Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-266/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6513/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 31130 №-li Qərarının ləğv edilməsi və həmin qərar əsasında ondan tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X3 ərizəçixx.xx.1951-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı Fərux oğluna övladlığa verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixindən övladlığa götürülən X6 görə sosial müavinat təyin edilmişdir. Xidməti yoxlama zamanı X4 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş kimi uşaq olmadığı səbəbindən təyin edilmiş sosial müvainətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1366.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. X10 övladlığa götürüldükdən sonra valideynləri - atası İddiaçı Fərux oğlu, anası X1 olmuşdur. Uşağın bioloji valideynləri uşaqdan imtina etmiş və onun böyüdülməsində maddi və mənəvi cəhətdən iştirak etməmişlər. Ona görə də uşağa görə təyin edilmiş sosial müavinətin dayandırılması tam əsassızdır...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “İddiaçı cavabdehə müraciət edərək, sosial müavinətin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir. Lakin Xidməti yoxlama zamanı X4 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı müəyyən edilmiş və bu səbəbdən təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6513/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 31130 №-li Qərarı ləğv edilmiş və həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2177/2021 saylı qətnaməsinin nəticə hissəsində məhkəmə Ailə Məcəlləsinin 118.4 və 119-cu maddələrinə istinad etmədən qərar vermişdir. Eyni zamanda, qətnamədən görünür ki, azyaşlının övladlığa verilməsi məqsədilə iddiaçılar uşağın övladlığa götürülməsi üçün anası X2 razılığı alınmış və sonuncu buna etiraz etməmişdir. Nazirlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli valideyn-namizədin qiymətləndirilməsinin hesabatına əlavə edilmiş müsahibə sənədlərinə əsasən iddiaçı X8, onun həyat yoldaşı X1 övladlığa götürmək istədikləri X11, onun əkiz qardaşı X14 və onların bioloji valideynləri X12 və X9 ilə birgə yaşayırlar. Buradan belə nəticəyə gəlmək olur ki, sözügedən məhkəmə qətnaməsi qəbul olunanadək (və ya qüvvəyə mindiyi tarixədək) X11 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olmamışdır. Çünki övladlığa götürülən usaq bioloji valideynləri ilə birgə yaşayır. İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqan sosial müavinətin dayandırılmasında haqlı olmuşdur. Qeyd olunanlardan da aydın olduğu kimi, birinci instansiya məhkəməsində isə baxarkən iş tam, hərtərəfli, obyektiv araşdırılmamış və qanunun tətbiqində və təfsirində kobud səhvə yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin hallarından göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə övladlığa gtürülən uşağa görə ona ödənilən müavinətin dayandırılması və ondan tutulmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və onun hüquqi nəticələrinin aradıan qaldırılmasını (bərpa edilməsini) məhkəmədən xahiş etmişdir. İşə əlavə olunmuş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və artıq icra edilmiş qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı doğma valideynlərinin tərbiyəsi ilə məşğul olmaq istəmədikləri xx.xx.2018-ci il təvəllüdlü X7 (hazırda X10) övladlığa götürmüş və bunu uşaq doğulduğu vaxtdan övladlığa götürüldüyü vaxtadək könüllü və tamamilə şüurlu surətdə uşağın tərbiyəsi ilə bağlı vəzifələri öz üzərinə götürməklə həyata keçirmişdir. İş materiallarından da görünür ki, həmin qətnamənin hüquqi nəticəsi olaraq cavabdehin xx.xx.2021- ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən 160 manat məbləğində sosial müavinət təyin olunmuş, daha sonra isə xx.xx.2022-ci il tarixli qərarı ilə həmin müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilmiş 1366.45 manat məbləğində müavinətin tutulması qərara alınmışdır. Lakin həmin qərar qəbul olunarkən, cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının inzibati icraat açıldığı və iddiaçının iştirakı ilə məsələnin həll olunduğu müəyyən olunmur. Halduki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə öz təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati aktı qəbul etmək vəzifəsi inzibati orqanın vəzifəsi kimi müəyyyən edilmiş və həmin Qanunun 36.3-cü maddəsinə əsasən inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, həmin şəxslərin maraqlı şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Cavabdeh tərəfindən isə qeyd olunan inzibati icraat haqqında hüqüq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, cavabdeh orqan ilə övladlığa götürülən uşağa görə təyin edilmiş sosial müavinətin ödənişinin dayındırılması və ödənilmiş pulun iddiaçıdan geri tutulması barədə qərar qəbul edərkən istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə belə riayət olunmamış, kobud pozuntulara yol verilmişdir. Belə ki, həmin Qanunun 11.1.8-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda dayandırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdeh isə qanunun qeyd olunan tələblərinə göz yumaraq artıq ödəmə adı altında iddiaçıya ödənilən həmin müavinəti dayandıraraq ona ödənilmiş 2366,45 manat vəsaiti məhkəmə qərarı olmadan, özbaşınalıqla tutumağa başlanılmışdır. Onu da qeyd etmək lazımdır ki, inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinə də cavabdeh trəfindən məhəl qoyulduğu müəyyən olunmur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmiş, ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi görünmür və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübutu da mövcud deyildir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxarkən tam, hərtərəfli, obyektiv araşdırılmadığını, qanunun tətbiqində və təfsirində kobud səhvə yol verildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6513/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6513/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-266/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-266/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver