Məhkəmə qərarları › İş №2-1(103)-265/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-265/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-265/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“Qərarın ləğv olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qararı əsasında "xxxx" MTK-nın 01.11,2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə MTK tərəfindən 594789,03 manat məbləğində bina tilintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması faktı aşkar edilmiş və səyyar vergi yoxlama nəticəsində iddiaçıya bna tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166146 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir.

3. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 26 dekabr 2017-ci il tarixli 345 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarını rəhbər tutaraq pilot layihələr çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1532 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələrindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Məhdud Məsuliiyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.

4. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MTK-ya aid olan torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binalarının işçi lahiyəsi Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 03 saylı müraciət məktubu, Nəsimi Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsində sifarişçi tərəfindən bu binaların tikintisinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli 345 saylı Sərəncamı, Bakı Dövlət Layihə İnstitutu ilə bağladığı 5434 saylı müqaviləyə əsasən işlənmişdir. Lahihələndirilən ərazidə Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küşələrinə paralel olaraq 2 ədəd 21+ mansard mərtəbəli 1 grişli yaşayış, məhəllələrdaxili küçəyə paralel olaraq 3 mərtəbəli qeyri-yaşayış obyektlərinin yerləşməsi nəzərdə tutlmuşdur. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış və Azərbaycan Respublikası dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir.

5. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nəsimi Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nə şimaldan Üzeyir Hacıbəyov, qərbdən Rixard Zorge, şərqdən Keykab Səfərəliyeva və cənubdan Zərifə Əliyeva küçələri ilə əhatə olunmuş ərazidə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə xx.xx.2018-ci il tarixli 012 nömrəli tikintiyə icazə barədə “Xüsusi Nişan” verilmişdir.

6. İş materiallarında olan Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin hesablanılması barədə” **********905700 nömrəli xx.xx.2019-cu il tarixli qərarı əsasında, tikintinin ümumi sahəsi 21906.48 kv.m hesablanaraq, tikintinin vergiyə cəlb edilən sahəsi 21 906.48 kv.m hesablanaraq, 2 325 498.12 manat məbləğində (yaşayış sahəsi 18 730.68 kv.m qeyri-yaşayış sahəsi isə 3166.8 kv.m) vergi bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanılmışdır.

7. İşin faktiki halları ilə müəyyən edilir ki, 2018-ci ilin 4-cü rübündə MTK tərəfindən qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasının və qeyri-yaşayış obyektlərinin tikintisinə başlanılmışdır. Lakin Kooperativ tərəfindən həmin dövrdə sahə ilə bağlı vergi orqanına rəsmi bəyənnamə təqdim edilməmişdir.

8. İş materiallarında olan, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən, Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubla müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 345 saylı Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən istismar müddəti başa çatmış, mövcud yaşayış binalarının və qeyriyaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi “Tac-1 Residence" MMC-yə həvalə edilmişdir. Bildirilmişdir ki, sözügedən ərazidəki mülkiyyətçilərə Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə 4056.20 kv.m Zərifə Əliyeva 59 ünvanı üzrə 5537,40 kv.m, ümumilikdə 9593.6 kv.m, yaşayış sahəsinin 1400,34 kv.m, qeyri-yaşayış və 594.0 kv.m isə qaraj sahəsinin (ümumilikdə 1 1587,94 kvm) verilməsi nəzərdə tutulmuşdur.

9. İş materiallarından görünür ki, xx.xx.2019-cu ildə MTK tərəfindən vergi orqanına “Bina tikintisifəaliyyəti ilə məşğul olan şəxslərin şəxsin seçdiyi vergitutma metodu barədə “Məlumat forması” təqdim olunaraq sadələşdirilmiş vergi metodu seçilmişdir. Həmin ərizə formasında tikinti quraşdırma işlərinin başlanılma tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MTK-ya xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “Mürciətə baxılması barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir.

10. İş materiallarından görünür ki, Lokal Gəlirlər Baş İdarəsinin **********212200 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarına əsasən, vergi orqanı tərəfindən sakinlərə təqdim edilən sahə həddində nəzərə alınaraq yenidən hesablama aparılmış və binanın tikintisi üzrə əvvəlki hesablama ləğv edilərək, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən binanın vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m (o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən edilməklə Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən hesablanılmış vergi və ya sığorta haqqı təşkil etməklə cəmi 1 079 572.23 manat sadələşdirilmiş vergi hesablanıİmlışdır. İş materiallarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci ilin 4-cü rüb bina tikintisi ilə məşqul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə səyyar vergi yoxlaması həyata keçirilmişdir.

11. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli “Səyyar vergi yoxlanılmasının keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MTK-da Vergi Macallasinin 38.3.5-ci maddasina asasan (yoxlanılan dovr: xx.xx.2018xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilmasi vəziyyətinin düzgünlüyünün yoxlanılmasi məqsədi ilə novbədənkanar sayyar vergi yoxlamasi kecirilmişdir.

12. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Səyyar vergi yoxlamasının həyata keçirilməsi zamanı iddiaçı MTK-ya məxsus, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələri ünvanında inşa edilən yaşayış binalarını ümumi sahəsinin, yaşayış, və qeyri-yaşayış sahəsinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) hesablanılması məqsədi ilə (obyektin foto şəkilləri və tikinti lahihə eskizləri təqdim edilərək) “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154253 nömrəli qərar qəbul edilmiş, “X26” MMC-nin əməkdaşı mütəxəssis kimi dəvət olunmuşdur.

13. İş materiallarında olan, Rəydən görünür ki, cavabdeh inzibati orqan tərəfindən mütəxəssis qarşısında "xxxx" MTK tərəfindən Nəsimi, rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəlyeva küçələrinin kəsişməsində inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixindək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edılmış əmək haqqı, həcminin (əmək tutumunun) müəyyən edilməsi sualları qoyulmuşdur. Rəy müstəqil mütəxəssislər, "X26" MMC-nin əməkdaşları X11 və X12 tərəfindən hazırlanmışdır. (X11 və X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamlar və rəy iş materiallarına əlavə edilmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli "Mütəxəssis rəyi” nə əsasən binanın ümumi sahəsi 21 244.2 kv.m müəyyən olunmuşdur. (yaşayış sahəsi 11 407.6, qeyri-yaşayış sahəsi, 2 353 9 kv.m, zirzəminin yaralı sahəsi 612 kv.m, pilləkən, lift, havalandırma dəhliz dıvaraltı sahə, avtomobil yolları 6 870.7 kv.m.

14. İş materiallarından görünür ki, “X26” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş həmin rəyin əsasında binanın sahəsi hesablanılmış və xx.xx.2022ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir: “Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X26" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m (zirzəmi yararlı sahə 612.0 kv.m), yaşayış sahəsi 11407.6 kv.m, qeyri-yaşayış sahəsi 2353,9, pilləkən, dəhliz, lifi, divaraltı sahə 6870 7 kv.m). 2-ci blok ümumi sahəsi 21384.8 kv.m (zirzəmi yararlı sahə 630.0 kv.m), yaşayış sahəsi 11155.4 kv.m, qeyri-yaşayış sahəsi 2254.2, pilləkən, dəhliz, lift, divaraltı sahə 7345.16 kv.m), satışa yararlı sahə 14039.6 kv.m təşkil edir. Əlavə qeyri-yaşayışın ümumi sahəsi 1603.26 kv.m (zirzəmi yararlı sahə 144.0 kv.m), qeyri-yaşayış sahəsi 1004.50, pilləkən, dəhliz, lift, divaraltı sahə 454.76 kv.m), satışa yararlı sahə 1148.5 kv.m təşkil edir. Həyətaltı avtodayanacaqın ümumi sahəsi 1482.88 kv.m (zirzəmi yararlı sahə 450.0 kv.m), pilləkən, dəhliz, lift, divaraltı sahə 1032 88 kv.m), satışa yararlı sahə 450 0 kv.m təşkil edir.

15. İş materialları ilə müəyyən olunur ki, yoxlama ilə yalnız 1-ci blok əhatə edilmişdir, 2ci blokun inşaası yaramçıq saxlanılmışdir və akta əsasən yoxlama ilə əhatə edilməmişdir Bundan əlavə, mütəxəssis tərəfindən müəyyən edilmiş əmək tutumu ilə vergi ödəyicisi tərəfindən yoxlama dövril ərzində ləqdım edilmiş bəyannamələrdə göstərilən əmək haqqı fondu arasında fərq olmadığından yoxlama ilə əlavə hesablama aparılmadı. Mütəxəssis rəydən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir”.

16. İş materiallarından görünür ki, Aktin nəticiəsi olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qarar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə Səyyar vergi yoxlaması ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanılmışdır. Bəyannamə (analoji) üzrə 21 906.48 kv.m sahə üzrə cəmi 1 079 572.23 manat vergi hesablanmışdır. Mütəxəssis rəyinə əsasən 1-ci binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -BTSV(2019-cu il,-cü rüb ) - 594 789.03 manat əlavə hesablama, 297 394.52 manat maliyyə sanksiyası; -ÖMV(2018-ci il) - 287 manat əlavə hesablama, 143.5 manat maliyyə sanksiyası; -ÖMV(2019-cu il)- 10983.74 manat əlavə hesablama, 5 491.87 manat maliyyə sanksiyası; -ÖMV(2020-ci il)- 14241.19 manat əlavə hesablama, 7120.6 manat maliyyə sanksiyası; -ÖMV(2021-ci il)-10783.63 manat əlavə hesablama, 5391.82 manat maliyyə sanksiyası; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2018) - 40 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2019)-120 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2020)-120 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2021)-80 manat. Cəmi 631 084.59 manat əsas vergi məbləği və 315 902.31 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

17. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına ElmiTətqiqat və Lahiyə-Konstruktor inşaat Materialları İnstitutunun xx.xx.2019-cu il tarixli, xx/xx-00975 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, MTK ilə xx.xx.2018-ci il tarixli 1071/18 saylı beton sinaq işlərinin aparılması barədə müqavilə bağlanılmışdır.

18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Ö/005961 saylı “İstismra hazırlıq” Aktına əsasən Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələri ünvanında inşa edilən obyektin əsas göstəriciləri aşağıda qeyd olunduğu kimi göstərilmişdir. Yaşayış binası 1-1 girişli, 21 mərtəbəli,(+2 səviyyə zirzəmi+mansardda) yaşayış binası; -Binanın tikinti sahəsi S= 967.6 kv.m; Binanın tikinti həcmi V=79 507 8 kv.m; Binanın ümumi sahəsi S = 17 279.3 kv.m: Mənzillərin yaşayış sahəsi, S= 6 181.6 kv.m; Mənzillərin ümumi sahəsi S=11 409.0 kv.m: 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S= 2 538.3 kv.m; Zirzəmi mərtəbələrinin sahəsi(-1 və -2) S=1 684.8 kv.m; Mənzillərin sayı-122 ədəd; Ticarət və ofis binası; 3 mərtəbəli(+2 səviyyə), binanın tikinti sahəsi S=359.9 kv.m; Binanın tikinti həcmi V=8 056.9 kv.m; Binanın ümumi sahəsi S = 1 762.4 kv.ın 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S=1 100.4 kv.m Zirzəmi mərtəbəsinin sahəsi(-1 və -2) S=662 kv.m.

19. İş materiallarında olan İddiaçı MTK-nin şəxsi hesab vərəqəsindən də (çap olunma tarixi xx.xx.2023-cü il) müəyyən olunmuşdur ki, binanın inşa olunması dövrü ərzində sadələşdiriilmiş vergi üzrə dövlət büdcəsinə cəmi 1 097 042.55 manat ( o cümlədən 1 083 568.18 manat sadələşdirilmiş vergi) vəsait ödənilmişdir.

20. İş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" MTK tərəfindən inşa olunan binaların layihəsi, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış və həmin layihə Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmaqla tikintiyə AZE seriyalı, 001614 nömrəli, xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin aktda binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlı heç bir qeyd olunmadığı və obyektdə tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əmliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi qeyd edilmişdir. Qeyd olunan istismara qəbul aktına əsasən tikintinin ümumi sahəsi 17 279.3 kv.m müəyyən edilmişdir.

21. İş materiallarında olan, “X26” MMC-nin İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: “X26” MMC-nin rəhbəri vəzifəsində çalışıram, kommersiya ixtisası üzrə ixtisaslaşmışam. Təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəm olmadığından mütəxəssis qismində əməkdaşımız X9 (inşaatçı-mühəndis, Azərbaycan Memarlıq və İnşaat Universiteti) dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş edirəm.

22. İş materiallarında olan, İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin X16 Baş İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, “X26” MMC xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü ‘‘kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər” (kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi” (kod 7022001) olması barədə məlumat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

23. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativində 1-ci rüb 2018-ci il tarixdən 3-cü rüb 2021-ci il tarixə kimi olan dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən tərtib edilmiş xx.xx.2022ci il tarixli **********153181 nömrəli Aktda hesablanmış 594.789,03 manat sadələşmiş vergi məbləğinin və həmin məbləğə tətbiq edilən 297.394,51 manat maliyyə sanksiyasının, ödəmə mənbəyindən 36.295,56 manat məbləğində verginin və həmin məbləğə tətbiq edilən 18.147,79 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı MTK-da cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən növbədənkənar “Səyyar vergi yoxlaması” keçirmiş, növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli **********153181 saylı AKT tərtib edilmişdir. Vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, qanunsuz olaraq məlumatlar Vergi Məcəlləsinin müvafiq maddələrinə zidd olaraq hesablandığından tərtib edilmiş Akt ləğv edilməlidir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Yoxlama ilə əsassız olaraq, MTK tərəfindən sadələşdirilmiş vergi üzrə 594.789,03 manat azaldılma müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş AKT-da MTK-ya sadələşdirilmiş vergi üzrə 594.789,03 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 297.394,51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2022-ci il tarixə başa çatmalı olan səyyar vergi yoxlaması xx.xx.2022- ci il tarixdən müvəqqəti dayandırılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 14 gün sonra, yenidən xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixə kimi dayandırılmış, bundan sonra isə 9 dəfə dayandırılma haqqında qərar qəbul edilərək ümumilikdə 11 dəfə dayandırırlma haqqında qərar qəbul edilmişdir.Eyni zamanda, növbədənkənar vergi yoxlaması vergilər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Vergilər İdarəsi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Vergilər İdarəsi istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı Vergilər İdarəsi diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, Vergilər İdarəsi belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır.

25. İddiaçı tərəfindən sonradan iddia ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir: 2018-ci ilin 4-cü rübündə MTK tərəfindən qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasının tikintisinə başlanılmışdır. xx.xx.2019-cu il tarixində Lokal Gəlirlər Baş İdarəsi tərəfindən binanın vergiyə cəlb olunan sahəsi 21 906.48 kv.m hesablanaraq analoji qaydada bütün sahəyə heç bir çıxılma aparılmadan 2 325 498.12 manat məbləğində bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanılmışdır. xx.xx.2019cu ildə MTK tərəfindən vergi orqanına “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin şəxsin seçdiyi vergitutma metodu barədə Məlumat forması” təqdim olunaraq sadələşdirilmiş vergi metodu seçilmişdir. Həmin ərizə formasında tikinti quraşdırma işlərinin başlanılma tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. Kooperativ tərəfindən həmin dövrdə sahə ilə bağlı vergi orqanına rəsmi bəyənnamə təqdim edilməmişdir. Kooperativ tərəfindən **********182100 saylı saylı xx.xx.2020-ci il tarixli hesablanılmış vergilərə yenidən baxılması barədə məktub, məktuba əlavə olaraq Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı pilot layihə ilə bağlı sakinlərə ayrılan sahə barədə məktubu və tikilən binaların işçi layihəsi təqdim olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin qeyd olunan məktubunda bildirilmişdir ki, hazırda tikintisi aparılan Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə pilot layihə çərçivəsində mülkiyyətçilərə sökülən sahələrə ən azı 20% əlavə olunmaqla 5 537.4 kv. m yaşayış, 1 400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi olmaqla ümumilikdə 7 531.74 kv.m sahə verilməsi nəzərdə tutulmuşdur. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********214500 saylı xx.xx.2020cu il tarixli və **********538300 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir”. Qeyd olunan sənədlər və lahiyələr vergi orqanı tərəfindən sökülən sahə həddində nəzərə alınaraq yenidən hesablama aparılmış və Lokal Gəlirlər Baş İdarəsinin **********212200 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarına əsasən binanın tikintisi üzrə əvvəlki hesablama ləğv edilərək, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən binanın vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m(o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən edilməklə cəmi 1 079 572.23 manat sadələşdirilmiş vergi hesablanılmlışdır. MTK tərəfindən dövlət büdcəsinə 1 097 042,55 manat vergi ödənilmişdir(şəxsi hesab vərəqsindən çıxarış əlavə olunur).Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Aktin nəticəsi olaraq xx.xx.2022-ci il tarixli **********166146 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və social sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyənnaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın tərkibi aşağıdakı kimi olmuşdur: - BTSV(2019-cu il,-cü rüb ) - 594 789.03 manat əlavə hesablama, 297 394.52 manat maliyyə sanksiyası; - ÖMV(2018-ci il) – 287 manat əlavə hesablama, 143.5 manat maliyyə sanksiyası; - ÖMV(2019-cu il)– 10983.74 manat əlavə hesablama, 5 491.87 manat maliyyə sanksiyası; - ÖMV(2020-ci il)– 14241.19 manat əlavə hesablama, 7120.6 manat maliyyə sanksiyası; - ÖMV(2021-ci il)–10783.63 manat əlavə hesablama, 5391.82 manat maliyyə sanksiyası; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2018) - 40 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2019)-120 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2020)-120 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2021)-80 manat. Cəmi 631 084.59 manat əsas vergi məbləği və 315 902.31 manat maliyyə sanksiyası İddiaçı hesablama ilə razı olmadığını bildirmiş və mövqeyini aşağıdakı kimi əsaslandırımışdır. 1. Binanın sahəsinin hesablanması barədə İlk öncə bildiririk ki, səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********155243 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X26” MMC-nin nümayəndəsi X12 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında "xxxx" MTK tərəfindən Nəsimi rayonu, Üzeyir hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2018-cu il tarixdən xx.xx.2021-ci il tarixindək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi sualı qoyulmuşdur. “X27” MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mütəxəssis rəyi” nə əsasən binanın ümumi sahəsi 21 244.2 kv.m (yaşayış sahəsi 11 407.6, qeyri-yaşayış sahəsi 2 353.9 kv.m, zirzəminin yararlı sahəsi 612 kv.m, pilləkan, lift, havalandırma, dəhliz, divaraltı sahə, avtomobil yolları 6 870.7 kv.m) müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, bundan əvvəlki kameral yoxlama ilə binanın ümumi sahəsi 21 906.48 vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m (o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən olunmuşdur. Qeyd olunan sahə hesablamaları ilə razı deyilik. Bildiririk ki, "xxxx" MTK tərəfindən inşa olunan binaların layihəsi, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanılmışdır. Həmin layihə Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılaraq tikintiyə xx.xx.2018-ci il tarixli 001614 saylı şəhadətnamə verilmişdir. Binanın layihə üzrə inşa olunmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlə heç bir qeyd mövcud deyildir. İstismara qəbul aktına əsasən binanın əsas göstəriciləri aşağıdakı kimi olmuşdur: - Yaşayış binası 1-1 girişli, 21 mərtəbəli,(+2 səviyyə zirzəmi+mansardda) yaşayış binası; - Binanın tikinti sahəsi S= 967.6 kv.m; - Binanın tikinti həcmi V=79 507.8 kv.m; - Binanın ümumi sahəsi S = 17 279.3 kv.m; - Mənzillərin yaşayış sahəsi, S= 6 181.6 kv.m; - Mənzillərin ümumi sahəsi S=11 409.0 kv.m; - 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S= 2 538.3 kv.m; - Zirzəmi mərtəbələrinin sahəsi(-1 və -2) S=1 684.8 kv.m; - Mənzillərin sayı-122 ədəd; - Ticarət və ofis binası; 3 mərtəbəli(+2 səviyyə), binanın tikinti sahəsi S=359.9 kv.m; - Binanın tikinti həcmi V=8 056.9 kv.m; - Binanın ümumi sahəsi S = 1 762.4 kv.m - 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S=1 100.4 kv.m - Zirzəmi mərtəbəsinin sahəsi(-1 və -2) S=662 kv.m Göründüyü kimi, dövlətin bu səhədə səlahiyyətli orqanı olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən istismara qəbul aktına əsasən tikintinin ümumi sahəsi 17 279.3 kv.m müəyyən edilmişdir. “X26” MMCnin mütəxəssis rəyinə əsasən isə sahə 3 964.9 kv.m artırılaraq 21 244.2 kv.m hesablanılmışdır. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz”. Analoji işlə bağlı həmin “mütəxəssis” təşkilatının fəaliyyəti ilə bağlı Bakı İnzibatı Məhkəməsi tərəfindən İqtisadiyyat nazirliyi yanından Dövlət Vergi Xidmətinin X16 Baş idarəsinə 2-1(112)-988/2022 saylı, xx.xx.2022-ci il tarixli sorğu göndərilmişdir. Qeyd olunan idarə tərəfindən xx.xx.2022-ci il tarixli, **********3596600 saylı məktubla cavab verilərəkə bildirilmişdir ki, “X26” MMC-nin xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər(kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi” ndən ibarətdir. Müəssisənin rəhbəri və mütəxəssis rəyini hazırlamış X13 rəydən də göründüyü kimi Avstarliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamiş digər şəxs X14 da həmin müəssisədə “mütəxəssis” vəzifəsində deyil, “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində çalışır və bu sahədə ixtisasinin və əmək müqaviləsinin olması mövcud sənədlərlə təsdiq olunmur. Göründüyü kimi, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis X13 ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda rəyi vermiş “X27” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X26” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcılar tərəfindən hesablamalar yalnız “X27” MMC tərəfindən verilmiş “mütəxəssis rəyi” nə əsasən aparılmışdır. İş üzrə mövcud olan Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanılmış Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılmış layihədə göstərilən rəqəmlər və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul aktındakı texniki göstəricilər nəzərə alınmamışdır. Göründüyü kimi vergi orqanı özünə sərf edən formada “mütəxəssis rəyi” tərtib etdirmiş, iş üzrə mövcud olan digər rəsmi sənəd və məlumatlara istinad etməmişdir. Bununla da yuxarıda qeyd olunan qanunvercilik normalarını kobud formada pozmuşdur. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi **********401500 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla vergi ödəyicisinə göndərilmişdir. Elə həmin gün də xx.xx.2022-ci il tarixli **********153181 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Əlavə olaraq bildiririk ki, tərtib olunmuş “Mütəxəssis rəyi”ndə sahənin hesablanması üçün hansı konkret normativ-hüquqi akta istinad edilməsi, hansı qanunvercilik normasına əsasən hesablama aparaması barədə heç bir qeyd mövcud deyildir. Rəyin 11-ci bəndində qeyd olunmuşdur ki, Milli Qiymətləndirmə Standartlarına(2011) və X1(2020) istinad edilmişdir. İlk öncə bildiririk ki, həmin standartlar normativ hüququ akt deyildir və onun əsasında hazırlanılmış hər hansı sənəd vergi ödəyicisi üçün hüquqi nəticələr yarada bilməz. Həmçinin həmin qiymətləndirmə standartlarında tikinti sahəsinin qiymətləndirilməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Bildiririk ki, Azərbaycan Respublikasında tikinti sahələrinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” na əsasən aparılmalıdır. Həmin akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Hüquqi aktın X17 Reyestrinə xx.xx.2012-ci il tarixində **********0007 saylı qeydiyyat nömrəsi ilə daxil edilmişdir. Həmin aktda qeyd edilir: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 2. Pilot lahiyə barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 345 saylı sərəncamına əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı və 17 dekabr 2019-cu il 482-saylı qərarlarına uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinə Nəsimi rayonu, Üzeyir hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli binalarının və qeyri-yaşayış obyektlərinin layihələndirilməsinə icazə verilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən mvafiq rayon icra hakimiyyətlərinə “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması” tapşırılmışdır.Sonradan həmin qərar ləğv olunaraq AR NK-nin 17 dekabr 2019-cu il 482-saylı qərarı qüvvəyə minmişdir ki, bu qərarın da 4.2-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətlərinə “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” tapşırılmışdır. Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubu ilə Nazirlər Kabinetinin yuxarida qeyd edilən qərarının icra edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 345 saylı sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən istismar müddəti başa çatmış, mövcud yaşayış binalararının və qeyriyaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi "xxxx" MTK-yə həvalə edilmişdir. Bildirilmişdir ki, sözügedən ərazidəki mülkiyyətçilərə Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə 4 056.2 kv.m və Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə 5 537.4 kv.m ümumilikdə 9 593.6 kv.m yaşayış sahəsinin, 1400.34 kv.m qeyriyaşayış və 594.0 kv.m qaraj sahəsinin (ümumilikdə 11 587.94 kv.m) verilməsi nəzərdə tutulmuşdur. Sonradan maliyyə çətinlikləri ilə bağlı olaraq Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə tikinti yarımçıq qalmış və mövcud yoxlama ilə əhatə olunmamışdır. Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə sakinlərə sökülən sahələrinin +20%-dən çox olmaqla 5 537.4 kv.m, 1400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi, ümumilikdə 7 531.74 kv.m sahə təqdim olunmuşdur. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyriyaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir”. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir”. Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi. Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir;” Göründüyü kimi 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Mövcud halda isə pilot lahiyə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot lahiyə çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşırığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur. Səyyar vergi yoxlaması aktında və apellyasiya şikayətində etiraz da təsdiq edilmişdir ki, pilot layihə çərçivəsində sakinlərin sökülmüş yaşayış sahəsi 3420.14 kv.m təşkil edir. Lakin qeyri-yaşayış 1400.34 kv.m + qaraj sahəsi 594.0 kv.m cəmi 1 994.35 kv.m təşkil etməsinə baxmayaraq 1 596.18 kv.m qeyd edilmişdir. Yoxlama zamanı hətta yeni qanunvercilik tətbiq edilmiş olsa idi belə, 3420.14 (yaşayış)+1994.34 (qeyri-yaşayış və qaraj)= 5414.48+20%=6 497.37 kv.m cəmi sahə pilot layihə kimi vergidən azad edilməli idi. Faktiki olaraq isə 5 537.4 kv.m yaşayış, 1400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi, ümumilikdə 7 531.74 kv.m sahə vergidən azad edilməlidir. Bütün bunlara baxmayaraq səyyar vergi yoxlamasi ilə sökülmüş sahədən də az 5 016.32 kv.m(3420.14 kv.m yaşayış+ 1596.18 kv.m qeyri-yaşayış) sahə vergidən azad edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması aktı ilə yaşayış sahəsi üzrə 2 117.26 kv.m (5 531.43420.14) sahəyə görə təqdim etmə üzrə gəlir əldə edilmədiyi halda, 209 608.74 manat (2 117.26*45*2.2 əmsal), qeyri-yaşayış sahəsi üzrə isə 398.16 kv.m(19xx.xx-1596.18) sahəyə görə 59 126.76 manat (398.16 kv.m * 45 * 2.2 əmsal * 1.5 əmsal) olmaqla 268 735.5 manat əlavə vergi hesablanılmış və 134 368.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildiririk ki, səyyar vergi yoxlamasına sökülən sahələrə dair bütün çıxarışlar, qeydiyyat vəsiqələri və sahələrin təqdim edilməsinə dair notarial təsdiq edilmiş müqavilələr yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı isə sökülən sahələrə dair çıxarış və qeydiyyat vəsiqələrindəki sahələr nəzərə alınmış, təqdim etməyə dair notarial təsdiq edilmiş müqavilələrdəki sahələr isə nəzərə alınmamışdır. Eyni zamanda bildiririk ki, heç bir müqavilədə təqdim edilən sahəyə görə əlavə ödəniş alınmamış və belə bir halın baş verməsi səyyar vergi yoxlaması aktı ilə təsdiq edilməmişdir. 3. Ödəmə mənbəyində tutulan vergi barədə Səyyar vergi yoxlaması ilə həmçinin MTK-nə 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamaya səbəb kimi yoxlanılan dövr ərzində təsisçilər tərəfindən müəssisəyə borc verilməsi və sonradan həmin borc məbləğinin geri qaytarılması olmuşdur. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Hörmətli yoxlayıcılar nədənsə, MM-nin 739.2-ci maddəsinin 2-cümləsini oxuya bilməyiblər. Halbuki, MM-in 739-cu maddəsi məsələyə kompleks yanaşmayı tələb edir. Həmin hissədə qeyd olunur ki, “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 362 955 .6 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. VM-nin 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İPM-in 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Qeyd olunanlara əsasən bildiririk ki, təsisçilər tərəfindən borc yalnız binanın inşasının daha tez zamanda başa çatıdırılmasını təmin etmək məqsədi ilə MTK-ya verilmiş və mənzillər satıldıqdan sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşəkar şəkildə kredit verən olması sübut edilməmişdir. VM-nin 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur”. xx.xx.2022ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarınınləğv edilməsini xahiş etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (tikinti-texniki və məhkəmə mühasibatlıq) təyin edilmişdir.

28. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2021-ci il tarixli **********153199 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Filial tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan bəzi sənədlər yoxlamaya təqdim edilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********153778 nömrəli qarar çıxarılmış və qərar üzrə təqdim edilmiş sənədlərin siyahısı tərtib edilmişdir. İddiaçı tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlər vergi orqanına qismən təqdim edilmiş və bu barədə 25.01,2022-ci il tarixli "Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə" Akt tərtib edilmişdir. Yoxlama zamanı MTK-ya ünvan 4 ünvanda yerləşən binaya baxış keçirilmiş va baxışın nəticəsi 10.01,2022-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Müəssisəyə məxsus ərazidə inşa edilmiş 1 ədəd 22 + texniki mərtəbənin beton işlərinin tam yekunlaşdığı, kommunikasiya işlərinin görüldüyü, liftin quraşdırılmadığı, işıq, qaz, su sayğaclarının quraşdırılmadığı, fasad işlərinin aparıldığı, digər 1 ədəd binanın 8-ci mərtəbəsində beton işlərinin tam görüldüyü, digər işlərin isə aparılmadığı, hər iki binanın arasında 3 mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 yaşayış binasının və 1 qeyri-yaşayış binasının hər birinin 2 mərtəbəli zirzəmi (qaraj) sahəsinin olduğu müşahidə olundu. Səyyar vergi yoxlaması ilə əhatə olunmayan qalıq sahə: ƏDV-MV metodu ilə tikilən 2-ci binanın ümumi sahəsi, əlavə qeyri-yaşayışın ümumi sahəsi və həyətaltı avtodayanacaqın ümumi sahəsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergini ödəyicisi hesab edildir. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat müəyyən edilir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1- ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-cı il tarixli 345 saylı Sərəncamına əsasən İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsi ünvanında pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Binanın təməli 2018-ci ilin 4-cü rübündə qoyulmuş və analoji hesablama qaydasında 2018-ci ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi təqdim edilmişdir. (Zona 3, əmsal 2.2) Mənzil İstismar sahəsinin sənədi ilə təsdiq olunan söküntü sahəsi(Çıxanşlar, qeydiyyat vəsiqələri və notarıal təsdiq olunmuş müqavilələr əsasında) 5016.32 kv.m (yaşayış 3420.14 kv.m, qeyri- yaşayış 1596.18 kv.m ) təşkil edir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanıldı və kameral vergi yoxlaması ilə 21 906.48 kv.m müəyyən edilməsinə baxmayaraq, ‘‘X26” MMC-nin rəyinə əsasən 1 -ci Binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Yoxlama zamanı Pilot layihə çərçivəsində MTK tərəfindən mənzilləri sökülmüş sakinlərə verilən mənzillərə dair çıxarışlar, notarial təsdiq edilmiş müqavilələr və qeydiyyat vəsiqələrinə əsasən sökülmüş yaşayış və qeyri yaşayış sahələri bütün hesablamalarda nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələbolunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli ‘Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X26" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m. müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"-nə əsasən binalar 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil etmişdir. Beləliklə, binanın sahəsi və vergi məbləği aşağıdakı kimi hesablanmışdır: 21244.20 kv.m - 5016.32 kv.m (söküntü) = 16227.88 kv.m Yaşayış 18278.3 kv.m - 3420.14 kv.m (söküntü) = 14858.16 kv.m 14858 16 kv.m x 45 x 2,2 = 1 470 957 84 manat vergi məbləği yaşayış sahəsi üzrə Qeyri-yaşayış 2965.90 kv.m - 1596.18 kv.m (söküntü) = 1369.72 kv.m 1369.72 kv.m x 45 x 2,2 x 1,5 = 203 403.42 manat vergi məbləği qeyri-yaşayış sahəsi üzrə. Vergi ödəyicisinin bina tikintisi üzrə sadələşdirilmiş vergi öhdəliyi 1 674 361.26 manat təşkil etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış 1 079 572.23 manat nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 594 789.03 manat (1 674 361.26 - 1 079 572.23) azaldılmasına görə 50% məbləğində, yəni 297 394.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əməliyyatlar təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə ,oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri (əsas: https://www.cbar.az/page-42/monetary-indicators#page- 4) tətbiq etməklə yaranan gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 36127.56 manat ödəmə mənbəyində tutulan vergi və icarə haqqı üzrə 168 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 36295.56 manat azaldıldığına görə, azaldılmış məbləğin 50%-i həcmində, yəni 18147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması ilə bağlı prosessual pozuntuların, o cümlədən müddətlə bağlı pozunutlarm olduğunu iddia edir. Nəzərinizə çatdırırlar ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin bütün müddəalarına riaəyt edilmişdir.Yoxlama 30,12.2021 tarixdə başlanıldı və 17,10.2022 tarixdə başa çatdırıldı. Qeyd edilən yoxlamanın dayandırılması ilə bağlı məlumatların hər biri sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertinrəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırıla bilər. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

29. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589 436.1 manat əsas vergi və 294 718.05 manat maliyyə sanksiyası, 36 127.56 manat ödəmə mənbəyində vergi və 18 063.78 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

30. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın tam şəkildə təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları ilə bağlı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli Qərarına əsasən "xxxx" MTKda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2021-ci il tarixli **********153199 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmişdir. Filial tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan bəzi sənədlər yoxlamaya təqdim edilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022- ci il tarixli **********153778 nömrəli qarar çıxarılmış və qərar üzrə təqdim edilmiş sənədlərin siyahısı tərtib edilmişdir. İddiaçı tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlər vergi orqanına qismən təqdim edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli "Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə" Akt tərtib edilmişdir. Yoxlama zamanı MTK-ya ünvan 5 ünvanda yerləşən binaya baxış keçirilmiş va baxışın nəticəsi xx.xx.2022-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Müəssisəyə məxsus ərazidə inşa edilmiş 1 ədəd 22 + texniki mərtəbənin beton işlərinin tam yekunlaşdığı, kommunikasiya işlərinin görüldüyü, liftin quraşdınlmadığı, işıq, qaz, su sayğaclarının quraşdınlmadığı, fasad işlərinin aparıldığı, digər 1 ədəd binanın 8-ci mərtəbəsində beton işlərinin tam görüldüyü, digər işlərin isə apanlmadığı, hər iki binanın arasında 3 mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 yaşayış binasının və 1 qeyri-yaşayış binasının hər birinin 2 mərtəbəli zirzəmi (qaraj) sahəsinin olduğu müşahidə olundu. Səyyar vergi yoxlaması ilə əhatə olunmayan qalıq sahə: ƏDV-MV metodu ilə tikilən 2-ci binanın ümumi sahəsi, əlavə qeyri-yaşayışın ümumi sahəsi və həyətaltı avtodayanacaqın ümumi sahəsi.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergini ödəyicisi hesab edildir. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat müəyyən edilir.Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1- ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri- yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-cı il tarixli 345 saylı Sərəncamına əsasən İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsi ünvanında pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Binanın təməli 2018-ci ilin 4-cü rübündə qoyulmuş və analoji hesablama qaydasında 2018-ci ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi təqdim edilmişdir. (Zona 3, əmsal 2.2) Mənzil istismar sahəsinin sənədi ilə təsdiq olunan söküntü sahəsi(çıxarışlar, qeydiyyat vəsiqələri və notarial təsdiq olunmuş müqavilələr əsasında) 5016.32 kv.m (yaşayış 3420.14 kv.m, qeyri-yaşayış 1596.18 kv.m ) təşkil edir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanıldı və kameral vergi yoxlaması ilə 21 906.48 kv.m müəyyən edilməsinə baxmayaraq, "xxxx" MMC-nin rəyinə əsasən 1-ci Binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Yoxlama zamanı Pilot layihə çərçivəsində MTK tərəfindən mənzilləri sökülmüş sakinlərə verilən mənzillərə dair çıxarışlar, notarial təsdiq edilmiş müqavilələr və qeydiyyat vəsiqələrinə əsasən sökülmüş yaşayış və qeyri yaşayış sahələri bütün hesablamalarda nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X26" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m. müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”-nə əsasən binalar 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil etmişdir. Beləliklə, binanın sahəsi və vergi məbləği aşağıdakı kimi hesablanmışdır: 21244.20 kv.m - 5016.32 kv.m (söküntü) = 16227.88 kv.m Yaşayış 18278.3 kv.m - 3420.14 kv.m (söküntü) = 14858.16 kv.m 14858.16 kv.m x 45 x 2,2 = 1 470 957.84 manat vergi məbləği yaşayış sahəsi üzrə Qeyri-yaşayış 2965.90 kv.m - 1596.18 kv.m (söküntü) = 1369.72 kv.m 1369.72 kv.m x 45 x 2,2 x 1,5 = 203 403.42 manat vergi məbləği qeyri-yaşayış sahəsi üzrə.Vergi ödəyicisinin bina tikintisi üzrə sadələşdirilmiş vergi öhdəliyi 1 674 361.26 manat təşkil etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış 1 079 572.23 manat nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 594 789.03 manat (1 674 361.26 - 1 079 572.23) azaldılmasına görə 50% məbləğində, yəni 297 394.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Ödəmə mənbəyində tutulan vergi üzrə: Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əməliyyatlar təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir Vergi Məcəlləsinin 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə ,oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri (əsas: https://www.cbar.az/page-42/monetary-indicators#page- 4) tətbiq etməklə yaranan gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 36127.56 manat ödəmə mənbəyində tutulan vergi və icarə haqqı üzrə 168 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 36295.56 manat azaldıldığına görə, azaldılmış məbləğin 50%-i həcmində, yəni 18147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarının ilk əsası kimi məhkəmə bildirir ki, səyyar vergi yoxlaması keçirilərkən hesablanılmış vergi məbləği “X26" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb edilmə qərarı qəbul edilərkən iş üzrə mövcud olan rəsmi sənəd və məlumatlara, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0/005961 saylı istismara qəbul aktında qeyd olunan texniki göstəriciləri nəzərə alınmamışdır.İlk öncə nəzərinizə çatdırırıq ki, vergi orqanı təqdim edilmiş hər hansı sənədlər ilə bağlı deyil və yoxlamaya təqdim edilmiş sənədləri araşdıraraq müstəqil yoxlama aparır. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, hətta məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi üzrə təqdim edilmiş rəydə belə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0/005961 saylı istismara qəbul aktında qeyd edilən göstəricilərdən fərqli sahə əks edilmişdir. Bu da istismara qəbul aktında qeyd edilən sahənin vergitutma məqsədləri üçün istifadə edilə bilməməsinin daha bir göstəricisidir. Məhkəmə daha sonra qeyd edir ki, “X26” MMC-nin fəaliyyət növü kommersiya məsələləri üzrə məsləhətlərin, tövsiyyələrin verilməsindən ibarətdir.Buna dair qeyd edirik ki, “X26” MMC-nin nizamanaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Digər tərəfdən, “X26” MMC-nin qeydiyyata alınmış “kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi” fəaliyyət növü həmin müəssisə tərəfindən tikinti sahəsində rəyin verilməsini istisna etmir. Göründüyü kimi, tikinti sahəsində rəyin verilməsi, binanın sahəsinin müəyyən edilməsi “dövlət xidmətləri üçün praktiki yardımın” göstərilməsi kateqoriyasına aid edilə bilər və həmin fəaliyyət növü ilə əhatə edlməməsinə dair hər hansı məhdudiyyət yoxdur və məhkəmə tərəfindən də bu cür məhdudiyyətin olması qeyd edilməmişdir.Bundan əlavə, səyyar vergi yoxlaması zamanı rəy hər bir halda müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən imzalanmışdır və həmin mütəxəssisin fəaliyyət göstərdiyi müəssisisənin fəaliyyət növünün onun xüsusi biliyinə hər hansı təsiri yoxdur. Vergi Məcəlləsinin mütəxəssisə dair tələblərini müəyyən edən 45-ci maddəsi də həmin şəxsin xüsusi bilik və təcrübəsinin olmasını bildirir. Onun çalışdığı müəssisənin fəaliyyət növü isə əhəmiyyətli deyil. Bundan əlavə, məhkəmənin digər əsası ondan ibarət olmuşdur ki, mütəxəssis rəyini hazırlamış və imzalamış X6 Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, kommersiya ixtisası üzrə ixtisaslaşmışdır və təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi şübhəlidir. Belə ki, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis ixtisasca kommersiya məsləhətçisidir və qeyd edilən sahələr (yaşayış binalarının ümumi sahəsinin, eyni zamanda yaşayış binaları üzrə tikinti işlərinə sərf edılmış əmək haqqı, həcminin (əmək tutumunun) müəyyən edilməsi) üzrə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə də öz təsdiqini tapmamışdır. Bununla bağlı olaraq vergi orqanı tərəfindən “X26 MMC tərəfindən verilmiş rəyin əsasında vergin hesablanılması Vergi Məcəlləsinin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Buna dair bildirirlər ki, binanın sahəsinə dair rəy vermiş X9 müvafiq sahədə xüsusi biliyi mövcuddur. Buna dair müvafiq sənəd (ali təhsil haqqında diplom) məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən sənədə hər hansı qiymət verilməmişdir. Mütəxəssisin ali təhsili haqqında sənədi bir daha apellyasiya şikayətinə əlavə edilir. Belə ki, X12 Azərbaycan Memarlıq və İnşaat Universitetində sənaye və mülki tikinti sahəsində təhsil almış, inşaatçı-mühəndis ixtisas dərəcəsinə, inşaat istiqaməti üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. “Təhsil haqqında” qanunun 1.0.8-ci maddəsinə əsasən bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi deməkdir. Həmin qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Göründüyü kimi, qanunla ali təhsil haqqında sənəd şəxsin xüsusi biliyə malik olmasını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən isə əsassız olaraq xüsusi biliyin təsdiq edilməsi üçün əlavə tələb qoyulmuşdur. Məhkəmənin digər dəlili ondan ibarətdir ki, tərtib olunmuş mütəxəssis rəyində tətbiq olunan standartlar kimi Azərbaycan Respublikasının mövcud qanunveriliciyi, Milli Qiymətləndirmə Standartları 2011, X2 2020 qeyd edilsə də, inşa edilən binalarının sahələri hesablanarkən hər hansı normativ hüquqi akta istinad edildiyi qeyd edilməmişdir. Qeyd edilən standartlar normativ-hüquqi akt hesab edilmədiyindən həmin standartlar əsasında hazırlanmış hər hansı sənəd vergi ödəyicisi üçün nəticələr yarada bilməz.Nəzərə çatdırırlar ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 15ci maddəsinə əsasən qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması” Qaydalarına əsasən həmin qaydalara qiymətləndirmə standartları və normaları, habelə peşəkar qiymətləndiricilərin hazırlanması qaydalarının prinsiplərini müəyyən edir. Qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2009cu il tarixində AZS 395.1-2009, AZS 395.2-2009, AZS 395.32009, AZS 395.4-2009, AZS 395.5-2009, AZS 395.6-2009, AZS 395.7-2009, AZS 395.8-2009, AZS 395.9- 2009 saylı milli qiymətləndirmə standartları təsdiq edilmişdir. Bundan əlavə, mütəxəssis rəyində həmçinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə də istinad edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli mütəxəssis dəvət edilməsi barədə qərara əsasən mütəxəssis kimi yalnız X19 dəvət edilmişdir, lakin mütəxəssis rəyini həmin qərarda adı olmayan X11 da imzalamışdır.Mütəxəssis rəyinin X13 tərəfindən imzalanmasına dair bildiririk ki, hüquqi şəxs “X26” MMC-nin direktoru da X7r (reyestrdən çıxarış və nizamnamə əlavə edilir). “X26” MMC-nin nizamnaməsinə əsasən direktor Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir; vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir. Qeyd edilənləri nəzərə alaraq, X11 tərəfindən rəyin imzalanması həmin rəyin mötəbər olmaması üçün əsas ola bilməz. Vergi Məcəlləsinin 45.4-cü maddəsinə əsasən Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş rəy də cəlb edilmiş mütəxəssis X15 tərəfindən imzalanmışdır. Həmin rəyin həmçinin digər mütəxəssis tərəfindən imzalanması onun mötəbərsiz olmasını anlamına gəlmir. Daha sonra, məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627- 9/1711 nömrəli ekspert rəyini əsas gətirmiş, həmin rəyi mötəbər hesab edərək iddianın qismən təmin edilməsini onunla əsaslandırmışdır. Ekspert rəyində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitiktura Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına istinad etmişdir və hesablamaların həmin qaydalara əsasən aparıldığını bildirilmişdir.Ekspert rəyində qeyd edilənlərə dair bildiririk ki, tikilən binanın mənzillərarası pilləkən meydançalarının, pilləkənlərin, liftlərin, lift şaxtası və ya digər şaxtaların, dəhlizlərin, texniki mərtəbələrin, çardaqların sahələri ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb olunur. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.Həmçinin, Dövlət Şəhərsalma və Arxitiktura Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı vergilərin hesablanmasında əsas götürülə bilməz. Belə ki, qərarda tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edərkən heç bir halda həmin qaydalar vergilərin hesablanmasında istifadə olunmasını nəzərdə tutmamış və isinad edilməmişdir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1322/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da əks edilmişdir. Belə ki, həmin qərarda qeyd edilir: “Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu..Apellyasiya instansiya məhkəməsi qərarında Mənzil Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir... Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdirvə bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cü maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.” Məhkəmə tərəfindən isə qeyd edilən mövqe nəzərə alınmamışdır. Həmçinin nəzərə çatdırırlar ki, iddiaçının kameral qaydada hesablanmış sahə ilə bağlı hər hansı etirazı olmamış və binanın ümumi sahəsinin 21906,48 kv.m. olduğunu qəbul edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən qoyulmuş 2-ci sualına dair (“Tac 1 Residence" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binalarda pilot layihə çərçivəsində sakinlərə ayrılan sahə müəyyən edilsin) yalnız ümumi şəkildə müqavilələrə və Nəsimi rayon icra hakimiyyətinin sərəncamına istinad edilərək nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən b ina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. Eyni zamanda bildiririk ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyriyaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. Hazırki halda, vergi orqanı tərəfindən aparılmış hesablamalarla, vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələr, çıxarışlar müqayisə edilmiş, sökülən mənzillərin sahəsi müəyyən edilmiş, ümumilikdə dövlətə ayrılan sahənin 4180,26 kv.m. olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin istinad etdiyi 218-1.1.5.1ci maddəsi fiziki şəxslər tərəfindən mənzillər təqdim edildikdə tətbiq edilir. Buna baxmayaraq, vergi ödəyicisinin xeyrinə əlavə 20 faiz güzəşt olaraq hesablanmış və vergidən azad olan sahə 5016,31 kv.m kimi qəbul edilmişdir. Məhkəmə qərarında Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi” maddəsinə istinad edərək bildirmişdir ki, göründüyü kimi, 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən ağırlaşdırıcı norma olduğuna görə geriyə tətbiq edilə bilməz. Bu dəlilə münasibətdə qeyd edirik ki, 218-1.1.5.1.-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Göründüyü kimi məhkəmənin istinad etdiyi 218-1.1.5.1-ci maddəsi fiziki şəxslər tərəfindən mənzillər təqdim edildikdə tətbiq edilir. Ödəmə mənbəyində vergi ilə bağlı məhkəmə bildirmişdir ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı MTKnın təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə MTK-nin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. İlk öncə bildiririk ki, faiz gəliri əldə etmək üçün müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmaq zəruri deyil, bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin faiz gəlirinin olmasını sübut etmək üçün onun müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmasını müəyyən etmək zəruri deyil. İkincisi, məhkəmə səhvən nəticəyə gəlmişdir ki, vergi orqanı ehtimallara əsaslanaraq mənfəəti müəyyən edib. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır:18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; [133] 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir;18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər;18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər. Belə ki, İddiaçı MTK ilə borc verən X8 qarşılıqlı surətdə asılı olan şəxslər olduğuna görə, İddiaçı MTK tərəfindən təsisçisi olduğu X8 ilə bağladığı təsərrüfat əqdinə (borc müqaviləsinə) bazar qiyməti (Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi) tətbiq edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi isə imperativ normadır, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergi orqanının üzərinə bazar qiyməti əsasında hesablama həyata keçirilməsi öhdəliyi qoyur. Vergi orqanı da məhz bu normaları və halları nəzərə alaraq hesablama aparmışdır. Məhkəmə tərəfindən isə qeyd edilən normalar nəzərə alınmamışdır. Yuxarıda sadalananlardan və qanunvericiliyin aşkar tələblərindən görünür ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrıayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü dedikdə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma nəzərdə tutulur. İddiaçı tərəfindən faizsiz borc müqavilələri bağlanmaqla faktiki olaraq vergidən yayınma məqsədi güdülmüşdür. Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xx.xx.2023-cü il tarixində iddiaçı "TAC 1 RESİDENCE Mənzil-Tikinti Kooperativinin 631084,59 manat məbləğində, xüsusilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə AR İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 213.3 -cü maddəsi ilə cinayət işi başlanılmıdşır. Hal-hazırda cinayət işi üzrə ibtidai araşdırma davam etməkdədir. Cavabdeh tərəfindən “İş üzrə icraatın dayandırılması barədə” vəsatətlə məhkəməyə müraciət edilsə də, icraat dayandırılmamış, Bakı İnzibati Məhkəməsinin qərarında bu vəsatətə münasibət bildirilməmişdir. Bundan əlavə, məhkəmə səyyar vergi yoxlamasının dayandırılması ilə bağlı prosessual pozuntuların olmasına istinad edir. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 11 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Bundan başqa, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsaəs Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırıla bilər. Hazırki halda da, səyyar vergi yoxlaması mütəxəssis rəyi alınanadək dayandırılmış, qanunvericiliyin normalarına tam əməl edilmişdir. Daha sonra məhkəmə səyyar vergi yoxlamasının keçirilməsi qərarının əsaslandırılmadığına istinad edir. Bununla bağlı bildiririk ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilərək qərar əsaslnadırılmışdır. Həmçinin bildiririk ki, pilot layihə çərçivəsində tikinti aparılır və vətəndaşların sökülmuş sahələri ilə onlara təqdim edilmiş sahələr arasında kəskin fərq müəyyən edilmişdir (təqdim edilmiş sənədlərə əsasən). Vergi ödəyicisi könüllü bəyanetməyə dəvət edilmiş, lakin imtina edilmişdir. Bu səbəbdən səyyar vergi yoxlaması təyin edilmişdir. Məhkəmə həmçinin bildirmşidir ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı qəbul edərkən mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Qanunvericiliyə əsasən mütəxəssis rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriyyənin hesablanması mütəxəssis rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Məhkəmənin vergi orqanından nə tələb etdiyi aydın deyil. Belə ki, mübahisə predmeti olan bina tikintisi üzrə sadələşdirilmiş vergi üzrə vergitutma obyekti binanın ümumi sahəsidir. Binanın ümumi sahəsinin müəyyən edilməsi isə xüsusi bilik tələb edən prosedurdur. Vergi orqanı tərəfindən də mütəxəssis dəvət edilərək binanın sahəsi müəyyən edilərək hesablamalar aparılmışdır. Digər tərəfdən, sökülmüş sahələrin müəyyən edilməsi istiqamətində vergi orqanı tərəfindən əlavə araşdırma aparılmış, təqdim edilmiş müqavilə və çıxarışlara əsasən sökülmüş mənzilərin faktiki sahəsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V .Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına əsasən mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .

e) Prosses iştirakçılarının izahatları

33. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, avtomobil yolları dedikdə binanın altında yeraltı dayanacaqda olan yollar, maşınların dayanacağı yerə qədər olan yollar, giriş-çıxış yollarını nəzərdə tuturlar.Avtomobillərin dayandığı yer qeyri-yaşayış sahəsi sayılır, orada olan qalan sahə isə yaşayış sahəsi sayılır.Yaşayış və qeyri-yaşayış sahəsinə vergi hesablanan zaman əmsalda fərq var.Təkrar tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.

34. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə iddiaçı ilə cavabdeh vergi orqanı arasında fikir ayrılığı yaşayış sahəsi və pilot layihə ilə bağlı sakinlərə verilən sahə ilə bağlıdır.Vergi Məcəlləsinin 219-cu maddəsinə əsasən hər mərtəbənin ümumi sahəsi vergitutma obyektidir. Ümumi sahə ilə razıdırlar, odur ki, təkrar tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz edir, zərurət yoxdur.

Tətbiq edilən hüquq

35. 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin: 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergini ödəyicisi hesab edildir. 219.3-cü maddəsinə (həmin dövrdə qüvvədə olan) əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. 220.8-ci maddəsinə (həmin dövrdə qüvvədə olan) əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat müəyyən edilir. 220.8-1- ci maddəsinə (həmin dövrdə qüvvədə olan) əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri- yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 23.1.14. bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarıdır. 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

38. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayətində qərar qismən-iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

43. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə qismən əsaslıdır və qismən təmin olunmalıdır.

44. İşin hallarından göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

45. Yoxlama zamanı "xxxx" MTK-ya məxsus ünvan 5 ünvanda yerləşən binaya baxış keçirilmiş va baxışın nəticəsi xx.xx.2022-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir.MTKya məxsus ərazidə inşa edilmiş 1 ədəd 22 + texniki mərtəbənin beton işlərinin tam yekunlaşdığı, kommunikasiya işlərinin görüldüyü, liftin quraşdınlmadığı, işıq, qaz, su sayğaclarının quraşdınlmadığı, fasad işlərinin aparıldığı, digər 1 ədəd binanın 8-ci mərtəbəsində beton işlərinin tam görüldüyü, digər işlərin isə apanlmadığı, hər iki binanın arasında 3 mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 yaşayış binasının və 1 qeyri-yaşayış binasının hər birinin 2 mərtəbəli zirzəmi (qaraj) sahəsinin olduğu müşahidə edilmişdir.Səyyar vergi yoxlaması ilə əhatə olunmayan qalıq sahə: ƏDV-MV metodu ilə tikilən 2-ci binanın ümumi sahəsi, əlavə qeyri-yaşayışın ümumi sahəsi və həyətaltı avtodayanacağın ümumi sahəsi olmuşdur.

46. Belə ki, 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergini ödəyicisi hesab edildir.

47. Həmçinin, 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. 48.Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”-nə əsasən binalar 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil etmişdir. Beləliklə, binanın sahəsi və vergi məbləği aşağıdakı kimi hesablanmışdır: 21244.20 kv.m - 5016.32 kv.m (söküntü) = 16227.88 kv.m Yaşayış 18278.3 kv.m - 3420.14 kv.m (söküntü) = 14858.16 kv.m 14858.16 kv.m x 45 x 2,2 = 1 470 957.84 manat vergi məbləği yaşayış sahəsi üzrə Qeyri-yaşayış 2965.90 kv.m - 1596.18 kv.m (söküntü) = 1369.72 kv.m 1369.72 kv.m x 45 x 2,2 x 1,5 = 203 403.42 manat vergi məbləği qeyri-yaşayış sahəsi üzrə.Vergi ödəyicisinin bina tikintisi üzrə sadələşdirilmiş vergi öhdəliyi 1 674 361.26 manat təşkil etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış 1 079 572.23 manat nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 594 789.03 manat (1 674 361.26 - 1 079 572.23) azaldılmasına görə 50% məbləğində, yəni 297 394.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

49. Qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanılmış və kameral vergi yoxlaması ilə 21 906.48 kv.m müəyyən edilməsinə baxmayaraq, "xxxx" MMC-nin rəyinə əsasən 1-ci Binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Yoxlama zamanı Pilot layihə çərçivəsində MTK tərəfindən mənzilləri sökülmüş sakinlərə verilən mənzillərə dair çıxarışlar, notarial təsdiq edilmiş müqavilələr və qeydiyyat vəsiqələrinə əsasən sökülmüş yaşayış və qeyri yaşayış sahələri bütün hesablamalarda nəzərə alınmışdır.

50. Bu Qərarın 36-cı bəndində tətbiq edilən normalara əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X26" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m. müəyyən edilmişdir.

51. Qərarının ilk əsası kimi birinci instansiya məhkəməsi bildirir ki, səyyar vergi yoxlaması keçirilərkən hesablanılmış vergi məbləği “X26" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb edilmə qərarı qəbul edilərkən iş üzrə mövcud olan rəsmi sənəd və məlumatlar, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0/005961 saylı istismara qəbul aktında qeyd olunan texniki göstəricilər nəzərə alınmamışdır.

52. Bu Qərarın 51-ci bəndində göstərilənlərlə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, vergi orqanı təqdim edilmiş hər hansı sənədlər ilə bağlı deyil və yoxlamaya təqdim edilmiş sənədləri araşdıraraq müstəqil yoxlama aparır.

53. Bundan əlavə, hətta məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi üzrə təqdim edilmiş rəydə belə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0/005961 saylı istismara qəbul aktında qeyd edilən göstəricilərdən fərqli sahə əks edilmişdir.Bu da istismara qəbul aktında qeyd edilən sahənin vergitutma məqsədləri üçün istifadə edilə bilməməsinin daha bir göstəricisidir.

54. Birinci instansiya məhkəməsi daha sonra qeyd edir ki, “X26” MMC-nin fəaliyyət növü kommersiya məsələləri üzrə məsləhətlərin, tövsiyyələrin verilməsindən ibarətdir.Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, “X26” MMC-nin nizamanaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri məşğul ola bilər.

55. Daha sonra, birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627-9/1711 nömrəli ekspert rəyini əsas gətirmiş, həmin rəyi mötəbər hesab edərək iddianın qismən təmin edilməsini onunla əsaslandırmışdır.Ekspert rəyində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitiktura Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına istinad etmişdir və hesablamaların həmin qaydalara əsasən aparıldığı bildirilmişdir.

56. Məhkəmə Kollegiyası xüsusi ilə vurğulayır ki, mübahisə binanın ümumi sahəsi ilə bağlı deyil, (Birinci instansiya məhkəməsində iddiaçının mövqeyi kimi müəyyən edilmişdir ki, iddiaçı ümumi sahə ilə razıdır.Həmçinin, məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, ümumiyyətlə iddiaçı ilə cavabdeh vergi orqanı arasında fikir ayrılığı yaşayış sahəsi və pilot layihə ilə bağlı sakinlərə verilən sahə ilə bağlıdır.Vergi Məcəlləsinin 219-cu maddəsinə əsasən hər mərtəbənin ümumi sahəsi vergitutma obyektidir. Ümumi sahə ilə razıdırlar, odur ki, təkrar tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz edir, zərurət yoxdur.) hazırkı mübahisə məhz vergi hesablamanın metodologiyası ilə bağlıdır.

57. Məhkəmə Kollegiyası Ekspert rəyində göstərilənlərlə bağlı bildirir ki, tikilən binanın mənzillərarası pilləkən meydançalarının, pilləkənlərin, liftlərin, lift şaxtası və ya digər şaxtaların, dəhlizlərin, texniki mərtəbələrin, çardaqların sahələri ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb olunur.

58. Belə ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. (Mənzil Məcəlləsinin 35.1-ci maddəsi)

59. Həmçinin, Dövlət Şəhərsalma və Arxitiktura Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı vergilərin hesablanmasında əsas götürülə bilməz. Belə ki, həmin qərarla tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilərkən heç bir halda həmin qaydaların vergilərin hesablanmasında istifadə olunması nəzərdə tutulmamışdır.

60. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi sübut ekspert rəyidir.Ekspert rəyində qeyd edilənlərlə bağlı məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"), eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarının müddəaları sadəcə sadalanmış və ekspert tərəfindən bu müddəalara istinad edilmişdir.

61. Diqqətə alınmalıdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627-9/1711 nömrəli ekspert Rəyində müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil.

62. Belə ki, mübahisənin yarandığı vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir.Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

63. Tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir.

64. Bu Qərarın 55-ci bəndində qeyd edilən Ekspert rəyində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş '‘Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalar’nın 3.1 -ci bəndinə istinad edilmişdir.

65. Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları və digər sübutlar ilə bağlı surətdə qiymətləndirilməlidir.

66. Belə kİ, İPM-in 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.MPM-in tələblərinə əsasən:

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

67. Məhkəmə Kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu.

68. Hazırkı qərarda tətbiq edilən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, о cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

69. (Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1322/2022 nömrəli qərarında və digər Qərarlarda qeyd edilmişdir.)

70. Birinci instansiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıda qeyd edilən ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir.

71. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq ekspert rəylərini əsas götürməklə maddi huquq normasını düzgün tətbiq etməmişdir.

72. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ huquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uygun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.

73. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, həmçinin, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

74. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. 75.Həmçinin, məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçının kameral qaydada hesablanmış sahə ilə bağlı hər hansı etirazı olmamış və binanın ümumi sahəsinin 21906,48 kv.m. olduğunu qəbul edilmişdir.

76. Məhkəmə Kollegiyası Bu Qərarın 56-cı və 75-ci bəndələrində istinad olunanları əsas götürərək binanın ümumi sahəsi ilə bağlı təkrar tikinti-texniki ekspertiza təyin etməyə lüzum görməmişdir.

77. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza qərardadında qoyulmuş 2-ci suala dair (“Tac 1 Residence" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binalarda pilot layihə çərçivəsində sakinlərə ayrılan sahə müəyyən edilsin?) verilmiş Rəydə yalnız ümumi şəkildə müqavilələrə və Nəsimi rayon icra hakimiyyətinin sərəncamına istinad edilərək nəticəyə gəlinmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

78. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Beləliklə, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi.

79. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. Eyni zamanda pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir.

80. Hazırki halda, vergi orqanı tərəfindən aparılmış hesablamalarla, vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələr, çıxarışlar müqayisə edilmiş, sökülən mənzillərin sahəsi müəyyən edilmiş, ümumilikdə dövlətə ayrılan sahənin 4180,26 kv.m. olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin istinad etdiyi Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi fiziki şəxslər tərəfindən mənzillər təqdim edildikdə tətbiq edilir. Buna baxmayaraq, vergi ödəyicisinin xeyrinə əlavə 20 faiz güzəşt olaraq hesablanmış və vergidən azad olan sahə 5016,31 kv.m. kimi qəbul edilmişdir.

81. Birinci instansiya məhkəməsinin qərarında Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi” maddəsinə istinad edilərək göstərilmişdir ki, göründüyü kimi, 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən ağırlaşdırıcı norma olduğuna görə geriyə tətbiq edilə bilməz.

82. Bu dəlilə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 218- 1.1.5.1.-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Göründüyü kimi məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi fiziki şəxslər tərəfindən mənzillər təqdim edildikdə tətbiq edilir.

83. Azərbaycan Respublikası İPM-nin 14.1.-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

84. Məhkəmə Kollegiyası işin yuxarıda araşdırılan hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, inzibati orqan qəbul etdiyi inzibati aktın bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589 436.1 manat əsas vergi və 294 718.05 manat maliyyə sanksiyası hissədə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

85. Lakin məhkəmə Kollegiyası cavabdehin qəbul etdiyi inzibati aktın 36 127.56 manat ödəmə mənbəyində vergi və 18 063.78 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir:

86. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə həmçinin MTK-nə 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin məbləğin 36 127.56 manatı və 18 063.78 manat maliyyə saksiyası hissəsində hesablamaya səbəb kimi yoxlanılan dövr ərzində təsisçilər tərəfindən müəssisəyə borc verilməsi və sonradan həmin borc məbləğinin geri qaytarılması olmuşdur.

87. Yoxlama zamanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad edilmişdir (“Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”).

88. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsində deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı MTK-nın təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir.

89. Halbuki, “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”.(Vergi Məcəlləsinin 12.3-ci maddəsi).

90. Həmçinin, “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.( Vergi Məcəlləsinin 123.1.-ci maddəsi)

91. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə MTK-nin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. 92.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilməli, iddia tələbi Qərarın ləğv edilən hissəsində təmin olunmamalıdır.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589. 436,1 manat əsas vergi və 294. 718,05 manat maliyyə sanksiyası həddində ləğv edilməsi “ hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin edilməsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar