Məhkəmə qərarları › İş №2-1(103)-2645/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2645/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2645/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixdən 3.07.2023-cü il tarixədək Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmişdir.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 03 iyul 2023-cü il tarixli 1171/ş №-li əmrinə əsasən intizam qaydalarını kobud şəkildə pozduğuna görə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Birinci instansiya məhkəməsində icraat və tədqiq olunmuş sübutlar

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan FHN-nin 1171/ş nömrəli xx.xx.2023-cü il tarixli əmrini ləğv edərək, işə bərpa edilməsi, qərar icra edilən dövrə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildən Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi bütün dövrlərdə ona həvalə edilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni edərək, qüsursuz xidmət göstərmişdir. 2023-cü ilin mart ayında X7 edilməsi və daxili təhqiqat baş idarəsi tərəfindən X9 Xidmətinin Suraxanı rayonu Yanğından mühafizə hissəsinin rəisi Vüqar İsmayılov barəsində olan şikayətləri aydınlaşdırmaq üçün araşdırılma aparılmışdır. Araşdırma nəticəsində onun barəsində əsassız qərar qəbul edilərək o, FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmrdə intizam qaydalarını kobud şəkildə pozması səbəbi göstərilmişdir. Əsas olaraq X9 Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 3-18-4\2-1087\23 nömrəli məktubu qeyd edilmişdir. X7 edilməsi və daxili təhqiqat baş idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 3-18\3-16- 1449\2023 nömrəli təqriri göstərilmişdir. O, həmin məktubun və təqririn məzmunu ilə tanış edilməmişdir. Barəsində olan intizam tənbehinin tətbiq edilməsi haqqında FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin təsviri hissəsində intizam qaydalarını pozduğuna dair bir neçə hal göstərilmişdir. Həmin halların heç biri baş verməmişdir. İlk olaraq qeyd olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq şəxsi avtomobilini Suraxanı rayonu X9 Hissəsinin inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış və qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur. Qeyd etmək istəyir ki, ümumiyyətlə ona məxsus olan heç bir avtomobil qeyd edilən ərazilərdə saxlanılmamışdır. X9 Hissəsinin inzibati binasının ərazisi video-kamera ilə müşahidə olunur, həmin ərazidə olan videogörüntülərdə olan avtomobillərin heç biri ona aid deyildir. xx.xx.2023-cü il tarixdə X9 Xidmətinin Suraxanı rayon DYMH-nin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmiş olduğu qeyd olunur, lakin hissə əməkdaşları da təsdiq edə bilər ki, belə hal baş verməmişdir. O, belə bir məlumatın yalnız qərəzli təqdim edilməsi qənaətindədir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də xidmət yerini özbaşına tərk etmiş və 2 saat sonra xidmət yerinə qayıtdığı zaman Xüsusi riskli xilasetmə xidmətinin çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin xilasetmə qrupunda Nazirliyin aparatının əməkdaşları tərəfindən aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmiş olduğu isə tamamilə həqiqətdən uzaqdır. Belə ki, həmin vaxt çatmayan ləvazimatları götürmək məqsədilə Çevik xilasetmə idarəsinə gedirdi. Yolda olan zaman tabeçiliyində olan bölmənin rəisi zəng edərək Daxili təhqiqatdan yoxlama üçün gəldiklərini və geri qayıtmağını tələb etdiklərini bildirdi. Ona görə də geri qayıtdı. Qeyd etmək zəruridir ki, çatışmayan ləvazimatları götürmək üçün getdikdə qaydaya uyğun olaraq İdarənin növbətçi hissəsinə zəng edir və həmin gün də eyni qaydada hərəkət etmişdir. Aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməsi isə ümumiyyətlə mümkünsüzdür. Həmişə olduğu kimi ondan tələb olunan qaydalara uyğun davranmışdır. FHN-nə məxsus olmayan geyim formasından istifadə etməklə xidmətə çıxmağı isə heç bir halda baş verməmişdir. Onlara təqdim edilən geyim forması iki ildir ki, istifadə olunduğuna görə rəngi solmuşdur. Lakin o, geyim formasının tələblərinə həmişə əməl etmişdir. Cavabdeh FHN-nə müraciət edərək, barəsində olan FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək, işə bərpa edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona yalnız əmrin surəti təqdim edilmiş və məktubda Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nun 10.0.1-ci. 10.0.3-cü, 10.0.10-cu, 10.0.11-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğuna görə 1171/ş nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xidmətkeçməsinə xitam verildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nu və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini pozan hərəkətlərə yol verilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi xahiş olunur.

5. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 14 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq idarə etdiyi Hundai Santafe markalı, ağ rəngli **-SC-*** nömrəli avtomobili Suraxanı rayon X9 Hissəsinin inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış, qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın-xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur. Həmçinin iddiaçı 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmişdir. Nazirliyin Aparatının əməkdaşları tərəfindən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Suraxanı rayonu ərazisində yerləşən inzibati binasında nəzarət tədbirləri çərçivəsində 27 aprel 2023-cü il tarixdə hissədə yoxlama zamanı İddiaçı xidmət yerini özbaşına tərk etmiş olduğu müəyyən edilmişdir. Bir neçə saat sonra xidmət yerinə gəlmiş İddiaçı Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmişdir. Həmçinin xidmət yerinə gələrkən İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olmuşdur. Heç bir üzürlü səbəb olmadan 13 mart, 22 mart və 1 aprel tarixlərində xidmətə çıxmadığı üçün İddiaçı barəsində 17 may 2023-cü il tarixdə Cavabdeh 0820/ş nömrəli Əmri ilə şiddətli töhmət, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol verdiyi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.3-cü maddəsinin tələblərini pozduğu üçün 26 may 2023-cü il tarixdə Cavabdeh 0921/ş nömrəli Əmri ilə töhmət intizam tənbehi tətbiq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 1171/ş nömrəli Əmri ilə intizam qaydalarını kobud şəkildə pozduğuna görə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı fövqaladə hallar orqanlarından xaric edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur.

6. Xidməti yoxlamalar şöbəsinin baş zabiti mayor Fərhad Abbas tərəfindən “Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı xx.xx.2023-cü il tarixdə izahat verməkdən imtina etməsi barədə arayışına əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı və həmin qrupun xilasedicilərinin günün nizam qaydalarını mütəmadi şəkildə pozmaqla xidmət yerlərini özbaşına tərk etmələri barədə daxili olmuş məlumat əsasında X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Daxili nəzarət İdarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəisi polkovnik Tural Əliyev və həmin şöbənin rəis müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən xx.xx.2023-cü il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunda (Çevik 21) yoxlama keçirilmiş, araşdırma ilə əlaqədar olaraq, izahatının alınması üçün 10 may 2023-cü il tarixdə qrup rəisi d/x leytenantı İddiaçı nazirliyə dəvət olunmuş, saat 11:55 radələrindən 12:55 radələrinə kimi nazirliyin Fövqəladə hallarında xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsində olmuş, şifahi qaydada xx.xx.2023-cü il tarixdə yoxlama zamanı xidmət yerində olmadığını, qrup rəisi olduğu üçün bu barədə məruzə etməli olmadığını, X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Daxili nəzarət İdarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəisi polkovnik Tural Əliyev və həmin şöbənin rəis müavini polkovnik-leytenant Elnur Orucov xilasedicilərin otağına xilasediciləri tərtib olunmuş aktla tanış etmək istəyərkən onların işinə müdaxilə etdiyini, Gülnarə Əliyevaya səhra geyim formasını geyinməyə göstəriş verdiyini bildirmiş, lakin yazılı izahat verməkdən imtina etmişdir.

7. X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəis müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə Dəstəsinin Suraxanı Xilasetmə postunun qrup rəisi daxili xidmət leytenantı İddiaçı və həmin qrupun xilasedicilərinin günün nizam qaydalarını mütəmadi şəkildə pozmaqla xidmət yerlərinin özbaşına tərk etmələri barədə daxil olmuş məlumat əsasında X7 edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin Daxili Nəzarət müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən 27 aprel 2023-cü il tarixində Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə Dəstəsinin Suraxanı postunda (Çevik 21) yoxlama keçirilmişdir. Yoxlama zamanı postun xidmətdə olan şəxsi heyətinin say tərkibi yoxlanılarkən qrup rəisi daxili xidmət leytenantı İddiaçı, qrupun motosikletçi-xilasedici daxili xidmət çavuşu Əhliman Qəhrəmanovun və qrupun xilasedicisi Gülnarə Əliyevanın xidmət yerində olmadıqları məlum olmuşdur. Eyni zamanda qrupun rəisi daxili xidmət leytenantı İddiaçı, qrupun bölmə rəisi daxili xidmət giziri Ruslan Əsgərovun və qrupun xilasedicisi Gülnarə Əliyevanın mövcud nizamnamələrin tələblərinə uyğun olmayan hərbi geyim formasında olduqları müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının Cavabdeh 0820/ş №-li, 17 may 2023-cü il tarixli əmrindən çıxarışa əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi, daxili xidmət leytenantı İddiaçı 13 mart, 22 mart və 1 aprel 2023-cü il tarixlərində üzrlü səbəb olmadan sutkalıq naryada çıxmamış, bununla da o, Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi, daxili xidmət leytenantı İddiaçı şiddətli töhmət verilməsi əmr edilmişdir (əsas: Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin 12 aprel 2023-cü il tarixli 3-18-16/2-386/2023 nömrəli məktubu və X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 12 may 2023-cü il tarixli 3-18/3-16-1124/2023 nömrəli təqriri).

9. Azərbaycan Respublikasının Cavabdeh 0921/Ş №-li, 26 may 2023-cü il tarixli əmrindən çıxarışa əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Suraxanı xilasetmə postunun qrup rəisi daxili xidmət leytenantı İddiaçı Nazirliyin Böhran X1 112 Çevik Reaksiya İdarəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin rəisi daxili xidmət mayoru Bəxtiyar Qurbanov barəsində həqiqətə uyğun olmayan məlumatlar vermiş, həmin məlumatların araşdırılması zəruri olduğundan B.Qurbanovun və idarənin digər əməkdaşlarının xidməti vəzifələrinin icrasından ayrılmalarına səbəb olmuş və fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol vermiş, bununla da, o, Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.2-ci maddəsinə uyğun olaraq və “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Suraxanı xilasetmə postunun qrup rəisi, daxili xidmət leytetantı İddiaçı töhmət verilməsi əmr edilmişdir (əsas: X7 edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi rəisinin 24 may 2023-cü il tarixli 3-18/3-16-1239/23 nömrəli təqriri.

10. Çevik xilasetmə idarəsinin rəisi, daxili xidmət mayoru Bəxtiyar Qurbanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xidməti Xasiyyətnaməyə əsasən, Daxili xidmət leytenantı İddiaçı 17 dekabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət edir. Tutduğu vəzifənin öhdəsindən gələ bilməmiş, bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaq üçün öz üzərində çalışmamış, verilən əmr və tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsinə səy göstərməmiş, özünə qarşı tələbkar olmamış, zəif iradəli və dözümsüzdür. Dəfələrlə günün nizam-intizam qaydalarını pozmuşdur. Rəhbərlik tərəfindən verilən əmr və tapşırıqların icrasına laqeydlik göstərmişdir. Xidmətində yol verdiyi nöqsanlara görə rəhbərlik tərəfindən onunla mütəmadi olaraq söhbətlər aparılmasına baxmayaraq tutulan iradlardan nəticə çıxarmamış, xidmətə münasibətində heç bir dönüş yaratmamışdır.

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 03 iyul 2023-cü il tarixli 1171/ş №-li əmrinə əsasən intizam qaydalarını kobud şəkildə pozduğuna görə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir (əsas: X9 Xidməti rəisinin 20 aprel 2023-cü il tarixli 3-18-4/2-1087/23 nömrəli məktubu, X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 13 iyun 2023-cü il tarixli 3- 18/3-16-1449/2023 nömrəli təqriri).

12. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, o, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Bölmə rəisi işləyir, iddiaçı onun komandiri olmuş, 2 ay orada işləmişdir. Sutkalıq iş rejimi olub 1 gün işdə 2 gün evdə olmuşdur. Postda olmamışlar. İddiaçı ilə səhər 9-dan axşam 5-ə kimi işdə olmuş, iddiaçının növbədə olduğunu görməmişdir.

13. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin xilasedici mütəxəssis vəzifəsində işləyir. 17 ildir Azərbaycan Respublikasının Cavabdehndə, həmin postda isə 4-5 ildir işləyir. Şəxsi maşınını idarənin həyətində saxlamasına şahid olmuşdur. Geyim formasını pozması barədə məlumatı yoxdur. Hərbçilər hansı formanı geyinməli olmalarını bilmir. Yanğından mühafizə idarəsinin rəisi ilə aralarında münaqişə olmuş, lakin münaqişənin nədən ibarət olması barədə məlumatı yoxdur. Daxili təhqiqat idarəsi gələndə o, orada olmamışdır. Alimentlə bağlı məhkəməsi olduğuna görə təqrir götürüb getmişdir. Sonra ona zəng vuraraq bildirmişlər ki, təhqiqat gəlib, o, geri qayıtmışdır. Ondan işdə olmaması ilə bağlı izahat alınmışdır. Toğrul izahat verməkdən etiraz etmişdir.

14. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, geyim forması barədə məlumatı yoxdur. İddiaçının orada maşın saxlamasının şahid olmuşdur. Orada söz-söhbətin olmasını eşitmiş, amma görməmişdir. İddiaçı onun komandiri olmuş, o, səhər saat 9-dan 5-ə kimi orda olurdu. Onlar sutkalıq işə çıxırdılar, 1 gün işdə iki gün evdə olmuş, iddiaçının sutkalıq növbədə olmasını görməmişdir.

15. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən İddiaçı Tapdıq oğlu ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində dəstə rəisi vəzifəsində işləyir. Sutkalıq işləyir. O, orada çox olmur. 3 post üzrə rəisdir. Yanğından mühafizə idarəsinin rəisi ilə mübahisəsi olmuş, iddiaçının barəsində ona şikayət olunmuşdur. Barəsində araşdırma aparmamışdır. Toğrul onun sözünə bəzən baxırdı, bəzən baxmırdı. Bir postda işçilər xəstələnəndə Toğrula deyirdi ki, Suraxanı postundan 1 nəfər getsin digər posta, lakin Toğrul buna icazə vermirdi. Bu da rəhbər kimi onun imicinə təsir göstərirdi. Harasa gedəndə növbətçi hissədən icazə alınmalıdır.

16. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində işləyir. Eyni vəzifədə olduqlarına görə iddiaçıya qiymət vermək səlahiyyətində deyil. Toğrulun sonradan ona və rəhbərliyə qarşı bəzi aqressiv hərəkətləri olub. Çevik xilasetmə idarəsinin rəisi Bəxtiyar Qurbanovla aralarında mübahisə olub, nalayiq davranışlar edib, vəzifəsinə uyğun olmayan sözlər işlədib. Hadisə idarə rəisinin otağında olub. Toğrul ona sizi məhkəmələrdə süründürəcəm demişdir.

17. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi Suraxanı yanğın mühafizəsində işləyir. Komandir olduğuna görə maşını içəridə saxlayırdı. Rəisin icazəsi olmuşdur. Xilasetmənin işçilərinin maşınlarını içəridə saxladığına görə aralarında mübahisə olmuşdur. Postda meydançanın ortasında olmuşdur. 1 gün işdə, 2 gün evdə olurlar. Xilasetmənin rəisi soruşdu bu maşınlar kimindir, kim icazə verib içəri salmağa?. O, Toğrulun olduğunu demişdir. Sonra onların dalaşdıqlarını eşitmişdir. Rəisə “tülkü kimi danışma” demişdir.

18. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu Yanğından mühafizə idarəsində işləyir. Bir binada işləyirlər, amma ayrı qurumlardır. Bir gün növbəni təhvil alarkən səs-küy eşitmişlər. Rəislə dalaşırdı. Əslində icazə yoxdu, iddiaçı da işçiləri də maşını həyətdə saxlayırdılar. Yalnız rəis heyətinin xidməti maşını içəri daxil ola bilərdi. Başqa maşınlar hissəyə nəsə gətirdiyi halda daxil olurdu. Maşınları əgər hissə rəisi icazə verirdisə o, buraxırdı. Gün ərzində ancaq 2-3 maşın daxil ola bilərdi. Şəkildəki maşınlar şəxsi maşınlardır.

19. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, o, Daxili Təhlükəsizlik Baş idarəsinin Daxili Nəzarət idarəsinin hərbi qululuqçular şöbəsinin rəisidir. Daxili Təhlükəsizliyin baş İdarəsi tərəfindən ona ora getməyi tövsiyə olunmuş, araşdrıma apararkən Toğrulun xidmət saatında orada olmadığını müəyyən etmişlər. İzahatı onun müavini alıb. Digər işçilərin izahatı alınan zaman da maneəçilik yaradıb. Araşdırmaya rəhbərliyi o, etməmişdir. Sıra düzülüşü zamanı olmadığından akt tərtib olunmuşdur.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarına əsasən, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1869/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildən Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi bütün dövrlərdə ona həvalə edilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni edərək, qüsursuz xidmət göstərmişdir. 2023-cü ilin mart ayında X7 edilməsi və daxili təhqiqat baş idarəsi tərəfindən X9 Xidmətinin Suraxanı rayonu Yanğından mühafizə hissəsinin rəisi Vüqar İsmayılov barəsində olan şikayətləri aydınlaşdırmaq üçün araşdırılma aparılmışdır. Araşdırma nəticəsində onun barəsində əsassız qərar qəbul edilərək FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrlə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmrdə intizam qaydalarını kobud şəkildə pozmağı səbəb göstərilmişdir. Əsas olaraq X9 Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 3-18-4\21087\23 nömrəli məktubu. X7 edilməsi və daxili təhqiqat baş idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 3-18\3-16-1449\2023 nömrəli təqriri göstərilmişdir. Həmin məktubun və təqririn məzmunu ilə tanış edilməmişdir. Barəsində olan intizam tənbehinin tətbiq edilməsi haqqında FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin təsviri hissəsində intizam qaydalarını pozduğuna dair bir neçə hal göstərilmişdir. Həmin halların heç biri baş verməmişdir. İlk olaraq qeyd olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq şəxsi avtomobilini Suraxanı rayonu X9 Hissəsinin inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış və qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur. Qeyd etmək istəyir ki, ümumiyyətlə ona məxsus olan heç bir avtomobil qeyd edilən ərazilərdə saxlanılmamışdır. X9 Hissəsinin inzibati binasının ərazisi video-kamera ilə müşahidə olunur, həmin ərazidə olan videogörüntülərdə olan avtomobillərin heç biri ona aid deyil. xx.xx.2023-cü il tarixdə X9 Xidmətinin Suraxanı rayon DYMH-nin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmiş olduğu qeyd olunur, lakin hissə əməkdaşları da təsdiq edə bilər ki, belə hal baş verməmişdir. O, belə bir məlumatın yalnız qərəzli təqdim edilməsi qənaətindədir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də xidmət yerini özbaşına tərk etmiş və 2 saat sonra xidmət yerinə qayıtdığı zaman Xüsusi riskli xilasetmə xidmətinin çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin xilasetmə qrupunda Nazilriyin aparatının əməkdaşları tərəfindən aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmiş olduğu isə tamamilə həqiqətdən uzaqdır. Belə ki, həmin vaxt çatmayan ləvazimatları götürmək məqsədilə Çevik xilasetmə idarəsinə gedirdi. Yolda olan zaman tabeçiliyində olan bölmənin rəisi zəng edərək Daxili təhqiqatdan yoxlama üçün gəldiklərini və geri qayıtmağını tələb etdiklərini bildirdi. Ona görə də geri qayıtdı. Qeyd etmək zəruridir ki, çatışmayan ləvazimatları götürmək üçün getdikdə qaydaya uyğun olaraq İdarənin növbətçi hissəsinə zəng edir və həmin gün də eyni qaydada hərəkət etmişdir. Aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməyi isə ümumiyyətlə mümkünsüzdür. Həmişə olduğu kimi ondan tələb olunan qaydalara uyğun davranmışdır. Cavabdehnə məxsus olmayan geyim formasından istifadə etməklə xidmətə çıxmağı isə heç bir halda baş verməmişdir. Onlara təqdim edilən geyim forması 2 ildir ki, istifadə olunduğuna görə rəngi solmuşdur. Lakin geyim formasının tələblərinə həmişə əməl etmişdir. Cavabdeh FHN-nə müraciət edərək, barəsində olan FHNnin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək, işə bərpa edilməyi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona yalnız əmrin surəti təqdim edilmişdir və məktubda Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nun 10.0.1-ci. 10.0.3-cü, 10.0.10-cu, 10.0.11-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğuna görə 1171/ş nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xidmətkeçməyinə xitam verildiyi qeyd edilmişdir. Qeyd etmək zəruridir ki, tərəfindən Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nu və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini pozan hərəkətlərə yol verilməmişdir. Lakin məhkəmə işi tam araşdırmamış və yekunda səhv nəticəyə gələrək iddia tələbini təmin etməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin bir neçəsi ümumiyyətlə həmin vaxtı işdə olmamış və məhkəmədə yalan ifadə vermişdilər. Məhkəmə şahidlərin yalan ifadələrinə qiymət vermək əvəzinə cavabdeh orqanın mövqeyindən çıxış etmişdir. Məhkəmə işi düzgün araşdırsaydı məlum olardı ki, 20 gün içərisəndə ona əvvəl şiddətli daha sonra isə töhmət verilməsi hissəsini araşdırardı. Lakin məhkəmə bunu etməmişdir. Məhkəmədə şahid qismində ifadə verən Daxili Təhlükəsizlik Baş idarəsinin Daxili Nəzarət idarəsinin hərbi qululuqçular şöbəsinin rəisi X17 bildirmişdir ki, o, rəhbərliyin şfahi göstərişi əsasında yoxlamada olmuşdur və İddiaçı barəsində hər hansı bir yazılı göstəriş mövcud omamışdır. İş materiallarından da görünür ki, cavabdeh orqanın ayrı-ayrı qurumları ona qarşı qərəzli mövqe göstərmiş və qanunvericilyin tələbindən kənara çıxaraq əsasız olaraq onun işdən azad edilməsinə nail olmuşdular. Məhkəmə qanunvericiliyin maddi və prossesual normalarını pozmaqla qərar qəbul etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri

23. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

24. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin edilən iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

25. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin edilən iclasının yeri və vaxtı barədə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 rəsmi qaydada məlumat verilsə də, iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanunu

28. Maddə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

29. Maddə 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər.

30. Maddə 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir.

31. Maddə 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir.

32. Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

33. Maddə 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə.

34. Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə.

35. Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.

36. Maddə 32.1. İntizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

37. Maddə 32.2. Fövqəladə hallar orqanları əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.

38. Maddə 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas olduqda fövqəladə hallar orqanının rəhbəri tərəfindən araşdırma aparılır və əməkdaşdan yazılı izahat alınır. Zərurət olduqda müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilir.

39. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməkdaşın izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

40. Maddə 32.4. Fövqəladə hallar orqanlarının əməkdaşına intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

41. Maddə 32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.

42. Maddə 32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra fövqəladə hallar orqanları əməkdaşına intizam tənbehi verilə bilməz.

43. Maddə 32.7. Məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

44. Maddə 32.10. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.

45. Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

46. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

47. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

48. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

49. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

50. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

51. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

52. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

53. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

54. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

55. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

56. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

57. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

58. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

59. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

60. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

61. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

62. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

65. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmiş, 03 iyul 2023-cü il tarixli 1171/ş №-li əmrə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir.

66. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh 1171/ş nömrəli xx.xx.2023cü il tarixli əmrinin ləğv edilərək işə bərpa edilməsi və qərar icra edilən dövrə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş edir.

67. Cavabdehin mübahisələndirilən əmrindən müəyyən olunur ki, əmrin verilməsinə əsas, X9 Xidməti rəisinin 20 aprel 2023-cü il tarixli 3-18-4/2-1087/23 nömrəli məktubu, X7 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 13 iyun 2023-cü il tarixli 3-18/3-16- 1449/2023 nömrəli təqriri olmuşdur.

68. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qəbul etdiyi əmrin qanuniliyini sübut etmə yükü daşıyan cavabdeh orqanın apardığı inzibati icraat materialları, eləcə də məhkəmə araşdırması zamanı əldə edilən sübutlar, dindirilmiş şahid ifadələri ilə mübahisələndirilən əmrin qanuni və əsaslı olması öz təsdiqini tapmışdır.

69. Belə ki, cavabdeh mübahisələndirilən əmrin verilməsi üçün aşağıdakı faktiki və hüquqi əsaslara istinad etmişdir: 1) İddiaçı idarə etdiyi “Hyundai Santafe” markalı, **-SC-*** nömrəli avtomobili Suraxanı rayon X9 Hissəsinin inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış, qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın-xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur; 2) 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmişdir; 3) Nazirliyin Aparatının əməkdaşları tərəfindən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Suraxanı rayonu ərazisində yerləşən inzibati binasında nəzarət tədbirləri çərçivəsində 27 aprel 2023-cü il tarixdə hissədə yoxlama zamanı xidmət yerini özbaşına tərk etmişdir; 4) Xidmət yerinə gəlmiş iddiaçı Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmişdir. 5) İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olmuşdur.

70. İddiaçı mübahisələndirdiyi əmrdə qeyd olunmuş halların baş verməsini inkar etsə də, iddiaçının idarə etdiyi “Hyundai Santafe” markalı, ağ rəngli **-SC-*** nömrəli avtomobilin idarənin həyətində, həmçinin yanğınsöndürən avtomobillərinin çıxma zolağının qarşısında saxlaması, 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətməsi birinci instansiya məhkəməsində dindirilən şahid ifadələri, işdə olan fotoşəkillər, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş video materialla sübuta yetir.

71. Daha sonra iddiaçının özünün məhkəmə araşdırması zamanı verdiyi izahatı ilə onun V.İsmayılovla mübahisəsinin olması, 27 aprel 2023-cü il tarixdə xidmət yerində olmadığı müəyyən olunur.

72. Cavabdehin təqdim etdiyi inzibati icraat materiallarına əsasən, iddiaçı xx.xx.2023cü il tarixli izahatında baş idarəyə gedərkən yuxarı komandanlıqdan icazə aldığını bildirmiş, yuxarı komandanlığın kim olması sualına isə, Döyüş hazırlığının rəisi Mustafa Rəcəbova məlumat verdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş XRXX-nin Döyüş və Xüsusi hazırlıq İdarəsinin rəisi X8 izahatında bu barədə məlumatının olmadığını, heç kimə icazə vermədiyini bildirmişdir.

73. Bundan başqa iddiaçının xidmət yerinə gəlmiş Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməsi halı iddiaçının özünün vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, şahid G.Əliyeva ifadəsində göstərmişdir ki: “...sonra ona zəng vurdular bildirdilər ki, təhqiqat gəlib, o, geri qayıtdı. Onlar ondan işdə olmamağı ilə bağlı izahat aldılar. Toğrul izahat verməyinə etiraz edirdi”.

74. İddiaçının Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olması halı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yay və qış səhra geyim formalarının əksi olan şəkillərdən, həmçinin iddiaçının geyim formasında olan fotoşəkillərindən müəyyən edilir.

75. İddiaçı bu dəlilə qarşı təqdim edilən geyim formasının iki ildir istifadə olunduğu üçün rənginin solmasını bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş Paylama Cədvəlləri ilə iddiaçının hər il yeni geyim formalarını cədvələ imza edərək təhvil alması öz təsdiqini tapmışdır.

76. Kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sonuncunun tabeliyində işləmiş X2 və X4 ərizələrinə münasibət bildirib qeyd edir ki, şahidin dindirilməsi qaydası prosessual qanunvericiliklə dəqiq müəyyən edildiyindən, bu şəxslərin məsuliyyətləri barədə xəbərdar edildikdən sonra verdikləri ifadələr mötəbər sübut növü olaraq qiymətləndirilə bilər. Ona görə də harada, hansı qaydada, necə tərtib edilməsi müəyyən olunmayan həmin ərizələr mötəbər sübut növü olaraq qəbul edə bilməz.

77. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, heç bir üzürlü səbəb olmadan 13 mart, 22 mart və 01 aprel tarixlərində xidmətə çıxmadığı üçün iddiaçı barəsində 17 may 2023-cü il tarixdə Cavabdeh 0820/ş nömrəli əmri ilə şiddətli töhmət, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol verdiyi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.3-cü maddəsinin tələblərini pozduğu üçün 26 may 2023-cü il tarixdə Cavabdeh 0921/ş nömrəli əmri ilə töhmət intizam tənbehi tətbiq edilmiş, iddiaçı bu əmrləri mübahisələndirməmişdir.

78. Beləliklə, araşdırma zamanı cavabdehin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri öz təsdiqini tapdığından, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar isə öz təsdiqini tapmadığından, fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə xidmətlə bir araya sığmayan hərəkətlərə, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməyə görə tətbiq edildiyindən, cavabdehin, iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilmədiyindən kollegiya belə nəticəyə gəlir ki, iddia tələbinin dəlilləri kimi apellyasiya şikayətinin dəlilləri də əsassızdır.

79. İsinad olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

80. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar