Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2648/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkbdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında” yekunlaşmış iş üzrə iddiaçının “qərara izah verilməsi barədə” ərizəsi üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq artırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2- 1(103)-772/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1171/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2-1(103)-772/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3040/2022 nömrəli qərarının pensiyanın artırılmasının xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etdiyi tarixdən hesablanmasına aydınlıq gətirilməsi məqsədilə izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən ona əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini başqa sahədə davam etdirmiş və xx.xx.2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Pensiya təyin olduqdan sonra əmək fəaliyyəti nəticəsində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 68.744,05 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(112)- 3040/2022 nömrəli qərarında məhkəmə qərarının icrası olaraq hansı tarixdən pensiyanın yenidən hesablanaraq artırılmasının həyata keçirilməsi hissəsində aydın deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının qərara izah verilməsi barədə ərizəsi təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilərək izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14469/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, cavabdeh iddiaçının əmək pensiyasını məhkəmə qərarı əsasında-(bu ifadə tamamilə yalnışdır və saxtalaşdırılmışdır) yenidən hesablamış, bu zaman yenidən hesablama tarixini iddiaçının müraciətinin qeydə alındığı xx.xx.2021 -ci tarixdən götürmüşdür. (xx.xx.2023- cü il tarixli, 3-17-1/3-7-14469/2023 nömrəli İddiaçı (pensiya işi 033509) “Əmək pensiyasının yenidən hesablanması haqqında (PROK) Qərarınında söhbət A. Rzayevin pensiyası təyin edilən zaman az hesablanmış 14.919.52 manat məbləğin yenidən hesablanmasından gedir. 5 avqust 2022-ci il tarixli 2-1(112) -3040/2022 nömrəli qərarı ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda məhkəmə yalnışlıqla, əsassız olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(112)-3040/2022 nömrəli qərarı ilə əmək pensiyasının yenidən hesablanması iddiaçının izah haqqında ərizədə göstərdiyi tarixdən aparıldığından qərara həmin hissədə izah verilməsinə zərurət qalmamışdır. (Halbuki İddiaçı istifadə olunmamış pensiya kapitalı hazırda 90.706,91 (iddia ərizəsi verəndə 68.744.05) manat təşkil edir. Məhkəmə ərizəyə baxarkən, maddi və prossesual normaları pozmaqla, həmçinin, Azərbaycan Respublikasının MPM-nin 230-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdehin təqdim etdiyi saxta, hazırkı işə aidiyyəti olmayan sənədi əsas götürməklə, xx.xx.2022-ci il tarixli 2-1(112)-3040/2022 nömrəli qərarının qeyd edilən pensiyanın artırılmasının (xx.xx.2021-ci il tarixdən) cavabdehə müraciət etdiyi tarixdən hesablanmasına aydınlıq gətirilməsi məqsədilə izah edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmamışdır...” Məhkəmə iclasılarının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov izahatında bildirmişdir ki, iddiaçının istinad etdiyi, Filialın 16 oktyabr 2023-cü il tarixli məktubunda onun əmək pensiyasının yenidən hesablanaraq, hər ay 932,47 manat pensiyasına əlavə olunaraq ödənildiyi qeyd olunur. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinə müvafiq iddiaçının pensiya kapitalının sığorta hissəsində yığılmış pensiya kapitalı 72 aydan çox olmayan müddətə görə müəyyənləşdirilir. İddiaçının pensiyasına hər ay əlavə edilərək ödənilən 932,47 manat məbləğini 72 aya vurduqda, iddiaçının istinad etdiyi 68000 manata yaxın kəmiyyət alınır. Həmin məktubda 14919,52 manat fərq məbləğinin yazılışında ola bilsin səhvlik var. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddəaları tətbiq olunur. Bu Məcəllədə isə qərarının izahı ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır. Belə olan halda MPM-in 230-cu maddəsinin tələbində isə göstərilir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qeyd olunan prosessual hüquq normasının mənasından göründüyü kimi, məhkəmə aktı icra edilmişdirsə, onun izah edilməsinə yol verilmir. Konkret halda, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı artıq icra olunaraq, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14469/2023 saylı qərar qəbul olunmuş və həmin qərarla iddiaçının əmək pensiyasının hesablama tarixi iddiaçının müraciətinin qeydə alındığı xx.xx.2021-ci tarixdən götürülməklə yenidən hesablanmışdır. İddiaçı tərəfindən isə cavabdehin həmin qərarı mübahisələndirilməmişdir. İddiaçının həm qərara izah verilməsi barədə ərizəsindən, həm də onun apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının cavabdeh tərəfindən icrasından narazıdır, hesab edir ki, qərar düzgün icra olunmamışdır. İddiaçıya izah edilir ki, cavabdehin qeyd olunan qərarından narazıdırsa, həmin işin davamı olaraq, birinci instansiya məhkəməsinin qərarının düzgün icrasını təmin edilməsi üçün müvafiq ərizə ilə həmin məhkəməyə müraciət edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyayası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının qərara izah verilməsi barədə ərizəsinin təmin edilməməsi nəticə etibarı ilə prosessual qanunvericiliyə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2648/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2648/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver