Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2674/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Naxçıvan MR-in Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 6047/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 26.04.2021-ci il tarixində cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya ödənilməli olan 107.20 manat kompensasiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sovxozda əmək vəzifələrin yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, məhkəmə qərarı ilə ona aylıq 107,20 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Lakin 2018ci ilin aprel ayından iddiaçıya kompensasiya ödənişi dayandırılmışdır. İddiaçı kompensasiya ödənişinin dayandırılmasının qanunsuz olduğunu iddia edərək bərpa edilməsini xahiş edir. 21.06.2021-ci il tarixində iddiaçı tərəfindən ərizə verilərək iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi xahiş edilmişdir. 21.06.2021-ci il tarixli qərardad ilə ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6047/2021 saylı, 26.07.2021-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı istehsalatda aldığı xəsarətə görə ödənilən aylıq 107.20 manat kompensasiya məbləğinin dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçının səlahiyyətli nümayəndəsi (qardaşı) Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin təmin edildiyini, əlavə heç bir tələbinin olmadığını qeyd etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddia tələbi cavabdeh tərəfindən təmin edilmiş, ona dəymiş zərərə görə kompensasiya 2021-ci ilin sentyabr ayından etibarən bərpa edilmiş və 6 aylıq kompensasiya məbləği ödənilmişdir.Bundan sonra da mütəmadi olaraq qanunvericiliyin tələbinə uyğun olaraq ödəniləcəyi qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh məhkəməyə 24.12.2021-ci il tarixli, 216333P6P7P nömrəli ərizə təqdim edərək,iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının səlahiyyətli nümayəndəsi (qardaşı) Nümayəndə iddia tələbini müdafiə etdiyini, qardaşının məhkəmə iclası barədə məlumatlı olduğunu,lakin xəstə olduğundan məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin apellyasiya icraatı zamanı iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş ərizələrdən də göründüyü kimi iddiaçının tələbi təmin edilmişdir. Göründüyü kimi tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2674/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2674/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver