Məhkəmə qərarları › İş №2-1(103)-2677/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2677/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2677/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(112)-116/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İddiaçı qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında ayrılmış 0,8 hektar torpaq sahəsində 1 ədəd 3 bloklu, 1 girişli, 15 mərtəbəli və 2 ədəd 14 mərtəbəli, 1 girişli olmaqla, cəmi 344 mənzilli yaşayış binaları tikilmişdir. Əvvəlki yoxlama xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmiş və yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə kooperativ tərəfindən 14140,87 manat məbləğində vergilərin yayındırılması müəyyən edilmiş və kooperativə 8033,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin əvvəlki yoxlama ilə lisensiyasız tikinti işləri ilə məşğul olması halı aşkar edilməmişdir. Hazırki aktın 1.8-ci bəndində yoxlamadan əvvəlki dövrə düşən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunaraq, 338286,23 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Ziddiyyət olması hansı aktın daha dürüst olduğunu müəyyən etməkdə çətinlik yaradır. Sonuncu məlumatı əsas olaraq hesab edilsə, aktın 1.8-ci bəndində yoxlama dövrünü əhatə edən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliiyəti ilə məşğul olunaraq 740952,46 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Aktın 2.1-ci bəndində kooperativin 2017-ci il üzrə əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat, 2018-ci il üzrə yaşayış sahələrinin satışından gəlirinin 45829,83 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 66168,87 manat, 2019-cu il üzrə yaşayış sahələrinin satışından gəlirinin 282455,11 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 302794,15 manat olduğu qeyd olunmuşdur. Bundan əvvəlki cümlədə yaşayış sahələrinin satışından gəliri əks etdirən rəqəmləri topladıqda (45829,83+282455,11) nəticə 328284,94 manat olur ki, bu rəqəm aktın 1.8-ci bəndində qeyd olunan rəqəmdən (740952,46) kəskin şəkildə fərqlənir. Aktda bir birini inkar edən iki cümlə mövcuddur. Aktın mənfəət vergisinin hesablanmasının açıqlanması hissəsində ötən illərin zərərinin məbləği qeyd edilməmiş və qanunsuz gəlir hesablanarkən həmin zərər, həmçinin hesablanmış mənfəət vergisi nəzərə alınmamışdır. Halbuki Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət xalis mənfəət hesab olunur. Qeyd olunan hallar sonuncu səyyar vergi yoxlaması aktının dolğun olmadığından, həmçinin natamam tərtib olunduğundan xəbər verir. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, satış 2017-2020-ci illər tarixində deyil, 2006-2013-cü illər tarixində satılmış və həmin tarixlərdə də mənzillər öz alıcılarına təhvil verilmişdir. Daha maraqlı məqam isə alqı- satqı müqavilələri olmadan sayğacların quraşdırılması tarixinə görə əlavə dəyər və mənfəət vergisinin hesablanmalı olduğu dövr müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, sayğacların quraşdırılması malların təqdim olunması hesab olunmur. Ona görə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi, malların təqdim edilməsi hesab edilir. Su sərfiyyatına görə ödənilmiş məbləğlərə görə həmin mənzillərin məhz 2017-2020-ci illər tarixində təqdim edildiyini deyil, sadəcə olaraq, orada yaşayışın olduğunu sübut edən bir haldır. 2006-2013cü illərdə alınmış mənzillərdə yaşayış 2017-ci il tarixindən su sayğacları quraşdırıldıqdan sonra başlanılmışdır. Göründüyü kimi, ziddiyyətli və aydın olmayan məqamlar mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmçinin vergilər iqtisadi cəhətdən əsaslandırılmalı olduğu halda, əsaslandırılmayaraq, Məcəllənin 3.2-ci maddəsinin tələbi pozulmuşdur. Kooperativdə keçirilən yoxlamalarda ictimai-sosial və mədəni məqsədlər üçün dövlətə ayrılmalı olan 10%-lik sahələrin heç biri nəzərə alınmamış və həmin sahələr də vergitutma obyekti hesab edilərək, vergiyə cəlb olunmuşdur. Bina 2019-cu ilin iyun ayında təhvil verildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirərkən, 2 mərtəbədən ibarət olan zirzəmi sahəsinin 1-ci mərtəbəsini, drenaj suları aktiv vəziyyətdə olduğu üçün istifadəyə yararsız hesab edərək, həmin mərtəbənin hər iki çıxışını bağlamışlar. Qeyd olunanlardan əlavə, Aktın 1.8-ci bəndində ekspert rəyinə istinad edilərək, mənzillərin 1 kvadrat metrinin real orta bazar qiymətinin 870,0 manat olduğu qeyd olunmuşdur. Lakin, ekspert tərəfindən real orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, həmin zonada fərdi qaydada sorğu aparılmamış, yalnız internet resusrlarında olan, eyni zamanda Bakıxanov kimi böyük bir qəsəbənin müxtəlif yerlərində qiymətlərin müxtəlif olması halı araşdırılmayaraq, mənbəyi bəlli olmayan məlumatlara istinad edilərək, qiymət müəyyən edilmişdir. Halbuki, həmin zonada 1 kvadrat metrin real orta bazar qiyməti 550-600 manat arasında dəyişir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan nöqsanların mövcud olmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin nöqsanlar nəzərə alınmayaraq, natamam tərtib olunmuş akta istinad edilərək, vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul edilmişdir. Qərar əsasında cəmiyyətə 2017- 2019-cu illərin müvafiq ayları üzrə 1296228,3 manat məbləğində əlavə dəyər vergisi, 2019-cu il üzrə 10093,14 manat məbləğində mənfəət vergisi, 2017-2019-cu illər üzrə 216,94 manat məbləğində əmlak vergisi, 2019-cu ilin 1-4cü rübləri üzrə 2100 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, 2019-cu ilin 1- 4-cü rübləri üzrə 157,6 manat məbləğində işsizlikdən sığorta haqqı hesablanmış və 2019cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin sözügedən inzibati aktda vergi qanunvericiliyinin pozulması şəraitini təsdiq edən sənədlərin konkret olaraq, hansı sənədlərdən ibarət olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir.

3. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, alqı-satqı müqavilələri olmadan sayğacların quraşdırılması tarixinə görə ƏDV və mənfəət vergisinin hesablanmalı olduğu dövr müəyyən edilmişdir. Bu isə Mülki Məcəlləyə ziddir. Beləki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün əsas onun iştirakçıları arasında bağlanmış müqavilə olmalıdır. Bu hal nəinki Mülki Məcəlləyə, eləcə də Vergi Məcəlləsinə də ziddir. Beləki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi üçün əsas yalnız mülki-hüquqi müqavilə (satış, barter, hədiyyə, girov, ipoteka) və ya əmək müqaviləsindən irəli gələn natura şəklində əməkhaqqının ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin MTK üzvlərinin ümumi yığıncağının qərarıdır. Göründüyü kimi vergi orqanının qərarı hər iki məcəllənin tələbinə ziddir. Vergi orqanın bu hərəkətinə gəldikdə məhkəmə nəzərə almalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Sayğacların quraşdırılması əsasında vergi orqanının malların təqdim olunması qənaətinə gəlməsinin hüquqi əsası yoxdur. Beləki, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Mənzillər üzrə 2017-2020-ci illər tarixində su sayğacı üzrə ödənişin olması yaşayış sahəsi təqdim edildiyi deyil, onların sahibləri tərəfindən istismar olunmasına başlandığını sübut edə bilər. Hüquqi əsası olmadığına görə vergi orqanının qanunsuz qərarı İnzibati icraat haqqında” Qanunun 2.0.11 -ci maddəsinə əsasən əlverişsiz inzibati aktdır. Belə ki, maraqlı şəxs olan iddiaçını, yəni "xxxx" MTK-ni üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Kooperativdə keçirilən yoxlamaların heç birində ictimai-sosial və mədəni məqsədlər üçün dövlətə ayrılmalı olan 10%-lik sahələrin heç biri nəzərə alınmamış və həmin sahələr də, vergitutma obyekti hesab edilərək, vergiyə cəlb olunmuşdur. Bina 2019-cu ilin iyun ayında təhvil verildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirərkən, 2 mərtəbədən ibarət olan zirzəmi sahəsinin 1-ci mərtəbəsini, drenaj suları aktiv vəziyyətdə olduğu üçün istifadəyə yararsız hesab edərək, həmin mərtəbənin hər iki çıxışını bağlamışlar. Qeyd olunanlardan əlavə, Aktın 1.8-ci bəndində ekspert rəyinə istinad edilərək, mənzillərin 1 kvadrat metrinin real orta bazar qiymətinin 870,0 manat olduğu qeyd olunmuşdur. Lakin, ekspert tərəfindən real orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, həmin zonada fərdi qaydada sorğu aparılmamış, yalnız internet resusrlarında olan, eyni zamanda Bakıxanov kimi böyük bir qəsəbənin müxtəlif yerlərində qiymətlərin müxtəlif olması halı araşdırılmayaraq, mənbəyi bəlli olmayan məlumatlara istinad edilərək, qiymət müəyyən edilmişdir. Halbuki, həmin zonada 1 kv.m. real orta bazar qiyməti 550-000 manat arasında dəyişir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan nöqsanların mövcud olmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin nöqsanlar nəzərə alınmayaraq, natamam tərtib olunmuş akta istinad edilərək, vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul edilmişdir. Qərar əsasında cəmiyyətə 2017- 2019-cu illərin müvafiq ayları üzrə 1.296.228,3 manat məbləğində ƏDV, 2019-cu il üzrə 10.093,14 manat məbləğində mənfəət vergisi, 2017-2019-cu illər üzrə 216,94 manat məbləğində əmlak vergisi, 2019-cu ilin 1-4-cü rübləri üzrə 2100 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, 2019-cu ilin 1-4-cü rübləri üzrə 157,6 manat məbləğində işsizlikdən sığorta haqqı hesablanmış və 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin sözügedən inzibati aktda vergi qanunvericiliyinin pozulması şəraitini təsdiq edən sənədlərin konkret olaraq, hansı sənədlərdən ibarət olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Vergi orqanı tərəfindən keçirilən xx.xx.2011-xx.xx.2017-ci ilədək dövrü əhatə etmiş əvvəlki səyyar vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2017-ci il tarixli aktı üzrə qərarı (14140,87 manat məbləğində vergilərin yayındırılmasına görə 8033,75 manat maliyyə sanksiyası) ləğv edilmədən (bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir) həmin dövrü əhatə edən digər qərarın verilməsi “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinin qanunsuz əlverişli inzibati aktın hüquqi qüvvəsinə dair tələblərə də ziddir. Beləki, bu maddəyə əsasən qanunsuz olsa belə vergi orqanının əvvəlki iddiaçı üçün əlverişli inzibati aktı yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər, yəni etimad hüququ tətbiq edilməyə bilər. Bunlar isə həmin Qanunun 67.6-cı maddəsinə görə aşağıdakı üç haldan başqası ola bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Vergi orqanları tərəfindən bu üç hal sübuta yetirilməmişdir. İPM 32-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

4. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisi üzrə 10093.14 manat, ƏDV üzrə 1296228.31 manat, Əmlak vergisi üzrə 216,94 manat, MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 1050.0 manat, MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) üzrə 1050.0 manat, işsizlik sığortası üzrə 97.2 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 60.4 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama nəzərə alınmaqla (1308795.99-836.64) 1307959.35 manat əlavə vəsait hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 654154.28 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Həmin qərara əsasən hesablanmış umumi 1962753,62 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair **********633200 saylı tələbnamənin göndərilməsi təmin edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********200215 saylı tələbnamə təqdim olunmuş və yoxlamanın predmetinə aid olan və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri və digər sənədlərin təqdim olunması tələb edilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri sənədlər təqdim olunması xx.xx.2020-ci il tarixli **********200215 saylı tələbnamə müəssisənin direktoruna əlbəəl təqdim edildikdən sonra sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Belə ki, sərəncam, digər müəssisə ilə bağlanmış müqavilə, FHN-nin sınaq nəticələri yoxlamaya təqdim edilmiş, lakin, nəzarət kitabçası, bank sənədləri, qaimə-fakturalar, təhvil-təslim aktlan (forma-2), materialların alışını təsdiq edən sənədlər, kassa-mədaxil orderləri, əmək haqqı hesablanması və ödənilməsi barədə sənədlər, smeta sənədləri, xüsusi razılıq (lisenziya), habelə satılmış mənzilər ilə əlaqədar sənədləşmələr (müqavilələr, ödəniş sənədləri və sair) yoxlamaya təqdim edilməmişdir. Təqdim edilməyən sənədlərə dair Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən yoxlamaya sənədlər qismən təqdim olunduğundan cavabdehin xx.xx.2020-ci il tarixli **********141613 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarına və xx.xx.2020-ci il tarixli **********141612 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilmişdir. Bundan başqa, Vergilər Məcəlləsinin 23-cü və 41-ci maddələrini əsas tutaraq və həmçinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının yaşayış və qeyri yaşayış, zirzəmi sahələrinə və ərazisinə baxış keçirildi. Baxış zamanı binanın tam tikildiyi, binada əsasən yaşayış olduğu və sonuncu aktdan sonrakı dövrdə əlavə tikinti olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda aynlmış 0.8 ha tortaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A” binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B” bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri-yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkan, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Qeyd edilən binaların sahəsi əvvəlki yoxlama zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş hal hazırda da qüvvədədir. Bundan başqa, Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keşirilməsi zamanı bilavasitə vergi orqanlanın fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanınm rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq iddiaçı tərəfındən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. aynlıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********136828 saylı xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən Azərbaycan Respublikasının “Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi dəvət edilmişdir. Xidməti zərurətlə əlaqədar iddiaçı tərəfindən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********141613 xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən "xxxx" MMC-nin mütəxəssisi X4 dəvət edilmişdir. Cari yoxlama zamanı keçirilən baxışa əsasən müəssisə tərəfindən tikinti aparılmış binalarda hər hansı əlavə tikinti işlərinin aparılması müəyyən edilmədiyindən vergi ödəyicisi tərəfindən qəbul edilmiş sonuncu yoxlama aktında qeyd olunan sahələr nəzərə alınmışdır. Həmçinin, yaranmış zərurətlə əlaqədar "xxxx" ASC-dən alınmış məlumatlarda yaşayış binasının ayrı-ayrı fiziki şəxslərin (mənzil sahiblərinin) adlarına 2016-cı ilin iyun ayından başlayaraq sayğaclaşdırılması aparılmışdır. Yoxlama zamanı yaşayış binasına baxış keçirilərkən binanın müəyyən hissəsi sakinlərlə məskunlaşdığı və müəyyən hissəsinin isə satılmadığı, təmirsiz olması müəyyən edilmişdir, iddiaçı bundan əvvəl ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2007-ci il 120489 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə 15212.3 kv.m satışa yararlı sahə, həmin Departamentin xx.xx.2008-ci il tarixli **********9136 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə isə 12735.46 kv.m, ümumilikdə bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən iddiaçı tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manata bərabər olduğu müəyyən edilmişdir. Yoxlama zamanı qeyriyaşayış sahəsi və satışa yararlı zirzəmi sahəsinin satışı barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin sahələrin satışı yoxlama ilə əhatə olunmadı. Nəticədə yoxlanılan dövrün sonuna (157xx.xx-9767.10 = 6009.90) 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı müəyyən edilmişdir. Yoxlama nəticəsində aşağıda göstərilən kənarlaşmalar aşkar edilmişdir. ƏDV üzrə: Yoxlama ilə müəssisə tərəfindən satışa yararlı sahənin vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC-dən alınmış yaşayış binasının sayğaclaşdırılması və abonentlər tərəfindən su sərfiyyətına görə ödənilmiş məbləğlər barədə məlumatlara əsasən 117 mənzil (“A" binasında 12 mənzil, “B” binasında 105 mənzil) “1A” binasının 984.33 kv.metr, “1B” binasının 8782.77 kv.metr, cəmi 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışının həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasında xx.xx.2017-xx.xx.2020-ci illər aralığında yaşayış və qeyri-yaşayış sahələrinin (habelə zirzəmi sahəsi) 1 (bir) kv.m real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin xx.xx.2020-ci il tarixli **********136826 saylı “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmışdır. Belə ki, Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınmır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Odur ki, xx.xx.2020-ci il tarixli ekspert rəyində MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.0 (səkkiz yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Nəticədə 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışı yoxlanılan dövrdə müvafiq aylarda ƏDV- yə cəlb edilərək Vergi məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-nin (9767.10 *870 /1.18 *18%=1296210.05) 1296210.05 manat azaldılması müəyyən edilmiş (ƏDV-nin hesablanması cədvəli, "xxxx" ASC-dən alınmış məlumat, müəssisənin təqdim etdiyi mənzillərin sayğaclaşdırılması barədə cədvəl, MTK da sakinlərə xidmət göstərən "X7 Company" MMC (VÖEN **********) tərəfindən xidmət göstərdiyi sakinlər üzrə tərtib olunmuşdur. Ümumilikdə yoxlama ilə 1296380.85 manat azaldılması və 152.54 manat artıq hesablaması müəyyən edildi. Yoxlama ilə ƏDV üzrə əlavə olaraq ümumilikdə 1296228.31 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən hesabatda göstərilən əlavə dəyər vergisinin hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən 1296380.85 manat azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 648190.43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: İddiaçının 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 20339.04 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 85909.81 manat, nəticədə 65570.77 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2017-ci il üzrə ümumi dövriyyəsi əmlakın icarəyə verilməsindən 20339.04 manat (ədv xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkiməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2017-ci il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: G1 M1= -------------- xR; da: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 20339.04 M1 = ------------------- x 20 = 3389.84 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin vergiyə cəlb edilən mənfəəti 2017-ci il üzrə 3389,84 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. Yoxlama ilə 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəətdən keçmiş illərin zərəri olduğundan mənfəət vergisi hesablanmamışdır. Müəssisənin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 21186.50 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 96 386.05 manat, nəticədə 75199.55 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2018-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının 2018-ci il üzrə yaşayış sahəsinin satışından 45829.83 manat, əmlakın icarəyə verilməsindən 20339.04 manat, ümumi dövriyyəsi 66168.87 manat (ƏDV xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Odur ki, 2018-ci il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 66168.87 M1 = ------ ------------ x 20 = 11028.15 100 + 20 Yoxlama ilə müəssisənin vergiyə cəlb edilən mənfəəti 2018-ci il üzrə 11028.15 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1ci maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir.Yoxlama ilə 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəətdən keçmiş illərin zərəri olduğundan mənfəət vergisi hesablanmamışdır. İddiaçınin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 19491.58 manat gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 62 335.07 manat, nəticədə 42843.49 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı 2019-cu il üzrə yaşayış sahəsinin satışından 282455.11 manat, əmlakın icarəyə verilməsindən 20339.04 manat, ümumi dövriyyəsi 302794.15 manat (ƏDV xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Odur ki, müəssisənin 2019-cu il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 302794.15 M1 = -------------------- x 20 = 50465.7 100 + 20 Göründüyü kimi, yoxlama ilə iddiaçının vergiyə cəlb edilən mənfəəti 2019-cu il üzrə 50465.7 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. Yoxlama ilə 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəətdən 10093.14 (50465.7 x 20%) manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması təsdiqini tapmamış və 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 10093.14 manat məbləğində azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5046.57 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Əmlak vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrinin düzgünlüyü yoxlanıldı və hesablanmalı vergi məbləğlərinin 2017-ci il üzrə 77.62 manat, 2018-ci il üzrə 72.19 manat, 2019-cu il üzrə isə 67.13 manat, cəmi 216.94 manat azaldılması aşkar edilmişdi. MÖMV üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin tədiyyəçisi olmuşdur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 6 nəfər, ümumi əmək haqqı fondu 54130 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 232.32 manat olmaqla ümumi olaraq əmək haqqından 1673.28 manat gəlir vergisi tutulmuşdur. Vergi Məcəlləsinin 101.1-1 Maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manatadək “0” faiz, 8000 manatdan çox olan məbləğin“14” faiz dərəcə ilə tutulur. Bununla da yoxlama ilə müəssisə tərəfindən 2019-cu ildə 836.64 manat miqdarında artıq vergi məbləği hesablanmışdır. MDSS üzrə: Müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun İV rüb 2018-ci il – İV rüb 2019-cu il dövrü üzrə yoxlama ilə məcburi dövlət sosial sığortası üzrə müvafiq olaraq 2019-cu ilin l-İV rübləri üzrə cəmi 2100.00 manat sosial sığorta haqqı hesablanmışdır. Vergi Məcəlləsinin 1.4 və 58.1-ci maddələrinə əsasən sosial sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2100.00 manat azaldılmasına görə, azaldılmış sosial sığorta haqqı məbləğinin 50%-i miqdarında, yəni 1050.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşsizlikdən sığorta üzrə: Müəssisə tərəfindən “İşsizlik sığortası üzrə hesabaflar yalnız 2018-ci ilin İV rübü üzrə təqdim olunaraq icbari ödəniş məbləği hesablanmışdır. Yoxlama ilə 2019-cu ilin İ - 2019-cu ilin İV rübləri üzrə müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun olaraq cəmi 157.60 manat işsizlikdən sığorta haqqı hesablandı. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 157.60 məbləğində azaldılmışdır. Vergi Məcəlləsinin 1.4 və 58.1 -ci maddələrinə əsasən işsizlikdən sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 157.60 manat azaldılmasına görə, azaldılmış işsizlikdən sığorta haqqı məbləğinin 50%-i miqdarında, yəni 78.80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Diğər tərəfidən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 213- cu maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə sonuncu tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 67.1 -ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı "xxxx" MTK-da keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, iddiaçı "xxxx" MTK tərəfindən irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(112)-116/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında vergi orqanı tərəfindən kooperativdən sənədlərin tələb edildiyini, lakin sonuncu tərəfindən sənədlərin yoxlamaya təqdim edilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilir ki, vergi orqanı tərəfindən sənədlər tələb edilsə də, bununla bağlı kifayət qədər vaxt verilməmiş və onların təqdim edilməsi gözlənilmədən sənədlərin təqdim olunmasından imtina aktı tərtib edilmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili V.Hacızadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsləri M.Əfəndiyev və F.Əliyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. 23.10.2014-cü il tarixli, **********751933 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti xx.xx.2014 tarixli **********746117 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin Dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X5 tərəfindən ''QARAXAN1 ' MƏNZİL-TİKİNTİ KOOPERATİVİ üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Aksiz vergisi Dekabr 2011- Fevral 2014 Sadələşdirilmiş vergi 4-cü Rüb 2011 – 4-cü Rüb 2013 Əmlak vergisi 2011-ci il - 2013-cü il Mənzil tikintisi ilə məşğul olan şəxslərin 4-cü Rüb 2011 - 4-cü Rüb 2013 sadələşdirilmiş vergisi Muzdlu işlə ələqədar ödəmə mənbəyində 2011-ci il - 2013-cü il tutulan vergi Torpaq vergisi 2012-ci il - 2013-cü il Ödəmə mənbəyində tutulan vergi 4-cü Rüb 2011 - 4-cü Rüb 2013 Yol vergisi 2011-ci il - 2013-cü il Mənfəət vergisi 2011-ci il - 2013-cü il Əlavə dəyər vergisi Dekabr 2011- Yanvar 2014 Mədən vergisi Dekabr 2011- Yanvar 2014 Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparıldı.

11. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********820174 nömrəli, xx.xx.2014-cü il tarixli Qərara əsasən İddiaçı Mənzil tikinti Kooperativi (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Döv Azaldılmı Artıq Fərq Vm Maliyyə Faiz qısa adı r (il şdır hesablan Əlavə Artıq maddə sanksiy üzrə mışdır hesabla hesabla si ası ) ma ma Torpaq 201 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 vergisi 2 Torpaq 201 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 vergisi 3 Mənzil 201 9840.44 0.00 9840.44 0.00 58.1 4920.22 0.00 tikintisi ilə 1 məşğul olan şəxslərin sadələşdi rilmiş vergisi Cəmi 9840.44 0 9840.44 0 5 720.2 0 2

12. xx.xx.2017-ci il tarixli, **********106695 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti xx.xx.2017 tarixli **********091538 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X6 tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Mənfəət vergisi 2014-cü il - 2016-cı il Ödəmə mənbəyində tutulan vergi 1-ci Rüb 2014 - 4-cü Rüb 2016 Əmlak vergisi 2014-cü il - 2016-cı il Mədən vergisi Mart 2014 - Fevral 2017 Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin 1-ci Rüb 2016 - 4-cü Rüb 2017 sadələşdirilmiş vergi bəyannaməsi Yol vergisi 2014-cü il Torpaq vergisi 2014-cü il - 2016-cı il Mənzil tikintisi ilə məşğul olan şəxslərin 1-ci Rüb 2014 - 4-cü Rüb 2015 sadələşdirilmiş vergisi Sadələşdirilmiş vergi 1-ci Rüb 2014 - 4-cü Rüb 2016 Əlavə dəyər vergisi Fevral 2014 - Yanvar 2017 Aksiz vergisi Mart 2014 - Fevral 2017 Muzdlu işlə ələqədar ödəmə mənbəyində 2014-cü il - 2016-cı il tutulan vergi Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparıldı.

13. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********122846 nömrəli, xx.xx.2017-ci il tarixli Qərara əsasən İddiaçı Mənzil tikinti Kooperativi (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Döv Azaldılmı Artıq Fərq Vm Maliyyə Faiz qısa adı r (il şdır hesablan Əlavə Artıq maddə sanksiy üzrə mışdır hesabla hesabla si ası ) ma ma Mənfəət 201 320.00 0.00 320.00 0.00 58.1 160.00 0.00 vergisi 4 Mənfəət 201 720.00 0.00 720.00 0.00 58.1 360.00 0.00 vergisi 5 Mənfəət 201 3652.30 0.00 3652.30 0.00 58.1 1826.15 0.00 vergisi 6 Əlavə 201 1372.86 1468.99 0.00 96.13 58.1 686.43 0.00 dəyər 4 vergisi Əlavə 201 457.62 457.63 0.00 0.01 58.1 228.81 0.00 dəyər 5 vergisi Əmlak 201 46.50 0.00 46.50 0.00 58.1 23.25 0.00 vergisi 4 Əmlak 201 89.75 0.00 89.75 0.00 58.1 44.88 0.00 vergisi 5 Əmlak 201 83.46 0.00 83.46 0.00 58.1 41.73 0.00 vergisi 6 Torpaq 201 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 vergisi 4 Torpaq 201 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 vergisi 5 Torpaq 201 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 vergisi 6 Ödəmə 201 6925.00 0.00 6925.00 0.00 58.1 3462.50 0.00 mənbəyin 5 də tutulan vergi Vergi 201 0.00 0.00 0.00 0.00 80.00 0.00 hesabatın 4 ın və arayışın vaxtında verilməm əsi Vergi 201 0.00 0.00 0.00 0.00 240.00 0.00 hesabatın 5 ın və arayışın vaxtında verilməm əsi Vergi 201 0.00 0.00 0.00 0.00 120.00 0.00 hesabatın 6 ın və arayışın vaxtında verilməm əsi Cəmi 16 1 926.62 14 96.14 8 0 067.49 237.01 473.75

14. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********200069 nömrəli Qərara əsasən İddiaçı Mənzil Tikinti Kooperativi (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə Aprel 2017 – Mart 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

15. 21 may 2020-ci il tarixli, KY201455381 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən İddiaçı Mənzil Tikinti Kooperativində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində növbədən kənar səyyar vergi yoxlaması həyata keçirmişdir (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020) Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsi, maddə 38.3.5 - Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisini gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi qeyd olunmuşdur: - İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsi.

16. xx.xx.2021-ci il tarixli, **********200231 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Veriri Xidmətinin Bakı şəhəri Lokul Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli **********200069 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi üzrə 1-ci şöbəsinin böuik dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X16 məmməd oğlu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi və uçot risklərinin təhlili idarəsinin istehsal və təmir-tikinti sahəsi üzrə risklərin təhlili şöbəsinin baş dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X3 tərəfindən "QARAXAN” MƏNZİL-l'İKİNTİ KOOPERATİVİ (VÖEN **********) Üzrə üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Torpaq vergisi 2017-ci il - 2019-cu il Sadələşdirilmiş vergi 2-ci Rüb 2017 - 1-ci Rüb 2020 Ödəmə mənbəyində tutulan vergi 2-ci Rüb 2017 - 1-ci Rüb 2020 Əlavə dəyər vergisi Aprel 2017 - Mart 2020 MDSS – Muzdla işləyənləri işə götürən 1-ci Rüb 2019 – 1-cü Rüb 2020 sığortaedənlər (0112) Mənfəət vergisi 2017-ci il - 2019-cu il Aksiz vergisi Aprel 2017 - Mart 2020 Əmlak vergisi 2017-ci il - 2019-cu il Mədən vergisi Aprel 2017 – Mart 2020 Vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır.

17. Aşağıdakı sənədlər iş materiallarına əlavə olunmuşdur: - Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********200215 nömrəli, xx.xx.2020-ci il tarixli Tələbnamə; - Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə **********146945 nömrəli, xx.xx.2020-ci il tarixli Protokol; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********137843 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********146944 nömrəli xx.xx.2020-ci il tarixli Protokol; - Mütəxəssis dəvət edilməsi haqqında **********141613 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Ekspertizanın təyin edilməsi haqqında **********141612 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Ekspertizanın keçirillməsi haqqında qərarla tanış olma haqqında **********146956 nömrəli, xx.xx.2020-ci il tarixli Protokol.

18. xx.xx.2020-ci il tarixli **********141612 saylı “Ekspertizanın təyin edilməsi haqqında” Qərar əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Ekspert Rəyində İddiaçı MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manat müəyyən edilmişdir.

19. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********148194 nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi vergi xidməti müşaviri X8 İddiaçı Mənzil Tikinti Kooperativi (Ünvanı: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəs.), ev 1, VÖEN: **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021 tarixli **********200231 nömrəli aktına və xx.xx.2021 tarixli **********064300 nömrəli sənədə baxıb vergi qanunvericiliyinin pozulduğunu müəyyən etmişdir. Məsuliyyətə cəlb etməni istisna edən hallar yoxdur. Vergi Döv Azaldılmı Artıq Fərq Vm Maliyyə Faiz qısa adı r (il şdır hesablan Əlavə Artıq maddə sanksiy üzrə mışdır hesabla hesabla si ası ) ma ma Mənfəət 201 10093.14 0.00 10093.1 0.00 58.1 5046.57 0.00 vergisi 9 4 Əlavə 201 1555786. 0.00 155578 0.00 58.1 7893.04 0.00 dəyər 7 07 6.07 vergisi Əlavə 201 8249.37 0.00 8249.37 0.00 58.1 4127.69 0.00 dəyər 8 vergisi Əlavə 201 727024.3 1468.99 727024. 0.00 58.1 363512. 0.00 dəyər 9 8 38 19 vergisi Əlavə 202 545321.0 457.63 545321. 0.01 58.1 272660. 0.00 dəyər 0 2 02 51 vergisi Əmlak 201 77.62 0.00 77.62 0.00 58.1 38.81 0.00 vergisi 7 Əmlak 201 72.19 0.00 72.19 0.00 58.1 36.10 0.00 vergisi 8 Əmlak 201 67.13 0.00 67.13 0.00 58.1 33.57 0.00 vergisi 9 MDSS – 201 1050.00 0.00 1050.00 0.00 58.1 525 00 0.00 işəgötürə 9 nlərmuzdl a işləyənlər i əmək müqavilə si ilə işə götürən hüquqi şəxslər (0111) MDSS – 201 1050.00 0.00 1050.00 0.00 58.1 525 00 0.00 muzdla 9 işləyənlər i işə götürən sığorta edənlər (0112) İşsizlik 201 97.20 0.00 97.20 0.00 58.1 48.60 0.00 sığortası 9 üzrə rüblük hesabat (hüquqi şəxslər) Muzdla 201 60.40 0.00 60.40 0.00 58.1 30.20 0.00 işləyənlər 9 i işə götürən sığortaed ənlər (işsizlik) Muzdlu 201 0.00 836.64 0.00 0.00 58.1 0.00 0.00 işlə 9 əlaqədar ödəmə mənbəyin dən tutulan vergi (Əlavə dəyər vergisi bəyanna məsi tərkibində ) Vergi 201 0.00 0.00 0.00 0.00 320.00 0.00 hesabatın 9 ın və arayışın vaxtında verilməm əsi Cəmi 16 1926.62 14237.0 96.14 8473.75 0 067.49 1

20. İddiaçı Mənzil Tikinti Kooperativi ilə fiziki şəxslər arasında bağlanılmış müqavilələr və fərdi müqavilələr bağlanılmış abonentləri haqqında məlumatlar iş materiallarına əlavə olunmuşdur.

21. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, məlum olduğu kimi, “Sudan istifadə Qaydaları”nın 1.8 bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra bağlanılmalıdır. Bildirilir ki, Yavər Əliyev küçəsi 1 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan yaşayış binasının mənzillərinə fərdi şəkildə kodların açılması İddiaçı MTK tərəfindən təqdim edilən adlı siyahı əsasında həyata keçirilmiş, təqdim edilən siyahıda satılmamış mənzillər “Qaraxan MTK” nın adına rəsmiləşdirilmişdir. Mənzillər satıldıqdan sonra mənzil mülkiyyətçiləri abonent kodunu öz adına rəsmiləşdirmək üçün cəmiyyətə müraciət etmişdir. Həmin mülkiyyətçilərin müqavilələrinin surəti məhkəməyə təqdim edilir. Digər mənzillərin mülkiyyətçiləri öz adlarına olan müqavilələri imzalayaraq götürmək üçün Sabunçu Sukanal İdarəsinə müraciət etmədiklərindən, hazırda həmin müqavilələrin surətlərinin təqdim edilməsi imkan xaricindədir.

22. "xxxx" MTK keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, kooperativdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2019-cu il üzrə 10093,14 manat mənfəət vergisi, 2017-ci - 2019-cu illər üzrə 216,94 manat əmlak vergisi, 2017-ci ilin avqust, 2018-ci ilin iyul, 2019-cu ilin may-avqustoktyabr, 2020-ci ilin mart ayları üzrə 1296380,84 manat əlavə dəyər vergisi, 2019-cu ilin 1 -ci - 4-cü rübləri üzrə 157,60 manat işsizlikdən sığorta və 2100,00 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də 2018-ci ilin avqust ayı üzrə 152,54 manat əlavə dəyər vergisi və 2019-cu ilin yanvar-dekabr ayları üzrə 836,64 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi artıq hesablanmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 1307959,34 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparılır. Bundan başqa xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan dövr ərzində cavabdeh xususi razılıq tələb olunduğu halda, belə razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti, Dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması nəticəsində xüsusilə külli miqdar təşkil edən 740952,46 manat məbləğində gəlir əldə edilmişdir.

23. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının yaşayış və qeyri yaşayış zirzəmi sahələrinə və ərazisinə baxış keçirildi. Baxış zamanı binanın tam tikildiyi, binada əsasən yaşayış olduğu və sonuncu aktdan sonrakı dövrdə əlavə tikinti olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci ıl tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda aynlmış 0.8 ha tortaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A" binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B" bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri- yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkən, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Qeyd edilən binaların sahəsi əvvəlki yoxlama zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş hal hazırda da qüvvədədir. Cari yoxlama zamanı keçirilən baxışa əsasən müəssisə tərəfindən tikinti aparılmış binalarda hər hansı əlavə tikinti işlərinin apanlması müəyyən edilmədiyindən vergi ödəyicisi tərəfindən qəbul edilmiş sonuncu yoxlama aktında qeyd olunan sahələr nəzərə alınmışdır. Həmçinin, yaranmış zərurətlə əlaqədar “Azərsu" ASC-dən alınmış məlumatlarda yaşayış binasının ayrı-ayrı fiziki şəxslərin (mənzil sahiblərinin) adlarına 2016-cı ilin iyun ayından başlayaraq sayğaclaşdırılması aparılmışdır. Yoxlama zamanı yaşayış binasına baxış keşirilərkən binanın müəyyən hissəsi sakinlərlə məskunlaşdığı və müəyyən hissəsinin isə satılmadığı, təmirsiz olması müəyyən edilmişdir iddiaçı bundan əvvəl ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2007-cı il 120489 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2007-ci ıl tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə 15212 3 kv.m satışa yararlı sahə, həmin Departamentin xx.xx.2008-ci il tarixli **********9136 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə isə 12735.46 kv.m, ümumilikdə bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığı müəyyən edilmişdir. Yoxlama zamanı qeyri-yaşayış sahəsi və satışa yararlı zirzəmi sahəsinin satışı barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin sahələrin satışı yoxlama ilə əhatə olunmamışdır. Nəticədə yoxlanılan dövrün sonuna (157xx.xx-9767.10 = 6009.90) 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı müəyyən edilmişdir Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda ayrılmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A” binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B” bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri- yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkan, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin sorğularına cavab olaraq hazırda ünvan 3 ünvanda ayrılmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları üzrə dövlət reyestrindən qeydiyyatdan keçmiş mənzillərin siyahısına əsasən həmin çıxarışlara əsas olmuş müqavilələrin əsilləri və s. sənədlər məhkəməyə təqdim olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

27. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

29. Beləki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: – nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; – səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 38.7 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Maddə 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Maddə 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Maddə 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

32. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 34.Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

35. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli qərarla 2019-cu il üzrə 10093,14 manat mənfəət vergisi, 2017-ci - 2019-cu illər üzrə 216,94 manat əmlak vergisi, 2017-ci ilin avqust, 2018-ci ilin iyul, 2019-cu ilin may-avqust-oktyabr, 2020-ci ilin mart ayları üzrə 1296380,84 manat əlavə dəyər vergisi, 2019-cu ilin 1 -ci - 4-cü rübləri üzrə 157,60 manat işsizlikdən sığorta və 2100,00 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də 2018-ci ilin avqust ayı üzrə 152,54 manat əlavə dəyər vergisi və 2019-cu ilin yanvar-dekabr ayları üzrə 836,64 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi artıq hesablama müəyyən edilmişdir.

36. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir. Bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2-1(102)-670/2024, 2- 1(102)-1117/2023, 2- 1(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur.

37. Bundan əlavə, yoxlama zamanı cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək həmin illər üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)- 769/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları).

38. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ekspert rəylərini əsas götürməklə iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə inzibati icraat aparan orqan deyildir və cavabdeh tərəfindən mənfəət vergisinin şərti rentabellik qaydasında hesablanması Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə zidd olduğundan, iddia tələbi təmin edilməli idi.

39. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan 2-1(102)- 669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.”

40. Hazırkı işdə qeyd olunanlara zidd olaraq, birinci instansiya məhkəməsi inzibati orqan funksiyasını yerinə yetirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə verginin hesablanması ümumiyyətlə vergi qanunvericiliyinə zidd həyata keçirildiyindən, həmin vergi öhdəliyini müəyyən edən qərar əsaslı sayıla bilməz.

41. Yoxlama müddətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında yoxlama müddətinin 30 təqvim günü müəyyən edildiyi nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə yoxlama müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdığı müəyyən olunur. Lakin yuxarı vergi orqanı tərəfindən yoxlamanın uzadılması barədə qərarlar xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qəbul olunmuş və bununla da yoxlama reyestrdə qeydiyyata alınmadan aparılmışdır. Həmçinin cavabdeh tərəfindən yoxlama ekspert və ya mütəxəssis rəyinin alınması əsası ilə 7 dəfə ardıcıl dayandırılmış, lakin sonda rəy əsasında hər hansı hesablama aparılmamışdır. Zərurət olmadan ekspertiza təyin olunmasına və buna rəğmən ekspert rəyi alınmadan verginin hesablanmasına dair Ali Məhkəmənin 2-1(102)-155/2023 nömrəli inzibati iş üzrə qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudlaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik törədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı öz təşəbbüsü ilə yoxlamanı 9 dəfə dayandırsa da (Vergi Məcəlləsinin 38.7.3-cü maddəsi), sonda ekspert rəyi almamış və ekspert rəyinə istinad etməklə vergi hesablamamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti, yuxarıda qeyd edildiyi kimi, inzibati icraat çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yoxlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi halı mövcud olduqda mümkündür və yoxlama mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılır. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən yoxlamanı dayandırmaq üçün yalnız ekspertiza təyin edilməsi barədə qərarın qəbulu məqbul hesab oluna bilməz, məhz həqiqətən ekspert rəyinə zərurət olduğu iş üzrə təsdiqlənməlidir. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 9 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə, inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır.”

42. Beləliklə, müəyyən olunur ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatsa da, cavabdeh müddətinin uzadılması və dayandırılması barədə qərarlar qəbul etməklə aktın tərtib olunması müddətinin süni şəkildə uzadılması məqsədilə istifadə edildiyini göstərir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə təqdim edilmiş hazırda ünvan 3 ünvanda ayrılmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları üzrə dövlət reyestrindən qeydiyyatdan keçmiş mənzillərin siyahısına əsasən həmin çıxarışlara əsas olmuş müqavilələrin əsilləri və s. sənədlərə münasibətdə qeyd edir ki, həmin ünvan üzrə 262 mənzil və qeyri-yaşayış sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməklə mülkiyyətçilərə hüquqmüəyyənedici sənədlər verilmişdir (çıxarışlar). Həmin əmlaklardan 93-nə (doxsan üç) dair bağlanmış müqavilələr 2006-2013-cü il tarixdə bağlanmış müqavilələrdir, qalan 169 əmlaka dair isə sorğuya cavab olaraq yalnız maliyyə arayışları və İddiaçı MTK üzvlərinin ümumi iclaslarının 2019cu ilə aid protokoldan çıxarışları təqdim edilmişdir. Həmçinin sorğuya cavab olaraq İddiaçıMTK-ya məxsus olan mənzillərin Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən vətəndaşlara ayrılıb verilməsi barədə sənədlər təqdim olunmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı MTK üzvlərinin ümumi iclaslarının 2019-cu ilə aid protokoldan çıxarışlarından İddiaçı MTK ilə fiziki şəxslər arasında bağlanmış müqavilələrin bağlanma tarixini müəyyən etmək mümkün deyil. Hansı ki, işin həmin halları inzibati icraat zamanı cavabdeh tərəfindən müəyyən edilməli idi. Lakin bu məsələlər cavabdeh tərəfindən aydınlaşdırılmamış, inzibati icraat qanunvericiliyin qaydalarına zidd olaraq aparılmışdır. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını əsaslandırmamış, yalnız cavabdehin izahatlarına əsaslanmış, sübutetmə yükünü iddiaçının üzərinə qoymuş və qərarda heç bir maddi və prosessual normalara istinad etməmişdir.

44. Beləliklə, səyyar vergi yoxlaması maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalıdır (Bununla bağlı bax: Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023 tarixli, 2-1(102)-2258/2023 nömrəli 3 ulduzlu qərarı).

45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 45.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(112)-116/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar