Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2658/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı3 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(112)-5355/2025 nömrəli qərarından İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı3 və ailə üzvləri - həyat yoldaşı - xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2, oğlu - xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 və qızı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı4 Salyan rayonu, Qarabağlı Ə/D, Gomuşçu kəndində qeydiyyatdadırlar, lakin hal-hazırda Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsində yerləşən 36/2A nömrəli evdə yaşayırlar. Belə ki, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsində yerləşən 36/2A nömrəli həyət evi ona məxsusdur. O, həmin evi 1985-ci ildə satın almış və artıq 40 ilə yaxındır ki, ailə üzvlərilə birlikdə bu evdə yaşayırlar. Evə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd - Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışı olmadığı üçün bu evə qeydiyyata düşə bilmirlər. Belə ki, 1985-ci ildə satın aldığı həmin evə dair 66 saylı MKİS tərəfindən verilən texniki plan mövcuddur. Bu sənədlə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış əldə edə bilmirlər. Çünki həmin sənəd çıxarış almaq üçün yetərli deyil. Bu səbəbdən də evə qeydiyyata düşə bilmirlər. Məhkəməyə müraciət etməzdən əvvəl məsələ ilə bağlı Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(112)-5355/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı3 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın iştirak edən iddiaçılar K.Byramov və İddiaçı2 cavabdeh tərəfindən iddiaları təmin edildiyindən, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28 oktyabr 2025-ci il tarixli, ******* №-li arayışından görünür ki, İddiaçı3, 27 oktyabr 2025-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı2, İddiaçı1 və İddiaçı4 qeydiyyatda olan digər şəxslərdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ünvan 3 ünvanına qeydiyyata alınmaları cavabdeh tərəfindən təmin edildiyindən (icra edildiyindən) artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarı icra olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2658/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2658/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver