Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2665/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), İmanov Azad Nizam oğlu, X2 ğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair” inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (“AR DSMF”) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair” məcburetmə haqqında iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh AR DSMF-nin Suraxanı rayon şöbəsinin imtinası qanunsuz hesab edilmiş, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilərək, iddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh AR DSMFnin Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar icra edilməsi üçün məhkəmənin 01 iyul 2015-ci il tarixli məktubu ilə cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixində cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1221/2020 saylı 11 iyun 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsinə görə mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1868/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Cavabdeh (ƏƏSMN tabeliyində DSMF PHŞ-in Məhkəmə Mübahisələri ilə iş üzrə xx.xx.2021-ci il tarixli Mərkəzi Filialı iş qayıtdıqdan sonra buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-496/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya icraatı mümkün sayılaraq icraata qəbul edilmişdir. Daha sonra, 30 mart 2021-ci il tarixində keçirilən məhkəmə iclasında DSMF-nin Suraxanı rayon şöbəsi, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Ağakişiyeva apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Gənci İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya mərhələsində əldə olunmuş sübutların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı 2015-ci ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin olunması üçün DSMF-nin Suraxını rayon şöbəsinə müraciət edərkən, eləcə də 2 saylı Bakı İnzibati-İqtisajdi Məhkəməsində ona qarşı iddia qaldırarkən yaşayış yeri üzrə pasport qeydiyyatı Şəmkir rayonunun Əliyaqublu kəndi olmuşdur. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi, Suraxanı RPİ tərəfindən xx.xx.2012ci il tarixində verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun yaşayış yeri üzrə pasport qeydiyyatı ünvan 1 ünvanı qeyd olunmuşdur.Lakin hazırkı mərhələdə məhkəmə sorğuları əsasında Bakı Apellyasiya məhkəməsinə təqdim edilmiş - Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, habelə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktublarına əsasən müəyyən olunmuşdur ki, xx.xx.1959-cu il təvəlludlu İddiaçı əslində: - ilk dəfə xx.xx.2008-ci il tarixində AZE xx.xx.2008-ci il tarixində Şəmkir Rayon Polis Şöbəsi tərəfindən AZE 06584683 (FİNxxxxxxx) nömrəli şəxsiyyət vəsiqəsi verilmiş; -daha sonra, həmin şəxsiyyət vəsiqəsi xx.xx.2013-cü il tarixində dəyişdirilərək o, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş; -hər iki şəxsiyyət vəsiqəsində onun yaşayış yeri Şəmkir rayonunun Əliyaqublu kəndi qeyd olunmuş; -İddiaçı heç vaxt qeydiyyatı ünvan 3 ünvanı üzrə qeydiyyatda olmamışdır.“ Göründüyü kimi, 2015-ci ildə iddiaçı yaşayış yeri üzrə Şəmkir rayonunda qeydiyyatda olduğu halda DSMF-in Şəmkir rayon şöbəsinə pensiya təyinatı üçün müraciət etməli olsa da, yaşayış yeri üzrə qeydiyyatda olmadığı başqa bir inzibati ərazidə yerləşən DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmiş və həmin şöbəyə qarşı da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Halbuki, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2-ci bəndinə əsasən iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu pensiya təyin edən orqana - DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət etməli idi və pensiya təyinatını aparmaqda səlahiyyətli olan həmin şöbənin imtinasını aldıqda isə onun yerləşdiyi yerin məhkəməsinə, yəni, Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli idi. Belə ki, həmin vaxt qüvvədə olan prosessual hüquq normalarına, o cümlədən, İPMin 8.1.2-ci və 8.1.4-cü maddələrinin redaksiyasının tələbləri baxımından, daşınmaz əmlakla yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar, habelə mübahisələndirmə haqqında, eləcə də, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olan mübahislər istisna olmaqla, digər hallarda, iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılması nəzərdə tutulurdu. Eyni zamanda, “Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 310 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında” Əlavədə nəzərdə tutulurdu ki, Şəmkir raoynu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aiddir. Hazırda da, məhz, nüvvədə olan prosessual hüquq normalarına əsasən işin ərazi adiyyəti Gəncə İnzibati Məhkəməsinin səlahiyyətinə aid olunur. İPM-in 8.1.2-ci maddəsinin hazırda da qüvvədə olan redaksiyasına görə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, məcburetmə və öhdəliyin icrası haqqında iddialara da mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti şamil olunur ki, belə olan haldada hazırkı mübahisənin ərazi adiyyəti üzrə iddiaçının yaşayış yerinin məhkəmə tərəfindən baxılmalı olduğu müəyyən olunur. Hazırda qüvvədə olan qanunvericiliklə isə aşağıdakılar müəyyən olunmuşdur. Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən isə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 2 №-li qərarı ilə Şəmkir rayonu ərazisi – Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, həm iddiaçının ilkin müraciətinə baxılarkən, həm də onun tərəfindən məhkəmədə iddia qaldırarkən, eləcə də, hazırda - qüvvədə olan hüquq normalarına əsasən hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu Şəmkir rayonunun yerləşdiyi yerin məhkəməsi, yəni, Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən iş materialları hərtərəfli araşdırılmamış, iddiaçının şəxsiyyətini müəyyən edən səndədin əslinə baxış keçirilməmiş, DSMF işə cəlb olunmaqla, işin ərazi aidiyyəti məsələləri araşdırılmamış, eyni zamanda cavabdehin də cavabdehin kimliyinə aydınlıq gətirilməmiş və onun əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə olunmamış, beləliklə də əmək pensiyaları haqqında və prosessual - hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Halbuki, İPM-in 8.2-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti onun səlahiyyətinə aid olub-olmamasını, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirməyə, zəruri hesab etdikdə isə, iş üzrə ərazi aidiyyətinin yuxarı məhkəmə instansiyası tərəfindən müəyyənləşdirilməsi üçün, həmin Məcəllənin 9.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən vaxtında istifadə etməyə, eləcə də, həmin Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya iddiaının dəqiqləşdirilməsində yardım etməyə borclu idi. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015ci il tarixli qərarı ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarı ləğv edilsin. İş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2-1(103)-2665/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2665/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver