Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-265/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili Vəkil və 3-cü şəxs X6 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X6) qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6185/2020 saylı qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə ona məxsus olması barədə 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi və reyestrdən silinməsi vəzifəsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq iddiaçı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 894/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa əsasən mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə” iddiası təmin edilərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini alandan sonra icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin xx xxxxxx 2019-cu il tarixli **********41 saylı məktubunda qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-894/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı adına verilmiş RX seriyalı ******* nömmrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixində tərəflərindən ləğv edilmişdir. X6 xx.xx.2019-cu il tarixdə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 1(82)-894/2019 saylı qərarı qanunla qorunan maraqlarına toxunduğu üçün onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-894/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X6 tərəfindən apelyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-717/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçi X4 apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-894/2019 saylı qərardadı ləğv edilmiş və işin materiallarının X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə baxılmış, məhkəmənin 2- 1(82)-894/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışa əsasən mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə” iddiası üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-894/2019 saylı qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında’’ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə dövlət reyestrində 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq iddiaçı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) həmin fərdi yaşayış evi tamamilə sökülmüşdür. Hazırda həmin ev faktiki olaraq mövcud deyildir və yerində icra hakimiyyəti tərəfindən tikinti işləri həyata keçirilir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatının ləğv edilməsini, qeydiyyatın reyestrdən silinməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmiş, cavabdehin **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi qeyd olunan daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)-10713/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişinin daxil olduğu göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6185/2020 saylı qərarı ilə iddia təmin edilərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında göstərir ki, “DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı X5 ünvanlanmış **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayəş evinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı ərizəyə baxılmış, aparılan araşdırma zamanı qeyd olunan əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)-10713/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişi daxil olduğu müəyyən edildiyindən, ərizənin icrası mümkün olmamışdır”. Sonra məhkəmə, qərarında göstərir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1016/2019 saylı, xx.xx.2019-cu il tarixli qarardadı ilə Sabunçu Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(008)-1817/2015 saylı qərardadı ilə mübahisəli evin üzərinə qoyulmuş həbs götürülmüşdür. Lakin qərarda göstərilən yenə həmin fərdi yaşayış sahəsi üzərinə həbsin qoyulması barədə Sabunçu Rayon Məhkəməsinin 2(008)-10713/2017 nömrəli xx.xx.2017ci il tarixli qərardadı hələ də qüvvədədir. Nədənsə məhkəmə qərar çıxaran zaman bu qərardadın mövcudluğunu unutmuşdur. Məhkəmə qərarının mahiyyətindən belə çıxır ki, əmlakın üzərinə qoyulmuş həbs sadəcə bir feykdir, yəni həmin əmlakın barəsində sərəncam verilməsinə maneə ola bilməz və həmin qərardadın tələblərinin pozulması heç bir hüquqi nəticə doğurmur. Məhkəmə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış sahəsinin üzərində həbs barədə Sabunçu Rayon məhkəməsinin 2(008)-10713/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməsinə baxmayaraq həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qanunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X6 və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sökülməsi əsasları barədə məlumatın verilməsi ilə əlaqədar müraciətə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq ona məxsus Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür. **********029 saylı ərizənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi söküldüyünə görə qeydiyyatın ləğv edilməsi İddiaçı tərəfindən xahiş edilmişdir və gələcəkdə onun bu halla bağlı heç bir iddia və tələbi olmayacaqdır. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********39 saylı, xx.xx.2018-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinə dair ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyatın ləğv edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinə dair RX ******* seriya nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın əsli ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı ərizəyə baxılmış, aparılan araşdırma zamanı qeyd olunan daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)-10713/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişi daxil olduğu müəyyən edildiyindən, ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin xx xxxxxx 2019-cu il tarixli **********41 saylı məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-894/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı adına verilmiş RX seriyalı ******* nömmrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sökülərək məhv edilmiş və bunun nəticəsində qeydiyyatı hər cür hüquqi mənasını itirən daşınmaz əmlakların qeydiyyatının ləğvi barədə iddiaçının müraciəti təmin edilməmiş, vətəndaşın öz istəyi ilə məhv edilmiş əmlakın qeydiyyatının ləğvi prosedurunu əlaqəsi olmayan hazırkı məsələyə tətbiq etməklə məsələnin həllindən yayınmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Göründüyü kimi qanunveririci daşınmaz əmlak barədə qeydiyyatın ləğv edilməsi üçün bir neçə şərtin eyni anda mövcudluğunu vurğulayır: 1) daşınmaz əmlak tam məhv olmalı; 2) bu məhv olma nəticəsində həmin əmlakın qeydiyyatının hüquqi mənası qalmamalı; 3) qeydiyyatın ləğvi məhkəmə qaydasında həyata keçirilməli; 4) belə tələb maraqlı şəxs tərəfindən irəli sürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı onun naturada, real mövcudluğunu göstərir. Daşınmaz əmlakın mövcudluğuna onun məhvi ilə son qoyulur. Aydın məsələdir ki, daşınmaz əmlakın mövcudluğuna son qoyan onun məhvi həmin əmlakın dövlət reyetrində qeydiyyatda saxlanılmasını mənasız etməklə bərabər həmin əmlakın sahibi üçün müəyyən mənfi nəticələr doğurur. “Məhv olmaq” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə yox olmaq, ortadan qaldırılmaq, yer üzündən silinib getmək mənalarında işlədilir. Daşınmaz əmlakın məhv olması həmin əmlakın təyinatına uyğun istehlak dəyərini itirməsi, yəni qeydiyyatına uyğun olaraq ondan istifadə edilməsinin qeyri-mümkün olması deməkdir. Hazırkı işdə mübahisə predmeti olan iddiaçıya məxsus Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq sökülmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6185/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-265/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-265/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver