Məhkəmə qərarları › İş №2-1(103)-266/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-266/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-266/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətini geri götürməsi barədə iddiaçının ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 19 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilməmişdr. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin apellyasiya icraatı mərhələsində xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən geri götürdüyünü bildirərək, bununla bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiysı iddiaçının vəkili-nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizəsi təmin olunmalı, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra, şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, iddiaçı, şifahi məhkəmə baxışı başa çatana qədər cavabdehin razılığı olmadan apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Eyni zamanda, həmin Məcəllənin 88.3-cü maddəsinin tələbi nəzərə alan məhkəmə kollegiyası iddiaçıya izah edilir ki, şikayətin geri götürülməsi iddiaçının eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayətinin geri ötürməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın və şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar