Məhkəmə qərarları › İş №2-1(103)-2661/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2661/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2661/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X5 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255b saylı, 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən iddiaçıya 2004-cü ildə bağlanmış 33766 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivinda 0,12.ha 255 saylı bağ sahəsi istifadəsinə verilmişdir. İddiaçı dəfələrlə həmin bağ sahəsinə dair hüquqlarının sənədləşdirilməsi üçün dəfələrlə cavabdeh müraciət etmiş, 23 aprel 2011-ci il tarixli məktubunda uyğunsuzluq aşkar olunduğu, slnuncu dəfə isə xx.xx.2018-ci il tarixli cavab məktubu ilə göstərilən sahənin və bağ nömrəsinin sxematik xəritədə aşkar edilmədyi, Abşeron əravzisindən verilmiş digər bağ sahəsi ilə üst-üstə düşdüyü, həmçinin bir hissəsin yüksək gərginlikli mühafizə zolağına düşdüyü bildirilərək, imtina cavabı verilmişdir. Məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında da cavabdeh eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 2-1(82)171 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X2 Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-769/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı X2 xx.xx.2022-ci ildə vəfat etdiyindən ( i.v.203) onun qanun üzrə vərəsəsi olan X6 iş üzrə iddiaçı qismində tanınmışdır. İş üzrə yeni iddiaçı, X5, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, atası mərhum X3 Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ və X1 Birliyi tərəfindən 14 dekabr 2004-cü il tarxli 33766 saylı müqavilyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0,12 ha torpaq sahəsi olan 255 B saylı bağ sahəsi verilmişdir.Atası xx.xx.2022-ci ildə vəfat etmişdir. Odur ki,cavabdehdən atasına ayrılmış həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə yaranmış zərurətə əsasən həmin torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsini tələb etmişdir (i.v.214, 217-218) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası X3 məxsus olması barədə iddiaçı X4 adına arayış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmiş, bundan əlavə müqaviləyə əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) mühafizə zolağına düşür, bundan əlavə müqavilə üzrə bağın ölçüsü 0,12 olsa da, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli yerli baxış zamanı bağın faktiki ölçüsü 1091 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının 27 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmən xahiş etmişdir (Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı Xaliq Şahbazov bağ sahəsi onlara verilən zaman yüksək gərginlikli elektrik xəttinin mövcud olmadığını, torpaq sahəsi ayrıldığı vaxtdan onların istifadəsində olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0,12 ha torpaq sahəsi olan 255 B saylı bağ sahəsinin mərhum atasına məxsus olması barədə olmasına dair arayış verilməsi barədə öhdəliyinin öhdəliyin icrası haqqında iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə əsaslıdır. Belə ki, İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ və X1 Birliyi ilə iddiaçının mərhum atası X5 arasında bağlanmış 14 dekabr 2004-cü il tarxli 33766 saylı müqavilyə əsasən müəyyən olunur ki, sonuncunun istifadəsinə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0,12 ha torpaq sahəsi olan 255 B saylı bağ sahəsi ayrılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin daşınmahz əmlaka dair hüquqların qeyəd alınması üçün əsas sayılır. Həmin Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmiş, bundan əlavə müqaviləyə əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) mühafizə zolağına düşür, faktiki ölçüsü 1091 kv.m təşkil edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini tamamilə əsassız sayır. Belə ki, birincisi, qeyd olunan müqavilə ləğv olunmamış və həmin müqavilə ilə ayrılmış torpaq sahəsi faktiki olaraq ayrıldığı vaxtdan mərumun və onun ailəsi tərəfindən istifadə olunmuşdur. Belə olan halda, həmin torpaq sahəsinin sxematik xəritədə təsbit olunmaması onun təqsirinə yozula bilməz. Digər tərəfdən, işdə olan Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə daxil olmuş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinin 13444 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş, elektron kadastr bazasında başqa fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat aşkar edilməmiş, yüksək gərginlikli elekrik xətti iddia edilən torpaq sahəsindən isə 14 metr məsafədə yerləşir. İddiaçının qeyd olunan izahatından göründüyü kimi, bağ sahəsi ayrılarkən mübahisələndirilən elektrik xətti mövcud olmamışdır. Həqiqətən də "xxxx" ASC birinci instansiya məhkəməsi məhkəmənin sorğusuna ünvanladığı 01/0506/1146 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda da bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən bağ sahəsinin kənarından 35 kV-luq “Xaşa-Xuna” – y/s 430 hava xətti keçir və həmin xətt 2008-ci ildə istismara verilmişdir."xxxx" ASC işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda isə bildirmişdir ki, həmin torpaq sahəsinin kənarından keçək elektrik hava xəttinin istismarına çətinlik yaratmır və dövlət reyestrində qeydə alınmasına etiraz etmir. Cavabdehin apellyasiya şikayətinin bağ sahəsinin ölçüsünün 0,12 ha deyil, faktiki olaraq 1091 kv.m təşkil etdiyini mübahisəlndirməsinə gəldikdə isə birincisi, bağın sahəsində artma yox azalma mövcuddur ki, bununla da iddiaçı razılaşır. Beləliklə də, sübutlarla müəyyən olunan hallarla cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğunu sübuta yetirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Göründüyü kimi, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqları aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh orqanın qeyd olunan Nizamnamə ilə üzərinə düşən öhdəliyidir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən olaraq mübahisəli bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməməsi onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar