Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2662/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması” barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı işi üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, "xxxx" MMC-nin üçüncü şəxs kimi cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli 2-1(112)-5718/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 fevral 2024-cü il tarixli qərardadı ilə X5 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 saylı, 01 mart 2024-ci il tarixli qərarını ləğv edərək, işə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayətinin vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-46/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim edilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)- 46/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı iddiaçı tərəfindən hər hansısa sübut təqdim edilmədiyindən mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bununla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin qeyd olunan halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərar iddiaçı tərəfindən 27 mart 2024-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə qəbul edilmiş, apellyasiya şikayəti isə 29 aprel 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 27 mart 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 3 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti 29 aprel 2024-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 1(112)-46/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2662/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2662/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver