Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2644/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-912/2023 saylı 14 mart 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus ПТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1988-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçının əmək stajı aşağıdakı şəkildə olmuşdur: xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu il tarixədək. İddiaçı onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10 may 2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda qeyd olunur ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1988-ci il tarixli ПT-l № ******* əmək kitabçasına əsasən sığorta stajı 18 il 7 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 7 ay sığorta stajına uyğun olaraq 12671,25 manat, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixədək 1489,96 manat olmaqla, ümumilikdə 14161,21 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirirlər ki, təqdim etdiyi əmək kitabçasının doldurulmasında orfoqrafik səhvlər olduğundan, eyni zamanda birinci qeyddə işə girmə tarixində düzəliş olduğundan xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixədək “Dostluq” sovxozundakı əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməyib. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci və 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Həmçinin bildirilmişdir ki, ona xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Bu imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 26 il 1 ay 4 gün ümumi iş stajı vardır. Belə ki, xx.xx.1978 - xx.xx.1988-ci illər “Dostluq” sovxozunda işlədiyi dövrdə stajı 10 il 6 ay, xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 151 №-li məktəbdə işlədiyi dövrdə stajı isə 15 il 7 ay 4 gün təşkil edir. Bu faktı təsdiq edən ПT-İ ******* №-li əmək kitabçasının surətini iddia ərizəsinə əlavə etmişdir. “Əmək pensiyaları haqqında" Qanunun müvafiq maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ yarandığı üçün yuxarıda qeyd olunan sənədlərlə birlikdə 4 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmişdir. Bildirmək istəyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən 10 mart 2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubunu iddia ərizəsinə əlavə edir. Məktubda imtinanın əsası kimi qeyd olunmuşdur ki, əmək kitabçasının doldurulmasında orfoqrafik səhvlər olduğundan, eyni zamanda birinci qeyddə işə girmə tarixində düzəliş olduğundan xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək ‘"Dostluq" sovxozundakı əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Qeyd edilən dövr cavabdeh inzibati orqan tərəfindən əsassız və qanunsuz olaraq əmək stajı kimi hesab edilmədiyindən ümumi iş stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün, yəni 15 il 7 ay hesablandığı üçün pensiya almaq hüququndan məhrum olunmuşdur. Bildirir ki, əmək kitabçasında “Dostluq" sovxozundakı işə girmə tarixində hər hansı düzəliş olunmamışdır. Əmək kitabçasına işəgirmə tarixində edilən qeyd vaxtı ilə işəgötürənin məsul şəxsi tərəfindən öz xətti ilə yazılmışdır. Əmək kitabçasına kənar başqa şəxslər tərəfindən hər-hansı düzəliş və ya qeyd aparılmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh inzibati orqanın məhz orfoqrafik səhvlə bağlı imtinası hər hansı qanunvericiliyə əsaslanmır. Qeyd olunanlardan görünür ki, cavabdeh orqan əsassız imtina verməklə ona pensiya təyin olunmasından lüzumsuz olaraq boyun qaçırmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi xx.xx.1988-ci il tarixli ИT-İ № ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər stisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1- dək sığorta stajı 25 il hesablanır. İddiaçı təqdim etdiyi xx.xx.1988-ci il tarixli ИT-l № ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı 18 il 7 ay təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 7 ay sığorta stajına uyğun olaraq 12671,25 manat, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 1489,96 manat olmaqla, ümumilikdə 14161,21 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirirlər ki, təqdim edilmiş əmək kitabçasının doldurulmasında orfoqrafik səhvlər olduğundan, eyni zamanda birinci qeyddə işə girmə tarixində düzəliş olduğundan xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Dostluq ” sovxozundakı əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməyib. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə tərəflərindən Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********4 nömrəli sorğu göndərilmişdir. Milli Arxiv İdarəsinin 17 may 2022-ci il tarixli 4/921 nömrəli məktubunda İddiaçı işlədiyini iddia etdiyi “Dostluq” sovxozunun yerləşdiyi inzibati ərazi vahidliyi qeyd olunmadığına görə sorğunu icra etməyin imkan xaricində olduğu qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1 5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Qanuna əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Həmçinin bildirirlər ki, İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır. Məhz bu səbəblərə görə də, İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-912/2023 saylı 14 mart 2023-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdehna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində iddiaya dair yazılı etirazda qeyd olunanlarla yanaşı, əlavə olaraq bildirmişdir ki, məhkəmə qərarında 4/1662-5/1453-5/1467 nömrəli ekspert rəyinə əsaslanmış, mübahisələndirilən dövrləri sosial sığorta stajına daxil etmişdir. Bildiririk ki, təqdim edilmiş əmək kitabçasının doldurulmasında orfoqrafik səhvlər olduğundan, eyni zamanda birinci qeyddə işə girmə tarixində düzəliş olduğundan xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Dostluq” sovxozundakı əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməyib. İnzibati orqan olaraq hesab edirik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 4/1662-5/1453-5/1467 nömrəli ekspert rəyi ilə razılaşmır və hesab edirik ki, sözügedən dövrlər sosial sığorta stajına daxil edilməməlidir. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə tərəfimizdən Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********4 nömrəli sorğu göndərilmişdir. Milli Arxiv İdarəsinin 17 may 2022-ci il tarixli 4/921 nömrəli məktubunda iddiaçı L.Heydərovanın işlədiyini iddia etdiyi “Dostluq” sovxozunun yerləşdiyi inzibati ərazi vahidliyi qeyd olunmadığına görə sorğunu icra etməyin imkan xaricində olduğu qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 22-1.5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Qanuna əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Həmçinin bildiririk ki, İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə sosial nıüavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışdır. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” 10 mart 2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. İddiaçı isə iddia ilə məhkəməyə 30 mart 2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmasına dair mövqeyi düzgündür. Belə ki, iş materialllarından aydın olur ki, iddiaçıya məxsus əmək stajının mübahisəli dövrləri onun xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək “Dostluq” Sovxozundakı əmək fəaliyyəti olmuşdur. Cavabdehin sözügedən dövlərlə bağlı dəlili ondan ibarət olmuşdur ki, təqdim edilmiş əmək kitabçasının doldurulmasında orfoqrafik səhvlərə yol verilmiş, eyni zamanda birinci qeyddə işə girmə tarixinə düzəlişlər edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həmin dövrlərlə bağlı dəlillərinin araşdırılması, sözügedən dövrlərdə iddiaçı ilə eyni sovxozda işləmiş X1 məxsus əmək kitabçasındakı qeydlərlə, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin eyni şəxslər tərəfindən icra olunub-olunmaması, həmçinin əmək kitabçasınının 2-ci səhifəsinin 1-ci qeydindəki “xx.xx.1978” yazısında düzəliş aparılıb-aparılmaması, düzəliş aparıldığı halda həmin düzəlişin üzərindəki möhürdən əvvəl, yoxsa sonra icra edilməsi məsələsinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza tədqiqatının nəticəsinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Heydərova (Mustafayeva) Sayna Məhərrəm qızının adına olan 07 fevral 1980-ci il tarixli ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 2-ci və 3cü səhifələrində 1-ci və 2-ci bəndlərindəki əlyazmaları ilə İddiaçı adına olan 05 mart 1988-ci il tarixli ПТ-İ № ******* nömrəli əmək kitabçasının 1-ci, 2-ci və 3-cü səhifələrində 1-ci və 2-ci bəndlərindəki əlyazmaları – eyni şəxs tərəfinədn icra olunmuşdur; ekspertizaya təqdim edilmiş Heydərova (Mustafayeva) Sayna Məhərrəm qızının adına olan 07 fevral 1980-ci il tarixli ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 2-ci səhifəsində “Фир.совх” yazısının qarşısındakı imza ilə İddiaçı adına olan 05 mart 1988-ci il tarixli ПТ-İ № ******* nömrəli əmək kitabçasının 2-ci səhifəsində Фир.совх” yazısının qarşısındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş Heydərova (Mustafayeva) Sayna Məhərrəm qızının adına olan 07 fevral 1980-ci il tarixli ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsindəki əlyazmalar ilə Heydərova (Mustafayeva) Sayna Məhərrəm qızının adına olan 07 fevral 1980-ci il tarixli ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 2-ci və 3-cü səhifələrindəki əlyazmalar və İddiaçı adına olan 05 mart 1988-ci il tarixli ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 1-ci, 2-ci və 3-cü səhifələrindəki əlyazmalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin rekvizitlərinin tədqiqi: tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş ПТ-İ № ******* saylı əmək kitabçasının 2-ci səhifəsinin 1-ci bəndində olan “xx.xx.1978” rəqəmlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmiş, təqdim edilmiş ПТ-İ № ******* saylı əmək kitabçasının 2-ci səhifəsinin 1-ci bəndində olan “xx.xx.1978” rəqəmlərdə hər hansı bir düzəlişlər müəyyən edilmədiyi üçün ekspert qarşısında qoyulmuş digər suallar üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşaraq, apelyantın bu hissədəki etirazlarının əssassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Beləliklə, qeyd edilənlərə əsasən mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının əmək kitabçasındakı müvafiq qeydlərin mötəbər olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Dostluq” sovxozundakı əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edilməlidir. Qeyd edilənlərə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə (62 yaş 6 ay) yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 25 ildən artıq (xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu il tarixədək) stajının olması da öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə də qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə kollegiyası bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollrgiyası hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən onun tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdehna həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-912/2023 saylı 14 mart 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-912/2023 saylı 14 mart 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2644/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2644/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver