Məhkəmə qərarları › İş №2-1(103)-2682/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2682/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2682/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə1 və cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı əmək pensiyasından artıq hesablanmış 3688.88 (üç min altı yüz səksən səkkiz manat səksən səkkiz qəpik) pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1955-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Qoşma olaraq məhkəməyə təqdim olunmuş əmək kitabçasına əsasən, ##.##.1976-cı ildə öz ərizəsi əsasında işə qəbul olunmuş, ##.##.1978-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olmuşdur. ##.##.1978-ci il tarixdə qəbul olduğu işdən ##.##.1989-cu il tarixdə *** saylı əmrlə, sözügedən tarixdə, Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. ##.##.1990-cı il tarixdə Ağcabədi texniki idman klubunun sürüş üzrə təlimçi peşəsinə qəbul edilmiş, ##.##.1996-cı il tarixdə ** nömrəli əmrlə sözügedən işindən azad edilmişdir. ##.##.1996-cı il tarixli **/k nömrəli əmrlə, həmin tarixdə “Nəqliyyat” Dövlət kiçik müəssəsi PAZ markalı avtobusa sürücü vəzifəsiinə işə qəbul olunmuşdur. ##.##.2003-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsilə öz xahişi ilə işdən azad edilmişdir. ##.##.2010-cu il 73/k §* nömrəli əmrlə, B.BŞİ-nin X3 ehtiyyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2019-cu il tarixli, 108/k §** nömrəli əmrlə, ##.##.2010 Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2019-cu il tarixli ***k nömrəli əmrlə, sözügedən tarixdə İnfeksion xəstələrin evakuasiyasının təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2020-ci il tarixli əmrlə ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının müəyyən edilməsi üçün iki dəfə müraciət edilmişdir. Yuxarıda qeyd edilmiş sözügedən inzibati orqandan ##.##.2023-cü il tarixli 3-17-1/2-A- ******/**** saylı və ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** saylı cavab məktubları ilə cavab verilmişdir. Birinci cavab məktubuna əsasən (##.##.2023-cü il tarixli), ##.##.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən ona ##.##.1992-ci tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işində olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və ##.##.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İkinci cavab məktubuna əsasən (##.##.2023-cü il tarixli), ##.##.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya ##.##.1992-ci tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işində olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və ##.##.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir.

3. Məhkəmənin ##.##.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin iddiaçının əmək pensiyasından tutulması qanunsuz hesab edilməsi, 2024-cü ilin fevral ayında tutulmuş 51.84 manat vəsaitin iddiaçıya geri qaytarılması” kimi dəyişdirilmişdir.

4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Cavabdehin apellyasiya şikayətləri etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış *-**-*/*-A-******/**** saylı ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. ##.##.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə əsasən Sizə ##.##.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işində olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği ##.##.2023-cü il tarixindən 399,49 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 458,21 manata çatdırılmışdır.Sözügedən Qanunun 37.3.2ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqorıyasına keçdiyi tarixədək olan kateqoriyaya keçdiyi tarixədək olan dövr üzrə toplananan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada(bu Qanunun 37.3.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. İqtisadiyyat Nazirliyi yanında X2 keçmiş dövr (##.##.2004-##.##.2023-cü il tarixədək) üzrə VÖEN-in statusu (dondurulması, dayandırılması,ləğv edilməsi)ilə bağlı ətraflı arayış təqdim etdikdən sonra əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış *-**-*/*-A-******/*/**** saylı ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxıl olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti uzrə baxılmışdır. ## ##.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq ##.##.1992-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilib, ##.##.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakın bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Pensiya işinizdə olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1970-ci il tarixindən ##.##.1971-ci ıl tarixinədək təhsil aldığı illər və ##.##.1973-cü ıl tarixindən ##.##.1975-ci ıl tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01. 01. 2006-cı il tarixinədək 30 il 4 ay 6 gün sığorta stajı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2020-ci il tarixindən 238,92 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirılərək ##.##.2021-ci il tarixindən 205.49 manata, ##.## 2022-ci il tarixindən 274,51 manata çatdırılıb.Qanuna ##.##.2023-cu il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022ci il uzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın # -dən onların əmək pensiyalarının tərkibinə daxıl edilməklə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddı yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 291,17 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 333,97 manata çatdırılıb. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyı tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37 3.2-1-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən ##.##.2023cü il tarixindən (aktiv VÖEN hesabınızın dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2010-cu il tarixindən ##.#.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18.562,95 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixindən 462,88 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçun bildiirilir ki, ##.##.2020-cı il tarixində əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-cı maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olduğu halda) yenidən hesablanıb. Nəticədə əlilliyə görə əmək pensiyası məbləğində ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilib. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Flialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı(bundan sonra - Mərkəzi Filial) tərəfindən əmək pensiyasının məbləğində artıqödəmə halı aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Əmək pensiyası üzrə bütün hesablamalar nəzərə alınmaqla ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək artıqödəmə məbləği 3688,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 3688,28 manat məbləğində artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq Regional Filiallarına və ya qəbul şöbələrinə, eləcə də istənilən "DOST" Mərkəzinə yaxınlaşaraq razılıq ərizəsi ilə müraciət etməsi və ya həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etməsi və vəsaitin bərpasını təsdiq edən sənədi Mərkəzi Filiala təqdim edilməsini xahiş etmişdirlər. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı: VÖEN 1405116391; X5; Kod 210005; VÖEN 1401555071; Müxbir hesab: AZ41NABZ01360100000000003944; Hesablaşma hesabı AZ82CTRE00000000000007018438; Büdcə səviyyə kodu: 4; İqtisadi təsnifat kodu: 122200.

14. Azəbayacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023-cü il tarixli **************** saylı uçota dair arayışından görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlar ##.##.2023-cü il tarixdən ##.##.2100-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış *-**-*/*-*****/**** saylı ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçı İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024cü il tarixli *-*(***)-*****/**** nömrəli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında (bundan sonra - Mərkəzi Filial) baxılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı iddiasına dair iş üzrə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarışlar, pensiya işinin surəti və Mərkəzi Filialın qərarları təqdim olunur.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/*/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,20 manat, ##.##.2023-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 462.88 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda ##.##.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir.

17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 514.72 manat, ##.##.2024-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 515.87 manatdır.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,21 manat, ##.##.2023-cü ildən müddətsiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 458.21 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda ##.##.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir. Müraciətə əsasən bildirilir ki, pensiyanın yenidən hesablanması zəruri sənədlərin natamam olması səbəbindən mümkün olmamışdır. İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini təsdiq edən rəsmi sənədi (VÖEN-in bağlanması barədə arayış) təqdim etdikdən sonra müraciətə yenidən baxılacaqdır.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2021-ci il tarixli *********** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.2006-cı ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 262.99 manat, ##.##.2021-ci ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 370.24 manatdır.

20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/*/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,20 manat, ##.##.2023-cü ildən müddətsiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 462.88 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda ##.##.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə ##.##.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 514.72 manat, ##.##.2024-cü ildən müddətsiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 515.87 manatdır.

22. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya işinin araşdırılması nəticəsində ##.##.2020-ci il tarixindən ##.##.2023- cü il tarixinədək yaranmış 3740.12 manat artıq ödəmədən 51.84 manatı 2024-cü ilin fevral ayında indeksasiya fərq məbləği ilə əvəzlənmişdir. Nəticədə qalıq artıqödəmə 3688.28 manat təşkil edir.

23. Apellyasiya baxışı zamanı sorğuya əsasən cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla iddiaçı İddiaçı məxsus pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir.

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı ********** saylı VÖEN-lə vergi orqanında vergi uçotunda olması barədə məlumat mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı uçot-baza məlumatlarında aktiv bank hesabları haqqında məlumat aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

29. Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, * saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi * saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № *****/**, § 48, # ###### 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X4rşı (dek.), № ****/**, AİHM 2005-XI). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № *****/** § 64, ## ###### 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64);

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

31. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

32. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

33. İşin halları ilə müəyyən edilir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya ##.##.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. ##.## 2020-cı il tarixdə əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-cı maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olduğu halda) yenidən hesablanıb. Nəticədə əlilliyə görə əmək pensiyası məbləğində ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək artıqödəmə müəyyən edilib. İddiaçının pensiya məbləğindən tutma barədə hər hansı bir qərar qəbul edilməmişdir. İddiaçıya dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya işinin araşdırılması nəticəsində ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək yaranmış 3740.12 manat artıq ödəmədən 51.84 manatı 2024-cü ilin fevral ayında indeksasiya fərq məbləği ilə əvəzlənmişdir.

34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur.

35. Həmçinin nəzərə alınmalıdır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Belə olan halda, cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2024-cü ilin fevral ayında birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və 2024cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51.84 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “iddiaçı İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” əvəzinə “iddiaçı İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “iddiaçı İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” əvəzinə “iddiaçı İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar