, bununla bağlı qərarın qüvvədə olduğuna istinad edərək, həmin satıcıdan mal, iş və ya xidmət alışı ilə bağlı əməliyyatları əlavə araşdırma aparmadan, mötəbər sübutlar toplamadan, sadəcə bu əsasla əmtəəsiz əməliyyat hesab etməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarların qüvvədə olması iddiaçı ilə həmin vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsinə sübut kimi qiymətləndirilə bilməz.

45. Belə ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən sübut və dəlillər "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinin qanuniliyi ilə bağlı araşdırma predmeti olsa da, iddiaçının apardığı əməliyyatların əmtəəsiz əməliyyat olmasına əsas verən sübut kimi qiymətləndirilməsi düzgün deyil.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında malların təqdim edilməsi ilə bağlı müqavilənin bağlanması, bununla bağlı elektron qaimə-fakturaların satıcılar tərəfindən iddiaçıya göndərilməsi, iddiaçının ilə öz növbəsində malların dəyərini və ƏDV məbləğini satıcılara ödəməsi işin mübahisəsiz halıdır.

47. Bu isə o deməkdir ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş əməliyyatların əmtəəsiz əməliyyat olduğu sübut etmək üçün cavabdeh vergi orqanı məhkəməyə elektron qaimə-fakturada göstərilən malların iddiaçıya faktiki olaraq təqdim edilmədiyini, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinin isə satıcılar tərəfindən iddiaçıya qaytarılmasına dair mötəbər sübutlar təqdim edilməli idi.

48. İndiki halda, cavabdeh iddiaçıya münasibətdə həyata keçirilmiş hesablamanı sadəcə təqdim edilən malların satıcıların alış və ya idxalında olmadığı, satıcıların riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarların qüvvədə olduğu ilə əsaslandırmağa çalışır ki, bunlar məhkəmə tərəfindən yuxarıda qeyd olunan səbəblərdən mötəbər sübut və əsaslı dəlil kimi qiymətləndirilmir.

49. Cavabdehin digər – "xxxx" MMC-nin rəhbərinin müəssisənin fəaliyyətindən məlumatının olmaması və adına aladadılaraq müəssisə açılması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

50. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli arayışda qeyd edilənlərə əsasən vergi orqanının əməkdaşı vergi nəzarət tədbiri zamanı müəssisənin rəhbəri ilə əlaqə saxlamış, həmin şəxs isə müəssisənin fəaliyyətindən xəbərdar olmadığını və aldadılaraq adına şirkət açıldığını qeyd etmişdir.

51. Lakin həmin arayışda əlaqə saxlanılan şəxsin kim olduğu, vergi orqanın əməkdaşının hansı nömrə ilə əlaqə saxladığı qeyd edilməmişdir. Həmçinin arayış yekunda sadəcə nəzarət tədbirini həyata keçirən şəxs tərəfindən imzalanmışdır.

52. Belə olan halda, qeyd olunan arayış məhkəmə tərəfindən obyektiv və mötəbər sübut kimi qiymətləndirilə bilməz.

53. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda izah edildiyi kimi, müəssisənin faktiki rəhbərinin başqa bir şəxs olması və ya şirkətin başqasının adına açılması məhz satıcı vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsinə əsas verən haldır.

54. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında əməliyyatın baş tutduğu dövrdə (2023-cü ildə) qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının mal aldığı şəxslərin riskli vergi ödəyicisi siyahısında olmasını araşdırmaqdan başqa vəzifəsi mövcud olmamışdır.

55. Başqa sözlə desək, cavabdehin hazırda "xxxx" MMC və "xxxx" MMC ilə bağlı məhkəməyə təqdim etdiyi halları (satılan malların onların mülkiyyətində olmaması, faktiki rəhbərin başqa şəxs olması və s) iddiaçının müəyyən etmək vəzifəsi, hətta imkanı olmamışdır.

56. 2023-cü il üçün nəzərdə tutulmuş mənfəət vergisi üzrə vergi orqanı tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

57. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın xx.xx.2024-cü ildən əvvəl verilən redaksiyanda əmtəəsiz və riskli əməliyyatların aparılması ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsinə və adının müvafiq siyahıya salınmasına səbəb olur ki, həmin Meyarların 3-cü hissəsinə nəzərə yetirdikdə riskli əməliyyat deyilərkən: 1) alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi; 2) alınan və ya idxal edilən malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halının aşkar edilməsi qeyd edilmişdir.

58. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması onun riskli olmasına dəlalət edə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı araşdımanın aparmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanı iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatın həyata keçirilməsinə istinad edərək onun əmtəəsiz əməliyyat aparması ehtimalının olması kimi yanaşması Meyarların tələblərinə ziddir.

59. Odur ki, qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxslər ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 2023-cü il üçün nəzərdə tutulmuş mənfəət vergisi üzrə vergi orqanı tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-41344/2024 nömrəli qərar qanuna zidd qəbul edilmişdir.

60. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

61. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 avqust 2024-cü il tarixli, 3-21- 2-3/2-41344/2024 nömrəli qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

63. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

64. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12534/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12534/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar