Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2678/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (inzibati orqanın imtina qərarının müəyyən edilməsinin prosessual əhəmiyyəti, predmet baxımından səlahiyyətsizlik halı, əlilliyin müəyyən edilməsi və inzibati orqanın qiymətləndirmə azadlığı) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X11 və X8 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2-1(112)-371/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2022-ci il tarixli 522 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital Hərbi həkim komissiyasının qərarına əsasən İddiaçı partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması,baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damardavamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Reflüks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində.Burun arakəsməsinn əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.Sağ baldırın orta 1/3nin bayır səthinin və qarının ön divarının sağ qabırğaltı nahiyyəsinin deşilmiş yarasından (2003) sonrakı bərkimiş dəri çapıqları.Travmadır, hərbi xidmət dövründə alınmışdır. İddiaçı əlillik vəziyyətinə Bakı 2 nömrəli X4 xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: baş-beyin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yüngül koqnitiv pozuntu. Kəllədaxili tramvaların nəticələri.Ezofaqit.Dəqiqləşdirilməmiş xroniki qastrit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etmir-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-178/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinə alt sistemindən çıxarışdan görünür ki, İddiaçı əlilliyi xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və Diaqnozun mətni: baş-beyin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları.Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası)şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə. Dəqiqləşdirilməmiş xroniki qastrit. Ezofaqit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etmir-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X7 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00113123HUR, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2022-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Ağırlaşmalar: F07.8 Baş beynin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). F06.7 Yüngül koqnitiv pozuntu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Yanaşı xəstəliklər: T90.5 Kəllədaxili tramvaların nəticələri, kəllədaxili tramvaların nəticələri K29.5 Dəqiqləşdirilməmiş xeoniki qastrit, Dəqiqləşdirilməmiş xeoniki qastrit K20 Ezofaqit, Ezofagit Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 1650/2024 saylı məktubundan görünür ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə 2 nömrəli X2 R00113123HUR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra qərardada uyğun olaraq, vətəndaş xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-54/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi (ehtiyata buraxılarkən 522 №-li, xx.xx.2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamədə göstərilən diaqnozlar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 130 №-li, xx.xx.2023-cü il tarixli rəyində göstərilən “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə. F 07.0” diaqnozu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 №-li Klinik Psixiatrik xəstəxanasında müayinədə və müalicədə olarkən iddiaçıya təyin edilmiş diaqnoz və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında müayinədə və müalicədə olarkən iddiaçıya təyin edilmiş diaqnoz nəzərə alınmaqla)” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 522 №-li qərarı ilə hərbi xidmətə yararsız hesab olunaraq hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmışdır. Diaqnoz: “F06.6 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi. F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmuddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020-ci il) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damar davamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən prostravmatik ensefalopatiya şəklində nəticəsi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Reflüks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sağ baldırın orta 1/3-nin bayır səthinin və qarının ön divarının sağ qabırğaaltı nahiyəsinin deşilmiş yarasından (2003-cü il) sonrakı bərkimiş dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmət dövrü aldığı xəstəliklər ilə əlaqədar əlilliyinin təyin olunması üçün qeydiyyat yeri üzrə poliklinikaya müraciət etmiş və həmin poliklinikanın Həkim Məsləhət Komissiyasının qərarı ilə Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı vermişdir. İmtina cavabı ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamışdır. İmtina cavabında onun diaqnozlarının yalnız bir hissəsi (Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı olunmuş qapalı kəllə-beyin travması), şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə. Dəqiqləşdirilməmiş xroniki qastrit. Ezofoqit. Həmçinin qiymətləndirilmə aparılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 130 №-li, xx.xx.2023-cü il tarixli rəyi nəzərə alınmamışdır. Belə ki, həmin rəydə ona Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə . F 07.0 diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda olan İddiaçı cavabdeh AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbi əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X5sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir:Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəsisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nətixəüsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 522 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı başbeyin tramvası, baş-beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damar davamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən posttramvatik ensefalopatiya şəklində nəticəsi “ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Refluks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində, Burun arakəsməsinin əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. “İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir.Hərbi xidmət dövründə alınmışdır kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 130 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı-kəllə beyin tramvası) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz 'Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, ətraf qıcıqlara qarşı həssaslığından, yuxusunun pozulmasından, yaddaşının zəifiləməsindən və olmuş döyüş səhnələrinin təkrar-təkrar gözünün önünə gəlməsindən şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi şəxsiyyət pozuntusu, kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatlna əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.Şəxsin Əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olsn tibb müəsisələrinin həkim-məsləhət komissiyalarının və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi –həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay meddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olunmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların,dərmanlara davamlı vərəm formalarının, dördüncü mərhələ onkoloji xəstəliklərin, beşinci mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra bu qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbisosial ekspertiza müayinəsinə göndərişin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndərişin altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEKin sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş imza ilə imzalayır. Qərar bu qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir.və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar , eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2-1(112)-371/2025 nömrəli qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2- 1(112)-371/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə, məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun Əsasnamədə və ya MHHK qərarında mövcud olması heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2-1(112)- 371/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq, iddiasının təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60%, 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti, 65-80%, 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); M a d d ə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. M a d d ə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi İlk növbədə qeyd etmək lazımdır ki, 30 oktyabr 2025-ci il tarixə təyin olunan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi tələbinə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkilinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə, sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...“birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozun Əsasnamədə və ya MHHK qərarında mövcud olması heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir”. Məhkəmə tərkibi iddia tələbinə, eyni zamanda cavabdehin apellyasiya şikayətinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir.
1. Cavabdeh inzibati orqanın imtina qərarının müəyyən edilməsinin prosessual əhəmiyyəti və predmet baxımından səlahiyyətsizlik halı İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia hesab olunur. Belə ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun (İİQ-nin) 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir. Bu, həm inzibati orqanın inzibati aktın qəbulundan imtina etdiyi (İPM-in 33.1-ci maddəsi), həm də inzibati orqanın ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul etdiyi (İİQ-nin 34-cü maddəsi), eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə, inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı (İPM-in 33.2-ci maddəsi) hallara şamil olunur. Başqa sözlə, məcburetmə haqqında iddianın predmeti mövcud vəziyyətdə qəbul edilməsi tələb olunan və iddiaçıya münasibətdə əlverişli vəziyyət yaradan inzibati aktdır. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəzərə almaq lazımdır ki, İPM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni inzibati orqan qapalı (bağlı və ya qeyd-şərtsiz) səlahiyyətə malik olduqda, bir qayda olaraq, inzibati orqanın qəbul etdiyi imtina qərarı inzibati məhkəmə icraatında yoxlama predmeti olmur. Bu zaman əsas məsələ iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğudur. Əgər iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququ yoxdursa, imtina qərarının qanunsuz olmasının bir o qədər əhəmiyyəti yoxdur. Məsələn, şərti qəbul edək ki, şəxs 65 yaşına çatdığına və 25 il sosial sığorta stajına malik olduğuna görə ona yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan onun müraciətinin təmin edilməsindən imtina edir ki, onun əlilliyi yoxdur. Əgər adi halda yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsdə əlilliyin mövcud olmasından asılı deyilsə, bu zaman imtina qərarı qanunsuzdur Ancaq buna baxmayaraq, inzibati məhkəmə icraatında həmin imtina qərarı ləğv olunmur. Əsas önəmli və yoxlanılmalı məsələ şəxsin ona yaşa görə pensiya təyin edilməsi üçün tələb hüququnun mövcudluğudur. Başqa sözlə, yaşa görə pensiyanın təyin edilməsi üçün qanunda nəzərdə tutulmuş dispoziya şərtlərinin (müvafiq yaşa çatması və stajının/pensiya kapitalının olması) ödənilməsidir. Əgər məhkəmə icraatında onun 25 il staja malik olduğu müəyyən edilməzsə, iddia rədd olunacaqdır. Baxmayaraq ki, imtina qərarı qanunvericiliyin tələbinə uyğun olmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddialara baxılarkən imtina qərarı yalnız o halda hüquqi yoxlamaya (nəzarətə) məruz qalır ki, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olsun (İPM-in 73.3.1 və 73.1.2-ci maddələri). Çünki maraqlı şəxsin (iddiaçının) diskresion səlahiyyətlərin (qiymətləndirmə azadlığının) düzgün şəkildə həyata keçirilməsinə dair tələb hüququ mövcuddur. Belə ki, İİQ-nin 16.2-cı maddəsinə görə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda imtina qərarı inzibati məhkəmə icraatı qaydasında yoxlanılmalıdır. Hazırkı inzibati mübahisəyə dair işdə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. İş materiallarından müəyyən olunur ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş R00113123HUR nömrəli, xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarla imtina edilmişdir. Başqa sözlə, eyni tarixli göndəriş əsasında tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən iddiaçıya əlillik təyin edilməsindən iki fərqli qərarla imtina edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati aktdan müəyyən olunur ki, həmin tarixli qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (i.v.13). 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli inzibati aktdan müəyyən olunur ki, iddiaçının aralarında olduğu bir neçə şəxsin əyani müayinəsi həyata keçirilmiş və iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (i.v.27-28). Hüquqi dəyərləndirilməli suallar aşağıdakılardan ibarətdir: 1) TSEK-in (Agentliyin yox, məhz TSEK-in) şəxsi əyani müayinəyə cəlb etməyə səlahiyyəti varmı? 2) 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarı (ikinci imtina qərarını) etibarlı inzibati akt kimi qəbul etmək olarmı? 3) nəhayət, hansı inzibati akt imtina qərarı kimi qəbul olunmalıdır ?
Məhkəmə tərkibi birinci sualla (TSEK-in şəxsi əyani müayinəyə cəlb etməyə səlahiyyəti varmı?) bağlı aşağıdakıları qeyd edir. İlk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın aşağıdakı bəndinə nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Normanın sistemli təhlilindən aşağıdakılar müəyyən olunur: - əlilliyi müəyyən edilmiş maraqlı şəxs (vətəndaş) TSEK-in (tibbi-sosial ekspert komissiyasının) qərarından subordinasiya baxımından yuxarı inzibati orqan kimi Agentliyə (söhbət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gedir) şikayət etmək (əsaslı sübutlar vətəndaşın müraciəti əsasında da təqdim edilə bilər) hüququna malikdir. Məsələn, şəxsə müddətli əlillik təyin edilib, ancaq o, müddətsiz təyin edilmə ilə bağlı müraciət edir; - qeyd olunan norma yalnız vətəndaşların müraciəti əsasında deyil, həm də Agentliyin yuxarı inzibati orqan kimi inzibati icraat aparmaqla TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında sonradan həmin qərarı təftiş etmək imkanına sahib olduğunu istisna etmir; - Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir, normada söhbət məhz əlilliyi müəyyən edilmiş şəxslərdən gedir, başqa sözlə, əlilliyin təyin edilməsindən imtina edilmiş şəxslə bağlı müvafiq imtina qərarının təftiş edilməsindən və həmin şəxsin əyani müayinəyə cəlb edilməsindən bəhs edilmir; - Agentlik müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. İndi isə inzibati orqanın 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli inzibati aktına (i.v.27-28) nəzər salaq: - qərar tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən qəbul edilib; - qərar vətəndaşların şikayəti əsasında qəbul edilib (onlardan biri də iddiaçıdır); - şikayət əsasında xx.xx.2023-cü tarixdə həmin şəxlərin əyani müayinəsi həyata keçirilmişdir; Məhkəmənin sorğusu əsasında qeyd olunan qərarla bağlı inzibati orqandan aşağıdakı məlumat və sənədlərin təqdim edilməsi xahiş olunmuşdur (i.v 171): 1) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarında vətəndaşların şikayəti əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəsinin həyata keçirilməsi qeyd edilmişdir. Odur ki, İddiaçı şikayətinin təsdiq olunmuş surəti; 2) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarı formalaşmış inzibati təcrübənizdə inzibati akt kimi qəbul edilirmi? 3) TSEK tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilməsinin hüquqi əsası nədir? (konkret hüquqi akt və müvafiq norma göstərilsin); 4) İş materiallarında göndərişin tarixi bəzi sənədlərdə xx.xx.2023-cü il, bəzi sənədlərdə isə xx.xx.2023-cü il kimi qeyd edilmişdir. Odur ki, sonuncu göndərişin dəqiq tarixi (gün, ay, il dəqiq göstərilməklə); 5) xx.xx.2023-cü il tarixli imtina qərarı və xx.xx.2023-cü il tarixli qərar iddiaçıya hansı qaydada və nə vaxt təqdim edilmişdir? (gün, ay, il dəqiq göstərilsin və buna dair sübutlar məhkəməyə təqdim edilsin) İnzibati orqan tərəfindən məhkəmənin sorğusuna verilən cavabda (i.v.182-190) 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarın inzibati akt kimi qəbul edilməsi qeyd edilmiş, lakin digər suallara konkret cavab verilməmişdir. Məhkəmə tərkibi, xüsusilə diqqəti 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarın məzmununa cəlb edir. Belə ki, həmin qərar aparılmış əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qəbul olunsa da, qərarın giriş hissəsində aşağıdaklar qeyd olunmuşdur: “Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 22 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirmiş və aşağıdakılar müəyyən edilmişdir. Həmin şəxslərdən biri də 21-ci sırada xx.xx.1982-ci il təvəllüdlü İddiaçıdur” qeyd edilmişdir” (i.v.27). Göründüyü kimi, qərarda əyani müayinənin keçirilməsinə əsas kimi əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayət olması qeyd olunmuşdur. Halbuki, xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyi hələ qiymətləndirilməmişdir. Belə ki, iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmişdir. Başqa sözlə, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş R00113123HUR nömrəli, xx.xx.2023-cü il tarixli göndəriş əsasında ilk imtinadan (xx.xx.2023-cü il tarixli qərardan) əvvəl TSEK iddiaçını heç bir hüquqi əsas olmadan əyani müayinəyə cəlb etmişdir. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı TSEK-in şəxsi əyani müayinəyə cəlb etməyə səlahiyyətinin olmasını təsdiq edən hüquqi akt müəyyən edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, TSEK tərəfindən göndəriş əsasında şəxsin əyani müayinəyə cəlb edilərək qiymətləndirmə aparılması (hazırkı hal), hətta ilkin qiymətləndirmə zamanı əlillik təyin edilməsindən imtina edildikdən sonra şəxsin əyani müayinəyə cəlb edilməsi (şərti olaraq qəbul edilən hal) obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərinin tələbləri ilə uzlaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə “TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları”na baxaq: 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir... Nəzərə almaq lazımdır ki, hər bir ölkənin əlilliyi olan şəxslər barəsində dövlət siyasəti bu sahədə olan müvafiq hüquq normalarının güddüyü məqsədi də formalaşdırır.Yuxarıdakı normaların təhlili onu deməyə əsas verir ki, dövlət əlilliyin qiymətləndirilməsinin məhz göndərişdə qeyd olunmuş məlumatlar əsasında, yəni məmur-ekspert təması olmadan həyata keçirilməsini hədəfləmişdir. Qeyd etmək lazımdır ki, bu icraatın prosedur qaydaları spesifikliyi ilə “ənənəvi” inzibati icraat qaydalarından fərqlənir. Belə ki, maraqlı şəxslərin təməl hüquqlarından olan dinlənilmək hüququnun praktiki realizasiyası tibbi-sosial ekspertiza fəaliyyəti zamanı, bir qayda olaraq, istisna olunur. Bu yanaşma, İİQ-nin 3.3-cü maddəsinin müddəaları da nəzərə alınmaqla prinsip etibarilə Agentliyin hazırki strategiyasına uyğun olaraq icraatın şəffaflığı və qeyri-prosessual müdaxilənin yolverilməzliyi baxımından məqbul hesab edilir. Həmin səbəblədir ki, əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar TSEK-ə şifrlənərək adsızlaşdırılmaqla göndərilir. Beləliklə, əlilliyi qiymətləndiriləcək şəxsi, göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsini, onu təsdiq edən şəxsləri müəyyən etməyə imkan verən bütün məlumatların avtomatik olaraq adsızlaşdırılması bu prosesin obyektivlik, qərəzsizlik və bərabərlik prinsipləri əsasında aparılmasını təmin edir. Obyektivlik o deməkdir ki, inzibati orqan qərar qəbul edərkən yalnız faktlara, sübutlara və hüquqi aktlara əsaslanmalıdır. İİQ-nin 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxılmasında qərəzsizlik ilə bağlı normalar İİQ-nin 22-ci maddəsində təsbit edilmişdir. Belə ki, həmin Qanunun: 22.1-ci maddəsinə əsasən, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2-ci maddəsinə əsasən, işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Qeyd olunan müddəalar ümumi norma kimi etiraz üçün normaların dəqiq tənzim etmədiyi halları da tənzimləyir. Bununla da Konstitusiya ilə təsdiq edilmiş mövqe inzibati icraatda da təmin edilir. Müddəanın məqsədi “İnzibati icraat haqqında” Qanunun 42-ci maddəsi (Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar) ilə qarşıya qoyulmuş məqsədi daşıyır və onun birbaşa təzimləyə bilmədiyi halları tənzimləyir, yəni şəxsi, işə aid olmayan, xüsusilə də tərəfkeşliyin inzibati orqanın fəaliyyətinə təsirini istisna etmək, bununla da vətəndaşın diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının qüsursuz həyata keçirilməsinə olan hüququnu təmin etmək məqsədi daşıyır. Söhbət heç də institusional (orqan özü qərəzli ola bilməz) qərəzlilikdən deyil, konkret orqanın fəaliyyətini reallaşdıran vəzifəli şəxsin qərəzliliyinin istisna edilməsindən gedir. İnzibati orqanlar tərəfindən qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı riayət edilməli əsas norma Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş “bərabərlik hüququ”dur. Beləliklə, əlilliyin qiymətləndirilməsi prosesinin elektron və adsızlaşdırılmış qaydada (göndərişdə qeyd olunmuş məlumatlar əsasında), yəni şəxsi əyani müayinəyə cəlb etmədən aparılması ona görə obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərin təminat forması kimi çıxış edir ki: - qəbul ediləcək qərar şəxsin kimliyindən, sosial statusundan və s. amillərdən asılı olmur; - qərar yalnız tibbi sənədlərin məzmununa, faktlara və normativ meyarlara əsaslanaraq qəbul edilir; - bütün göndərişlər (müraciətlər) eyni meyarlarla qiymətləndirilir; - qərəzsizlik və neytrallıq təmin olunur.
Məhkəmə tərkibi ikinci sualla (28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərarı etibarlı inzibati akt kimi qəbul etmək olarmı?) bağlı aşağıdakıları qeyd edir. 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli inzibati aktın məzmunundan müəyyən olunur ki, həmin qərar xx.xx.2023-cü il il tarixdə aparılmış əyani müayinənin nəticəsinə əsaslanmış və iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, TSEK-in iddiaçını xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair məhkəmə araşdırması zamanı hər hansı bir hüquqi akt müəyyən edilməmişdir. Maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvercilikdə təsbit edilməmişdir. Qeyd olunmalıdır ki, İİQ-nin 65-ci maddəsində inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır. İnzibati hüquq nəzəriyyəsində mövcud yanaşma ondan ibarətdir ki, inzibati orqanın səlahiyyətinin zaman, məkan, subyekt və predmet baxımından sərhədləri müəyyən edilmişdir. Bu baxımdan inzibati məhkəmə icraatında inzibati aktın səlahiyyət ünsürü qiymətləndirilərkən zaman, məkan, subyekt və predmet baxımından müəyyən olunmuş sərhədlərin aşılıb-aşılmadığı araşdırılmalıdır. Predmet üzrə səlahiyyət inzibati orqanın məzmun etibarilə hansı məsələni həll etmə imkanına sahib olmasında ifadə olunur. Yəni inzibati orqanın mahiyyət etibarilə hansı münasibətləri tənzimləmək səlahiyyəti vardır. İnzibati idarəçilik orqanlarının öz daxilində səlahiyyət bölgüsündən asılı olaraq açıq-aşkar qərar qəbul etmək səlahiyyəti olmayan orqanın inzibati akt qəbul etməsi də bu aktın əhəmiyyətsiz olmasını bildirir. Məhkəmə tərkibi razılaşır ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməklə məhdudlaşdırılsa da, bu məsələ ilə bağlı səlahiyyəti müvafiq hüquqi aktlarda təsbit edilmişdir. Başqa sözlə, Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb edərək qərar verməsi inzibati aktın etibarsızlığı ilə deyil, qanunsuzluğu (ləğvi) ilə nəticələnə bilər. TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə (inzibati akt qəbul etməkdə) səlahiyyətli deyil. Məhkəmə tərkibi qeyd edir ki, predmet baxımından səlahiyyətsiz həm də aşağı pillədə dayanan inzibati orqanın subordinasiya baxımından yuxarı inzibati orqanın səlahiyyətini mənimsəməsində də ifadə olunur. Belə ki, 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli inzibati aktın məzmunundan müəyyən olunur ki, əyani müayinə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən aparılmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, iş materiallarında olan sənədlərdə iddiaçıya verilən ilk imtinadan sonra, yəni xx.xx.2023-cü il tarixdən ikinci imtinanın verildiyi tarixədək (28 iyul 2023-cü il tarixədək) iddiaçının xx.xx.2023-cü il tarixli imtina qərarından (birinci imtinadan) şikayət verməsi müəyyən olunmur. Məhkəmə tərəfindən cavabdehə bu barədə sorğu göndərilsə də, cavabdeh həmin sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, belə şikayəti olması da mümkün deyil. Çünki əyani müayinə keçirilən vaxt, yəni xx.xx.2023-cü il tarixdə hələTSEK tərəfindən hər hansı bir qərar da qəbul edilməmişdir. Hətta şərti olaraq qəbul etsək ki, belə bir şikayət mövcuddur, bu halda belə, əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentlik baxmalı və müvafiq qərar qəbul etməlidir. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını xx.xx.2023-cü il il tarixdə əyani müayinəyə cəlb etməklə qəbul etdiyi 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati akt kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. Səlahiyyətlərin hüdudları prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir inzibati orqan yalnız qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilər. Heç bir orqan öz səlahiyyətlərini aşmamalı və ya başqa orqanın səlahiyyətlərinə müdaxilə etməməlidir. Başqa sözlə, bu prinsip hər bir orqanın qanunla müəyyən olunmuş fəaliyyət sərhədlərini qoruyur. Səlahiyyətlərin iyerarxiyası prinsipi inzibati hüquqda dövlət idarəetməsinin əsas prinsiplərindən biridir və inzibati orqanlar arasında tabeçilik münasibətlərinin necə qurulduğunu müəyyən edir. Başqa sözlə, bu prinsip inzibati idarəçilik sisteminin daxili strukturunu və tabeçiliyi müəyyən edir. Qanunçuluq prinsipinin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər(İİQ-nin 11-ci maddəsi). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, 28 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16660/2023 nömrəli qərar qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt kimi qəbul edilməlidir.
Məhkəmə tərkibi üçüncü sualla (hansı inzibati akt imtina qərarı kimi qəbul olunmalıdır ?) bağlı aşağıdakıları qeyd edir. İlk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın aşağıdakı bəndlərinə nəzər salaq: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yuxarıda qeyd olunmuş normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, şəxsin əlilliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə TSEK tərəfindən göndərişdə qeyd olunmuş məlumatlar əsasında aparılır. Yekunda isə TSEK tərəfindən əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilir. Qeyd etmək lazımdır ki, əlilliklə bağlı qərarların qəbul edilmə proseduru aşağıdakı kimidir: TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X9 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X9 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur (“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.5-2.6-1-ci bəndləri). Beləliklə, məhkəmə tərkibinin üçüncü sualla bağlı qənaəti ondan ibarətdir ki, əlilliyin müəyyən olunmasından imtinaya dair qərar kimi xx.xx.2023-cü il tarixli inzibati akt qəbul olunmalıdır.
2. İmtina qərarının qanuniliyinin və iddia tələbinin əsaslılığının yoxlanılması İlk növbədə qeyd etmək lazımdır ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 2-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı inzibati mübahisəyə dair işdə xx.xx.2023-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, İİQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd etmək lazımdır ki, İİQ-nin 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olubolmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, diaqnozun əlillik əlaməti tətin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri İİQ-nin 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında 28 iyul 2023-cü il tarixli imtina qərarı (ikinci imtina) dayanır. Məhkəmə tərkibi həmin qərarın hüquqazidd olmasına dair yuxarıda öz hüquqi mövqeyini ifadə etdi. Nəzərə almaq lazımdır ki, xx.xx.2023-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Ancaq burada diqqət edilməli məqam başqadır. Belə ki, bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha ciddi əsaslandırılmış qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. İkincisi, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (İİQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə xx.xx.2023-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindəm imtina etmişdir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli imtina qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Əsas məsələ ondan ibarətdir ki, imtina qərarı ləğv edildikdən sonra prosessual baxımdan məhkəmənin mahiyyəti üzrə iki qərar qəbul etmək imkanı var. Onlardan biri iddianın tam təmin edilməsi, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, digəri isə iddianın qismən təmin edilməsi, yəni məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri inzibati icraat aparılması və yenidən müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasıdır (İPM-in 73.2 və 73.3.2-ci maddələri). Doğrudur, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməmisindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Elmi ədəbiyyatda qeyd edilir ki, belə istisna hallar, adətən, diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının sıfıra endirilməsi zamanı mümkündür. Diskresion səlahiyyətin sıfır səviyyəsinə endirilməsi o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən konkret işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq hüquqi nəticə kimi yalnız bir hakimiyyət tədbiri yararlı, zəruri və mütənasib hesab oluna bilər. Belə olan halda inzibati orqan tərəfindən məhz həmin hakimiyyət tədbiri tətbiq olunmalıdır. Qiymətləndirmə azadlığının sıfıra endirilməsi işin faktiki hallarının tam aydın və açıq olduğu halla bağlıdır. Başqa sözlə, elə bir haldır ki, fərqli qiymətləndirmə hüquqazidd nəticə doğurardı. Digər tərəfdən, İPM-in 73.2-ci maddəsinin tələbinə görə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair qərar o vaxt qəbul edilir ki, iddiaçının tələbi əsasında konkret qərarın qəbul edilməsi mümkün olmasın. Başqa sözlə, burada söhbət mübahisənin qərar qəbul etmək üçün "hazır" olmaması halından gedir. Mübahisənin “hazır” olmasını çətinləşdirən amillərdən biri də inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu haldır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı halda işin faktiki halları (iş materiallarında olan tibbi sənədlər və rəylər) tam açıq və aydın olduğundan iddiaçının arzuladığı inzibati aktın (əlilliyin müəyyən olunmasına dair) qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Başqa sözlə, iş materiallarında olan sübutlardan iddiaçının müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntularının olması müəyyən olunur. Belə ki, iş materiallarında olan aşağıdakı sübutlara nəzərə salaq: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş iddiaçının xx.xx.2022-ci il tarixli 522 nömrəli xəstəlik haqqında şəhadətnaməsində aşağıdakılar qeyd olunmuşdur: diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital Hərbi həkim komissiyasının qərarına əsasən İddiaçı partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması,baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damardavamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Reflüks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində.Burun arakəsməsinn əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.Sağ baldırın orta 1/3nin bayır səthinin və qarının ön divarının sağ qabırğaltı nahiyyəsinin deşilmiş yarasından (2003) sonrakı bərkimiş dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. Tibb müəssisəsi tərəfindən verilən R00113123HUR nömrəli, xx.xx.2023-cü il tarixli sonuncu göndəriş diaqnoz “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdlər ilə. Dəqiqləşdirilmiş xroniki qastirit. Ezofaqit” kimi göstərilmişdir. İşdə olan tibbi sənəddən görünür ki, İddiaçı TSEK-ə göndəriş zamanı əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (müharibə zamanı alınmış qapalı kəlləbeyin travması), şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə (Prof. F.İsmayılov), Ağırlaşma: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması), şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə (Prof. F.İsmayılov), Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması), şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə (Prof. F.İsmayılov), Yanaşı xəstəliklər: T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Yanaşı xəstəliklər: K29.5 Dəqiqləşdirilməmiş xroniki qastrit, Dəqiqləşdirilməmiş xroniki qastirit, Yanaşı xəstəliklər: K20 Ezofaqit, Ezofagit (i/v 33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş həmin publik hüquqi şəxsin 130 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdlər ilə. F07.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nın T378/2024 saylı , xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin onun adma olan qiymətləndirmə nəticəsində qeyd edilmiş “Diaqnozun mətni: Baş beyinin xəstəliyi, travması, disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə, dəqiqləşdirilməmiş xroniki qastrit, ezofagit” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulduğundan onun həmin xəstəliklərə düçar olmasını inkar etmək də olmaz. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Phş-də Həkim Psixiatr Komissiyasında müayinə olunmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi İİƏ-F07.0” diaqnozu müəyyən edilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli 3595 saylı rəyindən görünür ki, İddiaçı hal-hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar olunur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 24 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 28 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur, “Baş beynin üzvi ( qapalı kəllə-beyin travması) xəstəliyi nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə”. F07.0, F07.8, F06.7 diaqnozu təyin olunmuşdur. İddiaçı təyin olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2. bəndinə uyğun gəlir. Göründüyü kimi, iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğu təsdiq edir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunverciliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Digər qiymətləndirilməli məsələ əlilliyin hansı tarixdən təyin edilməsi ilə bağlıdır. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı halda cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini sonuncu göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Belə ki, əlilliyin tarixinin imtina qərarından müəyyən edilməsi sonda əlilliyin müəyyən edilmiş şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məsələn, çox nadir hallarda olsa da, inzibati orqan Qaydaların tələbini pozaraq 10 (on) iş günündən çox olan müddətə, yəni bir aya və ya iki aya göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirə bilər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın qanunsuzluğu sonda vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər. Bundan başqa, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 522 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən, eyni zamanda digər mötəbər sübutlardan müəyyən olunur ki, iddiaçının əlilliyinin yaranma səbəbi xüsusidir. Başqa sözlə, iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial ekspert komissiyasının İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, X12 barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2-1(112)-371/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.