Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2642/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə (açar sözlər: kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X3 işitrakı ilə İddiaçı kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır.
2. Bakı "xxxx" İB-nin xx.xx.2006-cı il tarixli 0220 nömrəli orderinə görə, ünvan 6, 2 nömrəli mənzil Bakı "xxxx" İB-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 41 nömrəli protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli birgə qərarına əsasən iddiaçıya verilmişdir.
3. Bakı “Radioquraşdirma” İB HİK Müdiriyyətinin, X7 və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli protokolundan çıxarışda göstərilmişdir ki, Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçulara, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 4 və Cavanşir küçəsi 4 ünvanlarda yerləşən yataqxanalarda hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və ordərdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus yataqxanalarda hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.
4. Bakı “Radioquraşdirma” İB HİK Müdiriyyətinin, X7 və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli protokolundan çıxarışda qeyd olunmuşdur ki, Birliyə məxsus ünvan 6, 2 saylı mənzilin order əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdir.
5. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial xidmətlər idarəsinin Bakı şəhəri Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 131 nömrəli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 294 nömrəli sərəncamına, Departamentinin xx.xx.2013cü il tarixli 122 nömrəli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli 16 nömrəli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli 01-1/984 nömrəli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli 15 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir.
6. Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfati Birliyinin xx.xx.2019-cu il tarixli 68/33-Ç nömrəli məktubundan görünür ki, ünvan 4 binanın (keçmiş yataqxana) 2 nömrəli mənzilində Ağdam rayonundan olan qaçqın X8 ailəsi ilə birlikdə məskunlaşmışdır. Yuxarıda adları göstərilən məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir.
7. Cavabdeh tərəfindən “Üfüq” İB "xxxx" Zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə xx.xx.2019-cu il tarixli 48 nömrəli müraciətinə cavab olaraq, “Üfüq” İB "xxxx" Zavodu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02/47 məktubda ünvan 4 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlərin məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3106/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi barədə iddiasının təmin edilməsi, Bakı “Radioquraşdirma” İB tərəfindən ünvan 6, 2 nömrəli mənzilə dair İddiaçı verilmiş orderin etibarsız hesab edilməsi, İddiaçı həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5850/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4752/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3106/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. “Üfüq” İB "xxxx" Zavodu MMC-nin direktoru Çingiz Əliyev tərəfindən verilmiş yazılı məlumatda göstərilmişdir ki, İddiaçı müəssisədə işləyib-işləməməsi barədə zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. İddiaçı müəssisənin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumatları yoxdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
11. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 6 mənzil 2-yə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddianın əsaslarına görə, iddiaçı uzun illər "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuş, lakin işlədiyi Birlik HİK və MMK-nın birgə iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli iclasının qərarı ilə iddiaçını mənzillə təmin edə bilmədiyi üçün mənzil növbəsində olduğu mənzil əvəzi olaraq yaşadığı yataqxananın Cavanşir küçəsi ev 4, 2 nömrəli mənzili order əsasında iddiaçıya verərək, pasport qeydiyyatına alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının xx.xx.2006-cı il tarixli 68 nömrəli iclasının qərarı ilə Birliyə məxsus olan ünvan 6, 2 nömrəli mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. xx.xx.2006-cı il tarixli 68 nömrəli protokoldan çıxarışdan müəyyən olunur ki, Birliyin xx.xx.2004-cü il tarixli 41 nömrəli protokolunda göstərilmiş qərara əsasən birliyin yataqxanalarında fəhlə və qulluqçularına verilmiş, lakin məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərin sahiblərinin hüquqlarını müdafiə edərək balansdan balansa verilən yataqxanalarda yaşayan və mənzilləri zəbt olunmuş sakinlərin sənədlərində hər hansı çatışmazlığı imzalayıb müdriyyətin göstərişi əsasında yataqxanalarda mənzil növbəsində olan mənzili zəbt olunmuş fəhlə və qulluqçuların siyahısı tərtib edilmiş, siyahıda ünvan 6, 2 nömrəli mənzilin 0220 nömrəli order üzrə İddiaçı verilməsi öz əksini tapmışdır. Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4, S.Ə.ünvan 3A ünvanlarında yerləşən yataqxanaların hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmayaraq birliyin order əsasında fəhlə və qulluqçulara verdiyi mənzillərin orderdə göstərilmiş vətəndaşlara məxsus olması qərara alınmışdır. 2018-ci il tarixdə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmiş, iddiaçı isə mənzilə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında iddiaçıya verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, bu günə qədər müraciətinə cavab verilməmişdir. 2009-cu il oktyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarlara mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssiə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin, qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir.
13. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsaslarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 13s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 294 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu Cavanşir küçəsi 4 nömrəli ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrıayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. İddiaçı Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək ünvan 4 yataqxana binasının 2 nömrəli otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, həmin otağa 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X8 və onun ailəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən iddiaçı 2 nömrəli otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli 0220 nömrəli müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 2 nömrəli otaq onun istifadəsinə verildiyindən, həmin otağa xx.xx.2012-ci ildə qeydiyyata alınmış və ona AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli 48 nömrəli məktubla “Üfüq” İB "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İB "xxxx" Zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 4 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 2 nömrəli otağa dair iddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli 0220 nömrəli orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İB "xxxx" zavodu MMC tərəfindən iddiaçının adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, iddiaçının adına yazılmış həmin order etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azerbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçı ünvan 4 yataqxana binasının 2 nömrəli otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçının yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamış və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Əlavə olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddia ərizəsi ilə, ünvan 4 yataqxana binasının 2 nömrəli mənzilinə dair iddiaçıya qarşı qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli 0220 nömrəli orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
15. Qərarın əsaslarına görə, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya verilmiş order iş dövründə yaşaması üçün yataqxanadan istifadə etmək məqsədilə verilmişdir. Orderdə həmçinin iddiaçıya mənzilin Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 41 nömrəli protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli birgə qərarına əsasən verildiyi qeyd olunsa da, Mənzil Təsərrüfatı Şöbəsinin möhürünün vurulması və tarixinin 02. 02.2006-cı il tarixli göstərilməsi özü-özlüyündə sənədin ziddiyyətli olduguna dəlalət edir. Düzdür, orderin etibarsız hesab edilməsi barədə cavabdehin dəlillərini təkzib edən qüvvədə olan məhkəmə aktları olsa belə, hazırki mübahisədə həmin orderin məhz hazırda yaşayış fonduna aid olan mənzilə dair cavabdehlə kirayə müqaviləsinin baglanmasına dair sərəncamın verilməsi üçün hüquqi münasibətlərin yaranmasına əsas olub-olmamasına məhkəmə tərəfindən qiymət verilir. Belə ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə (yuxarıda qeyd olunan MM, maddələr 107, 108.) yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş (hazırki halda bu subyektiv hüququn daşıyıcısı müəssisəsə işləmiş iddiaçının anası ola bilərdi) Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilirdi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Bununla da iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi. Beləliklə məhkəmə hesab edir ki, tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilmədiyindən imtinası əsaslı hesab edilməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisəli mənzildə deyil, ümumi olaraq yataqxana binası 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bununla da məhkəmədə aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 2 nömrəli mənzilin iddiaçının sahibliyi və istifadəsinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır.”
16. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 4, 31, 33, 48, 51.1, 52, 84, 106, 107, 108-ci maddələrinə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14, 32-ci bəndlərinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
18. Şikayətin dəlillərinə görə, məhkəmə haqlı olaraq 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etsə də, yanlış olaraq həmin Məcəllənin 108-ci maddəsinin tətbiq olunması qənaətinə gəlmişdir, başqa sözlə hesab etmişdir ki, mənzil əvəzinə ona verilmiş yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmalıdır. İş materiallarının uzun müddət məhkəmənin icraatında olmasına baxmayaraq məhkəmə müəyyən edə bilməmişdir ki, o, köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid deyil. Həmin maddənin tələblərinə görə mövsümi və müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, təhsil dövründə yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Lakin, iş materiallarından göründüyü kimi, Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin ona qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Mənzil Məcəlləsinin (48, 107-ci maddəsinin) tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığını, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəməsinin qərarı olduğu halda birinci instansiya məhkəməsinin digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı əsası ilə iddianı təmin etməməsi absurddur. İş materiallarında olan Bakı "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi ЗА və S.Ə.ünvan 3A-da yerləşən yataqxanalarda "xxxx" İB-nin HİK-nin X7 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderin Sivahısından (təqdim edilən) göründüyü kimi "xxxx" İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya boş olan otaqlara mənzil əsaslı olmaqla order verilmişdir. Təqdim etdiyi siyahıda çəhrayı rənglənmiş sakinlər siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər, onlardan bir neçə nəfər, məsələn X5 məhkəmə qaydasında mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam aldıqdan sonra özəlləşdirsə də, digərləri isə məhkəmədənkənar, cavabdehin tələblərinə uyğunlaşmaqla sərəncam almış və özəlləşdirmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabr ayının 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr, həmin vaxtadək qüvvədə olmuş qanunlarla, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla tənzimlənməlidir. Həmin qanununun tələblərinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlanmış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər; Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər; Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər; Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir; Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.
23. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”: - 14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir; - 32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir.
24. “İnzibati icraat haqqında” AR Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. İPM: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarının ləğvi tələb edildiyindən, məhkəmə aktı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
28. Şikayət mahiyyətcə əsassızdır.
29. İşdə olan mötəbər sübutlarla təsdiq olunur ki, iddiaçı heç vaxt "xxxx" İB-də işləməmişdir. Bu da o deməkdir ki, iddiaçının “uzun illər "xxxx" İB-də işləyərək mənzil növbəsində olması” barədə iddia ərizəsində qeyd etdiyi mülahizənin məqsədi Məhkəməni yanıltmaqdır.
30. İddiaçı əvvəlki Mənzil Məcəlləsinin 31-ci maddəsinin tələbinə zidd olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi uçota da götürülməmişdir.
31. Onun iddianın faktiki əsası kimi istinad etdiyi order də iş yerinin möhürü ilə təsdiq olunmamışdır. Belə ki, yataqxanada mənzil sahəsi verilməsi haqqında qərar əsasında yaşayış sahəsini tutmaq üçün order müdiriyyət tərəfindən verilirdi.
32. Orderin mötəbər olduğu fərz olunsa, o halda həmin sənəd iddiaçıya məhz "xxxx" İB-də işlədiyi dövrdə orada yaşaması üçün verilə bilərdi. Lakin qeyd olunduğu kimi, iddiaçı adıçəkilən müəssisədə işləməmişdir.
33. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı özünü Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid etməsə də, o, eyni Məcəllə ilə təsbit olunan hər hansı digər kateqoriyaya da aid deyil.
34. Apellyasiya şikayətinin “Təqdim etdiyi siyahıda çəhrayı rənglənmiş sakinlər siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər” məzmunda dəlili də əsaslı deyil. Belə ki, hazırkı məhkəmə mübahisəsi iddiaçının qaldırdığı iddia ilə bağlıdır, həmin iddiaya yalnız iddiaçının seçdiyi faktiki əsaslar çərçivəsində hüquqi qiymət verilir, digər şəxslərin eyni yataqxanada hansı qaydada mənzil əldə etməsi bu araşdırmanın predmetinə daxil deyil.
35. Şikayətin “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə istinad edən dəlili də əsassızdır. Belə ki, eyni Qanunun müddəalarına görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar, fiziki və ya hüquqi şəxslərin inzibati orqanların inzibati praktikasına etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Başqa deyişlə, inzibati orqan qanunun tələblərini pozaraq hər hansı inzibati praktika yarada, onun bu qəbildən praktikasına etimaddan isə bəhs oluna bilməz.
36. Apellyasiya şikayətinin “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinad edən dəlili də əsaslı sayılmamalıdır. Belə ki, həmin Qanun “... mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının ... yaşadıqları mənzilləri (evləri) ... əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ ...” ilə bağlı məsələləri tənzimləyir, iddiaçı isə mənzil fondunun mülkiyyətçisi (yataqxana balansında olan hüquq subyekti) ilə belə bir mənzil kirayə müqaviləsi bağlamamışdır.
37. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).
39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilmədiyi, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyi üçün, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova