Məhkəmə qərarları › İş №2-1(103)-2676/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2676/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2676/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, və cavabdehin nümayəndələri X6 və X5 iştirakları ilə, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-844/2024 saylı, 28 fevral 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli **********146861 saylı "xxxx" aktı əsasında qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, 2160090,74 manat ƏDV və 1080045,37 manat maliyyə sanksiyası, 443400,19 manat mənfəət vergisi və 221700,10 manat maliyyə sanksiyası, 70685,46 manat BTSF və 35342,73 manat maliyyə sanksiyası, 54872,02 manat ÖMV və 27436,01 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********146797 saylı qərarı ilə İddiaçı MTK-da (bundan sonra - MTK) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 25 noyabr 2022-ci il tarixli **********146861 saylı "xxxx" Aktı tərtib edilmişdir. Yoxlama ilə MTK tərəfindən ƏDV üzrə 2 160 090,74 manat, BTFSV üzrə 70 685,46 manat, ÖMV üzrə 55 796,02 manat və MV üzrə 443 400,19 manat azaldılması müəyyən edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 19 yanvar 2023- cü il tarixdə **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla MTK-ya ƏDV üzrə 2018-ci il üzrə 8446,28 manat, 2019-ci il üzrə 1 088 183,11 manat, 2020-ci il üzrə 779 814,91 manat, 2021-ci il üzrə 283 646,44 manat, cəmi 2 160 090,74 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1 080 045,37 manat maliyyə sanksiyası; MV üzrə 2018-ci il üzrə 97 474,63 manat, 2019-cu il üzrə 201 515,39 manat, 2020-ci il üzrə 144 410,17 manat, cəmi 443 400,19 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 221 700,10 manat maliyyə sanksiyası; BTFSV üzrə 2019-cu il üzrə 70 685,46 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 35 342,73 manat maliyyə sanksiyası; ÖMV üzrə 2018-ci il üzrə 7 280,02 manat, 2019-cu il üzrə 18 041,03 manat, 2020-ci il üzrə 24 800,27 manat, 2021-ci il üzrə 5 674,70 manat, cəmi 55 796,02 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27 898,01 manat maliyyə sanksiyası; Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən 440,00 manat maliyyə sanksiyası, ümumilikdə 2 729 972,44 manat əlavə vergi hesablanmış və 1 365 426,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da cəmi 4 095 398,76 manat məbləğ təşkil edir. İnzibati aktın əsassız və qanunsuz olmasına, hüquqlarının pozulmasına dair əsasları və dəlilləri aşağıdakılardan ibarətdir. Səyyar vergi yoxlaması vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olmadan təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. Beləliklə, qeyd olunanlardan görünür ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. Məhkəmənin nəzərinə səyyar vergi yoxlamasının qanuni əsas olmadan təyin edilməsinə dair öz hüquqi mövqeyini bəyan edən və bundan əvvəl qəbul edilmiş Ali Məhkəmənin 7 dekabr 2021-ci il tarixli 2-1 (102)-1814/2021 saylı və 15 dekabr 2021-cu il tarixli 2-1(102)- 1920/2021 saylı qərarlarındakı hüquqi mövqeyini çatdırmaq istəyirlər. Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərin pozulması ilə aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VMin) 38.1-ci maddəsində görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə,vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Azərbaycan Respublikası VM-in 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan 38.2-ci maddəsinin redaksiyasına görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Azərbaycan Respublikası VM-in 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin, qeyd edirlər ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021 -ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022- ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq 1 yanvar 2022-ci il tarixədək səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Halbuki, qanunvericilik vergi yoxlamasının müddətini VM-in 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. VM-in 38.4-cü maddəsində də vergi yoxlamasının məhz həmin 30 günlük zaman kəsiyində olan iş günləri ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Yəni həmin 30 günlük müddətə daxil olan və qeyriiş günləri sayılan istirahət və bayram günlərində vergi yoxlamasının aparılması qadağan edilir, onun qanunla yolverilməz olduğu bildirilir. Belə ki, səyar vergi yoxlaması aktının 1.1-ci bəndindən görünür ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış, 2 dəfə yoxlama uzadılmış, 9 dəfə yoxlama dayandırılmış və nəticədə yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Lakin yoxlama aktına və digər sənədlərə baxış keçirildikdən sonra səyyar vergi yoxlaması zamanı yol verdiyi bir çox nöqsanlara görə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərara əsasən yenidən 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilmiş və yoxlama yalnız xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə başlamış səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 13 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla uzadılmışdır. Yəni yoxlamanın uzadılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 13 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli Qərarla 30 gün müddətinə uzadılsa da, yoxlama qərara əsasən xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 13 gün sonra xx.xx.2021-ci il tarixdə dayandırılmışdır ki, bununla da, ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki, səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Bu, həm də "2016 -cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016 -cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarından irəli gəlir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Qeyd edilən Sərəncamla təsdiq olunmuş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 7-ci bəndində "kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmişdir. Beləliklə, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Eyni zamanda, qeyd edirlər ki, vergi orqanı tərəfindən qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq yoxlamanın aparılması təqvim günləri ilə deyil, iş günləri ilə aparılması məsələsinə digər vergi mübahisələri zamanı məhkəmələr tərəfindən qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin mövqeyi belə bəllidir. Belə ki, qeyd olunan məsələ Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli 2-1(102)-1982/2017 nömrəli qərarında öz əksini tapmışdır. Həmin məhkəmə qərarına əsasən Ali Məhkəmə səyyar vergi yoxlamasının təqvim günləri ilə deyil, iş günləri ilə aparıldığı üçün yoxlamanı qanunsuz hesab etmiş və həmin əsasa görə cavabdeh vergi orqanının kassasiya şikayətini təmin etməyərək, aşağı instansiya məhkəmələrin qərarlarını dəyişdirilmədən qüvvədə saxlamışdır. (Ali Məhkəmənin qərarı əlavə edilir). Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5- 7.10- cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021 tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti, 2 dəfə uzadılmış, 9 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 il 6 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, vergi orqanının xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Göründüyü kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Sözügedən hüquqi məsələ ilə bağlı Ali Məhkəmənin son zamanlar formalaşdırdığı vahid məhkəmə təcrübəsini məhkəmənin diqqətinə çatdırmaq istərdik. Ali Məhkəmənin 1 iyun 2022-ci il tarixli 2-1(102)-712/2022 nömrəli (hakim - Səyyad Kərimov) qərarında qeyd edilən məsələ ilə bağlı öz yekun hüquqi mövqeyini bəyan etmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub- olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 19 yanvar 2023-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da, kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, qeyd edirlər ki, nəinki yoxlmanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqeyi artıq Ali Məhkəmənin bir neçə qərarlarında dövlət reyestrində qeydiyyata alınmayan yoxlamaların və yoxlamaya aid digər məlumatların həmin yoxlamaların hüquqi nəticəsinin olmamasına dair formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi vergi yoxlaması ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 3 iyul 2019-cu il tarixli 2- 1(102)- 1878/2019 nömrəli qərarını məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. Həmin qərarın məzmununda da, vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın dövlət reyestrində qeydiyyata alınmadığı üçün bu yoxlamanın hüquqi nəticəsinin olmamasını göstərmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən yoxlamanın dayandırılmasını vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Yoxlama aktından görünür ki, yoxlama xx.xx.2021 -ci il tarixdə 33 gün, xx.xx.2021-ci il tarixdə 31 gün, xx.xx.2021-ci il tarixdə 29 gün, xx.xx.2021-ci il tarixdə 32 gün, xx.xx.2022-ci il tarixdə 32 gün, xx.xx.2022-ci il tarixdə 24 gün, xx.xx.2022-ci il tarixdə 32 gün, xx.xx.2022- ci il tarixdə 29, xx.xx.2022-ci il tarixdə 32 gün, ümumilikdə 9 dəfə 274 gün müddətinə yoxlama dayandırılmış və bütün dayandırma qərarlarında da əsas kimi VM-nin 38.7.3-cü maddəsi, mütəxəssisin dəvət edilməsi və ekspertizanın keçirilməsi göstərilmişdir. Göründüyü kimi, yoxlama qanunla nəzərdə tutulmuş ən maksimum müddət, yəni 9 ay müddətinə yoxlama dayandırılmışdır. Yoxlama aktından, mütəxəssis və ekspert rəyindən görünür ki, cavabdeh vergi orqanı xx.xx.2021-ci il tarixdə mütəxəssisin dəvət edilməsi haqqında və xx.xx.2022-ci il tarixdə ekspertizanın keçirilməsi haqqında qərarlar qəbul etmiş, lakin hər iki rəydə qiymətləndirmə nədənsə 28 iyul 2022-ci il tarixdə aparılmış və rəylər eyni anda vergi orqanına təqdim edilmişdir. Məlum məsələdir ki, mütəxəssis tərəfindən MTK-nın inşa etdiyi binanın ərazisində ölçmə işlərini 9 aya yaxın aparılması ağlabat deyil və hər iki rəyin eyni gündə tərtib edilməsi özü-özlüyündə mütəxəssis və ekspertin mütəqil şəkildə deyil, cavabdeh vergi orqanın istəklərinə uyğun rəylərin tərtib edilməsinə dəlalət edir. Hesab edirlər ki, cavabdeh vergi orqanı 10 avqust 2021-ci il tarixdən mütəxəssisin dəvət edilməsi və daha sonra 13 iyun 2022-ci il tarixdən ekspertin dəvət edilməsi əsasları ilə düz 2022-ci ilin iyun ayına kimi, təxminə 10 ay müddətinə qanundan sui-istifadə edərək yoxlamanın dayandırılmasına süni əsaslar yaratmaqla yoxlamanı əsassız və qanunsuz olaraq dayandırmışdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.2-ci maddəsinə əsasən vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətlər özbaşına həyata keçirilə bilməz. Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1 -ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktının 1.9-ci bəndində (səyifə 6) qeyd edir ki, “Səyyar vergi yoxlaması zamanı MTK-ya “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146862 saylı Tələb namə təqdim edilmişdir. MTK tərəfindən zəruri olan sənədlərin bir qismi yoxlamaya təqdim edilmişdir.Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir. Eyni zamanda, bununla bağlı xəbərdarlıq məktubları göndərilmişdir. ” Göründüyü kimi, cavabdeh vergi orqanı öz tərtib etdiyi yoxlama aktında MTK tərəfindən səndələrin bir qisminin təqdim edilməsini qeyd edərək qismən təqdim edilməsi haqqında akt tərtib edir, lakin hansı sənədlərin təqdim edilmədiyini ümumiyyətlə açıqlamır. Qeyd edilən aktın 2.1-ci bəndində vergilərin hesablanmasına dair bölməsində göstərilmişdir ki, güya MTK tərəfindən yoxlamaya satış müqavilələri təqdim edilməmişdir. Bununla bağlı qeyd edirlər ki, yoxlamaya yoxlama geşitanında bütün sənədlər təqdim edilmişdir. Satış müqavilələri də yoxlamaya təqdim edilsə də, müqavilələrdə olan qiymətlər cavabdeh vergi orqanını qane etmədiyi üçün həmin sənədləri ümumiyyətlə qəbul etməmişdit. Halbuki, MTK-ya aid olan bütün satış sanədləri mövcuddur. Yoxlamaya sənədlərin təqdim edilməsini həmçinin vergi orqanına MTK tərəfindən göndərilən 5 avqust 2021-ci il tarixli cavab məktubu sübut edir. Belə ki, həmin məktubda bildirilmişdir ki, yoxlama sənədlərin bir qismi təqdim edilmiş, qalan sənədlər yoxlamaya yoxlama gedişatında təqdim edilir və ediləcəkdir. Digər tərəfdən, sual yaranır ki, əgər sənədlər yoxlama zamanı tam təqdim edilməmişdirsə, hansı səbəbdən cavabdeh vergi orqanı tərəfindən "xxxx" 18 oktyabr 2021-ci il tarixdə qərar qəbul edilərək 21 oktyabr 2021- ci il tarixdə "xxxx" protokol tərtib edilmişdir?. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, Vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsndən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin MTK tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı sənədlərin qismən təqdim edilməsi haqqında aktı 7 iyun 2021-ci il tarixdə tərtib etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ının 4 aydan çox müddət keçdikdən sonra qəbul edlməsi belə kobud qanun pozuntusudur. Qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İddiaçı onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli akta dair öz etarızını 12 dekabr 2022-ci il tarixdə təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin cavabdeh vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli aktın məzmununun köçürməsi, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən mütəxəssisin dəvət edilməsi vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmiş və rəyin əsassız olmasına dair dəlillər. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Eyni Məcəllənin 45.3-ci maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Göründüyü kimi, vergi nəzarət tədbirləri zamanı vergi orqanına öz fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu halda müvafiq qərar ilə mütəxəssis dəvət edilə bilər və həmin mütəxəssis yalnız müqavilə əsasında dəvət edilməlidir. Yoxlama zamanı "X21” MMC tərəfindən mütəxəssis rəyi verilmişdir. Həmin rəyin 3- cü səhifəsində ümumi məlumat hissəsinin 1-ci bəndində qiymətləndirmənin aparılması üçün əsas kimi yalnız cavabdeh vergi orqanın qərarının nömrəsi və tarixi qeyd edilmişdir. Göstərilən hal isə bir daha təsdiq edir ki, mütəxəssis ilə vergi orqanı arasında qanunla nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamış və bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Həmçinin, qeyd edirik, rəy vermiş mütəxəssislər rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olması rəydə göstərilməmişdir. Belə ki, rəyin 3-cü səyifəsində 4-cü bəndində qeyd edilmişdir ki, mütəxəssis X9 qarşısında xarici ölkələrin ali təhsil müəssisələrində kommersiya üzrə magistr və doktorantı və mütəxəssis X11 qarşısında Azərbaycan Memarlıq və İnşaat Universiteti, inşaatçı- mühəndis sözləri göstərilmiş, lakin bu xüsusi biliyə və tücrübəyə malik olmasını təsdiq edən müvafiq sənədlər rəyə əlavə edilməmiş, rəydə bunu təsdiq edən sertifikat və ya diplom barəfə məlumatlar qeyd edilməmişdir. Hesab edirlər ki, mütəxəssislər tikinti sahələrinin hesablanması sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında yaşayış, qeyriyaşayış və zirzəmi sahəsinin və əmək tutumunun hesablanması sualları qoyulsa da, mütəxəssislər bu sahədə xüsusi biliyə malik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olmayan sahəsi üzrə rəy vermişdir ki, bununla da kobud qanun pozuntusuna yol verimişdir. Eyni zamanda, qeyd edirlər ki, rəydə ümumiyyətlə tikinti sahələrin hesablanması düzgün aparılmamışdır. Bunu rəyin 3-cü səyifəsində 8-ci bəndində qeyd edilmiş məlumatlar belə təsdiq edir. Həmin bəndə göstərilmişdir ki, “Kompleksin iki bloklu yaşayışla tam təmin olunduğundan yoxlama işləri məhdud şəkildə aparılmışdır”. Göründüyü kimi, rəyin özündə mütəxəssislər yoxlama işlərinin tam qaydada deyil, məhdud şəkildə aparıldığını etiraf etmişlər ki, bununla da həmin rəyin mötəbərliyi də şübhə altındadır. Bundaqn başqa, qeyd edirlər ki, Bakı şəhəri, Səbail rayonu, İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 120 nömrəli sərəncamına əsasən MTK tərəfindən ünvan 1 ünvanında Pilot layihə çərçivəsində yaçayış binalarının tikintisinə icazə verilmişdir. Həmin ünvanda A və B bloklarından ibarət 18 mərtəbəli (16 yaşayış və 2 qeyriyaşayış) yaşayış binaları inşa edilmişdir. Mütəxəssis rəyin qeyd edilən ünvanda tikilən binanın sahəsinin güya 648,06 kv.m azaldıldığı müəyyən edilmişdir. Halbuki, bildirirlər ki, xx.xx.2012-ci il tarixli 07 nömrəli Azərbaycan Respublikasi Dövlət şəhərsalma və arxitektura komitəsinin Kollegiyasının Qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3-cü və 4-cü maddələrində yaşayış binalarının sahələrinin hesablanması qaydaları müəyyən edilmişdir. Lakin mütəxəssis rəyin 1-ci bəndində, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin hesablanması üçün binanın zirzəmi, yaşayış və qeyriyaşayış sahələrinin müəyyən edilməsi metodologiyası “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın müddəalarına zidd olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən ekspertiza vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmiş və ekspert rəyinin əsassız olmasına dair dəlillər. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 44.6-ci maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Sözügedən Məcəllənin 44.7-ci maddəsinə görə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır. Sadalanan normalardan göründüyü kimi, qanuvericilik yoxlama zamanı xüsusi bilik tələb olunan məsələlər üzrə vergi orqanına ekspert cəlb etmək hüququ vermiş, ekspertizanın keçirilməsi haqqında qərar qəbul edildiyi halda isə dərhal bu qərarla yoxlama keçirilən vergi ödəyicisini tanış etmək və sonuncuya onun ekspertiza ilə bağlı hüquqlarını izah etmək vəzifəsini təsbit etmişdir. Lakin MTKnın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən ümumiyyətlə xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, MTK-nın onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da MTK-nin hüquqları məhdudlaşdırımış və vergi orqanı tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. Bundan başqa, ekspertizanı aparan "MBA LTD” MMC ilə bağlanmış müqavilə və "MBA LTD” MMC qiymətləndimrə fəaliyyəti sahəsində ekspertiza aparmaq səlahiyyətinin olmasını təsdiq edən sənədlər nə ekspert rəyinə əlavə edilmiş, nə də ki MTK-ya yoxlama zamanı təqdim edilməmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 44.8-ci maddəsində göstərilmişdir ki, ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır. Ekspert rəyinə nəzər yetirdikdə görmək olur ki, ekspertiza qarşısında ünvan 2 ünvanlarda inşa edilən yaşayış və qeyri yaşayış sahələrinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Rəyin 7-8-səhifələrindən görünür ki, ekspert bazar qiymətinin müəyyən edilməsi üçün müqayisəli üsuldan istifadə etmiş və 3 (üç) əmlak bazarına aid olan internet elanından istifadə etmiş, həmin elanların şəkilllərini rəyində əks etdirmişdir. Həmin elanları isə Analoq 1, 2, 3 kimi qeyd etmişdir. Həmin Analaqlar üzrə MTK tərəfindən yoxlama aparılmış və müəyyən edilmişdir ki, Analaq 1 və 3 üzrə qeyd edilən elanlar ümumiyyətlə internet resurslarında axtarış verərkən çıxmır. Yəni rəydə göstərilmiş silkalar üzrə bu iki elan üzrə axtarış verəndə "belə bir elan tapılmadı” qeydi çıxır. Həmin Analoq 1 və 3 də olan şəkildə ümumiyyətlə elanların tarixi göstərilməmişdir. Başqa sözlə desək, həmin elanların məhz yoxlanılan dövrə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə aid edilməsi görsənmir. Analoq 3 də olan elanı isə axtarış verərkən tapmaq olur. Lakin qeyd edilən elanda 29 iyul 2021-ci il tarixi göstərilmişdir ki, bu tarixdə yoxlanılan dövrə düşmür. Başqa sözlə desək, ekspert yoxlanılan dövrə, yəni qarşısında qoyulmuş sual üzrə tarixlər (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) arasında olan dövrə aid olmayan və həmin dövrdən sonrakı dövrə aid olan elana istinad etmişdir ki, bu ekspert rəyinin əsassız olmasına dəlalət edir. Beləliklə, rəydən göründüyü kimi, ekspert tədqiqat zamanı internetdən daşınmaz əmlaka aid olan məlumatları əsas götürmüşdür ki, internet səhifələrdə isə daşınmaz əmlaka aid tələb deyil, yalnız təklif qiymətləri göstərilir. Başqa sözlə desək, daşınmaz əmlaka dair internet səhifələrində daşınmaz əmlakın satılması nəzərdə tutulan təklif qiyməti göstərilir, lakin yekunda həmin əmklakın hansı qiymətə satılması, yəni tələb qeyd edilmir. Halbuki, Vergi Məcəlləsinin 14.1-ci maddəsində göstərilmişdir ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Belə olan halda isə, bazar qiymətinin müəyyən edilməsi zamanı yalnız təklif qiymətlərinə istinad edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil. Bundan başqa, ekspert rəyin nəticəsindən görünür ki, ünvan 2 ünvanlarda inşa edilən yaşayış və qeyri yaşayış sahələrinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: Yaşayış sahəsi üzrə 1 kv.m sahəsi - 1200,00 manat; Qeyri-yaşayış sahəsi üzrə 1 kv.m sahəsi; 1 mərtəbə üzrə - 4000,00 manat; 2 mərtəbə üzrə - 2000,00 manat, Qaraj üzrə - 1200,00 manat. Qeyd olunan nəticə belə ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verir. Belə ki, ildən ilə dünyada və ölkədə baş verən makro iqtisadi vəziyyət (qiymət artımı, infilyasiya, devalvasiya və s.) nəzərə alındıqda ekspert rəyi ilə müəyyən edilmiş 2018-ci ildəki qiymət ilə 2021-ci ildəki qiymət arasında fərqin olmaması anlaşılan deyil və bu hal da bir daha ekspert rəyinin əsassız və düzgün olmadığını təsdiq edir. Ümumiyyətlə 4 illik dövr ərzində eyni bazar qiymətinin müəyyən edilməsi özü-özlüyündə başa düşülən deyil və heç bir məntiqə uyğun gəlmir. Həmçinin, qeyd edirik ki, ekspert rəyində qiymətlər ümumiyyət həmin ünvan üzrə reallığı əks etdirmir və həqiqətə uyğun deyil. Ümumiyyətlə satış müqavilələrinə nəzər yetirsək belə görmək olur ki, rəydə qeyd edilmiş qiymətlər müqavilələrdə nəzərdə tutulmuş qiymətlərdən kifayət qədər fərqlənir. Beləliklə, yuxarıda göstərilənlər vergi orqanı tərəfindən ekspertizanın keçirilməsində vergi qanunvericiliyinin kobud pozulması hallarının yol verilməsinə və ekspert rəyinin əsassız və qanunsuz olmasına birbaşa dəlalət edir. VM-nin bazar qiymətini tənzimləyən 14-cü maddəsinin düzgün tətbiq edilməsinə dair hüquqi məsələ ilə bağlı Ali Məhkəmənin son zamanlar formalaşdırdığı vahid məhkəmə təcrübəsini məhkəmənin diqqətinə çatdırmaq istərdik. Ali Məhkəmənin 1 iyun 2022-ci il tarixli 2-1(102)-712/2022 nömrəli (hakim - Səyyad Kərimov) qərarında qeyd edilən məsələ ilə bağlı öz yekun hüquqi mövqeyini bəyan etmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamaların aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. Yoxlama aktının 1.8-ci bəndində (səyifə 4) göstərilmişdir ki, "MTK-ya Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 120 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək yerinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yoxlama zamanı T.Məmmədov 3-5 ünvanında yerləşən A bloku üzrə təməlin 2017-ci ilin 2-ci rübündə, B bloku üzrə təməlin 4-cü rübündə qaızlığı, vergitutma metodu ƏDV-MV olduğu və T.Məmmədov 1-3 ünvanında yerləşən A bloku üzrə təməlin 2019-cu ilin 1 -ci rübündə, B bloku üzrə təməlin 2019-cu ilin 4-rübündə qazıldığı, vergututma metodu BTFSV olduğu müəyyən edildi. Eyni zamanda, T.Məmmədov 1-3 ünvanında inşa edilmiş 2 mərtəbəli qeyri -yaşayış binası və layihədə qeyd edilmiş, lakin inşa edilməmiş yerlaltı avtodayanacağın vergitutma metodu ƏDV-MV olduğu müəyyən edilmişdir. T.Məmmədov 3-5 ünvanda inşa edilən yaşayış və qeyri-yaşayış binaların ümumi sahəsi 35453,00 kv.m, o cümlədən yararlı zirzəmi sahəsi 2921,62 kv.m, yararlı qeyri yaşayış sahəsi 2985,66 kv.m, yararlı yaşayış sahəsi 18478,47 kv.m təşkil edir. (ƏDV-MV metodu). T.Məmmədov 1-3 ünvanda inşa edilən 2 ədəd yaşayış binaların ümumi sahəsi 37738,22 kv.m, o cümlədən yararlı zirzəmi sahəsi 972,0 kv.m, yararlı qeyri-yaşayış sahəsi 3038,06 kv.m, yararlı yaşayış sahəsi 21558,40 kv.m təşkil edir. (BTFSV metodu). T.Məmmədov 1-3 ünvanda inşa edilən 2 mərtəbəli qeyri-yaşayış binasının ümumi sahəsi 1600,37 kv.m, o cümlədən yararlı zirzəmi sahəsi 540,0 kv.m, yararlı qeyri-yaşayış sahəsi 301,36 kv.m təşkil edir. (ƏDV-MV metodu). T.Məmmədov 1-3 ünvanda layihədə təsdiq edilən faktiki inşa edilməmiş həyətaltı avtodayanacağın ümumi sahəsi 533,2 kv.m, o cümlədən yararlı sahə 288,0 kv.m təşkil edir. (ƏDV-MV metodu). SVY nəticəsində yoxlama əhatə olunan satışa yararlı sahə 19210,03 kv.m (əvvəlki SVY üzrə qeyd edilmiş 4788,00 kv.m yaşayış sahəsi də daxil olmaqla) 685,2 kv.m zirzəmi, 1949,9 kv.m qeyri-yaşayış 1 və 2-ci mərtəbələr, 16574,93 kv.m yaşayış sahəsi) və qalıq satışa yararlı sahə ümumilikdə 6305,08 kv.m təşkil edir.” Yoxlama aktında qeyd edilənlərdən aydın olmur ki, hazırkı yoxlama ilə konkret olaraq hansı sahələr (yaşayış və qeyri-yaşayış) əsas götürülərək hesablama aparılmışdır. Belə ki, akta qeyd edilir ki, yoxlama ilə ümumilikdə satışa yararlı sahəsi kimi 19210,03 kv.m əsas kimi götürülmüş və bura daxildir əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,0 kv.m sahə, hazırkı yoxlama ilə 685,2 kv.m zirzəmi, 1949,9 kv.m qeyri-yaşayış 1 və 2-ci mərtəbələr, 16574,93 kv.m yaşayış sahələr ki, bunların da cəmi (4788,0 + 685,2 + 1949,9 + 16574,93) 19210,03 kv.m sahə deyil, 23998,03 kv.m sahə təşkil edir. Əvvəlki 17 aprel 2019-cu il tarixli yoxlama aktının 1.8-ci bəndində baxsaq isə görərik ki, həmin yoxlama ilə 4788,0 kv.m sahə yoxlama ilə əhatə edilmiş, qalıq satışa yararlı sahə kimi 16775,6 kv.m göstərilmişdir ki, bu hal da hazırkı yoxlama ilə əhatə edilən 19210,03 kv.m satışa yararlı sahəsi ilə uyğunluq təşkil etmir. Ümumiyyətlə yoxlama aktında məlum deyil ki, yoxlama zamanı məhz hansı mənzillər və qeyri-yaşayış sahələri satış kimi götürülüb əlavə vergilər hesablanmışdır. MTK yoxlama aktından görə bilmir ki, hansı mənzillər (nömrələr üzrə) və obyetklər satış kimi götürülmüşdür. Həmçinin, sahələrin göstərilməsində də kifayət qədər aydın olmayan məqamlar və uyğunsuzluqlar mövcuddur. Mənfəət vergisi üzrə - Yoxlama aktının mənfəət vergisi hisssəində göstərilmişdir ki, yoxlama zamanı satışlar MTK tərəfindən təqdim edilən məlumatlar, Azəriqaz, Azərişıq, Azərsudan əldə edilmiş məlumatlar, mülkiyyət hüququnu təsdiq edən sənədlər və digər sənədlər əsasında müəyyən edilmişdir. MTK tərəfindən güya satış müqavilələri təqdim edilmədiyi üçün, yoxlama ekspert rəyi əsasında müəyyən edilmiş qiymətlər əsasında aparılmışdır. Eyni zamanda, vergi orqanı aktda xərc sənədlərin uçotunun aparılmadığını və VM-nin 67.1-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə edərək xərclərin müəyyən edilməsinin, analoji vergi ödəyicisinin müəyyən edilməsinin mümkün olmadığını qeyd edərək VM-nin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında vergiləri hesablamışdır. Belə ki, yoxlama zamanı vergi orqanı MTK-nın 2018-ci il üzrə bəyan etdiyi 3 733 017,0 manat dövriyyəni qəbul etmiş, 2019-cu il üzrə ümumi gəliri 6 045 461,69 manat (ƏDV- siz), 2020-ci il üzrə 4 332 305,08 manat müəyyən etmiş və qeyd edilən gəlirləri əsas götürməklə 2018-ci il üzrə əlavə olaraq 97474,63 manat, 2019-cu il üzrə 201 515,39 manat və 2020-ci il üzrə 144 410,17 manat, ümumilikdə 443 400,19 manat əlavə vergilər hesablamışdır. Həmçinin, xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanı yoxlama zamanı 2018 -ci il üzrə MTK-nın bəyan etdiyi gəlirini qəbul etsə də, 2019 və 2020-ci illər üzrə müəyyən etdiyi gəlir məbləğlərin hesablanması qaydasını açıqlamamış, yoxlama aktında ümumiyyətlə əsaslandırmamış, həmin dövriyyə məbləğlərinin necə əldə etdiyini izah etməmişdir. Halbuki, VM-nin 39.2-ci maddəsində təstib edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Beləliklə, yoxlama zamanı şərti rentabelliyin tətbiq edilməsi üçün əsas kimi MTK-nin iki binanın inşa edilməsi, bir bina üzrə BTFSV metodunun seçdiyini, digər bina üzrə ƏDV-MV metodunun seçdiniyi, alınmış mallar üzrə malmaterialın uçotunun, yəni silgilərinin binalar üzrə ayrı-ayrılıqda aparılmadığı olmuşdur. Belə olan halda, sual yaranır ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanda inşa edilən bina ƏDV-MV metodu üzrə aparıldığı, digər T.Məmmədov 1-3 ünvanda isə inşa edlən bina BTFSV üzrə aparıldığı, BTFSV üzrə aparılan binanın təməli 2019-cu ildə qoyulduğu halda, hansı səbəbdən hazırkı yoxlama ilə 2018-ci il üzrə də MTK-nin xərc sənədləri qəbul edilməmişdir? Halbuki, aydın məsələdir ki, 2018-ci il üzrə alınmış malmaterial yalnız həmin anda mövcud olan bina üzrə istifadə edilirdi. Digər BTFSV üzrə inşa edilən bina isə 2018-ci ildə mövcud deyildi.Belə olan halda, cavabdeh vergi orqanı ən azından öz mövqeyilərin düzgün olması üçün 2018-ci il üzrə vergilərin hesablanmasını VM-nin 83.9-cu maddəsi və NK-nin 55 saylı qərarına əsasən aparmalı deyildi və MTK-nın həmin üzrə xərcləri qəbul etməli idi. Həmçinin, bildirirlər ki, yoxlama zamanı bütün sənədlər yoxlamaya təqdim edilmişdir. Mal-materialın silgi uçotunun aparılmaması, mal-materialın alış sənədlərin və digər xərc sənədlərin uçotunun aparılmamasına dəlalət edə bilməz. Vergi orqanı isə yoxlama zamanı bütün sənədlərin təqdim edilməsinə baxmayaraq yalnız mal-material sənədlərin uçotunun aparılmadığını formal əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddənin müvafiq bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Belə ki, həmin normaların tələblərindən aydın görsənir ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadğı halda ilkin olaraq VM-nin 67.1 -ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadınqa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Cavabdeh vergi orqanı isə VM-nin 67-ci maddəsində göstərilən ardıcılığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VM-nin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, qeyd edirlər ki, bundan əvvəl məhkəmələrdə baxılan vergi mübahisələri zamanı VM-nin 67-ci maddəsinin tətbiqinə dair hüquqi qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi belə formalaşmışdır. Belə ki, qeyd olunan məsələyə aid bir çox Ali Məhkəmə qərarlarını təqdim etmək olar ki, hazırda onlardan biri olan Ali Məhkəmənin 2-1(102)-22/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərarını məhkəməyə təqdim edirlər. Bundan əlavə, bildirirlər ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda mübahisələndirilən yoxlama isə 2021-ci ilin may ayında başlandığı, eyni zamanda yoxlama ilə yoxlanılan dövr 2018-2021-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Bundan başqa, bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 119 nömrəli sərəncamına əsasən MTK tərəfindən ünvan 6 ünvanında Pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin ünvanda A və B bloklarından ibarət 18 mərtəbəli (16 yaşayış və 2 qeyri-yaşayış) yaşayış binaları inşa edilmişdir. Bildirirlər ki, tikinti aparılan ərazidə vergilərin hesablanması zamanı hüquqi və fiziki şəxslərin mülkiyyətindəki obyektlərin, torpaqların, sakinlərə məxsus müxtəlif yaşayış binaları və tikililərin vergi hesablanması üçün azaldılan ümumi sahəsi 10 573.8 kv.m (yaşayış sahəsi - 3 023.4, yaşayışın torpaq sahəsi - 3 127.38, qeyri-yaşayış sahəsi - 2 508.58 və qeyri-yaşayış torpaq sahəsi - 1 914.5) olduğu halda, yoxlama zamanı illər üzrə gəlir məbləğləri müəyyən edilərkən ümumiyyətlə nəzərə alınmamışdır. Məlum məsələdir ki, Pilot layihə çərçivəsində MTK orada yerləşən yaşayış və qeyri - yaşayış sahələri öz vəsaiti hesabına sökür və yeni inşa edilən binalarda sakinlərə sökülən sahə və (müvafiq olaraq 2007-ci il 26 dekabr tarixli 689 nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-NİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-maddəsinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əlavə olaraq 20% sahədən ibarət olan yeni yaşayış və qeyri-yaşayış sahələri verir ki, bu halda da MTK xərc çəksə də, hər hansı gəlir əldə etmir. Yoxlama aktında isə 19-cu səhifəsində ƏDV-aid hissədə Pilot lahiyyəsi üzrə vergi hesablanması üçün azaldılan sahə 5 356.48 kv.m qeyd edilmişdir. Lakin yoxlama aktında mənfəət vergisinin hesablanması zamanı nə faktiki sökülmüş 10573.8 kv.m., nə də qanunla müəyyən olunmuş əlavə 2114.76 kv.m., cəmi 12688.56 kv.m. olan sahə gəlir məbləğləri müəyyən edilərkən nəzərə alınmamışdır. Halbuki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin MTK-ya ünvanlanmış 20 avqust 2018-ci il tarixli 3/10-811 saylı məktubla MTK-nın mülk sahiblərinə sökülən mülklərin əvəzinə verilmiş 5460,53 kv.m mənzil və 2352,92 kv.m qeyri-yaşayış sahələrinə görə gəlir əldə etmədiyini təsdiq edərək MTK-nın gəlirlərindən çıxarılması üçün AR Vergilər Nazirliyinə müraciət edilməsini tövsiyyə etmişdir. Həmin məktub isə yalnız 2018-ci ilin avqust ayına olan vəziyyəti əks etdirdiyi, həmin tarixdən sonra da mülkləri sökülən sakinlərə sahələr verildiyini nəzərə alsaq deyə bilərik ki, əvəzləşmə yolu ilə verilən sahələr daha çoxdur və belə olan halda MTK-nın mənfəət vergisi üzrə hər hansı vergi öhdəlikləri yaranmır. Bundan başqa, qeyd edirik ki, hazırda aparılmış yoxlama ilə Tofiq Məmmədov küçəsi 1-3 və 3-5 ünvanlarında MTK tərəfindən inşa edilən yaşayış binaları üzrə mənzil fonduna təqdim edilən 3 869.45 kv.m yaşayış sahəsi verginin hesablanması üzrə azaldılan sahə kimi nəzərə alınmamışdır. ƏDV üzrə - yoxlama aktında ƏDV-yə aid hissədə göstərilmişdir ki, cari SVY ilə 2018-ci ildə 4788,0 kv.m (yaşayış sahəsi - əvvəlki SVY ilə), 2019-cu ildə 9957,06 kv.m (yaşayış sahəsi), 2020-ci ildə 1949,3 kv.m (qeyriyaşayış sahəsi), 2021-ci ildə 1829,87 kv.m (yaşayış sahəsi) və 685,2 kv.m (zirzəmi sahəsi) sahələrin digər şəxslərin adlarına rəsmiləşdirildiyi aşkar edilmiş və 5356,48 kv.m pilot layihə üzrə azaldılan sahə nəzərə alınaraq hesablama aparılmışdır. Həmçinin, qeyd edilmiş ki, 5356,48 kv.m pilot layihə üzrə azaldılan sahə nəzərə alındıqdan sonra satış məlumatlarına əsasən VM-nin 159.1-ci və 67.16-cı maddələrin tələblərinə əsasən 2 160 090,74 manat ƏDV-nin az hesablandığı müəyyən edildi. Yoxlama aktına əsasən bildirirlər ki, vergi orqanı yoxlama zamanı azaldılan ƏDV məbləğinin hesablanması qaydasını yenə də açıqlamamış, yoxlama aktında ümumiyyətlə əsaslandırmamış, həmin ƏDV məbləğinin necə əldə etdiyini izah etməmişdir. Halbuki, VM-nin 39.2-ci maddəsində təstib edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Əvvəlki yoxlamanın 17 aprel 2019-cu il tarixli aktından görünür ki, MTK üzrə yaşayış və qeyri-yaşayış sahələri üzrə 2018-ci ilin iyun ayı üzrə 2 533 017,00 manat dövriyyə və ona uyğun 455 943,06 manat ƏDV bəyan etmiş və ödəmiş, yoxlama isə bu halı təsdiq etmiş və hər hansı kənarlaşma aşkar etməmişdir. Həmçinin, əvvəlki yoxlama aktından görünür ki, yoxlama zamanı pilot layihə üzrə azaldılan sahə nəzərə alınmamışdır. Hazırkı yoxlama ilə yalnız 5356,48 kv.m pilot layihə üzrə azaldılan sahə kimi nəzərə alınmışdır. Halbuki, bir daha qeyd edirlər ki, təkcə 2018-ci ilin avqust ayında olan vəziyyətə əsasən 5460,53 kv.m mənzil və 2352,92 kv.m qeyri-yaşayış sahələri pilot layihə çərçivəsində mülk sahiblərinə verilmişdir. Belə ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin MTK-ya ünvanlanmış 20 avqust 2018-ci il tarixli 3/10-811 saylı məktubla MTK- nın mülk sahiblərinə sökülən mülklərin əvəzinə verilmiş 5460,53 kv.m mənzil və 2352,92 kv.m qeyri-yaşayış sahələrinə görə gəlir əldə etmədiyini təsdiq edərək MTK-nın gəlirlərindən çıxarılması üçün AR Vergilər Nazirliyinə müraciət edilməsini tövsiyyə etmişdir. Yoxlama aktında isə pilot layihə çərçivəsində əvəzləşdirilən sahələr azaldılmış və həqiqətə uyğun olmayan məlumatlar göstərilmişdir. Beləliklə, yoxlama aktında ƏDV-nin hesablanması zamanı nə faktiki sökülmüş 10573.8 kv.m, nə də, qanunla müəyyən olunmuş əlavə 2114.76 kv.m., cəmi 12688.56 kv.m. olan sahə ƏDV üzrə dövriyyə müəyyən edilərkən nəzərə alınmamışdır. Həmçinin, qeyd edirlər ki, hazırda aparılmış yoxlama ilə Tofiq Məmmədov küçəsi 1-3 və 3-5 ünvanlarında MTK tərəfindən inşa edilən yaşayış binaları üzrə mənzil fonduna təqdim edilən 3 869.45 kv.m yaşayış sahəsi verginin hesablanması üzrə azaldılan sahə kimi nəzərə alınmamışdır. Cavabdeh vergi orqanın akta əsasən qəbul etdiyi qərarda qeyd edilmişdir ki, 8446,28 manat ƏDV düzgün əvəzləşdidirlmədiyi üçün əlavə olaraq hesablanmışdır. Yoxlama aktının ƏDV-yə aid hissəyə nəzər yetirəndə görmək olur ki, ƏDV üzrə müqayisəli cədvəldə 2018-ci ilin iyul ayı üzrə 8446,29 manat azaldımış kimi qeyd edilmiş, lakin aktın məzmununda həmin hissəyə dair heç bir məlumat göstərilməmiş, ümumiyyətlə düzgün əvəzləşmə hansı əməliyyatlar üzrə və nədən ibarət olmasına dair heç bir şey qeyd edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh vergi orqanı MTK-ya yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə Vergi Məcəlləsinin 67.16-cı maddəsini tətbiq etməklə vergiləri hesablayarkən maddi hüquq normaların tətbiqində kobud nöqsana yol vermişdir. Bununla bağlı bildirirlər ki, cavabdeh vergi orqanın istinad etdiyi 67.16-cı maddə isə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və həmin qanun yalnız 1 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normada isə təsbit edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən yeni 67.16-cı maddəsi yalnız həmin tarixdən sonra olan yaşayış və qeyri- yaşayış sahələrin təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə 2017- 2019-cu illərdə satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə MTK-nin hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh vergi orqanı maddi hüquq normaları düzgün tətbiq etməmiş, yeni normanın qüvvəyə minən tarixədək baş vermiş əməliyyatlara sonradan qanunvericiliyə əlavə edilən normanı tətqbiq etməklə iddiaçını əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da MTK-nin qanunla nəzərdə tutulmuş hüquqlarını kobud surətdə pozmuşdur. Ümumiyyətlə yeni qəbul edilən norma qəbul edildiyi tarixdən yalnız sonrakı əməliyyatlara şamil edilməsi qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğundur. İstisna hal kimi yalnız şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə həmin normanın geriyə şamil edilməsi məsələsinə baxıla bilər. BTFSV üzrə - Bakı şəhəri, Səbail rayonu, İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 120 nömrəli sərəncamına əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında Pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin ünvanda A və B bloklarından ibarət 18 mərtəbəli (16 yaşayış və 2 qeyri-yaşayış) yaşayış binaları inşa edilmişdir. Yoxlama aktının 20-ci səhifəsində BTFSV üzrə MTK-ya 2019-cu ilin İ və İV rübləri üzrə hər birində 35 342,73 manat olmaqla, cəmi 70685,46 manat əlavə hesablama aparılmışdır. Məlumat üçün bildirirlər ki, xx.xx.2012-ci il tarixli 07 nömrəli Azərbaycan Respublikasi Dövlət şəhərsalma və arxitektura komitəsinin Kollegiyasının Qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3-cü və 4-cü maddələrində yaşayış binalarının sahələrinin hesablanması qaydaları müəyyən edilmişdir. Vergi orqanı tərəfindən dəvət edilmiş "X20” MMC-nin mütəxəssisi yaşayış və qeyri-yaşayış və zirzəmi sahəsinin hesablanması və əmək tutumunun hesablanması barədə hazırlamış xx.xx.2022-ci il tarixli rəydə olan göstəricilər düzgün olmayaraq göstərilmişdir. Həmçinin, bildirmək istəyirlər ki, rəyin 1-ci maddəsində, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin hesablanması üçün binanın zirzəmi, yaşayış və qeyri-yaşayış sahələrinin müəyyən edilməsi metodologiyası “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın müddəalarına zidd olaraq müəyyən edilmişdir. Eyni zamanda, bildirirlər ki, MTK tərəfindən binanın müvafiq sahələrinin hesablanması üçün MTK-nın dəvət etdiyi mütəxəssisin ilkin məlumatlarına əsasən MTK tərəfindən təqdim edilmiş BTFSV bəyannamələr üzrə göstərilmiş vergi məbləği 2019-cu ilin İ və İV rübləri üzrə hər biri üçün 65 159.64 manat olmaqla, cəmi 130 319,28 manat artıq hesablanması müəyyən edilmişdir. ÖMV üzrə - Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə MTKnın bank hesabına təsisçi tərəfindən ümumilikdə 2 846 034,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Yoxlama ilə cəlb edilmiş borc vəsaitinə görə AR Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürməklə yoxlanılan dövrdə 548 720,18 manat faiz məbləğinə 54872,02 manat ÖMV hesablandı. Eyni zamanda, yoxlama zamanı vətəndaş X2 aylıq 200,00 manat məbləğində icarə obyekti götürüldüyü və aylıq icarə haqqında ÖMV hesablanıb büdcəyə ödənilmədiyi aşkar edildi. Beləliklə, VM-nin 123.1-ci və 124.1-ci maddələrinə əsasən MTK-ya ümumilikdə 55796,02 manat ÖMV hesablandı. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçinin MTK-ya yoxlanılan dövr ərzində verdiyi borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi Vergi Məcəlləsinin 123-cü maddəsini əsas kimi gətirmişdir. Hesab edirlər ki, cavabdeh vergi orqanın göstərilən mövqeyi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil və buna əsasən hesablanmış vergilər əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da, görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Məsələ ilə bağlı bildirirlər ki, MTK-nın təsisçisi MTK-ya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu MTK-ya maddi dəstək üçün vermiş və verdiyi borclara görə MTK ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinin çıxış edərək qeyd edirik ki, ödəmə mənbəyində verginin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı MTK-nın təsisçisinin verdiyi borca görə MTK tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. İcarəyə aid hissə böyük məbləğ təşkil etmədiyini nəzərə alaraq həmin hesablamanı hazırda mübahisələndirmirlər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********146797 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2021-ci il tarixli **********146862 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. MTK tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan sənədlərin müəyyən bir qismi yoxlamaya təqdim edilmişdir. Bununla əlaqədar olaraq filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsinin iştirakı ilə sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə 2 nüsxədən ibarət xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Bundan əlavə yoxlama zamanı Baş idarənin xx.xx.2021-ci il tarixli **********507300 nömrəli, xx.xx.2021-ci il tarixli **********866600 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubları ilə vergi ödəyicisinə müraciətlər göndərilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli **********150738 nömrəli qarar çıxarılmış və vergilərin hesablanması üçün zəruri olan sənədlər götürülərək xx.xx.2021-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Yoxlama zamanı filiala məxsus Bakı şəhəri , Səbail rayonu, Badamdar qəs, T.Məmmədov 1 və 3 ünvanda yerləşən ofisə baxış keçirilmiş va baxışın nəticəsi xx.xx.2021-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması ilə satışlar vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş məlumat (imzalı və möhürlü), AZƏRİQAZ, AZƏRİŞİQ, AZƏRSU-ya göndərilmiş müvafiq sorğular nəticəsində əldə edilmiş binalarda sayğaclaşdırılmış abonentlər barədə məlumat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmiş sorğuya cavab olaraq əldə edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər və digər sənədlər əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən satış müqavilələri yoxlamaya təqdim edilməmişdir, bununla əlaqədar olaraq satış qiymətləri ekspert qiymətinə əsasən nəzərə alınmışdır. Yoxlama zamanı müəyyən olundu ki, Tofiq Məmmədov 3-5 ünvanda inşa edilən binaların təməli 2017-ci ildə qoyulsa da, tədiyyə növü olaraq ƏDV-Mənfəət seçilmişdir və mənzillərin satışı əsasən 2019, 2020 və 2021 -ci illərdə satılmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində və 2018-ci ilin mart və iyun aylarında ümumilikdə satışlardan 3 733 017,0 manat (ƏDV istisna) gəlir bəyan edilmişdir. Bununla da əlaqədar olaraq əvvəlki səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, satış sahəsi 4788.0 kv.m mənzil sahəsindən ibarətdir. Yoxlama zamanı müəyyən edildi ki, MTK tərəfindən Tofiq Məmmədov 1-3 ünvanda inşa edilən binalar üzrə BTFSV tədiyyəsi, Tofiq Məmmədov 3-5 ünvanda inşa edilən binalar üzrə isə ƏDVMənfəət tədiyyəsi seçilmişdir. Bu səbəbdən MTK hər iki ünvanlarda inşa edilən binaların inşa edilməsi üçün sərf edilən malmaterialları heç bir uçot aparmadan almışdır. xx.xx.2021-ci il tarixli **********146862 nömrəli SVYnın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilmiş, lakin vergi ödəyicisi xx.xx.2021- ci il tarixli **********946800 nömrəli məktubla müraciət edərək malmaterial silgi uçotunun aparılmadığını bildirmişdir. Yoxlama üçün naməlum olan xərclərin VMnin 67.1 ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda analoji vergi ödəyicisinin tapılması barədə baş idarənin müvafiq şöbəsinə müraciət edilmiş, lakin analoji müəssisə olaraq həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmiş müəssisələrin fəaliyyəti üzrə yerləşdiyi ünvan, binanın ümumi sahəsi, binanın görünüşü, mərtəbə sayı və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisənin tapılması mümkün olmamışdır. Bu səbəbdəndə MTK -nın xərclərini müəyyən etmək mümkün olmamışdır. 2019-cu ildə satışlardan 6 045 461,69 manat (ƏDV istisna), 2020-ci ildə 4 332 305.06 (ƏDV istisna) gəlir yoxlama ilə müəyyən edilmiş, gəlirin əldə edilməsi ilə bağlı xərclər müəyyən edilmədiyindən VM-nin 83.9-cü maddəsinə və Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabelllik tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı: M=G/100+20 ×R, M- vergi ödəyicisinin mənfəəti, G – gəlir (ƏDV nəzərə alınmadan), R-rentabellik 20 %. Yoxlama ilə müəyyən edilmiş 2018-ci il üzrə 3733017,00 manat ümumi gəlirdən M=3733017,00/100+20×20=622169,50 manat mənfəət: Yoxlama ilə əhatə olunan dövrdə müəssisənin mənfəəti 622169,50 manat (3733017,00- 3110847,50) müəyyən olunmuşdur. Nəticədə 2017-ci ilin 134 796,35 manat zərəri nəzərə alınmaqla, 2018-ci il üzrə 487 373,15 manat mənfəətdən mənfəət vergisi 20 % dərəcə ilə 97474,63 manat müəyyən olunmuşdur. 2019-cu il üzrə müəyyən edilmiş 2019-cu il üzrə 6045461,69 manat ümumi gəlirdən M=6045461,69/100+20×20=10075476,95 manat mənfəət: Yoxlama ilə əhatə olunan dövrdə müəssisəsinin mənfəəti 1007576,95 manat (6045461,69-5037884,74) müəyyən olunmuşdur. Nəticədə 2019-cu il üzrə 1007576,95 manat mənfəətdən mənfəət vergisi 20% dərəcə ilə 201515,39 manat müəyyən olunmuşdur. Yoxlama ilə müəyyən edilmiş 2020-ci il üzrə 4432305,08 manat ümumi gəlirdən M=4332305,08/100+20×20=722050,85 manta mənfəət: Yoxlama ilə əhatə olunan dövrdə müəssisənin mənfəəti 722050,85 manat (4332305,08 – 3610254,23) müəyyən olunmuşdur. Nəticədə 2020-ci il üzrə 772050,85 manat mənfəətdən mənfəət vergisi 20% dərəcə ilə 144410,17 manat müəyyən olunmuşdur. Yoxlama zamanı mənzil satışından əldə edilmiş gəlirlərə uyğun xərcləri birbaşa müəyyənləşdirmək mümkün olmadığından VM-nin 83.9-cü maddəsinə və Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabelllik tətbiq edilərək 443 400,19 manat mənfəət vergisinin az hesablandığı müəyyən edildi. MV üzrə hesablama cəmi 655 100,30 manat, əlavə vəsait 443 400,19 min manat, m/s 221 700,11 manat tətbiq edilmişdir. X16 üzrə: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 120 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Pilot Layihə əsasında Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 1-3 ünvanında, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 119 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yoxlama zamanı təqdim edilmiş beton sınaq nümunələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanda yerləşən A bloku üzrə təməlin 2017ci ilin 2-ci rübündə, B bloku üzrə təməlin 2017-ci ilin 4-cü rübündə qazıldığı vergitutma metodu ƏDV-MV olduğu və Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 1-3 ünvanda yerləşən A bloku üzrə təməlin 2019-cu ilin 1-ci rübündə, B bloku üzrə təməlin 2019-cu ilin 4-cü rübündə ayında qazıldığı vergitutma metodu BTFSV olduğu müəyyən edildi. Eyni zamanda Tofiq Məmmədov küçəsi 1-3 ünvanda inşa edilmiş 2 mərtəbəli qeyri yaşayış binası və layihədə qeyd edilmiş lakin inşa edilməmiş həyətaltı (yeraltı) avtodayanacağın vergitutma metodu ƏDV-MV olduğu müəyyən edilmişdir. Tofiq Məmmədov 3-5 ünvanda inşa edilən yaşayış binaları və qeyri yaşayış sahəsinin ümumi sahəsi 35453.0 kv.m o cümlədən yararlı zirzəmi sahəsi 2921.62 kv.m, yararlı qeyri yaşayış sahəsi 2985.66 kv.m yararlı yaşayış sahəsi 18478.47 kv.m təşkil edir (ƏDV-MV metodu). Tofiq Məmmədov 1-3 ünvanda inşa edilən 2 ədəd yaşayış binalarının ümumi sahəsi 37738.22 kv.m o cümlədən yararlı zirzəmi sahəsi 972.0 kv.m, yararlı qeyri yaşayış sahəsi 3038.06 kv.m, yararlı yaşayış sahəsi 21558.4 kv.m təşkil edir (BTFSV metodu). Tofiq Məmmədov 1-3 ünvanda inşa edilən 2 mərtəbəli qeyri yaşayış binasının ümumi sahəsi 1600.37 kv.m o cümlədən yararlı zirzəmi sahəsi 540.0 kv.m, yararlı qeyri yaşayış sahəsi 301.36 kv.m təşkil edir (ƏDV-MV metodu). Tofiq Məmmədov 1-3 ünvanda layihədə təsdiq edilən faktiki inşa edilməmiş həyətaltı avtodayanacağın ümumi sahəsi 533.2 kv.m o cümlədən yararlı sahəsi 288.0 kv.m təşkil edir (ƏDV-MV metodu). SVY nəticəsində SVY ilə əhatə olunan satışa yararlı sahə 19 210.03 kv.m ((əvvəlki SVY üzrə qeyd edilmiş 4788.0 kv.m yaşayış sahəsi də daxil olmaqla) 685.2 kv.m zirzəmi, 1949.9 kv.m qeyri yaşayış 1 və 2 ci mərtəbələr, 16574.93 kv.m yaşayış sahəsi) və qalıq satışa yararlı sahə ümumilikdə 6305.08 kv.m ( A və B bloku üzrə 2236.42 kv.m zirzəmi yararlı, 1035.76 kv.m qeyri yaşayış yararlı, 1903.54 kv.m yaşayış yararlı sahə, 2 mərtəbəli qeyri yaşayış üzrə 540.0 kv.m zirzəmi yararlı, 301.36 kv.m qeyri yaşayış yararlı sahə və həyətaltı avtodayanacaq üzrə 288.0 kv.m zirzəmi yararlı sahə) təşkil etdiyi yoxlama ilə müəyyən edildi. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş X16 hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Yoxlanılan dövrdə bəyannamələr vergi orqanına vaxtında təqdim olunmuşdur. Yoxlanılan dövr üzrə ekspert tərəfindən təqdim edilmiş real bazar qiyməti yaşayış sahəsi üzrə 1 kv.m - 1200 manat, Qeyri yaşayış sahəsi üzrə 1 kv.m 1-ci mərtəbə 4000 manat, 2-ci mərtəbə 2000 manat, qaraj üzrə 1 kv.m 1200 manat təşkil etmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016cı il tarixli 119-120 saylı Sərəncamlarına əsasə "xxxx" MTK (VÖEN **********) tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 1-3 ünvanda ümumilikdə A bloku və B blokundan (16 yaşayış + 2 qeyri yaşayış) və bu blokları birləşdirən 2 mərtəbə qeyri-yaşayışdan ibarət tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanda ümumilikdə A bloku və B blokundan (16 yaşayış + 2 qeyri yaşayış) yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Əvvəlki dövr üzrə Vergilər Nazirlyi yanında Lokal gəlirlər Baş idarəsinin xx.xx.2018-ci ul tarixli **********161120 saylı qərarına əsasən yoxlama aparılmış və nəticəsi üzrə xx.xx.2019 cu il tarixli **********162158 nömrəli aktla rəsmiləşdirilmiş və nəticəsi üzrə T.Məmmədov 3-5 ünvanda inşa edilən binalar üzrə 4788 kv.m sahə yoxlama ilə əhatə edilmişdir. Eyni zamanda mütəxəssis rəyi əsasında vergi ödəyicisinin binaların tikintisi üçün sərf etdiyi əmək tutumu üzrə kənarlaşma aşkar edilmədi. Eyni zamanda bina tikintisi pilot layihə əsasında aparıldığı aşkar edilmişdir və pilot layihə üzrə 5356,48 kv.m sahə nəzərə alındıqdan sonra, Azəriqaz, Azərişıq, Azərisu, Əmlak Məsələləri Dövlət Xidmətindən əldə edilmiş məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş satışlar barədə məlumatlar əsasında (mənzillər və qeyri-yaşayış obyektləri üzrə) VM- nin 159.1-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq 2 160 090,74 manat ƏDV-nin az hesablandığı müəyyən edildi. Beləliklə ƏDV üzrə hesablama cəmi 3 240136,11 manat, əlavə vəsait 2 160 090,74 manat, m/s 1 080 045,37 manat tətbiq edilmişdir. Cari SVY ilə 2018-ci ildə 4788.0 kv.m (yaşayış sahəsi - əvvəli SVY üzrə), 2019-cu ildə 9957.06 kv.m (yaşayış sahəsi), 2020-ci ildə 1949.3 kv.m (qeyriyaşayış sahəsi), 2021-ci ildə 1829.87 kv.m (yaşayış sahəsi) və 685.2 kv.m (zirzəmi sahəsi) sahələrin digər şəxslərin adlarına rəsmiləşdiyi aşkar edilmiş və 5356.48 kv.m pilot layihə üzrə azaldılan sahə nəzərə alınaraq hesablama aparılmışdır. SVY nəticəsində SVY ilə əhatə olunan satışa yararlı sahə 19 210.03 kv.m ((əvvəlki SVY üzrə qeyd edilmiş 4788.0 kv.m yaşayış sahəsi də daxil olmaqla) 685.2 kv.m zirzəmi, 1949.9 kv.m qeyri yaşayış 1 və 2 ci mərtəbələr, 16574.93 kv.m yaşayış sahəsi) və qalıq satışa yararlı sahə ümumilikdə 6305.08 kv.m ( A və B bloku üzrə 1512.0 kv.m zirzəmi qaraj yararlı, 724.42 kv.m zirzəmi qeyri yaşayış yararlı, 1035.76 kv.m qeyri yaşayış yararlı, 1903.54 kv.m yaşayış yararlı sahə, 2 mərtəbəli qeyri yaşayış üzrə 540.0 kv.m zirzəmi qaraj yararlı, 301.36 kv.m qeyri yaşayış yararlı sahə və həyətaltı avtodayanacaq üzrə 288.0 kv.m zirzəmi qaraj yararlı sahə) qaldığı yoxlama ilə müəyyən edildi. Ödəmə mənbəyində tutulan verginin bəyannamə üzrə: Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 2 846 034,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Vergi Məcəlləsinin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 548 720,18 manat faiz məbləğinə 54872,018 manat ödəmə mənbəyindən vergi hesablandı. Eyni zamanda yoxlama zamanı vətəndaş X2 aylıq 200,00 manat məbləğində icarəyə obyekt götürüldüyü və aylıq icarə haqqından ödəmə mənbəyində vergi hesablanıb büdcəyə ödənilmədiyi aşkarlandı. Beləlikdə,Vergi Məcəlləsinin 123.1 və 124.1-ci maddələrinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 55796,02 manat ödəmə mənbəyində vergi hesablandı. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 120 nömrəli sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov 1-3 ünvanda pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qeyd edilən ünvanda A və B bloklarından ibarət (16 yaşayış+ 2 qeyri-yaşayış) yaşayış binaları inşa edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanıldı. 2019-cu ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 2019.3-cü maddəsinə əsasən yoxlama zamanı cəmi “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannamələri” üzrə verginin 70 685,46 manat azaldıldığı müəyyən edildi. Yoxlama zarna- vergi ödəyicisinin Tofiq Məmmədov 1-3 ünvanında inşa edilən binalar üzrə mütəxəssis rəyinə əsasən 648,06 kv.m azaldıldığı müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 70 685 46 manat azaldılmasına görə 50% məbləğində, yəni 35342,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş əsaslarla aparılmamışdır. Bildirirlər ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Vergi ödəyicisi əvvəlki təməl qoymalar üzrə ƏDV MV vergitutma metodunu seçdiyi üçün ödəyici tərəfindən BTFSV metodu üzrə seçdiyi dövrdə əldə etdiyi qaimə-fakturalar üzrə aparılmış əvəzləşmələrin və digər risklərin yoxlanılması məqsədilə SVY keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanda yerləşən A bloku üzrə təməlin 2017-ci ilin 2-ci rübündə, B bloku üzrə təməlin 2017-ci ilin 4-cü rübündə qazıldığını və vergitutma metodunun ƏDVMV olduğunu nəzərə alsaq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bina tikintisi ilə əlaqədar 2018-ci ilin avqust ayından sonra ƏDV və mənfəət vergisi üzrə ödənişlərin olmadığı aydın görünür. İddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətdə keçirilməmişdir, yəni yoxlama təqvim günləri deyil, iş günləri nəzərə alınmaqla keçirilmişdir. Bununla bağlı qeyd edirlər ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aid olsun. Qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqelərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri tərəfimizdən pozulmamışdır. Belə ki, vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər iddiaçının iddia ərizəsində ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur. Hesab edirlər ki, iddiaçı Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yalnış qənaətə gələrək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək İmkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alınsa ki, vergi orqanı üçün beş günlük iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə alınmasa belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması ancaq 30 gün ərzində davam etməlidir. O zaman sual olunur ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsi yoxlamanın qeyriiş günlərində davam etməsini qadağan edirsə, hansı halda səyyar vergi yoxlaması 30 təqvim günü ərzində keçirilə bilər və ya davam edə bilər. Həmçinin Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti barəsində yoxlama aparılan vergi ödəyicisinin də iş rejiminin gözlənilməsini tələb edir, 30 günlük müddətin iş günləri ilə hesablanmalı olmasını nəzərdə tutmur. Digər tərəfdən də iddiaçı Vergi Məcəlləsinin normalarının təhlilinə səthi yanaşmışdır. “Gün” ifadəsini “təqvim günü” kimi təfsir edən iddiaçı Vergi Məcəlləsinin digər normalarında “təqvim günü” ifadəsinin olması faktını unutmuşdur. Çünki Vergi Məcəlləsinin bir sıra normalarında təqvim günü ifadəsi işlənilir ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsində ifadə olunan gün sözünün təqvim günü kimi idrak edilməsini istisna edir. Belə ki, əgər gün ifadəsi təqvim günü ifadəsini nəzərdə tutursa, o zaman sual yaranır ki, nə üçün hüquq müəyyənedici orqan onu təqvim günü kimi müəyyən etməmişdir. Onu da, qeyd etmək lazımdır ki, əgər həmin 30 günlük müddətin iş günü ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Məsələn, Vergi Məcəlləsinin 37.2-ci maddəsində - 30 iş günü, 33.10-cu maddədə -1 iş günü, 37.2-1-ci maddədə - 5 iş günü və 10 iş günü, 37.4- cü maddədə - 5 iş günü, 72.7-ci maddədə - 3 iş günü, 157.2-ci maddədə - 5 iş günü və s. Həmçinin, xüsusi olaraq qeyd etmək istəyirlər ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2-1(102)-6/20 nömrəli Qərarı qeyd edilə bilər. Həmin qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddənin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bu baxımdan hesab edirlər ki, yoxlamanın aparılması üçün təyin olunmuş müddətlərin pozuntusu halı baş verməmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozulmaqla keçirilmişdir. Bununla bağlı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” hissəsinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci bəndində Reyestrdən çıxarışda əks olunmalı olan məlumatların siyahısı dəqiq göstərilmişdir. Qeyd olunan bəndin tələbləri ilə tanış olduqda aydın görünür ki, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərarın reyestrdən çıxarışda əks etdirilməsi nəzərdə tutulmamışdır. Belə ki, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar daxil olmuş sənədlərin düzgünlüyünün yenidən araşdırılması üçün əlavə vergi yoxlaması keçirilməsinə zərurət yaranması səbəbindən qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan məsələyə dair Ali Məhkəmə öz hüquqi mövqeyini "xxxx" MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə xx.xx.2021-ci il tarixli 2-1(102)-1041/2021 saylı qərarında göstərmişdir. İddiaçının reyestrə yoxlama ilə bağlı daxil edilməli olan məlumatlarla bağlı dəlillərinə münasibətdə bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.18-ci bəndində reyestrə yoxlama ilə bağlı daxil edilməli olan məlumatlarda yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması qeyd edilmişdir. Lakin, göründüyü kimi vergi yoxlamaları burada istisna edilmişdir. Həmçinin qeyd edirlər ki, iddiaçı tam fərqli yanlış maddi hüquq normasına istinad etmişdir. Belə ki, iddiaçı adı çəkilən Əsasnamənin 4.7ci bəndinə istinad etmiş, qeyd olunan bənd isə reyestrin aparılması ilə bağlı müddəalarda öz əksini tapmışdır, (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, bu günədək yoxlamanın nəticəsi, bu zaman aşkar olunan qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatlar). Halbuki iddiaçı Reyestrdən çıxarışda göstərilməli olan məlumatların siyahısının əksini tapdığı 5-ci bəndə istinad etməli idi. Reyestrdən çıxarışda göstərilməli olan məlumatların isə hər birinin vergi orqanı tərəfindən çıxarışda əks etdirildiyini nəzərə alaraq hesab edirik ki, iddiaçı bununla bağlı yanlış qənaətə gəlmişdir. İddia ərizəsində yoxlamanın dayandırılması və uzadılması ilə bağlı müddətlərə toxunulmuşdur. Bunlarla bağlı qeyd edirlər ki, vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində qeyd edir ki, müvafiq sənədlərin hamısı yoxlamaya təqdim edilmişdir. Bununla bağlı qeyd edirlər ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli Protokoldan da, göründüyü kimi, MTK tərəfindən satış ilə əlaqədar müqavilələr yoxlamaya təqdim edilməmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində qeyd edir ki, yoxlama Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş və məsuliyyət qərarı əsaslandırılmamışdır. Bununla bağlı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirlər.Qeyd olunanlara əlavə olaraq bildirirlər ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etməyi zəruri hesab edirik ki. iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyildir. Bunlarla yanaşı qeyd edirlər ki, mütəxəssisin dəvət edilməsi və ekspertin cəlb edilməsi müvafiq cəmiyyətlər ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir və bu müqavilələr də mövcuddur (əlavə edilir). Odur ki, iddiaçının mütəxəssisin dəvət edilməsi və ekspertin cəlb edilməsinin müqavilə olmadan həyata keçirilməsi barədə iddiaları tam əsassızdır. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, yoxlama zamanı cəlb edilmiş mütəxəssis və ekspertlər xüsusi biliyə və təcrübəyə malik olmasını təsdiq edən sənədlər qeyd edilməmişdir. Bununla bağlı qeyd edirlər ki, “X20” MMC tərəfindən rəy vermiş X1 Sidney Universitetində kommersiya üzrə magistr dərəcəsi, İngiltərənin Varvik Universitetində kommersiya ixtisası üzrə doktorant elmi dərəcələrinə malikdir. X11 isə Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. Ekspert kimi cəlb edilmiş X7 isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ixtisaslaşma imtahanını müvəffəqiyyətlə bitirməsi barədə sertifikat əldə etmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”-nın 3.1-ci bəndinə əsasən peşəkar qiymətləndiriciləri aşağıdakı kimi hazırlamaq mümkündür: 3.1.1. ali məktəblərdə peşəkar qiymətləndiricilərin hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması; 3.1.2. xarici ölkələrdən qiymətləndirici ekspertlərin dəvət olunması və yaxud xarici ölkələrdə qiymətləndiricilərin hazırlanması və s. Eyni zamanda qeyd edirlər ki, qanunvericilikdə mütəxəssis və ekspertin mütləq qaydada hansısa formada sertifikatlaşdırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, sadələşdirilmiş vergi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na zidd olaraq hesablanmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1322/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə istinad edirlər. Eyni zamanda qeyd edilmişdir ki, vergi ödəyicisi ekspertizanın təyin edilməsi haqqında qərar ilə tanış edilməmişdir. Bununla bağlı qeyd edirik ki, iddiaçı tərəf öz imzası ilə qərar ilə tanış olması barədə qərarda qeyd etmişdir. İddia ərizəsində, həmçinin qeyd edilmişdir ki, bazar qiymətləri internet resurslarında olan məlumatlar əsasında hesablanarkən yalnız təklif qiymətləri nəzərə alınmışdır. Bununla bağlı qeyd edirlər ki, ekspert rəyində internet resurslarından götürülən qiymətlər müvafiq çıxılmalar nəzərə alınmaqla bazar qiymətinin müəyyən edilməsi üçün əsas götürülmüşdür. Məsələn: internet resurslarında 82500 manat dəyərində təklif edilən daşınmaz əmlak ekspert tərəfindən müvafiq çıxılmalar nəzərə alınmaqla 76204 manat dəyərində, 93000 manat dəyərində təkjlif edilən daşınmaz əmlak ekspert tərəfindən müvafiq çıxılmalar nəzərə alınmaqla 85902 manat dəyərində, 192000 manat dəyərində təklif edilən daşınmaz əmlak ekspert tərəfindən müvafiq çıxılmalar nəzərə alınmaqla 177347 manat dəyərində qiymətləndirilmişdir. Göründüyü kimi ekspert tərəfindən bazar qiymətləri müəyyən edilən zaman təklif olunan qiymətlər deyil, tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlər əsasında hesablanmışdır. Eyni zamanda iddiaçı qeyd edir ki, ekspertizanın təyin edilməsi zamanı Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd edilən ardıcıllıq gözlənilməmişdir. Bununla bağlı bildirirlərki, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra baza' qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş olaraq müəyyən olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair" xx.xx.2012-ci il tarixli qərarında bildirilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Belə ki, cümlənin tam anlaşılan olması üçün “o cümlədən” ifadəsinin qrammatik anlayışına nəzərə yetirilməsi zəruridir. Məlumat üçün bildiririk ki, “o cümlədən” ifadəsi köməkçi nitq hissəsi olmaqla, iştirak bağlayıcısıdır. Azərbaycan dilinin qrammatikasında həmin ifadənin sinonimi kimi “o sıradan”, “həmçinin” sözlərindən istifadə edilməsi nəzərdə tutulur. Bu zaman aydın olur ki, “o cümlədən" bağlayıcısı xüsusiləşmə kimi xarakter verməyə sahib olmaqla, paralel olaraq asılı olmayan digər davranış imkanının olduğunu nəzərdə tutur. Nəticə etibarı ilə aydın olur ki, bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Mütləq şəkildə öncə qeyd olunan mərhələlərə riayət olunmalı, daha sonra ekspertiza təyin edilməlidir kimi hər hansı hüquqi tənzimləmə müəyyən olunmamışdır. Bunlarla yanaşı iddiaçı qeyd edir ki, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən ardıcıllığa riayət etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa Vergi Məcəlləsinin 64.14-cü maddəsini tətbiq etməklə pozuntuya yol vermişdir. Bununla bağlı qeyd edirilər ki, Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Bu maddənin müddəalarından görünür ki, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanması vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda mümkündür. Lakin, bu Məcəllənin 83.9-cu maddəsinin tətbiqi il bağlı hər hansı ardıcıllığın gözlənilməsi ilə bağlı imperativ norma mövcud deyil. Qeyd edilənlərlə yanaşı iddiaçı qeyd edir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinin müddəaları 2020-ci ildən sonrakı münasibətlərə tətbiq edilə bilər. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, MTK tərəfindən mənzillər 2017-2019-cu illərdə təqdim edildiyi üçün bu müddəanın tətbiqi vergi ödəyicisinin vəziyyətini ağırlaşdırmışdır. Qeyd edilən hal ilə bağlı bildirilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.3-cü maddəsinə əsasən 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı 2020- ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim edirlər. Həyata keçirilən yoxlama zamanı isə vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi MTK ilə tərəflər arasında payın təqdim edilməsi ilə bağlı müqavilələr yoxlamaya təqdim edilməmişdir və buna əsasən iddiaçının qeyd etdiyi mənzillərin 2017-2019-cu illərdə təqdim edilməsi halı müəyyən edilmir. Belə ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinin müddəalarına əsasən bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə və bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə vergitutma məqsədləri üçün yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Məhkəmənin təsisçi tərəfindən faizsiz olaraq müəssisəyə verdiyi borc məbləğinin qaytarılması zamanı veginin hesablanmaması ilə bağlı bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Fiziki və ya hüquqi şəxs təsisçisi olduğu digər hüquqi şəxsə borc məbləğlərini, habelə qarşılıqlı surətdə asılı olmayan fiziki və hüquqi şəxs digər hüquqi şəxsə borc məbləğlərini faizsiz verdiyi halda, verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və həmin faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2023-cü il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, 2 160 090,74 manat ƏDV və 1 080 045,37 manat maliyyə sanksiyası, 443 400,19 manat mənfəət vergisi və 221 700,10 manat maliyyə sanksiyası, 70 685,46 manat BTSF və 35342,73 manat maliyyə sanksiyası, 54872,02 manat ÖMV və 27 436,01 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli manat) manat məbləğində pul İddiaçı MTK-dan Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 1. VM-nin 38.3.5-ci maddəsinə əsasən vergilərin və digər icbari ödənişlərin qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Vergi ödəyicisi əvvəlki təməl qoymalar üzrə ƏDV və MV vergitutma metodunu seçdiyi üçün ödəyici tərəfindən BTFSV metodu üzrə seçdiyi dövrdə əldə etidyi qaimə-fakturalar üzrə aparılmış əvəzləşmələrin və digər risklərin yoxlanılması məqsədi ilə SVY keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda, vergi ödəyicisinin vergitutma metodunun ƏDV-MV olduğunu nəzərə alaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bina tikintisi ilə əlaqədar 2018-ci ilin avqust ayından sonra ƏDV və mənfəət vergisi üzrə ödənişlərin olmadığı aydın görünür. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci bəndində reyestr çıxarışında göstərilməli olan məlumatların siyahısı əks etdirilmişdir ki, həmin məlumatlar sırasında əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi barədə qərarın reyestr çıxarışında göstərilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, əlavə vergi yoxlamasının aparılması sahibarlıq fəaliyyətinin həyata keçirdiyi yerə getmədən yoxlama zamanı yoxlama aktında olan çatışmamazdlıqlar və uyğunsuzluqların aradan qaldırılması üçün həyata keçirilən yoxlama tədbiri olduğu üçün əlavə vergi yoxlamasının dövlət reyestrində qeydiyyata alınmasına zərurət yoxdur. 3. məhkəmə sözügedən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.7-ci bəndinə deyil, reyestrdan çıxarışda göstərilməli olan məlumatların siyahısının özündə əks etdirən 5-ci bəndinə istinad etməli idi. Reyestr çıxarışında bütün məlumatlar göstərildiyi üçün hesab edirik ki, məhkəmə araşdırmanı düzgün aparmamış, doğru olmayan maddi hüquq normasını tətbiq etməklə yanlış qənaətə gəlmişdir. 4. iddia ərizəsində qeyd edilmişdir ki, müvafiq sənədlərin hamısı yoxlamaya təqdim edilmişdir. Lakin "xxxx" Protokoldan göründür ki, MTK tərəfindən satış ilə bağlı müqavilələr yoxlamaya təqdim edilməmişdir. 5. iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyil. 6. mütəxəssisin və ekspertin cəlb edilməsi cəmiyyətlər ilə vergi orqan arasında müvafiq müqavilələr əsasında həyata keçirilir və bu müqavilələr mövcuddur. Həmçinin, yoxlama zamanı “X21” MMC-nin mütəxəssis və ekspertlərin xüsusi biliyini təsdiq edən müvafiq ixtisas sertifikatları mövcuddur.7. Ali Məhkəmənin 6 iyun 2022-ci il tarixli qərarına istinad etmiş və həmin Qərarda qöstərilmişdir ki, məhkəmələr güya səhv edərək maddi hüquq normalarını düzgün tətbiq etməmiş, ekspertiza tərəfindən verilmiş rəydə sahələrin hesablanması zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” əsas kimi götürülmüş, lakin Vergi Məcəlləsinin 219.3-cü maddəsi nəzərə alınmamışdır.8. ekspert öz rəyində internet resurslarından olan qiymətlərdən müəyyən çıxılmalar nəzərə alınmaqla bazar qiyməti müəyyən edilməsi üçün əsas kimi götürülmüşdür. Ekspert tərəfindən bazar qiyməti müəyyən edilərkən təklif edilən qiymətlər deyil, təklif və tələbin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlər əsasında hesablanmışdır. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən ardıcılığa riayət edilməsi və sonra ekspertin cəlb edilməsi imperativ norma kimi göstərilməmişdir.9. Vergi Məcəlləsinə görə vergilərin hesablanması zamanı 67.14-cü maddəsinə əsaslanaraq birbaşa 83.9-cu maddənin tətbiqi ilə bağlı hər hansı ardıcılıq müəyyən edilməmişdir.10. iddiaçı tərəfindən yoxlama zamanı mənzillərə dair payın alqı-satqı müqavilələri təqdim edilmədiyi üçün MTK-nın mənzillərinin 2017-2019-ci illərdə satılması halı müəyyən edilmir və bu səbəbdən də 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən VMnin 67.16-cı maddəsi tətbiq edilməlidir.11. hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Belə olan təqdirdə, təsisçinin verdiyi borc məbləği faizsiz olduğu halda həmin borca görə eyni dövrü üzrə oxşar müddətdə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və ödəmə mənbyində 10 % dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. 12 . yoxlama zamanı vergi qanunvericiliyikdə nəzərdə tutulmuş prosessual müddətlərin pozulmasına yol verilməmiş və VM-nin 38.2-ci maddəsi pozulmamışdır. Belə ki, VMnin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamarın vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Qanunvericiliyə edilmiş dəyişiklik isə yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. 13. məhkəmə əsasən ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, ekspert rəyi reallığı əks etdirmir və hüquqi məsələlərə qiymət verməklə tərtib edilmişdir. Ekspert rəyində müəyyən mənzil qiymətləri ümumiyyətlə reallığı əks etdirmir. Həmçinin, əvəzləşmə zamanı mülk sahiblərinə sahələr verilərkən ekspert rəyində yaşayış sahələri ilə yanaşı torpaq sahələri də nəzərə alınmışdır. Lakin pilot layihə çərçivəsində yalnız yaşayış sahələrinə əlavə 20% verilməklə əvəzləşmə həyata keçirilə bilər. Ekspert öz rəyində hüquqi məsələlərə rəy verməli deyildi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167533 nömrəli qərarına əsasən MTK-ya 2018, 2019, 2020, 2021-ci illər üzrə ümumilikdə ƏDV üzrə 2 160 090,74 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1 080 045,37 manat maliyyə sanksiyası; 2018, 2019, 2020ci illər üzrə ümumilikdə Mənfəət vergisi üzrə 443 400,19 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 221 700,10 manat maliyyə sanksiyası; 2019-cu il BTFSV üzrə 70685,46 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 35 342,73 manat maliyyə sanksiyası; 2018, 2019, 2020 və 2021-ci illər üzrə ümumilikdə ÖMV üzrə 55796,02 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27898,01 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 440,00 manat maliyyə sanksiyası hesablanmışdır. - Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/4736-9/4939-9/4943 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, qərardadda qoyulmuş bütün suallara hərtərəfli cavab verilmiş, qərardadın yeddinci və səkkizinci sualları üzrə göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq, 19 yanvar 2023-cü il tarilxi **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablanmış vergi məbləğlərinin düzgünlüyü aşağıdakı kimi müəyyən edilir: Mənfəət vergisi üzrə: Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən ünvan 11 ünvanda yerləşən 2 mərtəbəli qeyriyaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyriyaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,00 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mülk sahiblərinə verilən 12931,02 kv.m sahə nəzərə alındıqda qalıq sahə 6249.92 kv.m təşkil edir. Qeyd edilən qalıq sahə yoxlama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün mənfəət vergisinin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, hazırki ekspertiza tədqiqatı zamanı mənfəət vergisinin az hesablanması müəyyən edilmir. X16 üzrə: Məhkəmə tikintitexniki ekspertizanın rəyinə əsasən ünvan 11 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyri-yaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,02 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mülk sahiblərinə verilən 12931,02 kv.m. sahə nəzərə alındıqda qalıq sahə 6249.90 kv.m.təşkil edir. Qeyd edilən qalıq sahə yoxlama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün ƏDV-nin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, yoxlama zamanı ƏDV-nin az hesablanması müəyyən edilmir. BTFSV üzrə: Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən MTK tərəfindən T.Məmmədov 1- 3 ünvanında inşa edilən binanın ümumi sahəsinin hər bir blok üzrə ümumilikdə 16229,20 kv.m olduğu müəyyən edilmişdir. Ümumilikdə 2 blok üzrə (A və B blokları) 32458.40 kv.m müəyyən edilmişdir. Beləliklə, ümumilikdə 5279,82 kv.m. sahənin artıq bəyan edildiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə 375 827,04 manat məbləğində BTFSV üzrə artıq hesablama aparılmışdır. ÖMV üzrə: Yoxlama materiallarında MTK-nın təsisçisinin verdiyi borca görə MTK tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi (faizlərin ödənilməsini təsdiq edən sənədlər) iş üzrə mövcud olan sənədlərdə öz təstiqini tapmamışdır. Beləliklə, təsisçinin MTK-ya veridiyi borca görə OMV üzrə vergilərin hesablanması hissəsində kənarlaşma aşkar edilməmişdir. İcarə obyektinə görə icarə haqqından 14% ÖMV hesablanıb dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə ÖMV üzrə 924,00 manat məbləğində verginin azaldılması müəyyən edilmişdir. Ekspert rəyinə əsaslandırıcı sənədlər əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; … Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bənd 3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Bənd 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); 6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. 3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur: 3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi; 3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi; 3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər; 3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olubolmaması; 3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi; 3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi üzrə xx.xx.2021-ci il tarixli **********146797 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla iyul 2018 – mart 2021- ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixdə başlayıb, xx.xx.2021-ci il tarixdə başa çatmalı olmasına baxmayaraq, VM-nin 38.2-ci maddəsinin tələblərinə zidd olaraq yoxlama xx.xx.2022-ci ll tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmiş, lakin, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar istisna olmaqla digər qərarların surətləri məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar, aparılmış inzibati icraat çərçivəsində qəbul edilmiş aralıq inzibati aktlar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Sadəcə mübahisəyə mahiyyəti üzrə yanaşılmaqla qanunvericiliyin normalarına istinad edilməklə kifayətlənilmişdir.Lakin, Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. Həmçinin, inzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutmuşdur ki, həmin istisnalarda Vergi Məcəlləsinin 38.2-ci maddəsində təsbit edilmiş, həmçinin yoxlamanın hansı hallarda dayandırıla biləcəyi VM-nin 38.7-ci maddəsində öz əksini tapmışdır. Hazırki halda isə cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu tam olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/4736- 9/4939-9/4943 nömrəli ekspert rəyindən görünür ki, 19 yanvar 2023-cü il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablanmış vergi məbləğlərinin düzgünlüyü aşağıdakı kimi müəyyən edilmişdir: Mənfəət vergisi üzrə: Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən ünvan 11 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyri-yaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,00 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mülk sahiblərinə verilən 12931,02 kv.m sahə nəzərə alındıqda qalıq sahə 6249.92 kv.m təşkil edir. Qeyd edilən qalıq sahə yoxlama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün mənfəət vergisinin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, hazırki ekspertiza tədqiqatı zamanı mənfəət vergisinin az hesablanması müəyyən edilmir. X16 üzrə: Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən ünvan 11 ünvanda yerləşən 2 mərtəbəli qeyriyaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyri-yaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,02 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mülk sahiblərinə verilən 12931,02 kv.m. sahə nəzərə alındıqda qalıq sahə 6249.90 kv.m.təşkil edir. Qeyd edilən qalıq sahə yoxlama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün ƏDV-nin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, yoxlama zamanı ƏDV-nin az hesablanması müəyyən edilmir. BTFSV üzrə: Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən MTK tərəfindən T.Məmmədov 1- 3 ünvanında inşa edilən binanın ümumi sahəsinin hər bir blok üzrə ümumilikdə 16229,20 kv.m olduğu müəyyən edilmişdir. Ümumilikdə 2 blok üzrə (A və B blokları) 32458.40 kv.m müəyyən edilmişdir. Beləliklə, ümumilikdə 5279,82 kv.m. sahənin artıq bəyan edildiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə 375 827,04 manat məbləğində BTFSV üzrə artıq hesablama aparılmışdır. ÖMV üzrə: Yoxlama materiallarında MTK-nın təsisçisinin verdiyi borca görə MTK tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi (faizlərin ödənilməsini təsdiq edən sənədlər) iş üzrə mövcud olan sənədlərdə öz təstiqini tapmamışdır. Beləliklə, təsisçinin MTK-ya veridiyi borca görə OMV üzrə vergilərin hesablanması hissəsində kənarlaşma aşkar edilməmişdir. İcarə obyektinə görə icarə haqqından 14% ÖMV hesablanıb dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə ÖMV üzrə 924,00 manat məbləğində verginin azaldılması müəyyən edilmişdir.Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən, həmçinin ekspert gəldiyi nəticələri rəyə qoşma şəklində əlavə etdiyi sübutlarla əsaslandırdığından iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Göründüyü kimi cavabdeh vergi orqanı mübahisəli qərarın qəbul edərkən aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq vergi orqanının qərarını mübahisələndirilən hissədə ləğv edilməsi qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin birinci dəlili ilə bağlı qeyd edilməlidir ki, Mübahisələndirilən inzibati aktda, səyyar vergi yoxlamasının məhz Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərə tutulmuş əsasla başladığı göstərilmişdir. Həmin normaya görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin məzmunundan görünür ki, vergi orqanları tərəfindən bu normada qeyd olunan əsasla yoxlamanın başlanması üçün vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən edən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat mövcud olmalıdır. Başqa sözlə, vergi orqanı yoxlamanın başlanması haqqında qərarında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olan hansı mənbəyi bəlli məlumata (bu məlumatı təsdiq edən müvafiq sənədlərə və dəlillərə) istinad etməlidir. Lakin, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. Beləliklə, qeyd olunanlardan görünür ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarının 13.5-ci bəndində göstərilmişdir ki, səyyar vergi yoxlamasının təyin edilməsinə əsaslar olduqda, həmin əsaslara dair məlumatlar (risklər) AVİS-də müvafiq ekrana daxil edildikdən sonra xidməti məlumat forması hazırlanmalıdır. Xidməti məlumatda səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar ətraflı şəkildə qeyd olunmalıdır. Göründüyü kimi, yoxlamanın təyin edilməsinə əsaslar olduqda həmin əsaslara görə xidməti məlumat hazırlanır ki, cavabdeh inzibati orqan da məhz həmin əsasların olmasını təsdiq edən heç bir sübut və yaxud dəlil təqdim etməmişdir. Eyni zamanda artıq səyyar vergi yoxlamasının qanuni əsas olmadan təyin edilməsi ilə bağlı hüquqi mövqeyi və vahid məhkəmə təcrübəsini əks etdirən kifayət qədər Ali Məhkəmə qərarları mövcuddur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2-1(102)- 1920/2021 saylı; 12 iyul 2023-cü il tarixli 2-1(102)- 1741/2023 saylı və 28 sentyabr 2023-cü il tarixli , 2- 1(102)-1848/2023 saylı qərarları) Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı olaraq qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, vergi orqanının xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Göründüyü kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Sözügedən hüquqi məsələ ilə bağlı Ali Məhkəmənin son zamanlar formalaşdırdığı vahid məhkəmə təcrübəsi nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin 01 iyun 2022-ci il tarixli 2-1(102)- 712/2022 nömrəli qərarında qeyd edilmişdir ki, : “64.Bundan başqa qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 65.Hazırki mübahisəyə münasibətdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərar vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, yəni vergi orqanı yoxlama ilə bağlı məlumatları vahid məlumat reyestrində tam formada yerləşdirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınması ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması da həmin məqsədlərə xidmət edir və inzibati orqanlar tərəfindən sahibkarlarıq fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biri kimi qiymətləndirilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların reyestrdə qeydiyyatdan keçirilməsi ilə bağlı məsələnin həllinə də vergi qanunvericiliyinin yuxarıda qeyd olunan ümumi məqsədləri və inzibati orqanların müdaxilə xarakterli fəaliyyətinə nəzarət imkanları baxımından yanaşmaq lazımdır. 66.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən, o yoxlamalar reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. 67.Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. 68.Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o anlama gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. Yuxarıda qeyd olunan Əsasnamənin müddəalarının ümumi təhlilinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmədiyini, həmin yoxlamanın da vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparıldığını, eyni zamanda əlavə vergi yoxlaması tədbirləri zamanı da vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqların verildiyini nəzərə aldıqda, həmin yoxlamanın da ilkin yoxlama kimi qeydə alınması zəruridir.” Həmçinin, Ali Məhkəmənin 12 iyul 2023-cü il tarixli 2-1(102)- 1741/2023 saylı qərarında göstərilmişdir ki: “68. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY181307973 saylı Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qeydiyyatdan keçməmişdir.

69. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.

70. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.

71. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

72. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

73. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.

74. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığına baxmayaraq həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.” Kollegiya apellyasiya şikayətinin üçüncü dəlili kimi qeyd edilmiş, “ məhkəmənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.7-ci bəndinə deyil, reyestrdan çıxarışda göstərilməli olan məlumatların siyahısının özündə əks etdirən 5-ci bəndinə istinad etməli olmasına münasibətdə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021 tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti yalnız yoxlamanın başlanmasından 1 il 6 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub- olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 19 yanvar 2023-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Həmçinin cavabdeh vergi orqanı apellyasiya şikayətində göstərmişdir ki, mütəxəssisin və ekspertin cəlb edilməsi cəmiyyətlər ilə vergi orqan arasında müvafiq müqavilələr əsasında həyata keçirilir və bu müqavilələr mövcuddur. Həmçinin, yoxlama zamanı “X21” MMC-nin mütəxəssis və ekspertlərin xüsusi biliyini təsdiq edən müvafiq ixtisas sertifikatları mövcuddur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Həmin Məcəllənin 45.3-ci maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Göründüyü kimi, vergi nəzarət tədbirləri zamanı vergi orqanına öz fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu halda müvafiq qərar ilə mütəxəssis dəvət edilə bilər və həmin mütəxəssis yalnız müqavilə əsasında dəvət edilməlidir. Yoxlama zamanı “X21” MMC tərəfindən mütəxəssis rəyi verilmişdir. Həmin rəyin 3-cü səhifəsində ümumi məlumat hissəsinin 1-ci bəndində qiymətləndirmənin aparılması üçün əsas kimi yalnız cavabdeh vergi orqanın qərarının nömrəsi və tarixi qeyd edilmişdir. Göstərilən hal isə bir daha təsdiq edir ki, mütəxəssis ilə vergi orqanı arasında qanunla nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamış və bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Həmçinin, qeyd edilməlidir ki, rəy vermiş mütəxəssislər rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olması rəydə göstərilməmişdir. Belə ki, rəyin 3-cü səhifəsində 4cü bəndində qeyd edilmişdir ki, mütəxəssis X9 qarşısında xarici ölkələrin ali təhsil müəssisələrində kommersiya üzrə magistr və doktorantı və mütəxəssis X11 qarşısında Azərbaycan Memarlıq və İnşaat Universiteti, inşaatçımühəndis sözləri göstərilmiş, lakin bu xüsusi biliyə və tücrübəyə malik olmasını təsdiq edən müvafiq sənədlər rəyə əlavə edilməmiş, rəydə bunu təsdiq edən sertifikat və ya diplom barəfə məlumatlar qeyd edilməmişdir. Eyni zamanda cavabdeh vergi orqanı apellyasiya şikayətində mütəxəssis və ekspertin cəlb edilməsi və həmin şəxslərin rəy verdiyi sahələr üzrə müvafiq sertifikatlara malik olmasını əsas kimi gətirsə də, qeyd edilən dəlillərini təsdiq edən müvafiq müqavilələri və sertifikatları bu günədək məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq məhkəmə tərəfindən maddi hüquq normalarını düzgün tətbiq eedilməməsini, ekspertiza tərəfindən verilmiş rəydə sahələrin hesablanması zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” əsas kimi götürülsə də, lakin Vergi Məcəlləsinin 219.3-cü maddəsi nəzərə alınmadığını qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə icraatı zamanı təqdim edilmiş rəydən görünür ki, hazırkı yoxlama ilə hesablamanın əsas hissəsi olan mənfəət vergisi və ƏDV üzrə ekspertiza rəyində əvvəlki yoxlama ilə əhatə edilən sahə, mülk sahiblərinə verilən əvəzləşdirilən sahə və qalıq sahə nəzərə alındığı təqdirdə əlavə dövriyyənin olmaması səbəbindən vergilrin az hesablanması müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 219.3-cü maddəsi isə mənfəət və ƏDV ödəyicisi olan bina tikintisi fəaliyyəti ilə məşqul olan vergi ödəyicilərinə tətbiq edilə bilməz. Həmin norma ümumiyyətlə sadələşdirilmiş vergi ödəyicilərin vergitutma obyektini müəyyən edir və qeyd edilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. BTFSV üzrə hesablamaya gəldikdə isə ekspertiza rəy verərkən Vergi Məcəlləsinin 219.3cü maddəsinin tələblərini pozmamış, lakin sahənin hesablanması zamanı vergi orqanın cəlb etdiyi mütəxəssisin səhvini üzrə çıxarmışdır. Belə ki, yoxlama aktından görünür ki, ünvan 12 ünvanda inşa edilən A və B blokları üzrə MTK sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə görə vergitutma məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Lakin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə görə mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Sadalanan normalardan görünür ki, tikinti sahəsinin hesablanması Qaydalarına görə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar mərtəbənin sahəsinə dail edilməsə də, VM-nin 219.3-cü maddəsinə görə vergitutma obyektinə daxil edilir və vergilərin hesablanması zamanı həmin sahələr də nəzərə alınır. Ekspertiza rəyinin 6-cı sualına cavabında olan cədvəldən görünür ki, “Pilləkən, lift, havalandırma, dəhliz” sütununda vergi orqanın cəlb etidyi mütəxəssis 11574,96 kv.m müəyyən etdiyi halda, ekspertiza 6871,06 kv.m müəyyən etmiş, nəticə etibarı ilə 4703,9 kv.m sahə həcmində fərq yaranmışdır. Göründüyü kimi, tikinti sahəsinin hesablanması Qaydalarına görə “lift, havalandırma, dəhliz” mərtəbənin sahəsinə daxil edilmədiyi halda, ekspertiza öz cədvəlində həmin sahələri nəzərə almış, lakin sahənin hesablanmasının düzgün olmadığını müəyyən etmişdir. Bir sözlə ekspertiza cavabdeh vergi orqanın iddia etidyi kimi yalnız tikinti sahəsinin hesablanması Qaydasını əsas götürsəydi, belə olan halda “lift, havalandırma, şaxta” üçün nəzərdə tutulmuş boşluqları rəyində ümumiyyətlə cədvəlinə daxil etməzdi. Cavabdeh vergi orqanı apellyasiya şikayətində qeyd etmişdir ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Belə olan təqdirdə, təsisçinin verdiyi borc məbləği faizsiz olduğu halda həmin borca görə eyni dövrü üzrə oxşar müddətdə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh vergi orqanın bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Vergi Məcəlləsinin 5-ci maddəsinin çıxış edərək qeyd edirik ki, ödəmə mənbəyində verginin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı MTK-nın təsisçisinin verdiyi borca görə MTK tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Eyni Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göstərilən normalardan da görünür ki, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzam olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, MTK-nın təsisçisi ilə MTK arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərərindən təsisçiyə MTK tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Həmçinin, təsisçiyə verilən borca görə faizlərin ödənilməsi müqavilədə şərtləndirilmədiyi halda əlavə ÖMV vergilərin hesablanmasının qanunsuz olmasına dair vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə qərarları hazırda mövcuddur. Belə ki, Ali Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli 2-1(102)- 1914/2023 nömrəli qərarında qeyd edilmişdir ki, : “41. Mübahisənin mahiyyətinə münasibətdə isə qeyd olunmalıdır ki, iş üzrə materiallarda olan və cavabdeh tərəfindən əlavə edilmiş ümumiləşdirilmiş cədvəldən (i.v.83) göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının öz təsisçisinə borc verdiyi məbləğlərə Mərkəzi Bankın orta illik faiz dərəcəsi tətbiq edilməklə borc verilən aydan ilin sonuna kimi olan aylar üzrə (düstur belədir: borc məbləği x Mərkəzi bankın faiz dərəcəsi /12 x ayların sayı) x 20 %) faiz məbləği müəyyən olunmuş və iddiaçının gəliri kimi mənfəət vergisinə cəlb edilmişdir.

42. Nəzərə almaq lazımdır ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəlir formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur.” Cavabdeh vergi orqanı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, yoxlama zamanı vergi qanunvericiliyikdə nəzərdə tutulmuş prosessual müddətlərin pozulmasına yol verilməmiş və VM-nin 38.2-ci maddəsi pozulmamışdır. Belə ki, VM-nin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamarın vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Qanunvericiliyə edilmiş dəyişiklik isə yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur Eyni zamanda, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının 79-1-ci maddəsinin də tələbləri baxımından iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin fərdi işlər üzrə çıxardığı məhkəmə qərarlarında da yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olması ilə bağlı hüquqi mövqe bəyan edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qərarın əsaslandırıcı hissə ilə təkzib edilir və məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar