Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2679/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6239/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir.
2. Yoxlamanın nəticəsi üzrə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
3. Qeyd edilən qərar əsasında iddiaçıya ümumilikdə 277 494,96 manat əlavə vergi hesablanmışdır. Həmin qərardan vergi ödəyicisi tərəfindən şikayət verilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli **********011600 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********198700 nömrəli xx.xx.2022- ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********198700 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) yanvar 2020 - avqust 2022-ci illər vergi dövrü üzrə inzibati orqanın xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya ümumilikdə 277 494,96 manat əlavə vergi hesablanmışdır. İddiaçı bildirmişdir ki, cavabdehin qərarı aşağıdakılara görə bütövlükdə əsassız olmaqla qanuna ziddir: Yoxlamanın keçirilməsi və qərarın çıxarılması zaman cavabdeh tərəfindən maddi və prosessual normaları ciddi pozmuşdur. Belə ki, cavabdeh Vergi Məcəlləsinin müddəalarını pozmaqla Aktda vergiləri sadəcə elektron yaddaş qutusunda olan məlumatlar və hər hansı təsdiqi olmayan "dövriyyə" rəqəmləri əsasında hesablamışdır. Cavabdeh digər vergi orqanının burada sözü gedən səyyar vergi yoxlamasından əvvəl və səyyar vergi yoxlamasına aidiyyəti olmayan operativ vergi nəzarəti zamanı götürülmüş və heç bir dəlil və rəsmi sənədlərlə təsdiqlənməyən rəqəmlər əsasında iddiaçıya əsassız olaraq külli miqdarda vergi hesablanmışdır. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vergi orqanı əldə edilmiş rəqəmlərin ilk növbədə həqiqliyini sübuta yetirməli və vergiləri yalnız vergi ödəyicisinin (iddiaçının) və ya onun nümayəndəsinin rəsmi izahatları nəzərə alınmaqla və bunlara əsasən hesablamamalı idi. Cavabdeh sözügedən təsdiqsiz və həqiqiliyi yoxlanılmamış rəqəmləri 2022-ci il iyul ayında əldə etdiyi halda 2022-ci ilin sentyabrında başlanmış yoxlamada həmin rəqəmlərə istinad etməklə tələb etdiyi Aktda vergiləri hesablamışdır. Cavabdeh vergi orqanı yuxanda sözügedən dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etməli, onlann həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə xronometraj keçirməli və yalnız həmin dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etdikdən sonra hər hansı vergi məbləğlərini hesablaya bilərdi. Bunlan yoxlamaq üçün yoxlama dövründa kifayət qədər vaxtı və imkanları olduğuna baxmayaraq cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Digər tərəfdən götürülmüş cədvəllərdə göstərilmiş məbləğlərə gəldikdə isə vergi orqanı həmin məbləğlərin qəpiklə, manatla, dollarla, rubl və ya digər valyutada göstərilməsini müəyyən etmədən birbaşa öz mülahizəsinə əsasən həmin məbləğlərin manatla göstərildiyi qənaətinə gəlmişdir. Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla cavabdeh vergi orqanı həmin rəqəmlərin həqiqiliyini mütləq araşdırmalı idi. Lakin, yuxarıda göstərildiyi kimi cavabdeh vergi orqanı sözü gedən və vergilərin hesablanması üçün istifadə olunmuş dövriyyə rəqəmlərin heç birini araşdırılmamışdır. Cavadeh tərəfindən vergilərin hesablanması üçün istifadə olunmuş həmin məlumatlarda göstərilən rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir və ordakı rəqəmləri iddiaçıya aidiyyəti yoxdur. İddiaçı tərəfindən bütün alış və satışlar ciddi hesabat sənədləri ilə aparıldığına görə hər hansı əlavə uçot aparılmamışdır.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar xx.xx.2011 -ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2017-ci il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyətinin "ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsi ünvanında yerləşən, ümumi sahəsi 43,0 kv. metr olan "Ərzaq mağazası" adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2012-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Bildirilir ki, fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin "Əməliyyatlar üzrə cəmi” sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” hissəsində ümumilikdə 796.835,88 manat olaraq bəyan edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus "Ərzaq mağazası" adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002759 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmişdir. Fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022- ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796 835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1 541 638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277 494,96 manat ƏDV məbləği yayındırılmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********897300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 277 494,96 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********823400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən yenidən keçirilmiş kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 277 494,96 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının verginin hesablanması üçün əsas olmuş sənədlərin və məlumatların həqiqiliyini cavabdeh tərəfindən sübuta yetirilmədiyi iddiasına münasibətdə bildirilir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların İddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********642100, **********428000 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il **********011600 saylı Qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 130.2ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Mülki Prosessual Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) xx.xx.2023-cü il tarixli 2- 1(112)-6239/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, vergi ödəyicisi barəsində qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********198700 nömrəli xx.xx.2022ci il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus "Ərzaq mağazası" adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında qəbul edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1. 1 -ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011 -ci il tarixli Qərarı).
12. Birinci instansiya məhkəməsi qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil.
13. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar üzrə vergilərin hesablanması: ilk növbədə qanunla müəyyən edilmiş qaydada əldə edilməli, vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanı olmalıdır.
14. Məlumatların qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydasıhaqqında Əsasnamə”nin 1.5-ci bəndində qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-1-ci maddəsinə əsasən bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.
16. Vergi orqanı hesab edir ki, yoxlama tədbiri cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparıldığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları hazırkı işə şamil oluna bilməz. Lakin yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hər hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, məhkəmə həmin operativ nəzarət tədbirinin cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparılan yoxlamalara aid olduğu qənaətində deyil.
17. Məhkəmə həmçinin qeyd edir ki, vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.
18. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
19. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6239/2023 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2464/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2464/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 561/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2464/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlili ilə bağlı iddiaçının məhkəmə iclasındakı izahatına istinadla qeyd etmişdir ki, iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini, cədvəlin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirmişdir.
26. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçı operativ vergi nəzarəti ilə bağlı hansı sənədləri imzaladığını və hansı məsuliyyət daşıdığını dərk etmişdir. Qeyd olunanların əksini sübut edəcək sənədlər iş materiallarında yoxdur. Digər tərəfdən, cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmununun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini qeyd edən iddiaçı latın əlifbası ilə lazımi şəkildə qeydlər etmiş və həmin qeydlərin ona məxsus olmamasını təsdiq edən hər hansı sübut mövcud deyildir.
27. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Bu zaman, həm də nəzərə alınmalı idi ki, iddiaçı sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Belə olan halda, iddiaçının ona imzalamaq üçün təqdim olunan sənədlərin məzmununun aydın olmadığına, latın əlifbasını yazıb-oxumaqda çətinlik çəkdiyinə dair dəlillərini işdəki sübutlarla birgə tədqiq etmədən qeyd-şərtsiz qəbul etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin iddiaçıdan (sahibkarlıq subyektinin özündən) əldə etdiyi məlumatların Vergi Məcəlləsinin 67.1.9- cu maddəsində nəzərdə tutulmuş “vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” müddəasına uyğun hesab etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi özü də qeyd edir ki, “...elektron yaddaş qurğusu iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz”. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində də, məhz “vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” nəzərdə tutulur.
29. Elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsinin cavabdeh tərifindən sübuta yetirilmədiyinə, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olmasının və onun fəaliyyəti ilə bağlı reallığı əks etdirməsinin müəyyən edilmədiyinə dair qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti, yuxarıda qeyd olunduğu kimi, - iddiaçının məhkəmə iclasındakı izahatında göstərilənlərə əsaslanır. Belə olan halda, məhkəmə iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunur ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti nəticəsində vergi yoxlamasının materiallarına baxılmanır nəticələri üzrə qərarı çıxarmaq imkanı olduğu halda vergi ödəyicisinin vergi qannunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında verg orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məlumatların Verg Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə ək: etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi bəlli olan məlumatlar kimi kimi nəzərdən keçirilə bilməz. Qeyd olunanlarla bağlı bildiririk ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarix **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə xx.xx.2022-ci il tarixli **********0943, **********0939 və **********0941 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Bununla yanaşı, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9872 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” qərarına əsasən İddiaçı məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektindən (obyektindən) elektron yaddaş qurğusunda elektron məlumatlar və 2019-2022-ci illər üzrə satış dövriyyəsi olan kağız daşıyıcısında 1 (bir) vərəq cədvəl götürülmüşdür. Aparılmış araşdırma zamanı elektron yaddaş qurğusunda olan məlumatlarda və cədvəldə fiziki şəxs İddiaçı bəyannamələrində əks olunmayan satış dövriyyələri və vergidən yayınmaya dair digər müxtəlif məlumatlar olan fayllar müəyyən edilmişdir. Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağl qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Maddənin tələblərindən də aydın olur ki, İddiaçı məxsus təsərrüfat subyektindən (obyektindən) götürülmüş elektron yaddaş qurğusunda olan elektron məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunmuşdur və həmin məlumatlar sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar olduğu üçün vergi orqanının həmin məlumatlar əsasında verginin məbləğini hesablamaq hüququ vardır. Həmçinin məhkəmə qeyd edir ki, yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hə hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, həmin operativ vergi nəzarəti cinayət təqib çərçivəsində aparılan yoxlamalara aid olmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılmas qaydası haqqında Əsasnamə” nin 2.2-1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Bununla bağlı bildiririk ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********9568 saylı qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” ndə qeydiyyatdan keçirilmişdir. Yəni, vergi orqanı tərəfindən operativ vergi nəzarəti və kameral vergi yoxlaması həyata keçirilərkən qanunvericliyin tələblərinə riayət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi tərəfindən yazılı etiraz təqdim edilmişdir.
32. Etirazda qeyd edilmişdir ki, məhkəmə iclasında təqdim olunan 10-dan artıq kassasiya instansiyasının qərarından göründüyü kimi, "qara mühasibatlıq"la aparılan vergi hesablamalarına dair vahid təcrübə formalaşmışdır. Belə ki, həmin materiallar vergilərin hesablanması üçün yeganə əsas qismində çıxış edə bilməz. Bundan başqa, həmin materiallarda malın(işin, xidmətin) adı, növü, miqdarı, təqdim olunduğu dövr, şəxslər barədə məlumat və s. əksini tapmalıdır ki, vergitutmanın elementləri müəyyən olunsun. Bundan başqa, kassasiya instansiyasının son yanaşmasına görə, vergi orqanı "qara mühasibatlıq" sənədlərini vergi ödəyicisinin uçot sənədləri ilə üzləşdirməli, müəyyən etdiyi hər hansı uyğunluğu xüsusilə diqqətə çatdırmalıdır ki, qara mühasibatlıq sənədlərinin mötəbərliyinə şübhə olmasın. hazırki işdə isə cavabdeh tərəfindən qeyd olunan istiqamətdə heç bir araşdırma aparılmamış, iddiaçının uçot sənədləri ilə qara mühasibatlıq sənədləri arasında uyğunluğa dair heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edirəm.
f) Prosses iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6239/2023 nömrəli, xx.xx.2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.
36. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək.
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
Maddə 38. Səyyar vergi yoxlaması 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”
6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 41.Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, vergi ödəyicisi barəsində qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********198700 nömrəli xx.xx.2022-ci il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus "Ərzaq mağazası" adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında qəbul edilmişdir.
44. İşə baxan birinci instansiya məhkəməsi qeyd edir ki, vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir.
45. Məhkəmə hesab edir ki, həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz.
46. Məhkəmə iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur.
47. Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.
48. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2464/2023 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-561/2024 nömrəli qərarında göstərilmişdir ki, cavabdeh haqlı olaraq qeyd edir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların iddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.
49. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin iddiaçıdan (sahibkarlıq subyektinin özündən) əldə etdiyi məlumatların Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində nəzərdə tutulmuş “vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” müddəasına uyğun hesab etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi özü də qeyd edir ki, “...elektron yaddaş qurğusu iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz”. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində də, məhz “vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” nəzərdə tutulur.
50. Kassasiya instansiyası qeyd edir ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsinin cavabdeh tərəfindən sübuta yetirilmədiyinə, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olmasının və onun fəaliyyəti ilə bağlı reallığı əks etdirməsinin müəyyən edilmədiyinə dair qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti, - yuxarıda qeyd olunduğu kimi, iddiaçının məhkəmə iclasındakı izahatında göstərilənlərə əsaslanır. Belə olan halda, məhkəmə iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
51. Cavabdehin elektron yaddaş qurğusu əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin qurğu vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (VergiMəcəlləsinin 67.1.9-cu maddəsi).
52. Məhkəmə tərkibi şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
53. Yəni, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri (fləşkart) əsasında hesablama aparmışdır.
54. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmiş, bununla da, cavabdeh qəbul etdiyi (hazırda mübahisələndirilən) qərarın İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir.
55. Bununla yanaşı, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, vergi orqanları OVN tədbiri zamanı yalnız həmin tədbirin əhatə etdiyi məsələyə dair sənədləri vergi ödəyicisindən tələb edə bilər. Bu tələb könüllü şəkildə yerinə yetirilmədikdə isə vergi orqanı Vergi Məcəlləsinin 43.11-ci maddəsinə görə məhkəməyə müraciət edə, həmçinin verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən hesablamaq hüququ vardır. Hazırki işdə isə OVN tədbiri zamanı götürülən elektron yaddaş qurğusunda olan məlumatlar həmin tədbirin predmetinə uyğun olmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tədbir (xx.xx.2022-ci il tarxli qərar) əmək münasibətlərinin, nəğd pul hesablaşması aparılması qaydalarının və aksizli mallarla bağlı qaydalara riayət olunub-olunmaması məqsədilə həyata keçirilmişdir.
56. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğluruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. Eyni zamanda, elektron daşıyıcıda təsbit olunan məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 806/202 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 ci il tarixli; 2-1(102)-1921/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-851/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli; 2-1(102)-1245/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1083/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1696/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-583/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-2504/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-2257/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-874/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1205/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-15/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-254/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli) artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.
58. Bundan başqa, kassasiya instansiyasının son təcrübəsinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-840/2024 saylı iş üzrə Qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası cavabdeh tərəfindən “qara mühasibatlıq” sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.
59. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.”
60. Məhkəmə kollegiyası həm hazırki mübahisə üzrə kassasiya instansiyasının göstərişlərini, həm də yuxarıda qeyd olunanları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
61. Belə ki, təkrar apellyasiya baxışı zamanı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıdan götürülən elektron məlumatlar vergilərin hesablanması üçün yetərli hesab oluna bilməz. İlk növbədə həmin elektron fayla müdaxilə imkanı mövcuddur ki, cavabdeh həmin faylın məhz götürüldüyü formada açılmasına dair heç bir sübut təqdim etməmişdir. Digər vacib məsələ isə vergi orqanının götürdüyü məlumatların vergi hesablanması üçün yetərli informasiyaları əks etdirməməsidir. Hazırki işdə cavabdehin təqdim etdiyi elektron məlumatlarda malın (işin, xidmətin) adı, növü, əməliyyatların alış, satış, borc və s. olması, əks olunan rəqəmlərin pul vəsaitini ifadə edib-etməməsi müəyyən deyildir.
62. Bundan başqa, kassasiya instansiyasının vahid təcrübəsində əks olunanlara uyğun olaraq qeyd olunmalıdır ki, “qara mühasibatlıq” sənədləri ayrılıqda sübut kimi qiymətləndirilə bilməz. Yalnız vergi ödəyicisinin uçot sənədləri ilə uyğunluğu olduğu və digər mənbələrlə mötəbərliyi şübhə doğurmadığı halda həmin məlumatlar vergilərin hesablanması üçün əsas ola bilər. Hazırki işdə cavabdeh inzibati icraat zamanı yalnız “qara mühasibatlıq” sənədlərinə istinad etməklə kifayətlənmişdir ki, sübut etmə vəzifəsi üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan buna dair heç bir sübut da məhkəməyə təqdim etməmişdir.
63. Həmçinin Kollegiya qeyd edir ki, “qara mühasibatlıq” sənədləri “sənəd” statusunda qiymətələndirilə bilməz, yalnız məlumat xarakreti daşıya bilər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Hazırkı işdə “qara mühasibatlıq” “sənədləri” yuxarıda qeyd edilən qaydada rəsmiləşdirilmədiyi üçün hüquqi qüvvəsi də ola bilməz. İddiaçının “flash kart”ından götürülən “məlumatlar” o zaman mötəbər hesab oluna bilərdi ki, həmin məlumatlar müvafiq qaydada çap edilərək hər səhifəsinin ona aid olduğunu iddiaçı öz imzası və ya möhrü ilə təsdiq etsin və ya həmin “flash kart”ın götürülməsi zamanı sonradan kənar müdaxiləninin yolverilməziliyinin təmin edilməsi qaydasına riayət edilsin.(bir şərtlə ki, həmin məlumatlar vergi ödəyicisinin uçot sənədləri ilə o cümlədən iddiaçının satdığı və aldığı malla və ya xidmətlə, o cümlədən iddiaçının fəaliyyət sahəsi uyğunluq təşkil etməlidir) İş materiallarında da buna dair hər hansı sübut mövcud deyil. Eyni zamanda iddiaçıya məxsus olan “flash kart”a hər hansı müdaxilənin olub–olmaması, (hansı ki, həmin “falsh kart”a müdaxilə kifayət qədər rahat prosesdir) həmin məlumatlarda dəyişiklik edilməməsinə dair cavabdeh inzbati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
64. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
65. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
66. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-6239/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6239/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.