Məhkəmə qərarları › İş №2-1(103)-2661/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2661/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2661/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)-3021/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qardaşının 1992-2015-ci illər üçün pensiyasının dəqiqləşdirilməsi üçün ekspertizia təyin olunmasını, həmin illər üçün verilməli olan pensiya məbləğinin dəqiqləşdirilərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)-3021/2023 saylı qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı həmin qərardadadn apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir.Əlavə olaraq iş materiallarının 142-ci vərəqində olan prosessual müddətin bərpa edilməsi bardə ərizyə əsasən səhətində olan narahatlıqlara görə müddəti ötürdüyünü qeyd etmiş, bunun sübutu olaraq iş materiallarının 148-ci vərəqində olan “Xəstəlik tarixindən çıxarış”a istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərardadın surəti 09 fevral 2023-cü il tarixldə qəbzə imza etməklə iddiaçı tərəfindən qəbul edilmiş, qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürməklə verilmişdir. İddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş buraxılmış prossesual müddətin bərpası barədə ərizəyə münasibət bildirərkən, kollegiya qeyd edir ki, iddiaçı iş materiallarının 142ci vərəqində olan prosessual müddətin bərpa edilməsi bardə ərizyə əsasən səhhətində olan narahatlıqlara görə müddəti ötürdüyünü qeyd etmiş, bunun sübutu olaraq iş materiallarının 148-ci vərəqində olan “Xəstəlik tarixindən çıxarış”a istinad etmişdir. Lakih bəhs edilən “Xəstəlik tarixindən çıxarış”dan görünür ki, iddiaçı 13 aprel 2023-cü il tarixdə tibb müəssisəsinə daxil olub və 15 aprel 2023-cü il tarixdə tibb müəssisəsindən çıxmışdır.Halbuki, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)- 3021/2023 saylı qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti 09 fevral 2023-cü il -19 fevral 2023-cü il tarixlər aralığında mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən, cavabdehə buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizə və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə şikayət vermiş şəxs tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü hal olmadan ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir.Buna görə də, prosessual müddətin bərpa edilməsi bardə ərizə əsaslı sayıla bilməz, odur ki, iddiaçı verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)-3021/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar