Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2675/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları
1. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli, 14 noyabr 2016cı il tarixli “X6 qəyyum təyin edilməsi barədə” sərəncama əsasən, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2(006)-3849/2016 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu xx.xx.1997-ci il təvəllüdlü X3 qəyyumu təyin edilmişdir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 24 yanvar 2020-ci il tarixdə verilmiş Elektron İmza üçün Sertifikatdan müəyyən olunur ki, X6 xx.xx.2020-xx.xx.2023-cü il tarixlər üçün ASAN İmza Sertifikatı verilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin X10 verilməsindən imtina edilməsinə dair məktubu ilə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci, 28.8-ci, 33.5-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü, 20.2ci, 20.3-cü maddələrinə istinad edilməklə fəaliyyət qabiliyyəti olmayan oğlu X9 üçün X10 verilməsindən imtina edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı qəyyumu olduğu X3 adına olan ********** saylı telefonun X10 aktivləşdirilməsi üçün X10 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 qəyyum təyin edilmiş, onun adından hər hansı bir rəsmi işi görmək üçün (məsələn, bank əməliyyatlarını idarə etmək və nəzarət etmək, pensiya hesabına nəzarət, FİN kodu üzrə digər müraciətlər üzrə və bu kimi qəbildən olan işləri görmək üçün) X10 olması məcburiyyəti vardır. İddiaçı ASAN İmza Sertifikatı üçün Dövlət Vergi Xidmətinə müraciət etdikdə heç bir əsas olmadan imtina edərək imtina məktubunda ASAN İmza Sertifikatına zərurət olmadığını bildirmişlər. Halbuki, iddiaçı X3 qəyyumu olaraq təyin edilmiş, belə olan halda ona nəyin zəruri olubolmadığına qərar vermək onun səlahiyyətindədir. Dövlət Vergi Xidmətinə isə belə bir səlahiyyət verilməmişdir. Dövlət Vergi Xidmətinin vəzifəsi vətəndaşın (bu halda müraciət edən qəyyum kimi onun) müraciəti əsasında X12 verməkdir. Hər kəs hər hansı bir elektron imza, o cümlədən ASAN İmza Sertifikatı olmadan öz rəsmi işlərini görməkdən məhrum olur. Odur ki, hər hansı bir elektron imza, o cümlədən ASAN İmza Sertifikatı hazırda bir məcburiyyətdir. Cavab məktubunda onun qəyyum olduğu X3 adından hər bir əqdi imzalamaq səlahiyyəti olması bildirilsə də, iddiaçının ASAN İmza Sertifikatı müraciətindən imtina etməklə öz-özlərini inkar etmiş olurlar. İddiaçı qəyyum olaraq bütün əqdləri imzalaya bildiyi halda, yalnız X12 almaq əqdini imzalaya bilməməsi mümkün deyildir. ASAN İmza Sertifikatı bir dəfə üç il müddətinə verilmiş, hal-hazırda müddət bitdiyi üçün yeni sertifikat almaq tələb olunur. Üç il əvvəl ASAN imza verilməsi mümkün olduğu halda, sonradan verilməməsi qeyri-mümkündür. Ona görə də X10 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “ASAN” İmza Sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən imza sahiblərinə təqdim olunan, onu identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Mərkəzin verdiyi kağız və ya elektron sənəddir. ASAN İmza Sertifikatı ilə əlaqədar məsələlər xx.xx.2004-cü il tarixli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.1.6cı maddəsinə görə, Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı özü üçün deyil, fəaliyyət qabiliyyətini itirmiş övladı adından müəyyən əməliyyatların həyata keçirilməsi üçün “ASAN İmza Sertifikatı əldə etmək məqsədilə vergi orqanına müraciət etmişdir. Bu baxımdan şəxsin həmin sertifikatın əldə olunması ilə bağlı mülki hüquq fəaliyyət qabiliyyətinin olmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Bundan əlavə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsinin müddəalarına əsasən imza sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat Sertifikat xidmətləri mərkəzləri tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunvericiliyin sadalanan normalarının təhlili onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Bu baxımdan qəyyumun öz adına ASAN imza sertifikatı alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliyyət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X10 verilməsi üçün müraciətini icra etmək mümkün olmamışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi xahiş olunur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı qəyyumu olduğu X3 adına olan ********** nömrəli mobil nömrəyə X10 verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə həvalə edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu X7 adına olan ASAN İmzanın aktivləşdirilməsi üçün ASAN İmza Sertifikatı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının qəyyumu olduğu fəaliyyət qailiyyəti olmayan oğlu “Elektron Hökumət” virtual məkanının, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informalasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə etmək, ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsindən yararlanmaq hüququna malikdir və bu hüquqlarının realizəsi üçün onun fərdi identifikasiya nömrəsi ilə “Elektron Hökumət” portalında qeydiyyatdan keçərək həmin virtual məkanın imkanlarından istifadə zamanı ASAN İmza Sertifikatına malik olması zəruridir. Cavabdeh tərəfindən iddiaçının qəyyumu olduğu oğlunun bu hüququnun təmin edilməsini istisna edən norma kimi, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 14.1.4-cü maddəsinə istinad edilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, istinad edilən norma imperativ deyil, dispozitiv normadır. Qanunda fiziki şəxslərə elektron imza sertifikatının verilməsindən imtinanın əsasları müəyyən edilməmişdir. ASAN İmza sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən imza sahiblərinə təqdim olunan, onu identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Mərkəzin verdiyi kağız və ya elektron sənəddir. ASAN imza ilə əlaqədar məsələlər xx.xx.2004-cü il tarixli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.1.6-cı maddəsinə görə, Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı özü üçün deyil, fəaliyyət qabiliyyətini itirmiş övladı adından müəyyən əməliyyatların həyata keçirilməsi üçün ASAN İmza Sertifikatı əldə etmək məqsədilə vergi orqanına müraciət etmişdir. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən Sertifikat aşağıdakı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər: 14.1.1.imza sahibinin müraciəti əsasında; 14.1.2. sertifikatın qüvvədə olma müddəti başa çatdıqda; 14.1.3. qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında; 14.1.4. imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə; 14.1.5. sertifikatın verilməsi üçün Mərkəzə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda; 14.1.6. imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi Mərkəzə bəlli olduqda; 14.1.7.onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə; 14.1.8.imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya Mərkəzlə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda; 14.1.9.istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə; 14.1.10. qanunvericiliklə müəyyən edilmiş digər hallarda. Həmin Qanunun 14.2.-ci maddəsinə əsasən, Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə Mərkəz imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində düzəlişlər barədə qeydiyyat aparır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. İstinad olunan Qanunun 14.1.4-cü maddəsinin müddəalarından da görünür ki, imza sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat Sertifikat xidmətləri mərkəzləri tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunvericiliyin sadalanan normalarının təhlili onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Qəyyumun öz adına ASAN İmza sertifikatı alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliyyət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X10 verilməsi üçün müraciətini icra etmək mümkün olmamışdır. İddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə vergi orqanının qanunun normalarını səhv tətbiq etməsi, cavabdeh tərəfindən edilmiş imtinanın qanunsuz və əsassız olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə qərarı belə əsaslandırılmışdır ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 14.1.4-cü maddəsi imperativ deyil, dispozitiv normadır. Belə olan halda vergi orqanının elektron imza sertifikatının verilməsindən imtinası əsassızdır. Əgər məhkəmə mövqeyində qeyd olunduğu kimi 14.1.4-cü maddəyə dispozitiv norma kimi yanaşılsa bu zaman fiziki şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə onun X10 ləğv olunub-olunmaması vergi orqanının diskresion səlahiyyətidir. Məhkəmənin iddianı təmin etməsi isə birbaşa vergi orqanının diskresion səlahiyyətinə müdaxilədir. Eyni zamanda məhkəmə qərarında qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş Elektron İmza üçün Sertifikatdan görünür ki, iddiaçının oğluna cavabdeh tərəfindən 24 yanvar 2020-ci il tarixdə, 3 il ərzində qüvvədə olan ASAN İmza Sertifikatı onun qəyyumu İddiaçı imza etdirilməklə verilmişdir ki, həmin sertifikatın müddəti bitdikdən sonra cavabdehin imtinası “İnzibati icraat haqqında” qanunun 12-ci maddəsinə ziddir. Məhkəmənin mövqeyinin əksinə bildirilir ki, vergi orqanı tərəfindən 24 yanvar 2020-ci il tarixdə X6 verilmiş ASAN İmza Sertifikatından başqa heç bir fəaliyyət qabiliyyətini itirmiş şəxsə ASAN İmza Sertifikatı verilməmişdir. İndiki halda qanunvericiliyin tələbləri pozularaq, X6 yeni X10 verilməsi onunla analoji vəziyyətdə vergi orqanına müraciət etmiş və sertifikatın verilməsindən imtina olunmuş digər fiziki şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinin tələblərinə ziddir. Beləliklə vergi orqanı tərəfindən qanunun norması tətbiq olunarkən İnzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halına yol verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4120/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
12. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 14.Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 15.Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
16. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
19. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
20. Maddə 25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.
21. Maddə 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
22. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
23. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
24. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
25. Maddə 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
26. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
27. Maddə 31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur.
28. Maddə 31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.
29. Maddə 32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.
30. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
31. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.
32. Maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
33. Maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
34. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu
35. Maddə 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: 1.1.4.Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.6.Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs; 1.1.8.Elektron imza yaratma məlumatları - elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər;
36. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
37. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur.
38. Maddə 14.1. Sertifikat aşağıdakı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər:
39. Maddə 14.1.4.imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
40. Maddə 14.3.Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.
41. Maddə 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.
42. Maddə 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
43. Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.
44. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.
45. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz.
46. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
47. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
48. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
49. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
50. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
51. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
53. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
54. Maddə 322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
55. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
56. Maddə 26.3. Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.
57. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
58. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
59. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
60. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
61. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
62. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
63. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
64. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
65. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
66. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
67. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
68. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
71. Kollegiya qeyd edir ki, mülki hüquq qabiliyyəti dedikdə fiziki şəxsin mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq qabiliyyəti başa düşülür. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğumu ilə əmələ gəlir, ölümü ilə xətm olunur. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Mülki hüquq qabiliyyətinə sahib olan fiziki şəxs yalnız qanunda nəzərdə tutulmuş mülki hüquqlara malikdir və bu hüquqların dövlət tərəfindən tanınması ümumi, mücərrəd imkandır. Dövlət bütün fiziki şəxslərin hüquq qabiliyyətinin müdafiəsinə təminat verir. Fiziki şəxsin hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət qoyula bilər. Mülki hüquq qabiliyyəti ayrılmaz və özgəninkiləşdirilməz xarakterə malikdir. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönələn əqdlər əhəmiyyətsiz sayılır.
72. Mülki hüquq qabiliyyətindən fərqli olaraq nisbətən daha kiçik anlayış olan, onun xələfi olan mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür. Mülki fəaliyyət qabiliyyəti dövlət tərəfindən fiziki şəxslərə mülki hüquq normaları vasitəsilə verilmiş hüquqi imkandır. Bu isə fiziki şəxsin yaşından, onun ruhi-psixi vəziyyətindən asılıdır. Mülki fəaliyyət qabiliyyəti fiziki şəxs tərəfindən iradəvi, şüurlu, düşünülmüş və dərk edilmiş hərəkətlər edilməsi ilə bağlıdır. Psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qərar məhkəmə tərəfindən qəbul edilir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsə qəyyum təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların, yəni qəyyumluqda olanların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
73. Hazırkı işin faktiki hallarından göründüyü kimi, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan ona Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli, 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən, İddiaçı qəyyum təyin edilmişdir. N.İddiaçı qəyyumu İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə Elektron İmza üçün Sertifikat verilmişdir. Həmin sertifikatın müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən onun qəyyumu İddiaçı tərəfindən yenidən X10 əldə edilməsi məqsədilə cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Mülki Məcəllənin 28.1-ci, 28.8-ci, 33.5-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü, 20.2-ci, 20.3-cü maddələrinə istinad edilməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, qanunvericiliyin sadalanan müddəaları onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır, həmin əqdləri qəyyum öz imzası ilə imzalayır, buna görə də ASAN İmza Sertifakatı qəyyumluqda olanın adına deyil, qəyyumun adına alınmalıdır. Qəyyumun öz adına ASAN İmza Sertifikatı alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X3 adından əqdləri imzalaya biləcəyini nəzərə alaraq, fəaliyyət qabiliyyəti olmayan şəxsin adına vətəndaş tipli X10 verilməsinə zərurət yoxdur.
74. Kollegiya, dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni olan imtinası ilə razılaşmır. Belə ki, hazırkı qərarda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, N.İddiaçı qəyyumu olaraq yalnız onun adından və onun mənafeyi üçün bütün zəruri əqdləri bağlamaq hüququ olan İddiaçı öz adına deyil, oğlu N.İddiaçı adına X12 almalıdır. X16 (Mobil elektron imza) - mobil elektron şəxsiyyət vəsiqəsi olub, elektron xidmətlərdən istifadə və rəqəmsal imzanın təsdiqlənməsi zamanı tətbiq oluna bilər. Asan İmza mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə öz adından giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Asan İmza əl imzasına bərabərdir.
75. İddiaçının qəyyumluğunda olan oğlunun adına təkrarən ASAN İmza Sertifakatı almaq üçün cavabdehə müraciət edərkən marağı özünün deyil, fəaliyyət qabiliyyəti olmayan oğlunun hüquqlarından istifadə edə bilmək olduğundan, ASAN İmza Sertifakatı qəyyumunun müraciəti əsasında N.İddiaçı adına verilməlidir. Belə ki, iddiaçı oğlunun adına X10 olmasının zəruriliyini onunla əsaslandırmışdır ki, onun qəyyumu olduğu oğlunun X5 pensiya hesabına nəzarət edilməsi, bank əməliyyatlarını idarə etməsi, fərdi indentifikasiya nömrəsi ilə edilməli olan digər müraciətlər üzrə əməliyyatları ASAN İmza Sertifikatı olmadan edilməsi qeyri-mümkündür.
76. Kollegiya hesab edir ki, iddiaçı bu əsaslandırmasında haqlıdır. Belə ki, “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və exidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və exidmətlərin göstərilməsini təmin edir. “Elektron Hökumət” portalı Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi; Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi; İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi; Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi; İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması; İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü baxımından əhəmiyyətlidir. “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
77. İddiaçının qəyyumu olduğu fəaliyyət qabiliyyəti olmayan oğlu da, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə etmək, ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsindən yararlanmaq hüququna malikdir və bu hüquqlarının realizəsi üçün onun fərdi indentifikasiya nömrəsi ilə “Elektron Hökumət” portalında qəyyumunun müraciəti əsasında qeydiyyatdan keçərək həmin virtual məkanın imkanlarından istifadə zamanı ASAN İmza Sertifikatına malik olması zəruridir.
78. Kollegiya cavabdehin imtinasının hüquqi əsası kimi istinad etdiyi maddi hüquq norması ilə bağlı qeyd edir ki, qanunverici fiziki şəxslərə elektron imza sertifikatının verilməsindən imtinanın əsaslarını, fəaliyyət qabiliyyəti olmayan şəxs üçün belə imzanın onun qəyyumunun adına verilməli olması şərtini müəyyən etməmişdir.
79. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının qəyyumu olduğu oğlunun bu hüququnun təmin edilməsini istisna edən norma kimi, əsaslandığı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, istinad edilən norma imperativ deyil, dizpozitiv xarakter daşımaqla imza alarkən fəaliyyət qabiliyyəti olub, imza aldıqdan sonra vəfat edən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirən şəxslərə şamil edilə bilər.
80. Kollegiya eyni zamanda hesab edir ki, X3 adına xx.xx.2020-ci il tarixdə, 3 il ərzində qüvvədə olan X4 qəyyumu İddiaçı imza etdirilməklə verən cavabdeh, həmin imza sertifikatının müddəti bitdikdən sonra, yeni X10 verilməsindən imtina edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci, 13.1-ci və 13.2-ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, həmin normaların tələblərinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.
81. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
82. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.