Məhkəmə qərarları › İş №2-1(103)-2642/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2642/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2642/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-(112)-6350/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mənsibiyyəti tanınıb. Bundan sonra xx.xx.2022-ci il tarixində ASAN 2 xidmətinə yaxınlaşıb şəxsiyyət vəsiqənin alınmasına dair prosedurlardan keçib dövlət rüsümünü ödəyib. Ödəniş qəbzin üzərində qeyd edilib ki, xx.xx.2022-ci il tarixində gəlib hazır sənədini ala bilər. Lakin qanunsuz olaraq bu günə gədər cavabdeh qərarı icra etmir, onu şəxsiyyət vəsiqə ilə, ümumvətəndaş pasportu ilə təmin etmir və rəsmi açıqlama təqdim etmir. Şəxsiyyət vəsiqənin verilməsi müddətləri ötürülüb. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-(112)-6350/2025 nömrəli saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş məktubu və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiay İdarəsi tərəfin verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-17230 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – İddiaçı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi cavabdeh tərəfindən icra edildiyindən artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi icra olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar