Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-267/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(112)-666/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən təklif olunmuş 55000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına Bakı şəhəri Cavabdehndən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli Qərarına əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Cavabdeh müəyyən edilməsi, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi Cavabdehnə tapşırılmışdır. Onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmış və həmin torpaq sahəsi üzərində dövlətin sahiblik hüququ əldə edilmişdir. Torpaq sahəsi 26.05.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı 05.08.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, 19.08.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Torpağın dəyəri 25.09.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350 000 ABŞ dolları 315 000 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2864 manat; 05.08.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350 000 ABŞ dolları 283 360 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2576 manat; 19.08.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350 000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZN-dir. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80%-dən artıq olmasını göstərir. Hazırda isə Yasamal RİH-in əməkdaşları tərəfindən qeyri-rəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110.000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64 705 ABŞ dolları təşkil edir. Açıq-aşkardır ki, təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350 000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün bir sıra dövlət hakimiyyət orqanlarına rəsmi müraciətlər edilmişdir. Cavabdeh tərəfindən biləbilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmiş, yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Odur ki, ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Mərkəzi Bankın mövqeyinə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan - 493.257 manat ((516.651+469.864):2) kompensasiyanın ədalətli olduğu hesab edilməlidir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X12, X9, X10, X4, X13, X3 və X2 arasında bağlanmış 05.08.2008-ci il tarixli barışıq razılaşması haqqında müqavilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2008-ci il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsində X5 hissəsi 294,475 kv.m., X6 hissəsi 60 kv.m., X1 hissəsi 60 kv.m. və Bakı şəhəri, Q.Qarayev prospekti, ev 116, mənzil 30-da qeydiyyatda olan İddiaçı hissəsi 110 kv.m. müəyyən edilmişdir. Sözügedən qərardad əsasında İddiaçı ünvan 2 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsinin 110 kv.m. hissəsinə dair 13.03.2019-cu il tarixli, RX seriyalı, ******* №-li çıxarış almışdır. ünvan 2 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün İddiaçı “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunmasına baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə İddiaçı kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 №-li, 29.12.2018-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kv.m.-i üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli Qərarının təsirinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(112)-666/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – İddiaçı mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən təklif olunmuş 55.000 (əlli beş min) manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209 000 (iki yüz doqquz min) manat əlavə edilməsi və cəmi 264.000 (iki yüz altmış dörd min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına Bakı şəhəri Yasamal Rayon İcra Hakimyyətindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 22.10.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2020 nömrəli 04.09.2020-ci il tarixli qərarının – təzminat məbləğinə 209 000 manat əlavə edilməsi və cəmi 264 000 manat məbləğində kompensasiyanın tutulması hissəsinin dəyişdirilməsi, yəni təzminat məbləğinə 438 257 manat əlava edilməsi və cəmi 493 257 manat məbləğində kompensasiyanın tutulması ilə əvəz olunması barədə qərar çıxaılmasını xahiş etmişdir. 22.10.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 sebtyabr 2020-ci il tarixli 2-1(112)-666/2020 nömrəli qərarının “iddia qismən təmin edilsin” və “55000 manat təzminat (kompensasiya) məbləğinə 209 000 manat əlavə edilsin və cəmi 264 000 manat məbləğində kompensasiya ödənilsin” hissəsində ləğv edilməsi, iddia tələbinin “55 000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində təmin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazinin Yasamal rayonu ərazisində perspektivli və dəniz panaramalı olmasını, həmçinin cavabdeh tərəfindən kompensasiya təklif olunarkən mövcud inflyasiyanın qanunvericilikdə nəzərdə tutulan digər faktorların nəzərə alınmamasını və yaxın ərazilərdə yerləşən 1 sot torpaq sahəsinin 400000 manata satılması barədə internet saytlarından çıxarılmış sənədlər nəzərə alınsa, bir daha sübut olunar ki, iddiaçının tələbi həm ədalətli, həm də qanuni olmuşdur. İşin göstərilən halları məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə görə düzgün qiymətləndirilsə də yekunda iddia tələbinin təzminat məbləğinə 209 000 manat əlavə edilməsi hissəsi bir qədər ədalətsiz olmuşdur. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı məsələnin araşdırılması üçün sakinləri qəbul edən “Daşınmaz əmlakın alınması qrupu”na, o cümlədən qiymətləndirməni həyata keçirən müstəqil qiymətləndirici “xxxx” MMC-nin fəaliyyət göstərdiyi ünvana müraciət edilməsi tövsiyə olunsa da, yalnız yazılı məktublarla müraciət etmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması məsələlərini tənzimləyən həmin qanunun müddəalarından görünür ki, torpağın qiymətləndirilməsi üçün vacib olan prosedurlardan iri torpağın alınması qrupunun və qiymətləndirmə komissiyasının alınmasının təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı həm yazılı, həm də şifahi danışıqların aparılmasıdır ki, iddiaçı bunu etməkdən birmənalı imtina etmişdir, yalnız alan orqana və digər dövlət orqanlarına çoxsaylı məktubların göndərilməsi ilə kifayətlənmiş və sonda birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə “xxxx” MMC-nin ekspert rəyini mötəbər sübut kimi qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Ekspert rəyi hansı əsaslarla mübahisəli torpaq sahəsinin 1 kv.m sahəsini 2500 manat olaraq qiymətləndirilməsi göstərilməmişdir. “xxxx” MMC tərəfindən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə mütəxəssisin iştirakının təmin edilməsinə dair 14.03.2019-cu il tarixdə məktub ünvanlanmış, lakin məktuba cavab verilməmişdir. Həmin məktub isə ekspertiza təyin edilməsi barədə qərardaddan 8 ay əvvəl yazılmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycan Respublikası Maliyyə Nazirinə ünvanladığı 09.04.2010cu il tarixli məktuba əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə bağlı mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməlidir. Qanunvericiliyin tələblərindən görünür ki, bazar qiyməti müəyyənləşdirilərkən yaxınlıqda olan torpaq sahələrinin bazar qiyməti əsas götürülür. Həmin torpaq sahəsinin digər payçılarının mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinə görə kompensasiya hesabladığı zaman qərarında qanunun 56.1.1 və 56.1.6-cı maddələrinə istinad edərək kobud pozuntuya yol vermişdir. Qanunun həmin maddələri kompensasiya hesablanmasında alınmanın təsirinə məruz qalmış şəxslərin yaşayış evlərini tərk etmək məcburiyyətində qaldıqları üçün keçirdikləri narahatlıq və xərclərin bərpa olunması prinsiplərinə əsaslanmasını nəzərdə tutur. Lakin iddiaçının mülkiyyətində fərdi yaşayış evinin deyil, yalnız torpaq sahəsi olduğu halda torpaq sahəsinin qiymətləndirilməsi zamanı sözügedən qanunun qeyd edilən maddələrinə istinad edilməsi yolverilməzdir. Məhkəmə qərarı həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, dövlət ehtiyacları üçün torpaqların özgəninkiləşdirilməsinə yalnız onun dəyərinin qabaqcadan ədalətli ödənilməsi şərtilə yol verilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 56-cı maddəsində qeyd edilir ki, kompensasiyanın hesablanması zamanı bazar qiyməti ilə yanaşı, infilyasiya da nəzərə alınmalı idi. İnfilyasiya ilə bağlı Mərkəzi Banka müraciət etmişlər. Onlara bildirilmişdir ki, 2015-dən bu yana nə qədər infilyasiya olmuşdur. Məhkəmə gedişatında 2-ci, 3-cü iclasdan sonra təklif məsələsi ortaya çıxmışdır. Demişlər ki, 500 manat təklif edirlər. Bu vaxta qədər qarşı tərəf məbləği mübahisələndirməmişdir. İndi mübahisələndirirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, burada məsələ 350.000 dollar borc məsələsinin üstündə durur. Borcun əvəzində 110 kv.m torpaq veriblər. Yəni batmış pulun əvəzinə torpaq verilmişdir. Amma bu, torpağın dəyərini əks etdirmir. Azərekspert 500 manat müəyyən etmişdir. Lakin hər hansı ödəniş olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiklərindən, hazırda apellyasiya baxışının hədlərinin qərarın qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li 16.02.2018-ci il tarixli qərarının təsiri dairəsinə düşdüyündən dövlət ehtiyacları üçün müvafiq qanuna əsasən dəyəri ödənilməklə alınması zərurəti yaranmış, iddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, bu vaxta qədər ona qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməmişdir. İddiaçı, bununla bağlı, müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdeh Bakı şəhəri Cavabdehnə müraciətlər etsə də mübahisə öz həllini tapmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən iddiaçıya hər kv. metri 500 manat olmaqla kompensasiyanın ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəlləni 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). - 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. İşin mübahisəsi halıdır ki, hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncan vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafə olununa mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. İddiaya qarşı qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş Cavabdeh daşıyır. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin maddələrin tələblərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi. İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X22 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). “X7rşı” işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2500 manat məbləğdən aşağı 2400 manat müəyyən etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv. metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab edir. Həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə istinadən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 275.000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(112)-666/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı 275.000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-267/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-267/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver