Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2670/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iş üzrə Açar söz: güzəştli şərtlərlə pensiya Giriş hissə: X9 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1203/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1976-xx.xx.1978-ci ilədək (2 il) Tərtər rayonunun “İnqilab” kolxozunda üzvlük əsasında kolxozçu işlədiyi iş illərinin, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (11 ay) N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun hazırlıq şöbəsində dinləyici olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək (5 il 11 ay) həmin İnstitutda pediatriya ixtisası üzrə tam ali təhsil aldığı müddət, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (1 il) Bakı şəhər 6 nömrəli X11 Pediatriya ixtisası üzrə İnternaturada iş təcrübəsində olduğu müddət, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək (7 il 11 ay) Tərtər rayon X7 həkim məntəqəsinin müdiri, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək (2 il 2 ay 15 gün) Tərtər Rayon Uşaq X10 Yardım Şöbəsində həkim-pediatr, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək (2 il 5 ay 6 gün) Tərtər rayon Uşaq X1 həkim-pediatr, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək (6 il 10 ay 21 gün) Tərtər rayon Uşaq X1 həkim-pediatr, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək (4 il) Tərtər rayon Uşaq X1 həkim-pediatr, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək (11 il 3 ay) Tərtər rayon Uşaq X1 həkim-pediatr vəzifəsində işlədiyi iş illərinin, həmçinin xx.xx.2020-ci il tarixdən hal-hazıradək “X19 Dünyası” MMC-nin direktoru kimi (VÖEN: **********) ikinci iş yerində əmək fəaliyyəti müddəti və pensiya kapitalının nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 29 il 3 ay 12 gün ümumi iş stajının, pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 44 il 6 ay 15 gün sığorta stajının ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi və bu əsasla pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artırılması və pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2021-ci il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək (2 il) Tərtər rayonunun “İnqilab” Kolxozunda üzvlük əsasında kolxozçu işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (11 ay) N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun hazırlıq şöbəsində dinləyici, xx.xx.1979cu il tarixdən xx.xx.1985-ci il tarixədək (5 il 11 ay) həmin İstitutda pediatriya ixtisası üzrə tam ali təhsil almışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (1 il) Bakı şəhər 6 nömrəli X11 pediatriya ixtisası üzrə İnternaturada iş təcrübəsində olmuşdur. Bundan sonra xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək (7 il 11 ay) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Söylən həkim məntəqəsinin müdiri, xx.xx.1994- cü ildən xx.xx.1996-cı ilədək (2 il 2 ay 15 gün) Tərtər Rayon Uşaq X10 Yardım Şöbəsində həkim-pediatr, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək (2 il 5 ay 6 gün) Tərtər Rayon Uşaq X1 həkim-pediatr, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək (6 il 10 ay 21 gün) Tərtər Rayon Uşaq X1 həkim-pediatr, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək (4 il) Tərtər Rayon Uşaq X1 həkim-pediatr, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək (11 il 3 ay) Tərtər Rayon X1 həkim-pediatr vəzifəsində işləmişdir. xx.xx.2021-ci ildən halhazıradək isə Tərtər Rayon Mərkəzi X8 X4 Tibbi Yardım (TTTY) X14 bölməsinin təcili yardım həkimi vəzifəsində işləyir. Həmçinin xx.xx.2020-ci il tairxdən hal-hazıradək “X18 Dünyası” MMC-nin direktoru kimi (VÖEN **********) ikinci iş yerində əmək fəaliyyəti ilə məşğuldur. Qeyd olunan bütün əmək fəaliyyəti ona məxsus əmək kitabçasında, eləcə də, işəgötürən tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 550 nömrəli arayışda və X16 Portalından çıxarılmış sosial arayışlarda (bu arayışlarda onun ikinci iş yerinin də, olması barədə məlumat da verilmişdir), xx.xx.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışında dinləyici, ali təhsil və internatura müddətlərinin isə diplom və vəsiqədə müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 29 il 3 ay 12 gün ümumi iş stajına, pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 44 il 6 ay 15 gün sığorta stajına malikdir. Lakin, ona pensiya hesablanarkən xx.xx.2006-cı ilədək qeydə alınmış 25 il 2 ay sığorta stajının və 12071.99 manat pensiya kapitalının olması bildirilərək, buna uyğun olaraq xx.xx.2021-cı il tarixdən 217.02 manat pensiya hesablanması barədə ona sms məktub göndərilmişdir. O, bununla razılaşmayaraq təkrarən cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı ilədək 29 il 3 ay 12 gün ümumi iş stajına malik olduğunu bildirərək, yuxarıda qeyd olunan ümumi iş stajına daxil olan iş illərinin və təhsil illərinin yenidən hesablanaraq ona təyin edilmiş pensiyanın artırılmasını və artırılmış pensiya fərqinin ona ödənilməsini xahiş etmişdir. Lakin, cavabdehin ərizəsinə cavab olaraq göndərdiyi 07 may 2021-ci il tarixli, **********8 nömrəli məktubunda xx.xx.2006-cı ilədək qeydə alınmış 25 il 2 ay sığorta stajının və 12071.99 manat pensiya kapitalının olmasını və təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan “İnqilab” adına kolxozda işlədiyi dövrlərin əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına daxil edilmədiyini bildirərək qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablandığını bildirmişdir. O, cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız sayır. Belə ki, onun xx.xx.2006-cı ilədək qeydə alınmalı olan 29 il 3 ay 12 gün sığorta stajının və müvafiq pensiya kapitalının (onun hablelə ikinci iş yerinin olması, ordan əmək haqqı almasını və DSMF-yə sosial sığorta ödənişini ödəməsini X17 Portalından da, aydın görünür) olduğundan ona ən azından xx.xx.2006-cı ilədək qeydə alınmalı olan 29 il 3 ay 12 gün sığorta stajına görə aylıq 340.00 manat pensiya təyin edilməlidir. Belə ki, onun pensiya işindən aydın görünür ki, xx.xx.2006-cı ilədək qeydə alınmalı olan 29 il 3 ay 12 gün sığorta stajı vardır və bundan əlavə o, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək (4 il) Tərtər Rayon Uşaq X1 həkim-pediatr, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək (11 il 3 ay) Tərtər Rayon Uşaq X2 həkim-pediatr vəzifəsində işləmiş, xx.xx.2021-ci ildən hal-hazıradək isə Tərtər Rayon Mərkəzi X8 X5 Tibbi Yardım (TTTY) X14 bölməsinin təcili yardım həkimi vəzifəsində işləyir. Bundan əlavə o xx.xx.2020-ci il tarixdən hal-hazıradək “X19 Dünyası” MMC-nin direktoru kimi (VÖEN **********) ikinci iş yerində əmək fəaliyyətini davam etdirir və buna uyğun olaraq DSMF-yə sosialsığorta haqları ödəyir. Bütün bunlar onun pensiyasının yenidən hesablanaraq artırılmasının zəruriliyini göstərir. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-1203/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 1976-1978-ci illərdə sabiq “İnqilab” adına kolxozda işlədiyi illərin, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı ilə kimi Bakı şəhər 6 saylı X11 Pediatriya ixtisası üzrə keçdiyi internatura kursunun onun sığorta stajına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə həvalə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qərarın tam ləğv edilməsi xahiş olunsa da, məzmunundan görünür ki, qərar iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Apellyasiya .şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını əsaslandırarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.1986-cı il tarixində tərtib edilmiş ИТ-l № ******* saylı əmək kitabçasının və ЛВ № 020712 saylı diplomunun surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 25 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12071.99 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixində 217,02 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, iddiaçı onun hesablanmış sığorta stajının az olduğunu və ona hesablanan əmək pensiyasının məbləğinin az olduğunu qeyd edərək, yenidən xx.xx.2021-ci il tarixində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmişdir. Onun müraciətinə filialda baxılaraq xx.xx.2021-ci il tarixdə ona imtina cavabı verilmişdir. İmtina cavabında qeyd edilmişdir ki, təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan “İnqilab” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Hesab edirlər ki, iddiaçıya verilmiş imtina cavabı əsaslı olmuşdur. Belə ki, iddiaçı 1976, 1977 və 1978-ci illərdə “İnqilab” adına kolxozda işləmişdir və onun işlədiyi müddət arxiv arayışında qeyd edilmiş lakin, əmək kitabçasında əks olunmamışdır. Eyni zamanda İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək internaturada təhsil aldığı müddət əmək kitabçasında qeyd edilmədiyi üçün həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıya 16..03.2021-ci ildə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən onun 1976-1978-ci illərdə sabiq “İnqilab” adına kolxozda işlədiyi illər və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı ilə kimi Bakı şəhər 6 saylı X11 Pediatriya ixtisası üzrə keçdiyi internatura kursu keçdiyi dövr əmək kitabçasında bu barədə qeyd olmadığı üçün sığorta stajına daxil edilməmiş və həmin illərə dair arxiv arayışları qəbul edilməmişdir. Cavabdehin bu mövqeyi iddiaçının müraciətinə 07 may 2021-ci il tarixli, ********** nömrəli imtina məktubunda qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş ЛВ seriyalı, 020712 nömrəli, xx.xx.1985ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş 1985-ci ildə pediatriya ixtisasını bitirmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu tərəfindən verilmiş 263 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı şəhər 6 nömrəli X11 pediatriya ixtisası üzrə İnternaturada iş təcrübəsində olmuşdur. İşdə olan Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq “İnqilab” adına kolxozda 1976-cı il üzrə 150 minimum adam günü norması üzrə, 265 manat əmək haqqı almış, 1977-ci il üzrə 150 minimum adam günü norması üzrə, 77 manat əmək haqqı almış, 1978-ci il üzrə 150 mnimum adam günü norması üzrə 232 manat əmək haqqı almışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, iddiaçının əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası 11 avqust 1986-cı il tarixdə açıldığından iddiaçının “İnqilab” adına kolxozda işlədiyi dövr və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək İnternaturada iş təcrübəsində olduğu dövr öz əksini tapmamışdır. İşdə olan Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01- 03/1726 nömrəli məktubdan görünür ki, İddiaçı 370/уч saylı, xx.xx.1978-ci il tarixli əmr ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun hazırlıq şöbəsinə dinləyici kimi qəbul edilmiş, 182/ уч saylı, xx.xx.1979-cu il tarixli əmr ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İntitutunun Pediadtriya fakültəsinə əyani təhsil üzrə qəbul olmuş, 1985-ci ildə həmin fakültəni bitirmiş, universiteti bitirdikdə ona ЛВ seriyalı, 020712 saylı, qeydiyyat nömrəsi 230, xx.xx.1985-ci il tarixli diplom verilmişdir. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi Bakı şəhər 6 saylı X11 pediatriya ixtisası üzrə internatura kursu keçmişdir. Ona 263 saylı vəsiqə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu N.Nərimanov adına Azərbaycan Tibb Universtitetinə çevrilərək, nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli “Azərbaycan Respublikası Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Sərəncamına görə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Tibb Universiteti adlandırılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli, 48 nömrəli cavab məktubundan görünür ki, “İnqilab” adına kolxozda 1976,1977,1978-ci illərin nəticə cədvəllərində İddiaçı işləməsi barədə faktiki adam günü qeyd edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, “İnqilab” kolxozunun arxivdə olan sənədlərində iddiaçının faktiki işlədiyi adam günləri qeyd edilməsə də, arxiv arayışında iddiaçının işlədiyi illərdə aldığı əmək haqlarının məbləği barədə məlumat olduğundan, o cümlədən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək İnternaturada iş təcrübəsi keçdiyi barədə sübutlar olduğundan, iddiaçının kolxozda işlədiyi və təcrübə keçdiyi dövrlər “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək olan dövrə aid olduğundan həmin dövrdə yaranmış münasibətlərin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş qanunvericilik aktları ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”) tənzimlənməli olduğu nəzərə alınaraq qeyd edilən illər iş stajı kimi qəbul edilməklə iddiaçının sığorta stajına daxil edilməlidir. İşə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üçün əhəmiyyətli olan hallar tam araşdırıldığından və sübutlara düzgün hüquqi qiymət verildiyindən apellyasiya şikayəti məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-1203/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-1203/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2670/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2670/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver