Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2676/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə (açar sözlər: müharibə veteranı adının verilməsi öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı işitrakı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-39N8/2022 nömrəli iş üzrə N4 iyun 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. AR Müdafiə Nazirliyinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli 4/3-334 nömrəli məktubunda bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-50N8 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və Tərtər ƏÖMB komandirinin xx.xx.NN-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
2. НZ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.N986-xx.xx.N988-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur.
3. AR Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 9/2-50N8 nömrəli arxiv arayışına görə, iddiaçının xidməti barədə aşağıdakı məlumatlar göstərilmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N6 nömrəli əmrində (əsas: səh-20, sıra-2, əmrdə atasının adı yazılmamışdır) İddiaçı sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 22 nömrəli əmrində (əsas: bənd-3, səh-29, sıra-6, əmrdə adı tam, atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 23 nömrəli əmrində (əsas: bənd-N, səh-33, sıra-NN5, əmrdə adı tam, atasının adı yazılmamışdır) sürücü vəzifəsində sıravi İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək döyüş əməliyyatları bölgəsinə göndərildiyinə görə, əmək haqqının həmin müddətdə üçqat hesablanması barədə məlumat qeyd olunmuşdur; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 24 nömərli əmrində (əsas: bənd-N, səh-34, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində sıravi İddiaçı Qubadlı, Cəbrayıl döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 25 nömrəli əmrinə (əsas: bənd-N, səh-35, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində sıravi İddiaçı Hadrud, Qubadlı döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 27 nömrəli əmrində (əsas: bənd-N, səh-37, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərtkibində sıravi İddiaçı Hadrud, Qubadlı, Laçın döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 47 nömrəli əmrində (əsas: §- 2, səh-53, sıra-NN5, əmrdə atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində olan şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 56 nömrəli əmrində (əsas: bənd-6, səh-59, sıra-N, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı sürücü vəzifəsindən azad edilərək kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N nömrəli hərbi hərbi hissə komandirinin xx.xx.N-ci il tarixi, 95 nömrəli əmrində (əsas: bənd-2, səh-80, sıra-75, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsində sıravi İddiaçı döyüş əməliyyatları bölgəsində olması barədə məlumat vardır; - Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və TƏÖMB komandirinin xx.xx.NN-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. TƏÖMB komandirinin xx.xx.N0-xx.xx.NN-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilməmişlər.
3. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən AR Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-2306 nömrəli məktubda qeyd olunmuşdur ki, Ağdərə Hospitalının sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığı üçün iddiaçı barəsində araşdırma apara bilməmişlər.
4. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən AR Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-3386 nömrəli cavab məktubunda göstərilmişdir ki, N №- li hərbi hissə komandirinin N may N-ci il tarixli N6 №-li əmrində İddiaçı (əsas: səh 20, sıra 2, əmrdə atasının adı yazılmamışdır) sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 22 №li əmrində (əsas: bənd 3, səh 29, sıra 6, əmrdə adı tam və atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 23 №-li əmrində (əsas: bənd N, səh 33, sıra NN5, əmrdə adı tam və atasının adı yazılmamışdır) sürücü vəzifəsində, sıravi İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək döyüş əməliyyatları bölgəsinə göndərildiyinə görə, əmək haqqının həmin müddətdə üçqat hesablanması barədə məlumat qeyd olunmuşdur; - N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 24 №-li əmrində (əsas: bənd N, səh 34, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Qubadlı, Cəbrayıl döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 25 №-li əmrində (əsas: bənd N, səh 35, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Hadrud, Qubadlı döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 27 №-li əmrində (əsas: bənd N, səh 37, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Hadrud, Qubadlı, Laçın döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 47 №-li əmrində (əsas: § 2, səh 53, sıra NN5, əmrdə atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində olan şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N-ci il tarixli 56 №-li əmrində (əsas: bənd 6, səh 59, sıra N, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı sürücü vəzifəsindən azad edilərək kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin N8 avqust N-ci il tarixli 95 №-li əmrində (əsas: bənd 2, səh 80, sıra 75, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunda operatortuşlayıcı vəzifəsində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsində olması barədə məlumat vardır; - Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N- xx.xx.N-ci il, xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin noyabr N3-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir.
5. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi AR Müdafiə Nazirliyinin xx.xx.2022ci il tarixli 4/2-4308 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, ərizəsinə əsasən İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 30 nömrəli əmrilə (əsas: səh-28) həmin tarixdən terapiya şöbəsinə kiçik tibb qardaşı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N53 nömrəli əmrində (əsas: səh-NNN, sıra-4, əmrdə atasının adı yazılmamışdır) terapiya şöbəsində kiçik tibb qardaşı vəzifəsində xidmət edən İddiaçı öz razılığına və raportuna əsasən tutduğu vəzifədən azad edilməsi barədə məlumat vardır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, İddiaçı hərbi biletinin əsli 2005-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı kəndində yerləşən ona məxsus fərdi yaşayış sahəsinə atılmış mərmi nəticəsində məhv olmuşdur. Ona verilmiş hərbi biletin təkrar surətində isə əvvəlki məlumatlar öz təsbitini tapmamışdır. Arxiv arayışına, həmçinin ərizəyə əlavə ediləcək şəkillərə və şahid ifadələrinə əsasən müəyyən etmək olur ki, həqiqətən də, o, N-N3-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mötəbər sübutların olmasına baxmayaraq, onun tərəfindən Müdafiə Nazirliyinə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müxtəlif vaxtlarda göndərilmiş müraciətlər əsassız olaraq təmin edilməmişdir.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsaslarına görə, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-39N8/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. N0. Qərarın əsaslarına görə, “Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə müvafiq təsdiqedici sənədlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir.”
9. Məhkəmə gəldiyi nəticəni “Veteranlar haqqında” AR Qanununun 3-cü və 7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndi və “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 3-cü maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri N0. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. NN. Şikayətin dəlillərinə görə, “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
N2. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
N3. İddiaçı apellyasiya şikayətini müdafiə edib, ona və iddia ərizəsinə uyğun izahat vermişdir. N4. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
N5. “Veteranlar haqqında” AR Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
N6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndi: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
N7. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; Maddə N8. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
N8. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli 383-İ QR nömrəli Qərarı: - 9. Bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.
N9. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanı: N.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; Maddə 33.N. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Maddə 73.N. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
2N. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.N-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
24. Şikayət mahiyyətcə əsassızdır.
25. İstinad olunan normativ-hüquqi aktların müddəalarının təhlilindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən digər sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Həmçinin, şəxsə müharibə veteranı statusunun verilməsi üçün onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılması, könüllü qaydada və ya bağlaşma üzrə xidmətə daxil olmasından asılı olmayaraq, xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması, xidmət müddətini başa çatdırması, ehtiyata və ya istefaya buraxılması qanunla nəzərdə tutulan hallarda və qaydada həyata keçirilməlidir.
26. Bu kontekstdə, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N6-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə xidmətdən sözügedən Fərmanla və ondan əvvəl buraxılması, şəxsi heyət siyahısından çıxarılması, xidmət müddətini başa çatdırması, ehtiyata buraxılması və ya istefaya göndərilməsi barədə arxiv sənədləri mövcud deyil.
27. İddiaçının qulluq yerindən özbaşına getməsi yaxud qulluq yerinə qayıtmaması iş materialları ilə təsdiq olunmur, lakin eyni zamanda, onun döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində də hər hansı məlumat aşkar edilmir. İddiaçının hərbi cinayətlərə görə məhkum olunmasına və ya barəsində təqsirləndirici materialın mövcudluğuna dair işdə heç bir məlumatın olmaması da onun müharibə veteranı adının verilməsi ilə bağlı hüquqi vəziyyətində əlverişli dəyişikliyə səbəb olmur.
28. İPM-in N.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in N4.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-in 73.N-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun N3.2 və N7-ci maddələri).
30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilmədiyi, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyi üçün, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 3N. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-39N8/2022 nömrəli iş üzrə N4 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZN073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZN025 Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova