Məhkəmə qərarları › İş №2-1(103)-2682/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2682/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2682/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi ilə müraciət edərək və sonradan ona dəqiqləşmə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçının pensiysıanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və pensiya təyin olunduqdan sonra işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1.) İddianın əsaslarına görə iddiaçı 2 oktyabr 1998-ci il tarixdə 20 təqvim ilinə görə Müdafi Nazirliyindən ehtiyata buraxıaraq ona pensiya təyin olunmuşdur. O, bundan sonra da ayrı-ayrı dövrlərdə işləyərkən fərdi hesabında 23 min manatdan çox sığorta kapitalı yığılmuş, bununla əlaqədar cavabdehə müraciət edərək, fərdi hesabında yığılan həmin kapitalın pensiya məbləğinə əlavə edilməsini xahiş etmiş, lakin bir aydan sonra toplanan sığorta kapitalı az olduğu üçün ona heç bir artımın düşmədiyi bildirilmişdir. O, 16 fevral 2023-cü il tarixində yenidən Filiala müraciət etdikdə ona bildirmişlər ki, keçən il onun müraciəti əsasında yığılan məbləğdən aparılan hesablanma qaydasına görə ona artım düşmədiyi üçün o məbləğ artıq hesaba alınmır və ona xx.xx.2022-ci il tarixində edilən müraciətinə sistemdə olan cavab məkdubundan çıxarış verilmişdir. Həmçinin bildirilmişdir ki, bu qayda ilə hesablanmada ona artım düşməyəcək. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, imtina məktubunda qeyd edilənlərə uyğun əsaslarla iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəz Filialının İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və pensiya təyin olunduqdan sonra işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunazidd və əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 23255,87 manat pensiya kapitalı qeydə alınıb. Həmin məbləğ "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası üzrə 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq yenidən hesablanmışdır. Hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından pensiyanın hesablanması mümkün deyil.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hacıyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddiaçının iş materiallarında olan iddia ərizəsinə, 1 sentyabr 1973-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətinə, cavabdehin ona ünvanlanmış imtina məktubuna, iddia ərizəsinə etirazına və iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, o, Müdafiə Nazirliyindən xx.xx.1998-ci il tarixdə tərxis olunub pensiyaya çıxdıqdan sonra 2007-2021-ci illərdə müxtəlif təşkilatlarda 6 ildən də çox işləmiş və onun fərdi hesabının sığorta hissəsində 23.255,87 manat pensiya kapitalı toplanmışdır. Konkret halda iddiaçı cavabdeh orqana müraciət edərək həmin pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh onun barəsində “əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qərar qəbul edərək xx.xx.2022-ci il tarixdən əmək yenidən hesablasa da, pensiyasında heç bir artım baş verməmiş, əvvəlki kimi, 528,14 manat məbləğində qalmışdır (Həm iddiaçı, həm də məhkəmə yanlışlığa yol verərək pensiyanın yenidən hesablanma tarixi xx.xx.2022-ci il tarixini həmin qərarın qəbul olunduğu tarix kimi göstərmişdir i.v.33). Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinə istinadən, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq hesab edtmişir ki, qərar əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılra görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 29.1-1-ci maddəsinə əsasən isə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir ( maddəyə əlavə edilən bu əlavə 16 avqust 2019-cu il tarixən qüvvəyə minmişdir). Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla, qanunvericilyin qeyd olunan iddiaçının vəziyyətini yaxşılaşdıran normaları hesab edir ki, iddiaçı 1998-ci ildə hərbi xcidmətdən tərxis olunub pensiyaya çıxdıqdan sonra 2007-2021-ci illərdə işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində yığılımış pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Ən azından, cavabdeh qanunvericilyin qeyd olunan normalarının mənası və qanunvericinin burada ehtiva olunan məqsədi baxımından, pensiyaya çıxmış şəxslərə onların sonrakı əmək fəaliyyəti nəticəsində ödədikləri məcburi sosial sığorta haqlarını reqres qaydada əmək pensiyasına əlavələr şəklində özlərinə qaytarmaq üçün verdiyi hüquqi imkanı görməməzliyə vurur. Əslində, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, iddiaçının pensiyasını sığorta kapitalı qədər artırıb həmin məbləğ miqdarında da pensiyasını azaltmaqla, faktiki olaraq iddiaçının 2007-2021-ci ilər ərzində işləyib topladığı sığorta kapitalını silərək sıfırlamış olur ki, bu da onun qanunla qorunan pensiya hüququnun pozulması deməkdir. Belə olan halda İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alıan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını nəticə etibarı ilə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, onda yol verilən yanlışlıq -“İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarı” sözlərində “xx.xx.2022” tarixi “xx.xx.2022”(No**********5) tarixi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, “İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2022ci il tarixli qərarı” sözlərində “xx.xx.2022” tarixi “xx.xx.2022” tarixi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar