Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2659/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X5nin dublikatının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran vəsiqəsinin dublikatının verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N5N4/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Binəqədi rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N999-cu il tarixli 80 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.N999-cu il tarixdə M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Həmin vaxtdan etibarən iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinəti (təqaüdü) almaqda davam edir. Vəsiqənin verilməsindən uzun müddət keçməsinə baxmayaraq bütün müharibə veteranlarından olduğu kimi, ondan da vəsiqəsi yenisi ilə əvəz ediləcəyi səbəbi ilə geri alınmış, lakin bu günədək ona yeni vəsiqə təqdim olunmamışdır. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi bilet iş materiallarına əlavə edilmişdir. İddiaçıona X5nin dublikatınn verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 4/3-4272 nömrəli məktubla bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-803N nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə döyüş əməliyyatlarının aparıldığı dövrdə xx.xx.N994-cü il tarixdən sonrakı müddətdə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehityata buraxılması barədə məlumat olmadığında, hərbi hissəni özbaşına tərk etdiyinə görə ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona məxsus Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən N999-cu il tarixdə verilmiş M/V seriyalı 028487 nömrəli X5nin dublikatının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx N958-ci il təvəllüdlüdür. 24 noyabr N977-ci il tarixdən 27 sentyabr N979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, N988-N994-cü illəri əhatə edən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, buna görə də, “müharibə veteranı” adı və X5 almışdır. Tərəflərindən təqdim edilən AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.N977-ci il tarixdə həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş, Müdafiə Nazirliyinin xx.xx.N979-cu il tarixli, 23N saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bakı şəhər Binəqədi rayon Prokurorluğu tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Səfər oğlu həqiqətən Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Prezidentin müvafiq Fərmanına əsasən veteran sayılır və müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Buna uyğun olaraq ona Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən N999-cu il tarixdə M/V seriyalı, 028487 nömrəli X5 verilmişdir (surəti əlavə olunur). Həmin vəsiqə əsasında o, uzun müddətdir ki, müharibə veteranları üçün nəzərdə tutulan müavinət alır. Sonradan bütün müharibə veteranlarından onların vəsiqələri geri alınmış və yenisi ilə əvəz ediləcəyi bildirilmişdir. Lakin, cavabdeh tərəfindən hələ də, yeni vəsiqə ona təqdim edilməmişdir. Məsələ ilə əlaqədar tərəfindən cavabdehə ərizə ilə müraciət edilmiş və ona məxsus X5nin dublikatının verilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 4/3-4272 nömrəli cavab məktubu ilə müraciətimdən imtina edilmişdir. Cavabdeh öz imtinasını bununla əsaslandırmışdır ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə xx.xx.N994-cü il tarixdən sonrakı müddətdə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında barəsində müsbət rəy verilməmişdir. Lakin bildirir ki, müraciəti ona veteran adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olmamışdır. Onun müharibə veteranı adı və X5 mövcud olmuş, qeyd edilən hallar tərəfindən təqdim edilən sübutlarla təsdiq olunmuşdur. Halhazırda faktiki olaraq müharibə veteranı adına sahibdir və müharibə veteranları üçün nəzərdə tutulan 80 (səksən) manat təqaüdü alır. Müraciəti cavabdeh tərəfindən yeni ilə əvəz edilmə məqsədi ilə geri alınmış və qaytarılmamış ona məxsus X5nin dublikatının verilməsi ilə bağlı olmuşdur. Lakin, cavabdeh qanunsuz olaraq vəsiqənin dublikatınn verilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 25 noyabr 2022-ci il tarixli 4/2-803N nömrəli arayışına əsasən İddiaçı hərbi hissə komandirinin N6 yanvar N994-cü il tarixli NN nömrəli əmrilə şəxsi heyət siyahısına və bütün növ təminatlara daxil edimişdir.N nömrəli hərbi hissə komandirinin N7 yanvar N994-dekabr tarixdən mart N996cı il tarixədək nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyat kitabında xidməti barədə məlumat aşkar edilməmişdir. Lənkəran Qarnizon Hərbi Prokurorluğunun Amnistiya aktına əsasən İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə N6 noyabr N998-ci il tarixdə qərar qəbul etmişdir. Qeyd edilən qərardan görünür ki, iddiaçı həqiqətən hərbi hissəni özbaşına tərk etmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. İddiaçının döyüş əməlliyatların aparildığı dövrdə hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən,“N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə "Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir: N. Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; 2.Hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması. İddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N5N4/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Naziriyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 25 noyabr 2022-ci il tarixli 4/2-803N nömrəli arayışına əsasən İddiaçı hərbi hissə komandirinin N6 yanvar N994-cü il tarixli NN nömrəli əmrilə şəxsi heyət siyahısına və bütün növ təminatlara daxil edimişdir. N nömrəli hərbi hissə komandirinin N7 yanvar N994-dekabr N994-cü il tarixdən mart N996-cı il tarixədək nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyat kitabında xidməti barədə məlumat aşkar edilməmişdir. Lənkəran Qarnizon Hərbi Prokurorluğunun Amnistiya aktına əsasən İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə N6 noyabr N998-ci il tarixdə qərar qəbul etmişdir. Qeyd edilən qərardan görünür ki, iddiaçı həqiqətən hərbi hissəni özbaşına tərk etmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. İddiaçının döyüş əməlliyatların aparıldığı dövrdə hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Həmçinin qeyd olunur ki, iş materiallarından görünür ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmişdir. Belə olan halda “Müharibə veteranı” adının və vəsiqəsinin dublikatının həmin təşkilat tərəfindən baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Çünki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər elə həmin təşkilatın özündədir. Bu əsaslarla iş üzrə Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Tərəflərin izahatları: İş üzrə tərəflər xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun verilmişdir və mümkün iddiadır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “X5nin dublikatının verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.N999-cu il tarixdə verilmiş M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N999-cu il tarixli 80 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi, iddiaçı müharibə veteranı hesab olunaraq vaxtilə inzibati orqan tərəfindən ona bu statusuna dair vəsiqə verilmiş, lakin sonradan iddiaçının vəsiqəsi yenisi ilə əvəz olunması səbəbiylə geri alınmış və uzun zaman keçməsinə baxmayaraq ona yeni vəsiqə təqdim olunmamışdır. Bundan sonra uzun zaman müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti (təqaüdü) alan iddiaçı ona vəsiqəsinin dublikatının verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarilxi 95N nömrəli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN nömrəli əmrində (əsas: səh-N0, sıra-3 əmrdə vəzifəsi göstərilməmişdir) həqiqi hərbi xidmət keçmək üçün Binəqədi RHK-dan göndərilmiş çağırışçıların siyahısına əsasən, bütün növ təminatlara qoyulmuş şəxsi heyətin siyahısında, sıravi İddiaçı adı qeyd edimişdir. N nömrəli hərbi hissə komandirinin fevraldekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məktubda göstərilmiş M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” vəsiqəsi Müdafiə Nazirliyi tərəfindən verilmədiyinə görə, vəsiqənin verilməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verildiyinə görə, bu barədə məlumat almaq üçün İddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-43-83/2- N789/2023 nömrəli sorğuya cavab məktubu ilə İddiaçı “Müharibə veteranı” vəsiqəsinin verilməsinə əsas olmuş adlı siyahının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının adı Siyahıda N6-cı sırada qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-43-83/2- 2037/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı vəsiqəsinin geri alınması və ləğv edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonu İdarəsində olan sənədlərə əsasən heç bir məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-N7-7/2-S-7808/2024 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən müharibə veteranlarına 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü alır. Təyinatın başlama tarixi xx.xx.20N9-cu il, təyinatın bitmə tarixi müddətsiz qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “X5nin dublikatının” verilməsi ilə bağlı tələbinin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya əvvəllər bu status verilmiş, vəsiqə ilə təmin olunmuş, hazırki vaxtadək veteranlar üçün qanunla nəzərdə tutulan müavinəti (təqaüdü) alan şəxsdir, beləliklə, ona “müharibə veteranı” adının verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati aktı qüvvədədir, ləğv edilməmiş və geri çağırılmamışdır, iddiaçı isə vəsiqəsinin dublikatının verilməsini tələb edir ki, həmin tələbin də təmin olunmasından imtina etmək üçün iş üzrə hər hansı qanuni əsasın mövcud olmadığı müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 2N-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.N-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.N3-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçının xeyrinə qəbul edilmiş müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair inzibati akt geri çağırılmayıb, ləğv edilməyib, dəyişdirilməyib. Odur ki, hüquqi cəhətdən etibarlıdır və iddiaçı həmin inzibati aktdan irəli gələn əlverişli nəticələrdən (prezident təqaüdünün ödənilməsi) faydalanmaqdadır. Belə olan halda iddiaçı tələbində haqlı olsa da, cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə qanunla müəyyən edilmiş halların mövcudluğunu sübuta yetirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi qərarlarında yuxarıdakı qaydada olmuşdur (2-N(N02)- N023/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N5N4/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N5N4/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2659/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2659/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver