Məhkəmə qərarları › İş №2-1(103)-2655/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2655/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2655/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı1 iştirakı ilə, İddiaçı1 (xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2an Nazirliyinə və qeyrisinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-3491/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı1 iddia ərizəsi ilə 23.12.2013-cü il tarixdə cavabdehlər Cavabdeh1 və AR Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2-1(81)-233/2014 saylı qərarı ilə (hakim M.Bayramov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqavilində kompensasiya olaraq 2.967.150,0 manat pul dövlət büdcəsi hesabına İddiaçı1 ödənilməsi, kompensasiyanın ödənilməsi üçün sifariş verilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin rədd olunmuş hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qərardan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2014-cü il tarixli qərardadı ilə (hakim M.Bayramov) cavabdeh Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinin Maliyyə Nazirliyinə geri qaytarılması qərara alınmışdır. 20.06.2014-cü il tarixində iddiaçı tərəfindən qərarda olan yalnışlıqların düzəldilməsi barədə ərizə təqdim edilmişdir. 25.06.2014-cü il tarixli qərardad ilə ərizə təmin edilmiş, qərarın nəticə hissəsində “İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqabilində kompensasiya olaraq 2.967.150.0 manat pul dövlət büdcəsi hesabına İddiaçı1 ödənilsin” əvəzinə- “İddiaçı1 mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin X1 tikintisi ilə əlaqədar cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən dövlət ehtiyacları üçün alındığından dəymiş ziyana görə kompensasiya olaraq 2.967.150.0 manat Gənclər və İdman Nazirliyindən dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı1 ödənilsin” (ödənilməsi ilə) düzəldilməsi qərara alınmışdır. 03.10.2018-ci il tarixində icra vərəqəsi (hakim Ş.Məmmədova) verilmiş və qərar icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən 10.10.2018-ci il tarixli, 201523/2018-15-13 nömrəli məktubla icraata başlamaq haqqında qərar məhkəməyə daxil olmuşdur. (icra məmuru Sevinc Qurbanova) Qərardan 19.06.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2014-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması və apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş No 2-1(103)- 1611/19) cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi; onun apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)- 1611/19) cavabdeh Gənclər və İdman Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarının və həmin qərara düzəliş edilməsi barədə 25 iyun 2014-cü il tarixli qərardadının ləğv edilməsi; işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-2874/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Hüseynov,R.Nəbizadə,K.Bədəlov) İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixl qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti) “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. İddiaçı 29.12.2020-ci il tarixdə qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən inzibati məhkəməyə göndərilərək yenidən məhkəmə baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1101/2021 saylı , 11.03.2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov,E.Nağıyeva,X.Cəmilova) İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. 02.09.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin buraxılması üzrlü hesab olunaraq bərpa edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında göstərilmişdir ki, “iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasi qeyd edir ki, işin birinci instansiya icraatı zamanı 13.04.2020-ci il, 14.07.2020-ci il, 25.08.2020-ci il, 15.10.2020-ci il, 16.11.2020-ci il, tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri iddiaçının – ünvan 3 ünvanına göndərilsə də, zərf “bina sökülüb” qeydi ilə geri qayıtmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclaslarını təxirə salmış , lakin dəfələrlə qeyd edilən ünvandan məhkəmə zərfi “bina sökülüb” qeydi ilə geri qayıtmasına baxmayaraq, məhkəmə bildirişi təkrarən eyni ünvana göndərilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının qeydiyyat ünvanı olan - ünvan 4ışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının telefon nömrəsinə AZEMİS vasitəsi ilə SMS xəbərdarlığının da göndərilməsi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və əsassız olaraq, iddia geri götürülmüş hesab edilmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 və AR Maliyyə Nazirliyinə qarşı “onun mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar