Məhkəmə qərarları › İş №2-1(103)-2654/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2654/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2654/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı4, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə, Apellyasiya şikayəti verən şəxs X3 iştirakları ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər X4 və X2 qarşı iş üzrə X7 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində inzibati icraata cəlb edilməklə “kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz (etibarsız) hesab edilməsi, kompensasiya ödənilməsi və ya yaşayış sahəsi ilə təmin edilıməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1949/2019 saylı, 18 sentyabr 2019-ci il tarixli qərardadından X8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər X4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar X5 cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz (etibarsız) hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 (bir min beş yüz) manatdan başlayaraq cəmi 70000,00 (yetmiş min) manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10% (on faizi) miqdarında 7000 (yeddi min) manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500,00 (yetmiş yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 (qırx altı) kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək (müvafiq yaşayış sahəsinə köçürülənədək) hər ay üçün 400 (dörd yüz) manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 24 iyun 2019-cu il tarixli və 27 iyun 2019-cu il tarixli qərardadlarına əsasən iş üzrə X7 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1949/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər X4 və X2 qarşı ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar X5 cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 manatdan başlayaraq cəmi 70000,00 manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10% miqdarında 7000 min manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500,00 (yetmiş yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək hər ay üçün 400 (dörd yüz) manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərar 11 noyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə iştirak etməyə cəlb edilməyən X8 28 iyul 2021-ci il tarixdə ərizə məhkəməyə müraciət edərək qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş və apellyasiya şikayəti verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarı ilə dövlət əhəmiyyəli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınması, söküntünün aparılması və həmin ərazidə yaşayan vətəndaşlara kompensasiyanın ödənilməsi Bakı şəhər Cavabdehnə tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli 501 saylı sərəncamına əsasən Cavabdeh nəzdində yaradılmış Komissiya tərəfindən müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən söküntü üçün sakinlərə mənzilin hər kv.metrinə 1500 manatdan başlayaraq kompensasiya ödənilmişdir. Həmin mənzilin sökülməsi ilə əlaqədar X1 ilə Cavabdeh arasında 20 dekabr 2018-ci il tarixdə alqı-satqı olmuşdur. Məhkəmə iddiaçıların da ünvan 2 ünvanında qeydiyyatda olmalarına istinad edərək, onların iddiasını qismən təmin etmişdir. Bildirir ki, o doğulandan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X1 da həmin ünvandan qeydiyyatda olmaqla yaşamışdır. Əmlakların dövlət ehtiyacları üçün alınması zamanı həmin ərazidə yaşayan vətəndaşlara kompensasiya ödənilir. Hazırki iş üzrə iddiaçılar isə 1993-cü ildən ünvan 1 ünvanında yaşamamışlar. Məhkəmə qərar qəbul edərkən, düzgün araşdırma aparmamış, işə obyektiv yanaşmamışdır. Belə ki, məhkəmə qərarında qeyd edilən ünvan 1 qeydiyyatda olan şəxslərin siyahısında nə onun, nə də atasının adı qeyd edilməmişdir, halbuki o, 1993-cü ildən həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən onu üçüncü şəxs qismində işə cəlb etməmiş və bununla da qəbul edilən qərar onun maraqlarına toxunmuşdur. Odur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )- 1949/2019 saylı, 03.10.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak etməyə cəlb edilməyən X3 apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçılara, cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. X6 göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək X6 apellyasiya şikayəti verilməsi üçün səlahiyyətini təsdiq edən sənəd, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məhkəməyə təqdim edilməsini təklif etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq digər iddiaçılar və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçılar və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən X8 apellyasiya şikayətinə uyğun izahat verərək qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu bildirdi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1949/2019 saylı, 03.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərin siyahısında X3 adı mövcud olsa da, o, birinci instansiya məhkəməsində proses iştirakçısı kimi üçüncü şəxs olaraq cəlb edilməmişdir.Belə olduğu halda məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti işdə iştirak etməyə cəlb edilməmiş şəs tərəfindən verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də X3 qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1949/2019 saylı, 18 sentyabr 2019-ci il tarixli qərarından X8 tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın, apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar