Məhkəmə qərarları › İş №2-1(103)-2669/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2669/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2669/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Eyni zamanda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-239/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Hazırda hər iki inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(103)-2669/2025 nömrəli inzibati iş 2-1(103)-517/2025 nömrəli inzibati işə bir icraatda birləşdirilməlidir. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin “Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat” adlanan fəslində göstərilən 81.3-cü maddəyə əsasən Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Normanın məzmunundan göründüyü kimi, inzibati prosessual qanunvericilik mübahisə predmeti eyni olan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsinin mümkünlüyünü və zəruriliyini nəzərdə tutur. Bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin tez və düzgün həll edilməsindən ibarətdir. Qanunvericiliyin tələbinə görə bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin obyektiv əsaslarına həmin tələblərin – mübahisə predmetlərinin eyni növlü olması aiddir. Bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin zəruriliyi məsələsi işə baxan məhkəmənin səlahiyyətinə aid edilməklə onun tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan və birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədəmüvafiq olduğundan müstəqil işlər bir icraatda birləşdirilməlidir. Odur ki, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında mübahisə predmetləri eyni olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair 2-1(103)- 2669/2025 nömrəli inzibati iş iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən 5501 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair 2-1(103)-517/2025 nömrəli inzibati işə bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1,56.3 və 83.3.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair 2- 1(103)-2669/2025 nömrəli inzibati iş iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən 5501 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair 2- 1(103)-517/2025 nömrəli inzibati işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar