Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2660/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 57 yaşdan pensiyaya güzəştli şərtlərə görə əmək pensiyasına çıxmaq hüququnun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1995-ci il tarixdə AzGerneft MMC-yə motorçu peşəsinə qəbul olub. xx.xx.1997-ci il tarixdə QYƏTSdə traktorlar üzrə 5-ci dərəcəli motorçu peşəsinə keçrilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçrilib. xx.xx.2002-ci il tarixdə Quyuların yeraltı və əsaslı təmiri sahəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator vəzifəsinə keçrilib. İddiaçı xx.xx.2002ci il tarixdə hal hazırki vaxta qədər Azgerneft MMC-nin Quyuların yeraltı və əsaslı sahəsində quyuların yeraltı təmiri üzrə operatoru vəzifəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısındakı 10.Neftin qazılması və hasilatı, neft, qaz, kondensatı, kömür və şistin emalı bölməsinin 10.2 Neft, qaz və qaz kondensatının hasilatı bəndinin a. fəhlələr yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan quyuların yeraltı təmiri üzrə operatoru peşəsinə aiddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiyalına güzəştli şərtlərlə pensiya təyin olunmasına dair ərizəsinə xx.xx.2022-ci il tarixdə cavab məktubu verilsə də, məktubu rəsmi qaydada xx.xx.2022-ci il tarixdə almış və zərfi şikayətinə əlavə edir. Belə ki, onun stajının 21 il 8 ay 18 gün olması qeyd olunmuş və həmin illərə onun hərbi xidmətdə və müharibədə olduğu illər əlavə olunmamışdır. Belə ki, Qarabağ müharibə vetranıdır, 2 ildə Qarabağ uğrunda gedən döyüşlərdə çqalışmışdır. Vətənin azadlığı uğrunda erməni daşnaqları ilə vuruşmuş və veteranlıq vəsiqəsini sənədə əlavə edir. Əgər 2 il əsgərlik və müharibədə olduğu illər nəzərə alınsa bu zaman 25 il stajı tamamdır. Hesab edir ki, müharibədə olduğu illərdə zərərli sahə kimi hesablanmalıdır. Bu əsasla cavabdehin imtinası əsassız hesab olunmaqla güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ bərpa olunmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasında gözətşi (06 ay 20 gün); - xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasında sürücü-ekspeditor (08 ay 03 gün); xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasında fəhlə (03 ay 27 gün); - xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasında sürücü (01 ay 26 gün); - xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasında sürücü (09 ay 04 gün); - xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasında sürücü (01 il 04 ay 15 gün); - xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasında sürücü (05 ay 17 gün); - xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasında quraşdırıcı (01 il 10 ay 13 gün); - xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasında sürücü (03 il 16 gün); - xx.xx.1995-ci il tarixdən hal-hazıradək (xx.xx.2006-cı il tarixədək 10 il 06 ay 26 gün) müxtəlif peşələrdə işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabşasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 19 il 09 ay 16 gün təşkil edir. - xx.xx.2008-ci il tarixli Hərbi Bilet əvəzi arayışın notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 1777 nömrəli və xx.xx.2022-ci il tarixli 2226 nömrəli məktublardan görünür ki, İddiaçı 22 may 1982-ci il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Sovet Ordu sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və 05 may 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı səfərbərliklə əlaqədar olaraq 23 aprel 1994-cu il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılmış və təqdim olunan sənədlərdəki qeydlərə əsasən N saylı hərbi hissədə iyun 1994-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iddiaçının 22 may 1982-ci il tarixdən 05 may 1984-cü il tarixədək həqiqi hərbi xidmət dövrü 01 il 11 ay 15 gün təşkil etmişdir. - 815987 nömrəli Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri 4 saylı Peşə məktəbində təhsil almışdır. İddiaçının təhsil dövrü 02 il 10 ay 12 gün təşkil edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, “iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən az güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına, həmçinin 12 il 6 aydan az güzəştli iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun: 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.8-ci madddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunuvericiliyin tələbindən göründüyü kimi hazırkı iş iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus müvafiq sənədlərə əsasən iş stajı (19 il 09 ay 16 gün), təhsil dövrü (02 il 10 ay 12 gün), hərbi xidmət dövrü (01 il 11 ay 15 gün) və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövr (əlavə 2 ay) nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən az (24 il 9 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur. Göründüyü kimi onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamışdır. Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş: - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 257 nömrəli arayışında göstərilmişdir: “xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı:xx.xx.1995-ci il tarixdə AzGerneft MMC-yə matorçu peşəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə QYƏTS-də traktorlar üzrə 5-ci dərəcəli matorçu peşəsinə keçirilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçirilib. xx.xx.2002-ci il tarixdə Quyuların yeraltı və əsaslı təmir sahəsinə 4-cü dərəcəli quyularm yeraltı təmiri üzrə operator vəzifəsinə keçirilib. İddiaçı xx.xx.2002-ci il tarixdən, hal hazır ki, vaxta kimi AzGerneft MMC-nin Quyularm yeraltı və əsaslı təmir sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndaki, “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin “a)fəhlələr” yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsinə aiddir.” - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 208 nömrəli arayışında göstərilmişdir: “xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən: xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə matorçu peşəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə QYƏTS-də traktorlar üzrə 5-ci dərəcəli matorçusu peşəsinə keçirilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçirilib. xx.xx.2002-ci il tarixdə Quyuların Yeraltı və Əsaslı Təmiri sahəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator peşəsinə keçirilib. İddiaçı xx.xx.2002-ci il tarixdən hal- hazırki vaxta kimi "xxxx" MMC-nin Quyuların Yeraltı və Əsaslı Təmiri sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndaki, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin, “10.2.Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin “a) fəhlələr” yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar ” peşəsinə aiddir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “quyuların yeraltı təmiri üzrə operatorlar” (kod 1100000a—15876) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilsə də, iddiaçı həmin peşədə xx.xx.2002-ci il tarixdən işləmişdir və onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az (03 il 10 ay) təşkil etmişdir. Göründüyü kimi iddiaçının tələbinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2660/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2660/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver