Məhkəmə qərarları › İş №2-1(103)-2643/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2643/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2643/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X3rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2940/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixindən hal-hazırki vaxtadək yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuşdur. Uzun illər tikinti sahəsində tikinti ustası və iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2011-ci il işdən azad olunmuşdur. Tutduğu vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 29-cu bölümünün “B” bəndinə əsasən güzəştli pensiya almaq hüququna malikdir. Onun pensiya hüququ 57 yaşında xx.xx.2016-cı il tarixində yaranmışdır. Ancaq o, həmin vaxt bundan məlumatlı olmamışdır. İddiaçı pensiya təyin olunması üçün Dövlət X8 Sabunçu rayon Şöbəsinə rəsmi müraciət etmişdir. Buna baxmayaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün olduğu halda bundan imtina edilmişdir. İdarə dəyişiklikləri ilə əlaqədar olaraq yenidən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hazırki cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının xx xxx 2019-cu il tarixli ərizəsini nə icra etmiş, nə də ki, cavab vermişdir. Ərizənin rəsmi verilməsindən 35 gün keçməsinə baxmayaraq cavabdehin üzərinə düşən öhdəlik onun tərəfindən icra edilməməkdədir. Buna görə də ona güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsi iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi “xxxx” QSC-ti tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş arayışdan göründüyü kimi, o, xx.xx.1987- ci il tarixdən 2 nömrəli Tikinti İdarəsində tikinti ustası vəzifəsində, xx.xx.1992-ci il tarixdən isə iş icraçısı vəzifəsində işləmişdir. Daha sonra həmin Tikinti İdarəsinin bazasında “xxxx” Səhmdar Cəmiyyəti yaranmış və o, xx.xx.2011-ci il tarixədək orada iş ustası və iş icraçısı vəzifəsində işləmişdir. DSMF-nun Sabunçu rayon şöbəsindən DSMF-nun X6 İdarəsinə daxil olmuş iddiaçıya aid pensiya işindən göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildə yaşa görə pensiya təyin edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti sığorta stajının olmamasına görə rədd edilmişdir. Həmin pensiya işində olan xx.xx.2018-ci il tarixli DSMF-nun Bakı şəhəri üzrə X9 İdarəsi tərəfindən DSMF-nun Sabunçu rayon şöbəsinin sorğusuna əsasən tərtib edilmiş məktubdan göründüyü kimi, “xxxx” QSC tərəfindən 2006-2011-ci illərdə, “xxxxxxxxxx” MMC tərəfindən isə 2015-ci l üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (forma B) vətəndaş İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. Bununla da təsdiq olunur ki, iddiaçı həmin tarixlərdə həmin müəssisələrdə işləməmişdir. Pensiya işində olan “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan (forma B) göründüyü kimi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işlədiyi 2011, 2012 və 2013-cü ilin 8 ayı üzrə, “xxxxxxxxxx” MMC-də isə işlədiyi 2014 və 2016-cı illəri ərzində məcburi dövlət sosial sığorta ödənişləri etmişdir. Həmin pensiya işində olan xx.xx.2018-ci il tarixli DSMFnun Bakı şəhəri üzrə X9 İdarəsi tərəfindən DSMF-nun Sabunçu rayon şöbəsinin sorğusuna əsasən tərtib edilmiş məktubdan göründüyü kimi, “xxxx” ASC xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək hesablanıb ödənilmiş sosial sığorta haqlarının dinamikası hər il üzrə azalmış, sonuncu 2006-ci ildə isə ən az ödəmə olmuş, sonra isə ümumiyyətlə ödənişlər edilməsi barədə məlumat olmamış, bunun nəticəsində həmin müəssisənin qeyd edilən dövr ərzində fəaliyyətdə olmaması qənaətinə gəlmək olar. İddiaçının təqdim etdiyi əmək kitabçasından onun 2 nömrəli Tikinti İdarəsində xx.xx.1978- ci ildən işləməsi qeyd edilsə də iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş arayışdan göründüyü kimi, həmin cəmiyyət 2 nömrəli Tikinti İdarəsinin bazasında yaranmış və iddiaçı orada xx.xx.1987-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işləmişdir. Bu da əmək kitabçasında iddiaçının həmin idarədə işləməsi barədə qeydlərin qeyri mötəbər olmasını sübut edir. Beləliklə də, qeyd edilənlərdən göründüyü kimi, iddiaçının pensiya təyin edilməsi ilə əlaqədar müraciəti əsaslı olaraq rədd edilmişdir. İddiaçının sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2940/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, yazılı etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. O, əmək fəaliyyətinə 1976-cı il tarixdə başlamışdır, 1978-1980-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixədək 2 saylı Tikinti İdarəsinin bazasında fəhlə vəzifəsində işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən 1986-cı il tarixədək həmin İdarədə xarrat vəzifəsində çalışmış, xx.xx.1987-ci ildən iş usta, xx.xx.1992-ci il tarixindən xx.xx.2011-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh DSMF-ni Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 950 saylı qərarına əsasən güzəştli sığorta stajının olmamasına görə onun müraciətini təmin etməkdən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir və qərarını onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması nəticəsində xx.xx.1959-cu il təvəllüdlü iddiaçının xx.xx.2016-cı il tarixədək (57 yaşı tamam olan vaxt) 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilsə də həmin ümumi stajın 12 il 6 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, iddiaçının tələbinin təmin olunması üçün onun 57 yaşının tamam olması, minimum 25 il sosial sığorta stajına malik olması və bunun 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda təsbit edilmiş zərərli peşə üzrə işləməsi tələb olunur ki, iddiaçıda bütün bu şərtlər ödənilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 57 yaşı xx xxxx 2016-cı il tarixdə tamam olmuşdur. İddiaçı xx xxxxxx 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1978-ci ildən xx xxxxxx 1980-ci il tarixə kimi Sovet ordusunda hərbi xidmətdə olmuş, xx xxxxxx 1981-ci ildən xx xxxxx 2013-cü il tarixə kimi müxtəlif işlər üzrə işləmişdir və onun ümumi sosial sığorta stajı 35 ildən artıq olmaqla qanunvericiliklə tələb olunan 25 ildən artıqdır. İddiaçı xx xxxx 1992-ci il tarixdən (2 №-li Tikinti İdarəsində, daha sonra “xxxx” QSC-də) xx xxxxxx 2011-ci il tarixə kimi iş icraçısı işləmişdir. Həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin “b” bəndinə nəzərdə tutulmuşdur. İddiaçı həmin peşə üzrə 20 ildən artıq işləmişdir və zərərli peşə üzrə xüsusi stajı 12 il 6 aydan artıqdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsaslar mövcud olmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsasları ilə razılaşmır və qeyd edir ki, iddiaçının 25 ildən artıq sosial ümumi sığorta stajına və 12 il 6 aydan artıq xüsusi staja malik olması iddiaçıya məxsus əmək kitabçası, “xxxx” X7 tərəfindən verilmiş 03 saylı, xx.xx.2018-ci il tarixli güzəştli arayış və məhkəmə kollegiyasının sorğusuna “xxxx” X7 tərəfindən verilmiş № 01 nömrəli, xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə təsdiq olunur. İddiaçıya məxsus əmək kitabçası onun işlədiyi müəssisələrin kadrlar idarəsi tərəfindən möhürlə təsdiqlənməklə vətəndaşın sosial sığorta stajını təsdiq edən əsas sənəddir. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı xx xxxx 1992-ci il tarixində 2 №-li Tikinti İdarəsində iş icraçısı vəzifəsində işləmiş, hündür mərtəbəli evlərin özülünün tikintiquraşdırma işlərinə rəhbərlik etmiş və həmin vəzifədən xx xxxxxx 2011-ci ildə azad edilmişdir. Onun işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, pensiya işində olan xx.xx.2018-ci il tarixli DSMF-nin Bakı şəhəri üzrə X9 İdarəsi tərəfindən DSMF-nin Sabunçu rayon şöbəsinin sorğusuna əsasən verilmiş cavab məktubunda xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək “xxxx” ASC-nin sosial sığorta haqları elədiyi ödənişlər əks olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin həmin ödənişlərin dinamikasının hər il üzrə azalması, sonuncu ən az ödəmənin 2006-ci ildə olması, sonra isə ümumiyyətlə ödənişlərin edilməsi barədə məlumat olmaması, bunun nəticəsində həmin müəssisənin qeyd edilən dövr ərzində fəaliyyətdə olmasının müəyyən edilməməsi barədə qənaəti ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, sosial sığorta haqlarının dinamikasında azalma, 2006-cı il tarixdən sonrakı dövr üzrə ödəmələr barədə məlumatların olmaması müəssisənin fəaliyyət göstərməməsi barədə nəticəyə gəlmək üçün yetərli olmamaqla, məhkəmənin ehtimallarından ibarət olmuş və heç bir mötəbər sübuta əsaslanmamışdır. Müəssisənin fəaliyyət göstərməməsi, fəaliyyətini dayandırması bu barədə onun qeydiyyata alındığı orqanda aparılmış qeyd və həmin qeyddən çıxarışla təsdiqlənir. Digər tərəfdən, işəgötürən müəssisənin ödədiyi sosial sığorta haqlarının dinamikasında azalma işçinin pensiya təminatına xələl gətirməməli və onun pensiya hüququnun pozulması ilə nəticələnməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2940/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşından, yəni xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsinə həvalə edilsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar