Məhkəmə qərarları › İş №2-1(103)-2681/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2681/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2681/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi hesab vərəqəsindən 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614.33 manat BTFSV borcunun silinməsi, borcun tələb edilməsinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən 2256756.88 manat məbləğində BTFSV məbləğinin silinməsinin tam təmin edilməməsi nəticəsində şəxsi hesab vərəqəsində 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-1 (103)-45/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)- 1120/200 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-45/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Repsublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarına əsasən cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdeh vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərarlar vergi orqanı tərəfindən tam şəkildə icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin etdiyi müraciətlərə və şikayət ərizələrinə baxılmamış və qanunamüvafıq qaydada cavab verilməmişdir. Şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları icra edilməmiş və müəssisənin bank hesablarına sərəncam qoyulması davam etmişdir. Artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların qanuni qüvvəsini almasından uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrası həyata keçirilməmiş, bank hesablarına, ƏDV subhesablarına qoyulmuş sərəncamlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2333/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə , Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2333/2023 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oölu inzibati işin ikinci apellyasiya baxışı zamanı ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədə mübahisə predmeti olan borc şəxsi hesab vərəqəsindən silinmişdir. Bununla bağlı iddianın geri götürülməsi zərurəti yaranmışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını və sənədlərin onlara geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadanı geri götürməyə haqlıdır. Həmin Məcəllənin 55-ci maddəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin geri götürülməsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar