Məhkəmə qərarları › İş №2-1(103)-2658/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2658/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2658/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Həmidovun sədrliyi və məruzəsi ilə Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibаrət tərkibdə; Məhkəmə iclas katibi X3, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nünayəndəsi X1 iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Buzovna Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2542/2021saylı, 24 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində 600 kv/m torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Buzovna Bələdiyyəsinin 30.12.2006- cı il tarixli 417 nömrəli sərəncamına əsas Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsində ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqısatqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. Həmçinin, Buzovna Bələdiyyəsi tərəfindən DƏDRX-yə ünvanlanmış 15.10.2018-ci il tarixli məktubdan görünür ki, ona ayrılmış torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Həmçinin, 21.10.2019-cu il tarixli məktubdan görünür ki, Bələdiyyənin arxivində 346 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 417 nömrəli sərəncama əsasən adına 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana tərəfindən müraciət edilmiş, cavabdeh orqanın 01.10.2020-ci il tarixli məktubu ilə müraciətindən imtina edilmişdir. Halbuki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 417 nömrəli sərəncamı hazırda qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı Buzovna Bələdiyyəsinin 09.12.2019-cu il tarixli arayış və sxemi vardır. Bundan başqa qonşuluqda yerləşən torpaq sahələrinin ərizəyə əlavə olunan çıxarışlarının surətindən görünür ki, həmin sahə Dövlət Neft Şirkətinin ərazisinə aid deyil, xüsusi mülkiyyətdə olan sahələrdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən etirazda bildirimişdir ki, iddiaçı müvafiq tələblə 15.09.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasın ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin əraziyə münasibət bildirməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********703 saylı, 16.10.2020ci il tarixli cavab məktubu ünvanlanmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Nef Şirkəti iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 417 nömrəli sərənamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış UTM WGS 84 koordinat sistemində X 420499,04 Y 4485613,75 X 420516,78 Y 4485614,14 X 420492,81 Y 4485580,09 X 420492,88 Y 4485584,72 korrdinatlarda olan 600 kvm(faktiki 561) torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2542/2021saylı, 24 avqust 2021-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Buzovna Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildiirlmişdir ki, birinci instansiya məhkəməsi Buzovna Bələdiyyəsi DƏDRX-yə ünvanlanmış 15.10.2018-ci il tarixli məktubda iddiaçıya ayrılmış torpaq sahəsinin Bələdiyyə hüdudları daxilində yerləşdiyinə əhəmiyyət verməmiş və işin bu halını ətraflı araşdırmamışdır. Həmçinin bələdiyyənin arxivində 346 nömrəli reyestrlə qeydiyyata alınmış 30 dekabr 2006-cı il tarixli 417 nömrəli sərəncamın mövcud olduğuna hər hansı münasibət bildirilməmişdir. Yalnız torpaq sahəsi SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa bloku ərazisində yerləşdiyi barədə məktubu əsaslanaraq iddianı təmin etməmişdir. İlk növbədə həmin torpaq sahəsi 30 dekabr 2006-cı il tarixli 417 nömrəli sərəncamla ona məxsus olmuşdur. Daha sonra hansı əsasla SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa bloku ərazisində sənaye təyinatlı torpaq olduğu araşdırılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsini qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs Buzovna Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2542/2021saylı, 24 avqust 2021-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin faktiki halları ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: -Bakı şəhəri Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin sədrinin 30 dekabr 2006-cı il tarixli 417 nömrəli “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayş evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəcamından görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsinin İddiaçı 1 kv.m-in qiyməti 1 manat 28 qəpik hesabı ilə satılması, vətəndaş ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi sərəncam edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Məlikov X6 Bələdiyyəsinə 23 dekabr 2006-cı il tarixində torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna Bələdiyyəsinin inzibati ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bələdiyyənin hesabına 600 manat torpaq haqqı ödənilmişdir. Bu akt Buzovna rayon bələdiyyə orqanının nümayəndəsi İsrafil Cəbrayılov və torpaq alan İddiaçı tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. -Seriya ƏXZ nömrəsi 579817 olan kassa mədaxil orderindən görünür ki, 30 dekabr 2006-cı ildə torpaq alqı-satqısı üçün Məlikov X6 Bələdiyyəsinin hesabına 768 manat ödəniş etmişdir. Buzovna Bələdiyyəsinin 15 oktyabr 2018-ci il tarixli 212 saylı ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı məktubda qeyd olunur ki, vətəndaş İddiaçı 30.12.2006-ci il tarixli 417 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. -Buzovna Bələdiyyəsinin 10 dekabr 2020-ci il tarixli 275 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçınnun adına Buzovna Bələdiyyəsi tərəfindən 30.12.2006-cı il tarixli 417 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 26 yanvar 2021-ci il tarixli 51 saylı sorğuya cavab məktubundan görünür ki, Əzizbəyov (Xəzər) rayonu Buzovna Bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri içərisində 30.12.2006-cı il tarixli, 417 saylı sərəncam aşkar edilməmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaqların alqısatqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatına əsasın ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Cavabdeh inzibati orqanın imtina əsası daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilmiş 16 iyun 2021-ci il № **********79 saylı məktuba qoşma olaraq təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, məlumatların təqdim edilməsi barədə müraciətin icrası ilə əlaqədar əraziyə baxış keçirilib iddia edilən ərazinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-Buzovna-Maştağa bloku ərazisində yerləşməklə Sənaye təyinatlı torpaq sahəsidir. Hazılanmış sxemlər arayışa əlavə edilmişdir. -Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsidə yerləşən mübahisəli torpaq sahəsinin sxemi və xəritdən çıxarışın surəti əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009- cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlaka dair iddiaçı qanunla sadalanmış hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının həmin evə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərəflərin və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş Dövlət Neft Şirkətinin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilməsi təşkil edilmiş, mübahisəli torpaq sahəsinin koordinatları ölçülmüş və sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu, SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna- Maştağa blokunun ərazisində yerləşməklə sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin torpaq sahəsi ilə bağlı imtinasının qanuna zidd olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisində yerləşməklə sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən edildiyindən Buzova Bələdiyyəsi və iddiaçı arasında bağlanan alqı-satqı müqaviləsi etibarsız sayılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2542/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2542/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar