Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2654/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair inzibati iş üzrə (açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X1 işitrakı ilə cavabdehlər Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6990/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2021-ci il tarixli VK-DİM 01 nömrəli xidmət müqaviləsinə görə, sifarişçi AR Vəkillər Kollegiyasının Reyasət Heyəti və icraçı AR X9 Vəkillər Kollegiyasına üzvlüyə qəbul ilə əlaqədar müsabiqənin birinci mərhələsi olan test imtahanının keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi və nəticələrin sifarişçiyə onun tələb etdiyi formada təqdim edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 5.4-cü bəndinə əsasən, icraçı imtahan nəticələrinin imtahandan sonrakı 5 bank günü ərzində sifarişçiyə elektron və rəsmi məktubla çatdırılmasını təmin edir.
2. Cavabdeh X6 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-478 nömrəli məktuba görə, iddiaçının Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi 70-ci test tapşırığının Mərkəz tərəfindən təkrar ekspertizası keçirilmişdir. Təkrar ekspertiza nəticəsində həmin test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığı bal yenidən hesablanaraq 60 bal müəyyən edilmişdir. İxtisas imtahanının yazılı test imtahanı mərhələsində 60 bal toplamağını nəzərə alaraq, şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən AR Vəkillər Kollegiyasına xx.xx.2021-ci il tarixli 01/07- 08/2639 nömrəli məktub göndərilmişdir.
3. Cavabdeh Vəkillər Kollegiyasının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 239 nömrəli məktuba əsasən, onun mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətinə baxılmış, müraciətin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Vəkillər Kollegiyasından 20.000 manat, X4 100.000 manat olmaqla, cəmi 120.000 manatın tutulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə, əvvəllər bir neçə dəfə test imtahanlarını müvəffəqiyyətlə verib, şifahi müsahibə mərhələsinə buraxılsa da, Vəkillərin Kollegiyasının ona qarşı qərəzli münasibətindən irəli gəlmiş səbəblərə görə müsahibədən keçməyə imkan verməmişlər. Nəhayət, xx.xx.2021-ci il tarixdə X5 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 bal toplamış, ona verilmiş balın nəticəsindən narazı qaldığına görə X7 apellyasiya şikayəti təqdim etmişdir. X9 tərəfindən ona 2 dəfə cavabları düz tapmaması barədə rəsmi cavab verilmişdir. Rəsmi şəkildə cavab aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə X8 cavabdeh, Vəkillər Kollegiyasını üçüncü şəxs qismində cəlb etməklə test tapşırıqlarının qismən etibarsız sayılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. X9 tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş cavablarla əlaqədar rəsmi sənədlərə bir daha diqqət yetirdikdə ən azı bir cavabın düzgün tərtib edilmədiyi tam məlum olmuşdur. Ona dəqiq məlumat çatanda ki, X2 60 bal topladığını əsaslandırmaqla Vəkillər Kolegiyasına xx.xx.2021-ci il tarixdə rəsmi məktub göndərmişdir, o, həmin iddiasından imtina etmişdir. Həmin məktubu Vəkillər Kollegiyası artıq xx.xx.2021-ci il tarixdə almışdır. 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq fevral ayının ortalarına qədər şifahi müsahibəyə buraxılması üçün dəfələrlə müraciət etsə də, müsbət cavab verilməmişdir. Vəkillər Kolegıyasının ona qarşı hüquqazidd hərəkətlərini gördüyünə görə o da xx.xx.2021-ci il tarixdə keçirilən test imtahanı zamanı cavabın düzgün qoyulmaması ucbatından uzun müddət stress, mənəvi sarsıntıları keçirmiş olduğuna görə həm Vəkillər Kollegiyasına, həm də X3rşı vurulan mənəvi ziyana görə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məlum olduğu kimi, Vəkillər Kollegiyası vəkilliyə namizədlərin test imtahanından keçmələri üçün sualları və onlara olan cavabları hazırlayır. X6 ekspertləri də həmin cavabların düzgünlüyünü yoxladıqdan sonra imtahanın keçirilməsinə rəylərini verirlər. Vəkillər Kollegiyasının suallara cavabı düzgün qoymaması, X6 ekspertlərinin də həmin cavablarda səhvləri aşkar etməmələri ucbatından o, test imtahanından müvəffəqiyyətlə keçməmiş, X7 etdiyi müraciət isə rədd edilmişdir. O, sarsıntılar keçirmişdir. Məhz məhkəməyə müraciət etdikdən, test imtahanının keçirilməsindən 7 aydan artıq vaxt ötdükdən sonra onun haqlı olduğu etiraf edilərək Vəkillər Kollegiyasına X9 tərəfindən rəsmi məktub göndərilmişdir.
6. Cavabdeh AR Vəkillər Kollegiyasının iddiaya qarşı yazılı etirazının əsaslarına görə, iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən vəkillliyə qəbulla bağlı test imtahanında iştirak etmiş və 59 bal toplamışdır. O, müvafiq test tapşırığını mübahisələndirmiş, həmin test tapşırığı ilə bağlı təkrar ekspertiza keçirilmiş və testdə texniki qüsur aşkar olunduğundan, onun balı yenidən hesablanmış və müvafiq məktub X9 X9 tərəfindən Vəkillər Kollegiyasına göndərilmişdir. Sonra iddiaçı ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmış, amma müsahibə mərhələsindən uğur qazana bilməmişdir. İddiaçı mənəvi zərərlə bağlı Vəkillər Kollegiyasına müraciət etmiş, müraciətinin təmin edilməsi üçün heç bir əsas olmadığına görə müraciəti təmin olunmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6990/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Qərarın əsaslarına görə, “... işin hallarına uyğun olaraq hər hansı müsabiqədə iştirak edən şəxs həmin müsabiqədən keçməmənin mümkün ola biləcəyini bilir. Qeyd edilən halda şəxsin keçirdiyi fiziki əzab və ağrı hüquqazidd əməl nəticəsində yaranmır. Məhkəmə cavabdeh inzibati orqanların hərəkət (hərəkətsizliyində) hüquqa zidd əməlin olduğunu müəyyən etmir. Belə ki, mübahisələndirdiyi test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığı bal cavabdeh X9 tərəfindən yenidən hesablanmış, cavabdeh Vəkillər Kollegiyası tərəfindən də iddiaçının ixtisas imtahanının müsahibə mərhələsinə buraxılması və həmin mərhələdə iddiaçının iştirakı təmin edilmişdir. İddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanların hərəkət (hərəkətsizliyində) nəticəsində iddiaçının mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.”
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, “Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab", həyəcan, acizlik və sarsıntı", "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik" kimi səciyyələndirmişdir. (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Vamava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı va əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik va ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, hayatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabin pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat va effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. ... Məhkəmənin tərəfindən çıxarılmış qərarının 15-ci bənddə məhkəmənin hakimi olmuş Seftimalıjeva Q.A-in qəsdən, bilərəkdən vəkilərin koleqiyasinə (vk-ə) qarşı mənim tərəfimdən verilən mənəvi ziyanla əlaqədar digər iddiama müdaxilə etmişdi. Necə ki, həmin bənddə qeyd edilmişdi ki, “işin hallarına uyğun olaraq hər hansı bir müsahibədə iştirak edən şəxs həmin müsahibədən keçməmənin mümkün ola biləcəyini bilir. Qeyd edilən halda şəxsin keçirmiş olduğu fiziki əzab və ağrı hüquqazid əməl nəticəsində yaranmır”. Bu İdiamın məzmunundan məlum olur ki, mənim məhz 05 mart 2021-ci ildə test imtahanında keçid balımın düzgün qiymətləndirilməməsi ucbatından mənəvi ziyan çəkdiyim üçün iddianı vermişəm. Mən bu iddiamı məhkəməyə təqdim edəndə hələ şifahi müsahibə mərhələsinə buraxılmamışdım. Bu İddiamı 10 mart 2022 il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişəm, 11 mart 2022 il tarixdə isə məhkəmənin hakimi olmuş Seftimalıjeva Q.A-in icraatına verilibdir. Şifahi müsahibə mərhələsinə isə 15 mart 2022 il tarixdə getmişəm. 17 mart 2022 il tarixdə müsahibədən keçməməyim barədə şifahi məlumat almışam. Rəsmi sənədi mənə 14 aprel 2022-ci il tarixində çatdırdıqlarından 26 aprel 2022 il tarixdə İddia Ərizəmi məhkəmənin dəftərxanasına təqdim etmişəm. Belə halda mən necə şifahi müsahibədən keçməməyimə görə indiki iddiam üzrə fikir bildirə bilərdim?!?... Deməli, vəkilərin koleqiyasi (vk-i) məhkəməyə müdaxiləni etmişdi ki, digər mənəvi ziyanla əlaqədar İddia Ərizəmin icraatına (iş№2-l(l 12)-8283/2022 (hakimi olmuş M.Qarayeva)) xitam veriləydi. Deməli məhkəmənin hakimi olmuş Seftimalıjeva Q.A-in barəsində bilərəkdən digər iddiama müdaxilə etmiş olduğuna görə Xüsusi Qərar çıxarılmalıdır.”
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
16. “İnzibati icraat haqqında” AR Qanunu: Maddə 89. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür; Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər; Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il Qərarı: ““İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konsensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
24. Şikayət mahiyyətcə əsassızdır.
25. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1-ci maddəsinin ikinci cümləsi).
26. İnzibati orqanların və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxslərin qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. cavabdehin fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. cavabdehin qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. cavabdeh bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti cavabdehin öz vəzifələrini pozması nəticəsində pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır).
27. Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır.
29. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı” iş üzrə 2014-cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı” iş üzrə 2014-cü il 16 yanvar tarixli qərarlar).
30. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
31. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
32. Qeyd olunanların konteksində, qanunla onlara həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olan cavabdehlərin bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehlərin hərəkətləri nəticəsində vurulması, iddiaçının ruhi (psixoloji, mənəvi) vəziyyətinin cavabdehlərin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehlərin hərəkətləri ilə vurulduğu güman olunan mənəvi zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması iş üzrə sübut olunmur. Belə ki, hər hansı müsabiqədə (imtahanda) iştirak edən şəxs həmin müsabiqədən (imtahandan) keçməyə biləcəyini əvvəlcədən bilir. Bu isə özlüyündə şəxsin mümkün gözlənilən ehtimalla bağlı mənəvi sarsıntı və iztirab keçirməsini şərtləndirmir. Digər tərəfdən, test tapşırığında aşkar edilən texniki qüsur cavabdeh X9 tərəfindən aşkar edilib, aradan qaldırılaraq, yenidən hesablanmış, bundan sonra cavabdeh Vəkillər Kollegiyası tərəfindən iddiaçının ixtisas imtahanının şifahi (müsahibə) mərhələsinə buraxılması və iştirakı təmin edilmişdir.
33. İddiaçıya münasibətdə subyektivliyə, şəxsi qərəzliyə, qeyri-bərabərliyə, qanunsuzluğa və ədalətsizliyə yol verildiyi iş üzrə müəyyən edilmir. İddia ərizəsində cavabdehlərə istinad edilən məqamlar X7 münasibətdə ümumi xarakterli olub, yalnız iddiaçı ilə əlaqədar olmamışdır. Vəkillər Kollegiyasında keçirilən şifahi imtahan mərhələsindən iddiaçının keçməməsinə gəldikdə isə, sonuncu bununla bağlı həmin cavabddehin konkret hala dair diskresion səlahiyyətin (qiymətləndirmə azadlığının) qanunla müəyyən olunmuş hədlərinə əməl etməməsi və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olması barədə hər hansı konkret pozuntuya istinad etmir.
34. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehlər tərəfindən iddiaçının onlardan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehlərin iddiaçıya vurulduğu irəli sürülən mənəvi zərərin əvəzinin ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehlərə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehlərin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehlərin güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilmədiyi, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyi üçün, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6990/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova