Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2668/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşının tamam olması ilə əlaqədar olaraq güzəştli şərtlərlə pensiya təyin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər, xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixədək sement yükləyicisi, xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996- cı ii tarixli 19/K saylı əmrlə xx.xx.1996-cı il tarixində 1 № sexə 5-ci dərəcəli təmirçiçilingər işinə qəbul edilmişdir. xx.xx.1996-cı il 37/K saylı əmrə əsasən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə (köçürmə yolu ilə) əsasən xx.xx.1996-cı il tarixindən işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixli 7/K saylı əmrlə xx.xx.1999-cu il tarixindən 6 №-lİ sexə 4-cü dərəcəli təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixli 12/K saylı əmrlə 6 №-li sexin 4-cü dərəcəli təmirçi-çilingər, xx.xx.1999-cu il tarixində 4 №-li sexə 6-cı dərəcəli təmirçiçilingər işinə keçirilmişdir. xx.xx.2002-ci il tarixli EEİ 03/92 əmrinə əsasən təmizləyici qurğular sexinin «Bakı Kanalizasiya» İB-nin balansına verilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. Bundan əlavə isə xx.xx.2007-ci il tarixli arayışdan da görünür ki, o, həqiqətən xx.xx.1990-cı il tarixdə 64/K saylı əmrlə Qaradağ sement zavodun Elektrik Süzgəcləri sexində Elektrik Avadanlıqlarının Təmiri üzrə Çilingər işinə qəbul edilmiş və xx.xx.1991-ci il tarixində 34/K saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Sonra xx.xx.1991-ci il tarixdə 83/K saylı əmrlə yenidən Qaradağ sement zavodunun Elektrik Süzgəcləri sexində elektrik avadanlıqlarının təmiri üzrə çilingər işinə qəbul edilmiş, 25,05.1993-cü il tarixində 53/K saylı əmrlə Yükləmə sexinə açıq sement dolduran işinə keçirilmiş və xx.xx.1996-cı il tarixində 66/K saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyini üzrə müraciət etdikdə isə cavab olaraq bildirilmişdir ki, X10 etdiyiniz sənədlərdə güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay 10 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1996-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı əlavə olaraq bildirmişdir ki, o, Metalkonstruksiyada 4 il quraşdırıçı vəzifəsində çalışmış, sonra isə Makdermott boru quraşdırıcıya işçi tələb olunduğu üçün ora göndərilmiş və sertifikat aldıqdan sonra 1 il də orada quraşdırıçı işləmişdir. İddiaçı hesab edir ki, güzəşt arayışına əsasən ona güzəştli pensiyanın tətbiq olunması qanunvericiliyə uyğundur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmə tərəfindən araşdırılan güzəştli iş stajı müvafiq arayış təqdim edilmədiyindən onun güzəştli əmək fəaliyyətinə daxil edilməyən xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövrdən ibarətdir. Birinci instansiya məhkəməsinin iddiaçının güzəştli iş stajının araşdırılması və təmin olunmasına yönələn mövqeyi ilə razılaşmayaraq bildiririk ki, məhkəmə iddiaçının müvafiq güzəştli iş stajının araşdırılmasından ötrü BOS Şelf MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavoduna sorğu göndərmiş və həmin müəssisələr qeyd olunan “quraşdırıcı” vəzifəsinin Nazirlər Kabinetinin müvafiq qərarında nəzərədə tutulan vəzifələrə uyğunlaşdırılmasının mümkün olmadığını qeyd edən cavablar vermişdirlər. Həmin cavabların məzmununa gəldikdə görürük ki, müəssisələr tərəfindən iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövr üçün fəaliyyət istiqaməti, o cümlədən icra etdiyi funksiyaları müəyyən olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır. Məhkəmə sözügedən vəzifənin Nazirlər Kabinetinin müvafiq qərarında olan vəzifəyə uyğunlaşdırılması zamanı cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlərə istinad edərək həmin vəzifələrin iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsi ilə eyniliyini bildirsə də, görünür ki, mübahisələndirilməyən dövrlərə dair güzəştli arayış verən müəssisələr “quraşdırıcı” vəzifəsinin Nazirlər Kabinetinin müvafiq qərarında nəzərədə tutulan vəzifələrə uyğunlaşdırılmasının mümkün olmadığını qeyd etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün digər şərtlərlə bərabər onun işlədiyi vəzifə Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmalıdır. Həmin “quraşdırıcı” vəzifəsinin məhkəmə tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarındakı vəzifəyə uyğunlaşdırılması formal mülahizə xarakterli olmaqla heç bir hüquqi əsasa və sübuta söykənmir. Tərəflərin izahatları : Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin ediməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə güzəştli iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsi ilə həll olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olub və 30 dekabr 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Cavabdeh tərəfindən mübahisələndirilən hal odur ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi boru montajı üzrə quraşdırıcı vəzifəsi güzəştli iş stajına daxil edilməməlidir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının müvafiq güzəştli iş stajının araşdırılmasından ötrü BOS Şelf MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavoduna sorğu göndərmiş və həmin müəssisələr qeyd olunan “quraşdırıcı” vəzifəsinin Nazirlər Kabinetinin müvafiq qərarında nəzərədə tutulan vəzifələrə uyğunlaşdırılmasının mümkün olmadığını qeyd edən cavablar vermişdirlər. Həmin cavabların məzmununa gəldikdə görürük ki, müəssisələr tərəfindən iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövr üçün fəaliyyət istiqaməti, o cümlədən icra etdiyi funksiyaları müəyyən olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlili ilə razılaşmayaraq aşağıdakı iş materiallarına diqqət çəkir: -“X3 İnc.” tərəfindən verilmiş xidmət sertifikatının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı iyul 2002-ci ildən iyul 2007-ci ilədək X3 İnc. Şirkətində boru montajı üzrə quraşdırıcı vəzifəsində işləmişdir. -Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində - Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2012-ci il tarixindən ( xx.xx.2012-ci il tarixli 252/k saylı əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1094/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 6 ay 16 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndinin, “a” yarımbəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2012-ci il tarixdən Metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir (xx.xx.2017 tarixli 357/17 ir saylı əmr). Qeyd edilir ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü "stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması’’ işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı", 29cu hissəsində, öz əksini tapmış "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 4 il 6 ay 1 gün təşkil edir. -BOS Şelf MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək BOS Şelf MMC-də X1 üzrə Quraşdırıcı vəzifəsində çalışmışdır. Onun güzəştli əmək şəraitində iş müddəti 4 il 6 ay 1 gün təşkil edir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. -BOS Şelf MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 2002-ci il tarixdən 2007-ci il tarixədək təsnifat kodu və fəaliyyət istiqaməti barədə MMC-nin məlumatlı olmadığı digər müəssisədə işləmişdir. Bu səbəbdən onun vəzifə adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə olub-olmaması barədə arayışın verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, SOCAR-ın 14 sentyabr 2012-ci il tarixli, 196 S nömrəli “Əmlakın icarəyə verilməsi haqqında” Sərəncamı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun bütün avadanlıqları və istehsalat sahələri “BOS Şelf’ MMC-yə icarəyə verilmişdir. Buna görə də, həmin tarixdən sonra metal konstriksiyaların istehsalı üzrə işlər BDÖZ tərəfindən deyil, "xxxx" MMC tərəfindən aparılır. Bildirilir ki, Zavod tərəfindən quraşdırma işlərinin yerinə yetirilməməsi və bu sahə üzrə mütəxəssislərinin olmaması səbəbindən İddiaçı “Mak.X4 İnk.”-da (McDermott X9.) işləmiş olduğu “quraşdırıcı” peşəsinin vəzifə fuksiyaları barədə və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı bənddə və yarımbənddə nəzərdə tutulması barədə məlumat verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “X3 İnc.” şirkəti SOCAR-ın strukturuna aid olmadığından, həmçinin vətəndaşın həmin şirkətlə əmək münasibətlərində olduğu dövr üçün fəaliyyət istiqaməti, o cümlədən icra etdiyi funksiyaları müəyyən olmadığı üçün sorğunuzun cavablandırılması mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən bildirilir ki, Panamanın "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən müraciətdə qeyd olunan hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir, vergi ödəyicisinin aktiv əmək müqaviləsi müəyyən edilməmişdir. Əlavə olaraq bildirilir ki, Panamanın "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi təqdim edilmədiyindən işçi sayını müəyyən etmək mümkün olmamışdır. Məktuba əlavə olaraq həmin hüquqi şəxsin təsis sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “X12 Konstraktors İNK”-nin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Panamanın “X3 İNC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarıan əsasən müraciətdə qeyd olunan hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir, vergi ödəyicisinin aktiv əmək müqaviləsi müəyyən edilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2002-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “X2 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövr onun ümumi iş stajına daxil edilmişdir və həmin dövr üzrə sözügedən Filial tərəfindən ona dair sosial sığorta ödənişləri həyata keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi boru montajı üzrə quraşdırıcı (quraşdırıcı, boru quraşdırıcısı) vəzifəsini onun cavabdeh tərəfindən mübahisələndirilməyən İddiaçı adına dərin özüllər zavodunda xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə işlədiyi “polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsinə və xx.xx.2012xx.xx.2017-ci illərdə "xxxx" MMC-də işlədiyi “metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsinə müəssisələrin fəaliyyət istiqamətlərindəki oxşarlıq və peşələrin xarakteri baxımından uyğun hesab edir və iddiaçının "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialından güzəştli iş stajına dair arayış olmadan da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsi olan – “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a) fəhlələr” yarımbəndində qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”a uyğun gələn vəzifə kimi qiymətləndirilməsini mümkün sayır. Bu baxımdan, hazırkı işin hallarına görə iddiaçının 2002-2007-ci illərdə işlədiyi və əmək kitabçasında müvafiq qeydiyyat aparılmış əmək fəaliyyəti dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. İşin obyektiv araşdırılması məqsədi ilə iş apelyasiya instansiya məhkəməsinin icratında olarkən “MCdermott” X7” şirkətinin Azərbaycan Respublikasındakı Filialına sorğu verilərək, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “MakX4 İNK”də işlədiyi quraşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və kodlar göstərilməklə güzəştli iş stajının olub-olmaması və yaxud əmək funksiyalarının hansı vəzifəyə uyğun gələn peşə olması (kodu göstərilməklə) ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sözügedən sorğusuna cavab olaraq “MCdermott” X7” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) xx.xx.2002-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək “Mcdermott” şirkətində Quraşdırıcı vəzifəsində işləmişdir. Həmçinin, arxiv məlumatlarımız əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədərki dövrdə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində 6-cı dərəcəli quraşdırıcı vəzifə səlahiyyətlərinin icrasını həyata keçiniləsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi “Boruları, boru sistemlərini və sənaye texnikası sistemləri uçiin nəzərdə tutulmuş avadanlıqların yerləşdirilməsik, hazırlanması, yığıb quraşdırılması və onlara texniki xidmət'' çərçivəsində olmuşdur. İddiaçı əsas vəzifə öhdəlikləri aşağıdakıları əhatə etmişdir: 1 İş xüsusiyyətlərinə müvafiq olaraq borunun və əlaqədar materialların növünü və ölçüsünü seçir; 2 Maneələrin olub-olmamasını müəyyənləşdirmək üçün iş sahəsini yoxlayır, onların aradan qaldırılması üçün quraşdırma işlərinin və digər tikinti işçilərinin fəaliyyətinin ardıcıllığını planlaşdırır; 3 Müvafiq alətlərdən istifadə etməklə xüsusiyyətlərə uyğun olaraq borunu kəsir, üstündə yiv açır və əyir; 4 Boruları və boru armaturlarını yığır, quraşdırır və birləşdirir, eləcə də müvafiq alətlərdən istifadə etməklə tutqac. kronşteyn və asma kronşteynlər vasitəsilə boruları konstruksiyaya bərkidir;
5. Sızıntılara qarşı boru sistemini sınaqdan keçirir;
6. Boru hissələrini birlikdə qaynaq edir və saxlayıcı elementləri polad konstruksiya hissələrinə qaynaq edir. İddiaçı icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 saylı qərarının 1 lOOOOOOa—19238 bəndində qeyd olunmuş “tərkibində hidrogen sulfıd olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” vəzifəsinə uyğun gəlir. Bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10.2(a) bəndində də eyni formada öz əksini tapmışdır. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan apelyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, X10 edilən “Mcdermott şirkətinin” iddiaçıya dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə, xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə “X6” MMC-də quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Kollegiya tərəfindən aparılan araşdırma zamanı “MCdermott” X7” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaçının işlədiyi peşələrin güzəştli olmasını təsdiq edən arayış məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2002-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilməyən 10 il 5 ay 10 gün + mübahisələndirilən 5 il, 1 ay = 15 il, 6 ay, 10 gün). Qeyd olunanlardan əlavə olaraq Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın nəticə hissəsində texniki yalnışlığa yol verilərək İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Halbuki iş materiallarından isə görünür ki, iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Odur ki, qeyd edilən texniki yalnışlıq aradan qaldırılmalıdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı, qərarın nəticə hissəsində qeyd edilən “xx.xx.2022ci il tarixdən” ifadəsi “xx.xx.2022-ci il tarixdən” oxunmaqla qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı - qərarın nəticə hissəsində qeyd edilən “xx.xx.2022-ci il tarixdən” ifadəsi “xx.xx.2022-ci il tarixdən” oxunmaqla - dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.