Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2659/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X13 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun vənümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) “tikiliyə və torpaq sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə ünvan 1 ünvandakı fərdi yaşayış evi iddiaçının mərhum atası X4 məxsus olmuşdur. Atası xx.xx.2018-ci ildə vəfat etmişdir. Həmin fərdi yaşayış evi atasının babaları tərəfindən 19-cu əsrdə, texniki pasportda göstərdiyi kimi 1890-cı ildə tikilmişdir. X1 və əmisi X7 adına 1963-cü ildə şəxsi mülkiyyət hüququ ilə inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Beləliklə həmin evdə iddiaçının babası və atası yaşamış, iddiaçı orada doğulmuş, böyümüş və hal-hazırda da ailə ilə birlikdə yaşayır. Qeyd olunan fərdi yaşayış evinin və altındakı torpağın dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 10, 11-ci maddələrinə uyğun olaraq xx.xx.2020-ci il tarixində ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin iddiaçıya imtina edilərək onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur, həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış və “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. İddiaçı hesab edri ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur. Həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. Bununla yanaşı fərdi yaşayış evinə aid təqdim edilən texniki pasportda digər fiziki şəxsin (X11) adı olduğundan əlaqəli sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********25 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2087/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Üçüncü şəxs Camal Quliyev apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün işin mühüm əhəmiyətli faktiki hallarına qiymət verməmişdir. Belə ki, iddiaçının istinad etdiyi 1982-ci il tarixli Texniki Pasportun verilməsinə əsas Bakı şəhərində bələdiyyələşdirilməmiş tikililərin reyestrindən çıxarış olmuşdur. Qeyd edilən çıxarışda ünvan 3 ünvanında yerləşən evin X8 məxsus olduğu qeyd edilmişdir. Həmin çıxarışın isə X4 heç bir aidiyyəti yoxdur. Texniki pasportda X7 adının qeyd edilməsi ona heç bir əsas vermir. Texniki pasportun 1-ci səhifəsində ev sahibi kimi yalnız X7 adı yazılıb. Bu səbəbdən iddiaçının ½ hissədə torpaq sahəsinə hüquq əldə etməsi istəyi əsasızdır. Həmin ünvanda A və B tikililəri X8 məxsusdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil2 və üçüncü şəxs C.Quliyev apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ə.Quliev və onun nümayəndəsi Vəkil3 üçüncü şəxsin mövqeyi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti aşağıdakı əsaslara görə qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən isə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən və iddiaçının Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsindən görünür ki, iddiaçının atası X9 xx.xx.2018-ci il tarixdə isə ölmüşdür. Eyni zamanda, Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına və üçüncü şəxs Camal Quliyevin şəxsiyyəti barədə məlumatlara əsasən müəyyən olunur ki, onun da atası (iddiaçının əmisi) 28 iyun 1989-cu il tarixdə ölmüşdür. Konkret halda, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Ədalət Qurbanov mərhum X1 və əmisi X7 adına olan “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasporta” əsaslanraq, ünvan 3 ünvanında yerləşən “B” tikilsinin və 1617 kv.m həyətyanı torpaq sahəsinin mərhum atası Qurban Quliyevə məxsus olması barədə arayış (çıxarış) verilməsini tələb etmişdir. Lakin iş materiallarına əsasən qeyd olunan əsasla iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçının istinad etdiyi işə əlavə olunmuş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin iddiaçının 1982-ci ilin iyun ayında tərtib olunmuş adıçəkilən “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”unun cavabdeh idarə tərəfindən arxiv çıxarışı tədqiq olunduqda müəyyən olunur ki, həmin “Pasport” reyestrdən (reyestr kitabı No217 səh.1302, 1/Vİ-56-ıc il) çıxarışa əsasən təritb olunmuşdur. Hazırkı mərhələdə üçüncü şəxs tərəfindən təqdim olunmuş həmin, yəni Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən, çıxarışdan (surətindən) görünür ki, reyestr kitabında həmin rekvizitlərlə təsbit olunan - Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən 262 No-li mülkün sahibi - üçüncü şəxs Camal Quliyevin atası (iddiaçının əmisi) X10r. Cavabdehin işə əlavə olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda da qeyd olunur ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında 262 No-li sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə X5 adına ilkin qydiyyatdan keçmişdir (i.v.32). Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, 1963-cü il tarixdə həmin evə dair X5 və X12 adına texniki pasport tərtib edilmişdir. Eyni zamanda, cavabdeh idarənin Bakı İnzibati Məhkəməsinə ünvanladığı, məhkəmə sorğsuna xx.xx.2020-ci il tarixli digər cavab məktubunda da bildirmişdir ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) ünvanda yerləşən mülk üçüncü şəxsin mərhum atası X7 adına qeydiyyatdan keçmişdir (i.v.31). Bunun təsdiqi həm də onda tapır ki, cavabdeh qeydiyyat orqanının məhkəməyə təqdim etdiyi arxiv sənədlərinə əsasən müəyyən olunur ki, məhz, üçüncü şəxsin mərhum atası X7 qeydiyyat orqanına ünvanlanmış 16 və 17 may 1956-cı il tarixli ərizələri əsasında Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) mülk reyestrdə onun adına qeydiyyata alınmışdır (i.v.43-44). Qeyd olunmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası keçirlmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 10/6794 saylı ekspert rəyi ilə Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, 1956-cı ildə reyestrdə üçüncü şəxsin mərhum atası X5 adına qeydiyyata alınmış mülkünə dair” reyestrdən çıxarış əsasında tərtib olunmuş mübahisəli Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”u əsas götürülməklə həmin ünvanda “B” tikilisinin və 1617 kv.m. torpaq sahəsinin iddiaçının mərhum atası X3 məxsus olması barədə arayşın verilməsinin cavabdehə həvalə edilməsi əsassızdır. Hətta adıçəkilən “Pasport” əsas götürülmüş olsa belə iddiaçı ilə üçüncü şəxs arasında həmin ünvada yerləşən mülkün razılaşdırılmış bölgü sxemi olmadan və ya mülki icraat qaydasında aralarındakı mübahisə həll olunmadan belə bir arayışın verilməsi mümkünsüzdür. Göründüyü kimi, iddiaçıya, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə müvafiq olaraq, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tədqiq həmin “Pasportunda təsbit olunan mübahisəli mülkün iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi mümkün deyildir. Lakin hər bir halda, iş materiallarına əsasən iddiaçının tələbində qismən haqlı olduğu da müəyyən olunur. Belə ki, işə əlavə olunmuş AR Dövlət Arxivinin Bakı Filialının 5 iyul 2022-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Əzizbəyov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 36 No-li 8 iyul 1960-cı il tarixi qərarından arxiv çıxarışına əsasən həmin qərarla Bilgəh qəsəbəsindəki Ü.Hacıbəyov küçəsindəki 51 N-li evdə yaşayan, X4 Bilgəh qəsəbəsində fərdi yaşayış ev tikməkdən ötrü 600 kv.m. torpaq sahəsi verilməsi barədə Lenin adına kolxozun 7 may 1950-ci il tarixli 1No-li ümumi iclas protokolu təsdiq edilmişdir və bu işin mübahisələndirilməyən halıdır. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi nəzərədə tutur ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar - daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Göründüyü kimi, qeyd olunan qərara əsasən yalnız, Bilgəh qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi iddiaçının mərhum atası X4 qanuni əsaslarla məxsus olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlar hərətərəfli araşıdırlılmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, iddianın təmin olunması barədə məhkəmənin gəldiyi nəticə iş üzrə toplanmış sübutlara uyğun gəlmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəllləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, iddianın qismən təmin olunması, Bilgəh qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin Əzizbəyov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 36 №-li 8 iyul 1960-cı il tarixi qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıyev küçəsi, 51 №-li evdə yaşamış mərhum X4 məxsus olması barədə İddiaçı arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qalan hissədə iddia rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Eyni zamanda, İPM-in 108.2-ci və 109-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin qərarla da iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçıya, 25 manatı cavabdehə aid edilməklə, onlardan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. İddiaçı - Bilgəh qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin Əzizbəyov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 36 №-li 8 iyul 1960-cı il tarixi qərarına əsasən Bilgəh qəsəbəsi, H.Hacıyev küçəsi, 51 №-li evdə yaşamış mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçıya, 25 manatı cavabdehə aid edilməklə, onlardan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2659/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2659/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver