Məhkəmə qərarları › İş №2-1(103)-2674/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2674/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2674/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi üçün sənədlərin Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4817/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2N2N-ci il tarixli 245N nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2N2N-xx.xx.2N2N-ci illər 9 gün müddətində ezam olunmuşdur.

2. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən Hərbi hissə: N41. Soyadı, adı atasının adı İddiaçı. Rütbəsi: mülki. Vəzifəsi: sürücü Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE********. Fərdi identifikasiya nömrəsi (FİN): xxxxxxx. Döyüş əməliyyatları aparılan zaman (N1.1N-xx.xx.2N2N-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə N41, rütbəsi: mülki, vəzifəsi: sürücü. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxaması: № N3, xx.xx.2N2N. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi:№ N3, xx.xx.2N2N. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: № N3, xx.xx.2N2N. İştirak etdiyi ərazilər: Fizuli, Cəbrayıl, Xocavənd rayonları. Texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Xəsarət almamışdır. Ehtiyata və ya istefaya buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltif olunmayıb.

3. N nömrəli hərbi hissə komandirinin əmrindən N3 saylı xx.xx.2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat parlamentinin” aşağıda adlan qeyd olunan işçiləri hərbi hissəyə ezamiyyətdən getmiş hesab edilsinlər:.İddiaçı.

4. 16.N5.1981-ci il tarixli НЭ seriyalı ******* nömrəli hərbi bilet məhkəməyə təqdim edilmişdir.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (bundan sonra – cavabdeh) xx.xx.2N25-ci il tarixli 3-25-4/2- 185/2N25 saylı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin" verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində inzibati işə baxılır. Məhkəmənin 4 dekabr 2N24-cü il tarixli 2-1 (112)-16159/2N24 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə İddiaçı N1,1N.2N2N-ci il tarixdən 31,1N.2N2N-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidməti ilə əlaqədar məlumatların (şəxsi heyətin siyahısına daxil edilmə, digər hərbi hissələrə ezam olunması, döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması və medallarla təltif olunması, hərbi xidmətdən ehtiyata buraxılması və s.) Hüquq İdarəsinə göndərilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2N25-ci il tarixli 3-25-4/2- 736/2N25 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2N24-cü il tarixli 2-1(112)-16159/2N24 nömrəli məktubu, baxılıb cavablandırılması üçün adiyyəti üzrə ünvana göndərilir.

7. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş 65 nömrəli, xx.xx.2N24-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarix aparılan döyüş əməliyyatlarında xx.xx.2N24-cü il tarixli Akt № 2655 d/o 2655 qeydiyyatında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2N2N- ci il tarixli N3 nömrəli əmri ilə vətəndaş İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

8. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş 2165 nömrəli, xx.xx.2N24-cü il tarixli “X1 N nömrəli hərbi hissəinin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” Akta əsasən ... təsdiq edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətə gəlməsi xx.xx.2N2N-ci tarixdə qeyd olunmasına baxmayaraq, gəlməsi barədə hərbi hissə üzrə əmrlər kitabına düşməmişdir. Lakin X1 Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 4 saylı Texnoloji Nəqliyyat Departamentinintərəfindən 245N nömrəli ezamiyyət vərəqəsindən N nömrəli hərbi hissəyə xx.xx.2N2N-ci il tarixdə gəlməsi və xx.xx.2N2N-ci il tarixdə hərbi hissədən getməsi hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli N3 nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərimin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o AR Dövlət Neft Şirkətinin (Sokar) Nəqliyyat İdarəsinin 4 saylı X2 sürücü kimi işləyərkən 44 günlük Vətən Müharibəsi dövründə şirkətə məxsus Mersedes 414N markalı Ş776QQ nömrə nişanlı avtomaşınla xx.xx.2N2N-ci il tarixdə 245N №-li ezamiyyət vəsiqəsilə AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə ezam olunmuşdur. O N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək maddi-texniki lat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə sürücü kimi silahsursat daşımışam.N №-li hərbi hissə komandiri tərəfindən mənə müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsi üçün N №-li hərbi hissə komandiri tərəfindən AR Müdafiə Nazirliyinin müvafiq komissiyasına Arayış - Məlumat tərtib edilərək bütün lazımı sənədlərlə birlikdə təqdim edilmişdir.Lakin mənə komissiya tərəfindən xx.xx.2N24-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilir ki, barənizdə təqdim olunmuş sənədlərdə N nömrəli hərbi hissənin siyahısına daxil olmağınız nizami hissə üzrə əmrlərlə təsdiq olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, onun 44 günlük Vətən Müharibəsində N №-li hərbi hissəyə ezam olunması, N №-li hərbi hissədən isə döyüş zonasında yerləşən hərbi hissələrə silah- sursat daşıması N №-li hərbi hissə tərəfindən barəsində tərtib olunmuş Arayış- Məlumatda, 65 №-li, xx.xx.2N24-cü il tarixli arayışda, N3 №-li xx.xx.2N2N-ci il tarixli əmrində 2655 №-li, xx.xx.2N24-cü il tarixli aktda öz əksini tapmışdır.

11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N- ci il sentyabrın N-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın!, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2N18-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün onun həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və ya bölmələrə ezam olunlamılıdır. Şəxsi bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır.Odur ki iddiaçının Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2N17- ci il tarixli 2-1 (1N2)-1161/2N17 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4817/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının mülki şəxs kimi ezam olunduğu N nömrəli hərbi hissənin tərkibində xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında iştirak etdiyi və iddiaçının həmin hərbi hissənin döyüş əməliyyatlarının aparıldığı ərazilərə (Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında) döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam edilməsi (xüsusi döyüş əməliyyatlarında iştirak etmək) onun hərbi biletindəki məlumatlar, habelə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmri, hərbi hissənin arayışları, döyüş əməliyyatlarında iştirakla bağlı hərbi hissə tərəfindən tərtib edilmiş akt və ezamiyyət vəsiqələri ilə təsdiqləndiyindən cavabdehin imtinası əsaslı olmamışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4817/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, həmin məlumatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmadığı üçün həmin məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün onun həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və ya bölmələrə ezam olunlamılıdır. Şəxsi bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Odur ki, iddiaçının Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Hörmətli məhkəmə, iş materiallarında olan sənədlərdən görünür ki, 4 saylı Texnologiya Nəqliyyat Departamentindən Müdafiə Nazirliyinin N41 hərbi hissəsinə ezam olunmuş lakin onun döyüş əməliyyatlarında iştirak etmək üçün döyüş əməliyyatları aparılan ərazilərdə yerləşən hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat aşkar olunmamışdır. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Bakı şəhərində yerləşən hərbi hissə və bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə verinə yetirmiş olsunlar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

2N. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2N18-ci il tarixli 422 nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N18-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

25. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 2N. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

35. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 9 və 1N- cu abzaslarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

37. Həmçinin həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

38. İşin hallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2N2N-ci il tarixli 245N nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2N2N-xx.xx.2N2N-ci illər 9 gün müddətində ezam olunmuşdur.

39. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən Hərbi hissə: N41. Soyadı, adı atasının adı İddiaçı. Rütbəsi: mülki. Vəzifəsi: sürücü Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE********. Fərdi identifikasiya nömrəsi (FİN): xxxxxxx. Döyüş əməliyyatları aparılan zaman (N1.1N-xx.xx.2N2N-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə N41, rütbəsi: mülki, vəzifəsi: sürücü. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxaması: № N3, xx.xx.2N2N. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi:№ N3, xx.xx.2N2N. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: № N3, xx.xx.2N2N. İştirak etdiyi ərazilər: Fizuli, Cəbrayıl, Xocavənd rayonları. Texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Xəsarət almamışdır. Ehtiyata və ya istefaya buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltif olunmayıb.

40. N nömrəli hərbi hissə komandirinin əmrindən N3 saylı xx.xx.2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat parlamentinin” aşağıda adları qeyd olunan işçiləri hərbi hissəyə ezamiyyətdən getmiş hesab edilsinlər:.İddiaçı. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş 65 nömrəli, xx.xx.2N24-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarix aparılan döyüş əməliyyatlarında xx.xx.2N24-cü il tarixli Akt № 2655 d/o 2655 qeydiyyatında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2N2N-ci il tarixli N3 nömrəli əmri ilə vətəndaş İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

41. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş 2165 nömrəli, xx.xx.2N24-cü il tarixli “X1 N nömrəli hərbi hissəinin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” Akta əsasən təsdiq edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətə gəlməsi xx.xx.2N2N-ci tarixdə qeyd olunmasına baxmayaraq, gəlməsi barədə hərbi hissə üzrə əmrlər kitabına düşməmişdir. Lakin X1 Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 4 saylı Texnoloji Nəqliyyat Departamentinin tərəfindən 245N nömrəli ezamiyyət vərəqəsindən N nömrəli hərbi hissəyə xx.xx.2N2N-ci il tarixdə gəlməsi və xx.xx.2N2N-ci il tarixdə hərbi hissədən getməsi hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli N3 nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

42. Yuxarıda qeyd edilmiş Əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Hazırkı işin hallarından da müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin əmrindən N3 saylı xx.xx.2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat parlamentinin” aşağıda adları qeyd olunan işçiləri hərbi hissəyə ezamiyyətdən getmiş hesab edilsinlər:.İddiaçı. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş 65 nömrəli, xx.xx.2N24-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarix aparılan döyüş əməliyyatlarında xx.xx.2N24-cü il tarixli Akt № 2655 d/o 2655 qeydiyyatında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2N2N- ci il tarixli N3 nömrəli əmri ilə vətəndaş İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

43. Bundan əlavə sorğu nəticəsində əldə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin verdiyi hərbi uçot kartasına əsasən iddiaçının N nömrəli hərbi hissədə xx.xx.2N2N-xx.xx.2N2N-ci il tarixlərində vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı hərbi hissədə sürücü kimi iştirak etməsi müəyyən edilmişdir.

44. Göründüyü kimi iddiaçı sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yetirilməsi məqsədi ilə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarına ezam edilmişdir. Bu baxımdan iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur.

45. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və maddi-texniki təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1N2)-1562/2N24 saylı işi üzrə xx.xx.2N24-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün həmin şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın N-dən oktyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, başqa sözlə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı və bu fakt həmin şəxsə məxsus hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

47. Hazırkı mübahisə üzrə iddiaçının xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı həmin bölgəyə mülki sürücü kimi müvafiq tapşırıqların yerinə yetirilməsi məqsədilə ezam olunması iş materiallarında olan N nömrəli hərbi hissənin nizami hissə üzrə əmri, hərbi hissənin arayışları, döyüş əməliyyatlarında iştirakla bağlı hərbi hissə tərəfindən tərtib edilmiş akt, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə öz təsdiqini tapır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1N2)-3N69/2N23 saylı işi üzrə xx.xx.2N23-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 33-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"), mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

49. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının - 2N2N-ci il sentyabrın N-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olması, eləcə də bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapması şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

50. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

51. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4817/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4817/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar