Məhkəmə qərarları › İş №2-1(103)-2680/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2680/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2680/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtina qərarının dəyişdirilərək, imtina verilmiş gündən (xx.xx.2021-ci il) etibarən əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar dövründə yaralanmışdır. 6 saylı Şəhər Poliklinikasının 0063003AAC7W nömrəli forma 88-də göstərilən diaqnozları: “Odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqlarının birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İX qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra yuxarı 1/3-nin iç tərəfli Vİ1-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqlar. Digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət”. Həmin vaxtdan iddiaçı hərbi hospitalda bir sıra müayinələr və müalicələr almışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. 6 saylı Şəhər Poliklinikası tərəfindən göndəriş (Forma 88) göndərilsə də, lakin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya xx.xx.2021-ci ildə əlillik təyinatından imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunan diaqnoz və ağırlaşmaları əlillik əlamətini özündə əks etdirmir. xx.xx.2022-ci ildə verilən imtinaya görə yuxarıda sadaladığı diaqnozların anamnestik məlumatları və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 6 saylı şəhər poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vİİİ-İX qabırğaların q/düzgün bitişmiş sınığı; meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3; XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vlll-İX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vİİİ-İX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vlll-İX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət. Digər oynaqların birincili artrozu, Sağ bazu oynağının artrozu. Sümük sınığının pis bitişməsi, Sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası. Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim. Qabırğaların çoxsaylı sınıqları, Sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları. Digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, Sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyəti; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(112)-993/2023 saylı qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2012-ci il tarixli 250 nömrəli qərar ilə “Qəbələ RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.A.Topçubaşov adına X2 Cərrahiyyə İnstitutunda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Döş qəfəsinin sağ tərəfinin kor güllə yarası. Sağ ağ ciyərin yuxarı payının hematoması» (Qəbələ rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 258 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 385 nömrəli arayışı, Elmi-Tədqiqat Kliniki və X1 verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 7461 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» kimi müəyyənləşdirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-452/13 saylı 07 fevral 2013-cü il tarixli qərarı ilə İddiaçı 2-ci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçının əlillik vəziyyətinə 6 saylı şəhər poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vİİİ-İX qabırğaların q/düzgün bitişmiş sınığı; meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3; XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vlll-lX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3- nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vİİİ-İX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2; Diaqnozun mətni: Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vlll-İX qabırğaların q/düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lakin Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət. Digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu. Sümük sınığının pis bitişməsi, sağdan Vİİ-İİİ- İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası. Bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim. Qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaların qeyri-düzgün bitişmiş sınıqları. Digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki: - Cavabdehin iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşsunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə xx.xx.2021-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırki obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnozun öz təsdiqini tapmaması” qərarı verilmişdir.” - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı müayinə olunmuş, əlilliyin təyin edilməsindən imtinaya səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir.” İddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət. Digər oynaqların birincili artrozu. Sağ bazu oynağının artrozu. Sümük sınığının pis bitişməsi. Sağdan VİİVİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası. Bazu sümüyünün yuxarı ucunun sınığı. Sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim. Qabırğaların çoxsaylı sınıqları. Sağ tərəfli Vİİ-Vİİİ -İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları. Digər hallarla bağlı cərrahi müdaxilədən sonrakı müayinə. Ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları. Sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət.” - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun 800/829 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçıya “Sağ bazunun güllə yaralanmasından sonrakı vəziyyəti. Bazunun 1/3-nin iç tərəfindən yad cisim – güllə sağ tərəfli Vİİ-Vİİİ –İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları” diaqnozu qoyulmuşdur. - İddiaçıya məxsus 059835 saylı xx.xx.2014-cü il tarixli “əlillik vəsiqəsi”ndən görünür ki, iddiaçı 3-cü qrup Qarabağ əlili olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 250 nömrəli qərardan görünür ki, “Qəbələ RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.A.Topçubaşov adına X2 Cərrahiyyə İnstitutunda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Döş qəfəsinin sağ tərəfinin kor güllə yarası. Sağ ağ ciyərin yuxarı payının hematoması» (Qəbələ rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 258 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 385 nömrəli arayışı, Elmi-Tədqiqat Kliniki və X1 verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 7461 nömrəli arayış, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» kimi müəyyənləşdirilmişdir.” - “UltramedCİinic” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iddiaçının rentgen müayinəsinin cavabından görünür ki, “iddiaçının döş qəfəsinin ön proyeksiyasındakı rentgenoqrammasında ağ ciyərlərdə təzə patoloji kölgəliklər qeyd olunmadı. Sağ kök ətrafı nahiyədə fıbroz dəyişikliklər müşahidə olunur. Köklər enli və struktursuzdurlar. Diafraqma dəqiq, sinuslar sərbəst. Ürək ölçüləri normaldır. Sağ 8,9,10 qabırğaların arxa aksellar xətti boyunca qeyri-düzgün bitişmiş sınıqları nəticəsində deformasiyaları müşahidə olunur. Sağ bazu oynağının alt hissəsində yumşaq toxumalarda uzunluğu 2 sm olan metallik yad cisim (güllə) aşkar edilir.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 358/KEŞ saylı xx.xx.2012-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEM-də müayinədən keçərkən onda ağ ciyərin tutumunun 3500 sm3 olduğu müəyyən edilmişdir, hal-hazırda isə İddiaçı məhkəmə-tibbi, rentgenoloji və mütəxəssis müayinələri zamanı “Sağ bazu sümüyünün yuxarı 1/3 səviyyəsində metal intensivlikli yad cisim kölgəliyi, Vİİİ-İX qabırğalarda arxa qoltuqaltı-kürək xətləriarası nahiyədə, qeyri-düzgün bitişmiş və sümük deffekti ilə köhnə sınıqların, ağ ciyər relyefində, əsasən aşağı paylarda pnevmotizasiyanın, hava tutumunun pozulmasına səbəb olan müvafiq tozvari kölgəliklər və ağ ciyər köklərinin güclənməsi” kimi patoloji dəyişikliklərin olduğu müəyyən edildi. Qeyd edilən ağ ciyər pnevmotizasiyanın, hava tutumunun pozulmasına və ağ ciyər köklərinin güclənməsi nəticəsində baş verən dəyişikliklər İddiaçı 2-ci dərəcəli xroniki xarakterli tənəffüs çatmazlığına səbəb olmuşdur. Əlillik dərəcəsinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətinə aid deyil.” - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-452/13 saylı 07 fevral 2013-cü il tarixli qərarından görünür ki, İddiaçı 2-ci dərəcəli əlillik dərəcəsi təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Mərkəzinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2013-cü il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-452/13 saylı 07 fevral 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2013-cü il tarixli 2- 2(102)-701/13 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2013-cü il tarixli 2inz(103)576/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 T 327/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı lA-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparosintez) əməliyyatlarından sonrakı vəziyyət, döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin, ağciyərin kor güllə yaralanmasından sonrakı vəziyyət, hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda müalicəyə ehtiyacı yoxdur.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 869 saylı xx.xx.2022-ci il tarixli təkrar alınmış ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli, Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparosintez) əməliyyatlarından sonrakı vəziyyət, döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin, ağciyərin kor güllə yaralanmasından sonrakı vəziyyət, hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əlilliyin təyini məhkəmə-tibbi ekspert deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda müalicəyə ehtiyacı olmasa da, xəstəlik kəskinləşdikdə müalicəyə cəlb edilə bilər. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan məhkəmə qərarlarından və ekspert rəylərindən göründüyü kimi, 6 nömrəli Bakı şəhər poliklinikasının 0063003AAC7W nömrəli xx.xx.2021-ci il tarixli göndərişdə (Forma 88) iddiaçıya aid diaqnozlar əvvəlki dövrlərdə də həm qüvvədə olan məhkəmə aktları, həmçinin də cavabdehin qərarları ilə iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuş diaqnozlar kimi öz təsdiqini tapdıgı halda cavabdeh əsassız olaraq “diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya eyni diaqnozlar üzrə əlilliyin təyinatından imtina vermişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin tam və hərtərəfli araşdırılması məqsədilə həmçinin, iddiaçının iddia etdiyi diaqnozun onda mövcud olub-olmamasını müəyyən etmək xüsusi bilik tələb etdiyi üçün məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 869 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli, Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparosintez) əməliyyatlarından sonrakı vəziyyət, döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin, ağciyərin kor güllə yaralanmasından sonrakı vəziyyət, hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə rəyləri mötəbər sübut kimi qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin həmin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hüquq münasibətinin yarandıgı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, 6 nömrəli Bakı şəhər poliklinikasının 0063003AAC7W nömrəli xx.xx.2021-ci il tarixli göndərişdə (Forma 88) iddiaçıya aid diaqnozlar əvvəlki dövrlərdə də həm qüvvədə olan məhkəmə aktları, həmçinin də cavabdehin qərarları ilə iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuş diaqnozlar kimi öz təsdiqini tapdıgı halda cavabdeh əsassız olaraq “diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya eyni diaqnozlar üzrə əlilliyin təyinatından imtina vermişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar